Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:31

Verilişlər / Kontekst

«Hər il məktəbli geyimi almaq olar?»

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
Vahid məktəbli geyimi təxminən 40 manata başa gəlir
Paytaxt məktəblərinin ibtidai sinif şagirdləri yeni dərs ilinə yeni, vahid məktəbli formasında gedəcəklər. Bakı şəhər Təhsil İdarəsinin əmriylə hələ ötən ildən eskizlər bəyənilib və Bakı Tikiş Fabrikinə sifariş verilib. Hər məktəbin loqosu isə formanın döşünə taxılacaq.

Artıq bəzi valideynlər üçün suallar yaranıb. Məsələn, məktəbyaşlı iki uşağı olan Leyla Quliyeva deyir ki, o, ötən il oğlu üçün məktəbin eskizi əsasında kostyum tikdirib, özü də uşaq bu paltarı bir neçə il geyinsin deyə əməlli-başlı xərc çəkib.

«İndi də deyiblər ki, gedib Bakı Tikiş Fabrikinin yanındakı mağazadan almalısız. Keçən il mən 120 manat verib uşağa kostyum aldım ki, bir neçə il geyinsin. Əyninə bir az böyük götürmüşdüm. Türkiyə istehsalıydı».

«HƏR İL MƏKTƏBLİ GEYİMİ ALMAQ OLAR?»

Leyla Quliyeva yerli məhsula niyə üstünük vermədiyini onun keyfiyyətiylə izah edir:

«Deyirlər ki, indi paltar 40 manata olacaq. Bizdə bir məsəl var, ucuz ətin şorbası olmaz. Ötən il biri 8 manatdan «poliver» almışdım. Bir dəfə yuyan kimi tiftikləndi».

O, iki-üç dəfə xərcə düşə biləcəyindən narahatdır, üstəlik 5-ci sinfə keçən qızı üçün də məktəbli forması almalıdır. İndi qalıb belə, çünki gələn il də yuxarı siniflər üçün vahid forma tətbiq olunacaq, Leyla Quliyeva da hər il məktəbli geyimi almağı mümkünsüz sayır, deyir, imkansız valideynlər uşağa bir ölçü böyük alır ki, növbəti ili də ötürə bilsin.

Təhsil məsələləri üzrə ekspert Etibar Əliyev «vahid forma» məsələsini təqdir edir, hətta gecikmiş addım sayır, ancaq deyir ki, «məktəbli forma»sıyla bağlı qərarlar yüz ölçülüb bir biçilməliydi.

«İki-üç ildən bir qərar dəyişmək olmaz. Valideynlər xərc çəkirlər».

«UŞAQLAR SEÇİLMƏK İSTƏMİRLƏR»

Zəminə Əliqızı
Bakı Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı valideynlərin narazılığını anlamır, deyir ki, onlar bu qərarı məktəblilər arasında keçirdikləri sorğu əsasında veriblər:

«Məktəblilər dedilər ki, küçədə bir-birlərindən seçilmək istəmirlər. Onlar vahid forma məsələsini bəyəniblər. Valideynlər ilboyu bir neçə paltar alırdılar uşaqlarına, amma biz indi imkan yaratmışıq ki, yalnız il boyu bir geyim ala bilsinlər. Özü də elə bir parça seçilib ki, onu il boyu, həm sentyabrda, həm də dekabrda geyinmək mümkün olacaq. Artıq fabrikə sifariş verilib».

«YALNIZ HƏMİN PARÇADAN MƏQBULDUR»


Bəs valideynlərin seçilmiş eskizlər əsasında özləri parça alıb tikdirə bilərlərmi? Zəminə Əliqızı deyir ki, əgər eyni parçanı tapa bilsələr, olar, amma Bakı bazarında bu parçanı tapmaq çətin olacaq, çünki fabrik parçanı Türkiyədən xüsusi sifarişlə gətirdib:

«Kim orijinal parçanı taparsa, tikdirsin. Yetər ki, həmin formada və həmin parçada, həmin rəngdə olsun».

«TENDER OLUBMU?»

«Turan» İnofrmasiya Agentliyinin eksperti Samir Əliyev isə Bakı Tikiş Fabrikinə hansı şərtlər əsasında üstünlük verildiyinin ona aydın olmadığını söyləyir. Onun fikrincə, sifarişin yalnız bir fabrikə verilməsi həm keyfiyyət, həm də qiymət məsələsində problemlər yaradacaq:

Samir Əliyev
«Tender elan olunmalıdır, bazarda bir dəyərləndirilmə aparılsın, hansı imkanlar var, qiymət neçədi, keyfiyyət nədir? Bunların heç birini eləmədən, hansısa firmaya gözüyumulu sifariş vermək bunun arxasında başqa maraqların durduğundan xəbər verir. Mən niyə öz uşağıma məhz Bakı Tikiş fabrikinin tikdiyi paltarı almalıyam? Qoy bir neçə şirkətə sifariş verilsin ki, mən də üçündən, ya ikisindən birini seçim. Nəyə görə Bakı Tikiş fabrikinin məhsuluna möhtac qalmalıyam? Mən hələ bu fabrikin gözəl məhsulunu görməmişəm».

SUSAN TELEFONLAR


Zəminə Əliqızıdan Bakı Tikiş fabrikinə niyə üstünlük verilməsini, tender keçirilib-keçirilməməsini öyrənmək istədik, amma o, bu suallara cavab verə bilməyəcəyini söylədi. Yalnız onu dedi ki, valideynlər keyfiyyət məsələsindən narahat olmasınlar, problemlə üzləşərlərsə, Bakı şəhər təhsil idarəsinin 441 06 99 nömrəli telefonuna zəng eləyə bilərlər.

Bakı Tikiş Fabrikinin isə 109 məlumat xidmətindən aldığımız beş-altı nömrəsinə gün ərzində zəng vursaq da, telefonlara cavab verən olmadı.

Bu il birinci-dördüncü siniflərdə təxminən 130 min şagird təhsil alacaq. Vahid məktəbli geyimi isə təxminən 40 manata başa gəlir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Musteqil Haradan: Baki
16.08.2010 02:52
Hörmetli:Zəminə Əliqızı yaxshi olar ki, siz mektebliler ucun forma hec bir fabrikde sifarish vermeyesiniz.Burda siz öz cibinizi gudursunuz ve sizin savadsiz olmaginiza menim shubhem yoktur.Her bir mektebli özu secmelidir ag köynek qara shalvar.Qizlar ise yene hemcinin ag köynek qara shalvar ve yaxud yubka.Bunlar ise Bakinin butun dukanlarinda var ,ister tikili istersede telebe özu parcani alib evde tike biler.Bu hem valdeyinlere,hemde telebelere ucuz qiymete basha geler.Siz öz mafiyanizla yaxshi olar bu ishe qarishmayasiniz.Öz ishinizle megshul olun.

Kimdən: Muhendis Haradan: Yaddan cixmish kend
12.08.2010 16:07
Oz firmalarina sifarish verib ozleri qazanci goturecek ve burada da tikib ozleri varlanacaq. Parcanin da keyfiyyeti hamiya melumdur. Belke onu da ozleri toxudu...

Kimdən: aazad Haradan: yasamal
12.08.2010 16:06
Hormetli aslan muellim. Azerbaygan xalqi pisi yaxsidan ayirmaqi bacaran bir xalqdir. Bu cun təsilimizin bu vəziyyəti gozumuzun qarsisindadir. Təsilimizin bucur biabirci vəziyyətə dusmesində kimin bir basa kunakar olmasini da xalqimiz cox gozəi bilir.məhz misir mərdanov cənablari təhcilimizin basihda durangundən təcilimizin qara gunləri basladi vəbu acinacaqli vəziyyət cun cundən dahada pisləsir. Onun informasiya vasitələrindıki populist vədləri.bos sozləri artiq xalqa coxyaxsi məlumdur. Xajqimizin gozəl\ atalar sozu var dəyir man oz bildiyini edir carx isə bas agridir. Micir mərdanov oz bildiyini edir təhsildəislahat adi altinda xallqli dedeiklərinə isə o. hec məhəl belə qoymur. Digər nazirlər kimi oda azərbaycan təhsilini genis biznes meydanu kimi gorur və bundan makcimum yararlanmaqa .yuksək gəlir goturməyə calisir. Təbiiki cənab mərdanovun yeni biznes sevdasi bas tutmusdur. Yənihər il orta təhsil mməktəblərində sakirdlərə vahid məktəbli formasininsatisi ilə əlaqədar yeni biznes bazarina star verilir.bu da ozluyundə cənab nazirin yeni biznes arzularini reallasdimaqa boyuk imkan yaradir. Ona gorədə məktəbli formalarinin yalniz təsli nazirliyinin gostərisi ilə tikis fabrikinin satis magazalarindan almaq gostərsi verilmisdir. Adi esablamaq yolyilə muəyyən etmək olar ki misir muəllimin hər il bu biznesdən gələn gəliri100 millonlara vaxin vasit təskil edir əlbətdə nəzərə alsaqki hormətli nazirimiz ozo goəl riyaziyatcidir onda bu isdə onun səristəsinə hec kimin subhəsi ola bilməz. mən ancaq tənsilimizin kicik bir epizodu haqqinda oz fikrimi bildirdim. Nəzərə alsaqki hər təhslimizin inkisafi ucun dovlət budcəsindən 100 millnlarla vəsait ayrilir eyni zamanda h əliyev fondunda yeni mıktıblırin ttikintisi ycun kylli miqdarda verilir muqaisə etdikdə gorursən ki ayrilan bu vəsaitlərin yalniz az bir hissəsi oz təyinati uzrə xərclənir digər cox hiccəci dolayi yol bir basa cənab nazirin səxsi budəsinə daxil olur. Butun burealliqlar onu gostərirki yaxin gələcəkdə təhsllimizin bucətin vəziyyətdən cixmacina hələ umid etmək olmaz nəqədər Ki misir mərdanov təhsil naziridir. Burda rəhmətlik həsən bəy zərdabinin bir sozu yadima dusdu. Qeyrilər etdilər tərəqqiyi tam qaldi zillətdə firqeyi islam.

Kimdən: Anonim
12.08.2010 02:25
bu forma məsələsi ondan ötəridir ki, başı bağlı müsəlman qözlarımızın örtünməsinə əngəl olsun... türkiyə kimi

Kimdən: Mikayil Mushfiq Haradan: Yene o, bag olaydi
11.08.2010 20:41
bura baxin guya qanun ishleyir?ozderine serf eden qanundan danishirlar hemdeki menim ushaqim hansi paltar geyinir bu menlikdir menim ovladimin geyimine heckim mudaxiel ede bilmez ve huququda yoxdur brdeki ozumde mektebde ishleyirem ada 80 azn maash aliram indi bu maashin 50%-in tehsil nazirinin cir-cindirina verim? yeri hoppan ele her il bele sozler cixir satib qurtarirlar 3 aydan sonra shagird yene evvelki debe kecir milleti ele de lom bilmeyin hamiya gun kimi aydindir gedin oz sozum misiredir get oz qizina bu laptarlardan geyindir oldu?

Kimdən: Gur Haradan: Yevlax
11.08.2010 11:14
Mekteblerde forma tetbiqi yaxshi haldir,lakin iribuynuzlu memurlarin bundan sui-istifade hallari olmaya,meselen, Yevlaxda icra bashchisinin Lale tekstilinde tikilen yondemsiz paltarlari zorla sirimaq uchun mekteb muellimlerini qarachi dilenchileri kimi qapi-qapi salib mecburi pul yigdirirlar.Her sinif rehberi olan muellime ise bele bir ohdelik qoyublar ki, shagirdlerin sayina gore pul yigilmasa onlarin maashindan tutacaqlar. Bu derebeyliye ne vaxt son qoyulacaq? Tehsil Nazirliyi ise icra hakimiyyetleruinden ele bil qorxur.

Kimdən: Lazım Dayı
11.08.2010 09:33
Shotlandlarin milli geyiminden mekteb paltari olar?

Kimdən: sahin Haradan: baki
10.08.2010 22:54
Menim pulum yoxdu 2 usaqa paltar almaqa neinki defter kitab.
Cavab

Kimdən: Anti Krizis
11.08.2010 09:30
Pulun yoxdu, get ish tap ishle.
Tapa bilmirsen, get etiraz ele.
Cavab

Kimdən: Mikayil Mushfiq Haradan: Yene o, bag olaydi
11.08.2010 20:44
bele kobud davraninca ish yeri bilirsense yashadiqi seherde ishe duzelt ishlesin bele kobud danishmaq neye lazimdir guya komeyliy eleyisen?

Kimdən: MEN Haradan: RF
10.08.2010 22:28
Yaxshi olar ki, Azerbaycan konstitutsiyali monarxiya sistemine kechsin.Dunyanin bir chox inkishaf etmish ve etmekde olan olkeleri bu sistemdedir(UK,Tailand,Kanada,Avstraliya,Ispaniya ve.s). Belke onda bu sueta sona chatsin.Hetta Ereb Emirliklerindeki sistem de muvafiqdir......... Ne ise.........dvamini yazmaqa QORXURAM..........
Cavab

Kimdən: X
11.08.2010 13:44
Qardashim/bacim, hansi monarx mutleq monarxiyani qoyub, konstitusiyali monarxiyaya kecer????

Kimdən: MUHACIR Haradan: YER UZUNDEN
10.08.2010 21:36
Ay millet siz hele ancaq ozunuzu fikirlesirsiniz.Bes Misir Merdanov muellim yaziq deyil? Onunda axi bir cox xercleri var,o da kimlerese haqq verir o stulda ele bele oturmayibki.O yaziq ne qeder Lexsusda, Mersedesde gezecek, bes buqatti surmesin.
Səhifə (2)
    Növbəti