Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:31

Dünya

İki il əvvəlki Gürcüstan-Rusiya böhranı...

Rusiyanın beynəlxalq ictimaiyyətin gözü qarşısında Cənubi Osetiyanı və Abxaziyanı işğal etməsi yolverilməzdir
x
Rusiyanın beynəlxalq ictimaiyyətin gözü qarşısında Cənubi Osetiyanı və Abxaziyanı işğal etməsi yolverilməzdir
Şriftin ölçüsünü dəyiş - +
İki il əvvəl gecə Gürcüstan televiziyası əsgərlərin Rusiya meylli Cənubi Osetiyanın paytaxtı Sxinvaliyə hücum etməsini xəbər verdilər.

Tbilisi rəsmiləri bildirdilər ki, bu hücum ərazi bütövlüyünü bərpa edir və onlar şəhəri götürüblər. Amma cavabında Rusiya Gürcüstan hərbçilərini əzdi və onları ölkənin dərinliyinə doğru itələdi.

Rusiya ilə 5 günlük münaqişə sonrakı günlərdə Gürcüstanın müttəfiqi ABŞ-la əlaqələrə də sirayət elədi. Bu, Rusya ilə Qərbin əlaqələrinə Soyuq Müharibənin sonundan bəri görünməmiş səviyyədə təsir göstərdi.

RUSİYANIN QƏRARI DÜZGÜN İDİ

Avqustun 8-də Rusiya prezidenti Dmitri Medvedev münaqişədən bəri birinci dəfə Rusiya meylli ikinci separat region Abxaziyaya gəlib. O deyib ki, Gürcüstandan ayrılmış iki regionun müstəqilliyini ona görə tanıyıblar ki, qarşı tərəf yerli əhalinin kökünü kəsmək istəyirdi:

«Rusiyanın bu münaqişədə hərbi tərəfdaş kimi çıxış etməsi üçün qərar vermək asan deyildi, amma bu, düzgün qərar idi».

Moskva bildirir ki, bu addım Gürcüstanın bu iki regiona qarşı soyqırımının qarşısını almaq üçün atılmışdı. Gürcüstan isə Rusiyanı onun əyalətlərini qəsd etməkdə günahlandırır.

Münaqişə Gürcüstan iqtisadiyyatına ağır zərbə endirdi, o, Amerka maliyyə yardımının sayəsində indi-indi dirçəlir. Amma iki əvvəlki Rusİya basqını yaddaşlardan
Dmitri Medvedev münaqişədən bəri birinci dəfə Abxaziyaya gəlib
silinməyib.

«KƏDƏRLİDİR Kİ, 21-Cİ ƏSRDƏ BELƏ ŞEYLƏR BAŞ VERİR»

Bu, Rusiya hərbçilərinin işğalıyla üzləşmiş Qori şəhəridir, minlərlə adam mərkəzi meydana yığışıb ki, həmin müharibədə həlak olmuş adamların xatirəsinə 5 min şam yandırsın.

Şəhər sakini Lali Tsitsaqi deyir ki, bu, Gürcüstan üçün çox emosionaldır:

«Mən evdə otura bilmədim. Mən bura gəldim ki, müharibədə həlak olan qəhrəmanlara öz borcumu ödəyim. Bu çox çətindir, ağrılıdır, kədərlidir ki, 21-ci əsrdə belə şeylər baş verir».

On minlərlə gürcü münaqişə nəticəsində köçkün düşüb.

Rusiya qüvvələri Cənubi Osetiyada və Abxaziyada qalır.

Rusiya Sxinvalidə dağıdılmış binaların yerinə yenilərini ucaltdığı barədə danışır. Amma Sxinvalidə ailəsiylə çadırda yaşayan sakin Qriqori Dzasokhov deyir ki, heç nə bərpa edilmir:

«Bərpa üçün ayrılmış pullar ələkdən keçən su, ya qum dənəsi kimi yoxa çıxır».

CƏNUBİ OSETİYANIN 99% BÜDCƏSİ RUSİYADANDIR


Minlərlə adam mərkəzi meydana yığışıb ki, həmin müharibədə həlak olmuş adamların xatirəsinə 5 min şam yandırsın
Cənubi Osetiya ilə Abxaziyanı Rusiyadan başqa yalnız üç ölkə - Nikaraqua, Venesuela və kiçik ada dövlət Nauri tanıyıb. Tənqidçilər deyrilər ki, hər iki regionun müstəqilliyi Moskvanın məqsədlərindən asılıdır. Rusiya höküməti Cənubi Osetiyanın büdcəsinin 99 faizini təchiz edir.

Baxmayaq ki, basqından sonra Rusiya ilə münasibətlərində çatlar yaranmışdı, Birləşmiş Ştatlar və Avropa Birliyi bu dövlətlə münasibətlərinin bərpasını axtarır.

RUSİYA – CƏNUBİ QAFQAZIN TƏHLÜKƏSİ

Hərbi ekspert İrakli Aladaşvili AzadlıqRadiosunun Gürcü xidmətinə bildirib ki, Rusiyanın beynəlxalq ictimaiyyətin gözü qarşısında Cənubi Osetiyanı və Abxaziyanı işğal etməsi yolverilməzdir:

«Rusiya hərbisi günbəgün güclənir və təkcə Gürcüstan yox, Cənubi Qafqaz üçün də təhkükəli vəziyyət yaranır. Təkcə onlar üçün yox, həm də sovet dövründə olduğu kimi NATO-nun, onun üzvü Türkiyənin Qara Dənizdə maraqlarına təhlükə yaranır».

Amma Aladaşvili əlavə edir ki, Gürcüstan heç də indi ayrılmış iki regionu geri qaytarmaq mövqeyində deyil.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Siavuş Haradan: Bakı
10.08.2010 15:47
Cənab tovariş Saaxov!Operativliyiniz ürəyimcə olsa da, doğrusu məni cavablarınızın kəsərsizliyilə öz opponentliyinizdə məyus etdiniz. Bir daha diqqətlə mənim suallarıma nəzər salmağınızı xahiş edərdim.Adaşınız tovariş Saaxov “məişət pozğunu” olsa da ,heç olmasa cavabları,dioloqları çevik və ağlabatan , danışığı isə xoşagələn idi. İqtidarımızın “Qərbdə birqəpiklik hörmətinin olmamasını”anlaşılmayan sevinclə vurğulayırsınız. Xarici siyasətin əsas obyekti ilk növbədə qonşular və onlarla qurulan münasibətlərdir desəm, zənnimcə səhv etmiş olmaram. İki ildir ,öz böyük qonşusu Rusiya ilə , həmin dediyiniz”Qərbin “fitvası nəticəsində müharibəyə girərək məğlubiyyətə uğramış Saakaşvili iqtidarını böyük həvəslə tərifləmənizi başa düşmək çətindir. Gürcü xalqı heç zaman torpaqların itirilməsilə razılaşmasa da,Saakaşvilinin də onlara baha başa gəlmiş avantürasını da bağışlamayacaq. Torpaqların itirilməsi,başqa dövlətlərin sədəqəsilə “İstiqlal marşının” əzbərlənməsi əsl vətənpərvərlər tərəfindən qəbulolunmazdır. ABŞ-ın öz maraqlarına gürcüləri qurban verməsini anlamamağınız təəssüf doğurur.Azərbaycan iqtidarının səbrli və praqmatik siyasəti,özünü ABŞ-la lazımı məsafədə saxlaması, gec-tez öz müsbət nəticəsini verəcək.Bayaqkı yazıma bir daha nəzər salsanız Azərbaycan vətəndaşları R.Koçaryan və Serj Sarkisyan haqda Tahir müəllimin sözlərini anlamış olarsınız.
Cavab

Kimdən: tovarish Saaxov Haradan: kolxoz
11.08.2010 12:32
Cenab Siyavush,siz mene hormetle sual verdiniz,men de size hormetle cavab verdim.Men ede bilerem ki,siz etrafda bash verenlerin esl mahiyyetini sezmirsiniz ve ya sezmek istemirsiniz.Populist cixishlarla,dolashiq mentiqli fikirlerle,sofistik kelimelerle ozunuzu lap YAPcilar kimi aparirsiniz.Belke de siz deyen dogrudur,ancaq bu size haqq vermir ki,faktsiz,delilsiz fikirlerle menim movqeyimi asagilayasiniz.Eger siz bu iqtidarin asiqisinizse basqa mesele!!! Ancaq bizim muzakire etdiyimiz Azerbaycanin geleceyidir,MILLETIMIN geleceyidir.Sevinirem ki,Azerbaycanin gelecek taleyi sizi maraqlandirir!!! Bir daha xahish edirem fikirlerinizi arqumentlerle esaslandirin.Kinodan,Kocaryandan sitatlar getirmeyin.Hormetle,Saaxov zati-alileri,cenablari )))

Kimdən: Qafqazli
10.08.2010 12:30
Qafqazda sulh olmayacaq ne qederki, Rus imperiyasi olacaq. Imperiyanin dagilmasi Qafqaza sabitlik getirecek. Mese caqqalsi olmadigi kimi Qafqazdada Kadirov, Babas, ve s kimi satqinlar az deyil. Gurculerin derdlerine serikik.Tarixde hec bir Imperiya ebedi olmadigi kimi Rus iperiyasida ebedi deyil.

Kimdən: Yurdsevər
10.08.2010 09:45
Amma realliq, fakt budur ki, Gurcustan inkishaf edir.
Qori sheherinin yaninda herbi shehercik var idi, onu ruslar dagitmishdi, indi ora tam yeniden qurulur.

Kimdən: Yurdsevər
10.08.2010 09:40
Soyqirim məsələsində rus ayısı yalan deyir. Özü də bilir ki yalan deyir.
Gürcülərin nəyinə gərəkdir 40-50 minlik osetini qırsın?
Və ya 60 minlik Abxaz əhalisin qırsın?

Sadəcə Medved nəsə deməlidir, özünü təmizə çıxarmaqçün.

Kimdən: Yurdsevər
10.08.2010 09:38
Men özüm bu yaxınlarda Rusiyada oldum və deyə bilərəm ki, Rusiya günü gündən güclənmir, əksinə.
Ölkə dağılır, və ya dağıdılır. Xalq işləmək yaratmaq istəmir. (xüsüsilə kənd yerlərində)
Mənə elə gəlir ki, kritik nöqtəyə çatanda həm Azerbaycan, həm Gürcüstan özlərinə məxsus olanı qaytaracaqlar.
Belə getsə Ruslar kalininqradı da itirəcəklər.

Kimdən: tovarish saaxov Haradan: kolxoz
10.08.2010 01:55
iki il bundan evvel Gurcustan 17 il erzinde Azerbaycanin ede bilmediyi bir sheyi etdi,Rusiyaya yerini gosterdi.Beli itkiler verdi,ancaq gurcu xalqi bu acini da kececek.Za to ozlerine demokratik dovlet qurub,SOCAR yatirdigi sermayelerden yeyib ustunden de ABSin istiqlal marshini oxuyacaqlar.Bu muddetde ise biz ona buna neftden,qazdan soxushdurub bogazimiza zeli kimi yapishan "umumkosmik sulalenin" zulmune dozmeli olacagiq.Deyesen biz mozaxistik axi?
Cavab

Kimdən: Siavuş Haradan: Bakı
10.08.2010 13:01
Tovariş Saaxov! Sizə bir neçə sualım var. Yazırsız ki, Gürcüstan-Saakaşvili Rusiyaya öz yerini göstərdi.Bəlkə demək istəyirsiz ki, özünün Cənubi Osetiya və Abxaziya adlanan ərazilərini Rusiyaya verdi? Gürcüstan-Saakaşvili avqust olaylarına görə , beynəlxalq aləm tərəfindən qınandı.Müharibədə həlak olan yüzlərlə insanın tökülən qanı Saakaşvili və Gürcüstan tərəfinin ayağına yazıldı.Bunumu gürcülərin uğuru hesab edirsiniz? Sizin yazdığınız kimi SOKAR-ın yatırımlarını yeyib , ABŞ-ın yardımlarını içib “İstiqlal marşı “ oxumağı qələbə və xoşbəxtlik hesab edirsiniz? Elə isə , Sizin məntiqinizi anlamaq çətindir.Tovariş Saaxov!İcazənizlə başqa bir sual.Əgər sabah hörmətli Prezidentimiz işğal altında olan torpaqlarımızı azad etmək əmri versə,allah eləməmiş Gürcüstanın halına düşmüş olsaq, Siz başda olmaqla bu forum iştirakçıları kimi günahlandıracaqsınız? Cavab bəllidir. Əlbəttə ki, Dövlət başçısı, Ali Baş Komandanı. Bəs niyə görə hörmətli Saakaşvilini günahlandırmaq ağlınıza və dilinizə gəlmir? Düşünürəm ki,Hörmətli Prezidentimiz bu gün müdrik və praqmatik xarici siyasət yürüdür. Bu forumda, Tahir adlı şərhçinin ağıllı sözləri yaxşı yadımdadır “Qarabağlı balası Robik Koçaryanın hakimiyyəti dövründə erməni əhalisinin tam yarıdan çoxu ölkəni tərk edib.Qarabağlı balası Serj Sarkisyanın hakimiyyəti dövründə ,əgər türk qardaşlarımız sərhədləri açmazsa, bir –iki ilə ,inşallah, Ermənistan adlı ölkədə erməni qalmayacaq”.Praqmatik və müdrik siyasət budur.İnanıram ki, bir vaxt Siz hörmətli Prezidentimizin xarici siyasətinin öz bəhrəsinin verməsinin şahidi olacaqsınız.
Cavab

Kimdən: tovarish Saaxov Haradan: kolxoz
10.08.2010 13:58
Cenab Siyavush, 1 ci sualiniza cavab vermeyecem,cunki gorunur son 2 ilde Gurcustanda olmamisiniz ve orada daxilde geden suretli demokratik deyishikliklerden xeberiniz yoxdur.Elde edilen her bir inkishaf neyinse bahasina olur,yeni bedeli var.Atalar yaxshi deyib torpaq,ugrunda olen varsa,VETENDIR. 2 ci sualinizi ise bele cavablandirardim ki, sizin cox hormetli ali bash komandanin aprdigi "mudrik,praqmatik" siyaset neticesinde Azerbaycanin imici Qerb dovletleri yanina 1 qepiklik deyil.Delil-ABS 1 ile yaxindir sefir teyin etmir.Hele ustelik 907 qalir,qondarma rejime milyonlarla pul ayrilir,danishiqlara qondarma rejimin devet edilmesi meselesi ortaya atilir,hemsedrler de ki,Azerbaycanin hesabina yeyib icib dunyanin dolanirlar,tecrube kursu kecirler ve s. Yeni elmi dilde desek "ali bash komandan" status-kvonu" qoruyub saxlayir.Eger munaqise hell edilecekse,Inshallah bunu yalniz MILLETIM oz qaniyla caniyla edecek. P.S- men herden ozumu xosbext hiss etmek ucun AZTVnin xeberlerine baxiram.Siz de sag olun ki,meni xobext etdiniz.Hormetle,Tovarish Saaxov!

Kimdən: Afat Haradan: Ukrayna
09.08.2010 23:42
Görəsən,Bagapşalar,Kokoytalar və onlara bənzər "yalançi dövlətlər"in başçilari ganirlarmi ki,bunlar Rusiyanin əlində marionetkalardir? Yəni, bunu başa düşmək çətindir ki,sabah Rusiyaya lazim olsa bunlari keçi giymətinə satacag?

Kimdən: El$en Haradan: Baki
09.08.2010 22:31
Rus ayisi hemi$eki kimi oz ampluasindadir.Ikiuzlu riyakarlar,yenede beynelxalq ictimaiyyete ozlerini Qafqaz xalqlarinin xilaskari kimi qeleme vermeye cali$irlar.Heyasizligin bir derecesine baxin: Qafqazin qedim ve koklu xalqlarindan olan cecenlerin az qala kokunu kesibler (250.000 ceceni mehv edibler),gurculeri osetinlerin kokunu kesmekde gunahlandirirlar.
Cavab

Kimdən: Yurdsevər
10.08.2010 09:43
çeçenlərdən qabaq çərkəzləri yada salın. Soçiyə kimi bütün ərazilərdə çərkəz tayfaları yaşayırdı. Qafqaz müharibəsində hamısını qırdılar. İndi də çərkəzlərin sümükləri üzərində olimpiada keçirilir.

Amma məğlubiyyətə baxayaraq gürcü mənən qələbə çaldı, ruslar özləri də bunu qeyd edirdilər.