Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:35

Rubrikalar / Mətbuat icmalı

76 il əvvəl gələcək Bakını necə təsəvvür edirdilər?

Azerbaijan - Communist newspaper about future of Baku
x
Azerbaijan - Communist newspaper about future of Baku
Şriftin ölçüsünü dəyiş - +
«Gənc işçi» qəzetinin 1934 –cü il 4 yanvar tarixli sayında gələcək Bakı haqqında məqalə dərc edilib.

«Bakı ən iri industrial Avropa şəhəri olacaqdır. Bütün Abşeron yarımadasının yenidən planlaşdırılması ilə bərabər köhnə Bakının rekonstruksiyası və yeni Bakı inşası sxemaları tərtib edilir. Neft hasilatının olduqca artırılması, yeni metal və neft emalı müəssisələrinin inşa edilməsi ilə əlaqədar olaraq, yaxın 10-12 il ərzində Abşeron yarımadasının əhalisi təxminən 2 dəfə artacaqdır.

«ƏHALİNİN MİQDARI 750 – 800 MİNƏ ÇATACAQ»

Abşeronda yeni 5 ədəd sosializm zavodunun inşa edilməsi ilə Bakı şəhəri dəxi olduqca inkişaf edəcək və ən yaxın gələcəkdə ən iri industrial Avropa şəhərlərindən biri olacaqdır.

Hazırki Bakının rekonstruksiyası proyekti yerinə yetirildikdə əhalinin miqdarı 750 – 800 minə çatacaqdır. Yaşayış kvartalları şimal və şimali qərb cəhətlərdə tikiləcəkdir. Əhmədlidə tamamilə yeni rayon qurulacaqdır.

Böyük Bakının mərkəzində iri bir meydança tikiləcəkdir. Bu meydanın bir tərəfində şuralar sarayı və bədən tərbiyə sarayı, digər tərəfində isə elm və texnika evi olacaqdır.

Bədən tərbiyə sarayında şəhər stadiyonu tikiləcəkdir.

«BÖYÜK BULVAR TİKİLƏCƏK»


Saraylar meydanından hazırki Bolşoy Morsqoy və Qrasniy Armeysqi küçələrində geniş şəhər caddəsi çəkiləcək, bu caddə şəhərin mərkəzini xəzər dənizi sahili ilə birləşdirəcəkdir.

Mərkəzi vağzaldan şəhərin dağlıq hissəsinə qədər böyük bulvar tikiləcəkdir. Bu bulvarın kənarı bitgi, ictimai və yaşayış evləri ilə əhatə olunacaqdır. Burada böyük bədaye teatrosu, milli teatro və bir sıra mədəni maarif və tamaşa müəssisələri qurulacaqdır».
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: K O M M U N İ S T Haradan: GiZLi BAKI
09.08.2010 14:37
Bakıda fəhlələrə PULSUZ mənzillərin verilməsinə hələ 1923-cu ildə başlamışdılar,hansı ki,o zaman Azərbaycan ildə cəmi 2 milyon ton neft verirdi.İndi isə ildə 50-55 milyon ton neft cıxarırıq,amma PULSUZ MƏNZİL huququ ləğv edilib....Hə Siavuş söylə görək NƏDƏNDİ ?????????????

Kimdən: Siavuş Haradan: Bakı
09.08.2010 11:38
Ah zavallı insanlar! Yenə səs-səsə vermisiniz. 1934-cü ildə sosializm cəmiyyəti qurmaq uğrunda mübarizə gedirdi. Repressiyaların 2-ci dalğası startda idi. Əhalinin vəziyyəti çox ağır idi. Bütün SSRİ-də olduğu kimi Azərbaycan SSR-də ərzaq və sənaye mallarının qıtlığı hökm sürürdü. Qaqrşıdan 37-c i il canavarı dişlərini qıcıyaraq , öz qurbanlarını gözləyirdi.1939-1945-ci ilin ətçəkən maşını cazlanaraq ,hazır vəziyyətə gətirilirdi. 45 dən sonrakı illərin şoxişlənən mallar üçün kartoçkalarının eskizləri çəkilirdi. Milyonlarla insanların müsibəti , qabaqda davam edəcəkdi. İndi Sizin bu dəhşətli dövr üçün nostalji hisslərlə dolu yazılarınızı oxuduqca, təəccüb etməyə bilmirəm. Məs: Çexiyaya gedib-düşmüş “Bakılı” sosializmin xalqa bəxş etdiyi xoşbəxtliyi yada salaraq heyfsilənir.Özünü “analitik” adlandıran şəxs isə daha da irəli gedərək, bütün bu dəhşətlərin baiskarı olan bolşeviklər üçün göz yaşı tökür. Hələ də Bakıda gizlənmiş Kommunisti isə hava hücumundan özünü necə müdafiə edəcəyi düşündürür.76 yaşlı təqaüdçü yaşının çoxluğundan faktları qarışdırır. Haqqına danışırıqsa,sovet dövründə Azərbaycanda sadə insanların az-şox yaxşı dolandıqları dövr , yenə də 70-80-ci illərdə idi. Məni düşündürən hörmətli şərh yazanların unutqanlıqlarının səbəbidir. Səbəb isə ,əlbəttə ki, kin və küdurətdir. Qəzəb,kin,kəmhövsələlik -heç zaman düzgün məsləhətçi olmaz , demişlər ulularımız.

Kimdən: K O M M U N İ S T Haradan: GiZLi BAKI
09.08.2010 10:20
Şərqdə və SSRİ məkanında ilk tramvay xətti,ilk elektriklənmiş dəmiryol xətti Bakıda istifadəyə verilmişdi.Bakıda metrodan istifadə edəndə Turkiyə,İran kimi böyuk musəlman ölkələrində metro haqqında hec təsəvvurdə yox idi.1927-ci ildə Bakıda olmuş fransız yazıcısı Anri Barbus ölkəsinə qayıtdıqdan sonra yazırdı:"..Məndən soruşsalar ki,Sovet hakimiyyəti,onun dostlarını və hətta duşmənlərini ən cox təccubləndirən və heyrətləndirən nə kimi işlər görmuşdur,mən cavab verib deyərdim ki,Bakıya baxsanız bunu görərsiniz! Cunki,dunən ki,huquqsuzluq,köləlik və səfalətlə bu gun ki,səadət arasındakı böyuk ucurumu hec bir yerdə Bakıda olduğu qədər aydın görmək olmaz."
Kommunistlərin hakimiyyəti zamanı şəhərin mərkəzində fəhlə və qulluqcular ucun binalar tikilərdi və pulsuz mənzil huququ cərcivəsində əhaliyə paylanardı,lakin indi şəhərin mərkəzi hissələri ancaq zənginlərə məxsusdur.Yoxsul xalq şəhərətrafı rezarvasiyalara sıxışdırılır.

Kimdən: Bakili Haradan: Cexiya
09.08.2010 01:09
Ne gozel dovran idi.Tehsil pulsuz, sehiyye pulsuz,kurortlar ucuz,heyat firavan.Ne yoxsul vardi, ne de cox varli.Huququn qorunur,bir muessisede omrunun sonunsdek ishlemek haqqin vardi.Vaxtli-vaxtinda da maashin.Lap aqlamaqim geldi.....
Cavab

Kimdən: Anonim
09.08.2010 09:43
niye facebookdaki kimi ismarışları "like" edebilmirik? "Like"

Kimdən: Analitik Haradan: Bakı
08.08.2010 14:33
Yazıq bolşeviklər bilsəydilər ki, nə əzabla qurduqları ölkə - sarayları, Armeyski caddələri kimə qalacaq ürəkləri partlayardı...
Cavab

Kimdən: 76 yashli
08.08.2010 17:36
Demeli dostlar,76 il evvel dushunurduler ki,35 il sonra Azerbaycana dunya shohretli,derin biliye sahib,kecmish KQB-nik,zati-alileri,rushvetin kokunu qazixlayan,insanlarin yaxshi yashamasindan oteri 1 milyon ton pambiga,1,5 milyon ton uzume soz veren,dunyanin en dadli nemetin tarlalarda vetendashlarin bashina emderen bir shexs gelecek,sonra 13 il hakimiyyetde qalacaq,sonra Moskvaya gedecek,daha sonra yeniden Azerbaycani analoqu olmayan olkelerin siyahisina salmaqdan oteri yeniden hakimiyyetin birinci pillesine qedemlerin xosh edecek.Hetda o vaxdlar bele tesevvur edirlermishler ki,2003-cu ilde tam sheffaf shekilde atasindan,sukani xalq yolunda qebul eden ulu onderin,genc enerjili,ermenilerle Qarabag meselesin danishmaqdan usanmayan,yorulmayan,neftin bir litrine de kem baxmayan,Azerbaycanda atasinin olmadigi iller erzinde kok atmish korrupsiyanin kesmeye gelen,muxalifete tam demokratik cemiyyetlerden de cox sherait yaradan,jurnalistleri tutduranlara pis baxan,ermenileri yanib yaxdirmaq ucun Dubayda fantastik qiymetlere villalar alan I.Eliyev hakimiyyete gelecek ve xalqi azginlashmish muxalifetcilerin cengine kecmekden xilas edecek.Hetda dushunurmushler ki,YAP partiyasinin adini ona gore YAP quyacaqlar ki,onu conderende pay kimi oxunsun,Yeni hakimiyyetde olan ata-bala oz omurlerini xalqa pay verecek derecede tarixi shexsiyyet statusu alacaqlar.Yashasin 76 il bundan once bu sherhde yazilanlar dushunen rehmetlik xalqimin numayendeleri.URRAA....

Kimdən: Ali Zadeh Haradan: Kirovabad
08.08.2010 14:28
Adlar nece də şirin səslənir: Şuralar sarayı,Bədən tərbiyə sarayı, Elm və texnika evi... Ehhhh.... O vaxt qəzetçinin yazdığı Saraylar indi PLAZAlara çevrildi...

Kimdən: K O M M U N İ S T Haradan: GiZLi BAKI
08.08.2010 14:13
Dedilərdə etdilərdə.Bakı sovet hakimiyyəti zamanı hava hucumundan mudafiə sisteminin gucunə görə yalnız Moskva və Leninqraddan geri qalırdı.Neft -- Maşınqayırması sənayesi baxımından İttifaqın mərkəzi idi...
Cavab

Kimdən: qartal Haradan: azerbaycan
09.08.2010 17:19
GIZLI BAKI unutmaki hemin mudafie sistemini seni ve meni qorumaq ucun yox nefti tehlukesiz dasimaq ve daha cox , daha cox ``silib supurmek`` ucun qurmusdular. ne oldu geden kimi her seyi dagidib getdiler. bes niye ?...
Cavab

Kimdən: K O M M U N İ S T Haradan: GiZLi BAKI
10.08.2010 13:27
Azərbaycan 70-ci illərdə SSRİ-də hasil olunan neftin cəmi 2%-ni verirdi,hər şeyi neftlə əlaqələndirmək yanlış ictimai rəydir.
Cavab

Kimdən: Samir Haradan: Baki
10.08.2010 05:45
Beli duz buyurursunuz nefti qorumaq uchun idi...Bizim uchun qoruyurdular...Indi de qoruyurlar ...kimin uchun? Ozleri uchun...