Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:36

İqtisadiyyat

Azərbaycan Rusiyanın taxıl qadağasından narahat deyil

İlin axırına kimi ehtiyatımız 900 min tona çatacaq
x
İlin axırına kimi ehtiyatımız 900 min tona çatacaq
Şriftin ölçüsünü dəyiş - +
Rusiya bu ilin dekabrına qədər taxıl ixracatına qadağa qoyub. Qadağa baş nazir V. Putinin göstərişiylə avqustun 15-dən başlanır.

Putin qadağını ölkədə quraqlıq keçməsiylə əlaqələndirərək Belorusiya və Qazaxıstana da analoji addım atmağı təklif edib.

Qazaxıstanın kənd təsərrüfatı nazirliyinin məsul əməkdaşı Evqeniy Aman RİA Novosti-yə müsahibəsində bildirib ki, onun ölkəsində hava yaxşı keçib, məhsul bol olub, ona görə də taxıl icraatına qadağa qoymağa ehtiyac görmürlər.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi isə Rusiyanın taxıl qadağasından narahatçılıq keçirmir. Nazirliyin şöbə müdiri Sabir Vəliyev AzadlıqRadiosuna bildirib ki, ölkənin taxıl ehtiyatı var:

- 520 min ton idxal olunub, 2 milyon ton da istehsal eləyəcəyik, ondan 1 milyon 300 mini ərzaq buğdasıdır. Bəzi firmalar Qazaxıstana vəsait keçiriblər. Ordan da hər ay 87 min ton gəlməsi nəzərdə tutulub. İlin axırına kimi ehtiyatımız da 900 min tona çatacaq. Biz əsasən Qazaxıstandan taxılı alırıq. Taxıl idxalının 13 faizi Rusiyadandır.

Payız əkinində də 900 min ton taxıl əkiləcəyini deyən Sabir Vəliyevin sözlərinə görə, ölkədə unun və çörəyin bahalaşmasına səbəb yaranmayacaq. O, nazirliyin ölkəyə gətirilən taxıl məhsullarının əlavə dəyər vergisindən azad edilməsi üçün hökumətə müraciət etdiyini açıqlayıb.

İki il əvvəl də bəzi ölkələrin taxıl ixracatını qadağan etməsindən sonra Azərbaycan hökuməti taxıl idxalına Əlavə Dəyər Vergisini ləğv etmişdi. Sonradan isə bu vergi yenidən tətbiq edildi.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Aliqulu Haradan: Baki
08.08.2010 18:41
Sabir muellimden ibaretdir!Her hansi bir mesele olursa o danishir! Hemde indiye qeder soylediklerinin birceciyui de dogru olmayib!Hamisi yalan-yalan ve yende yalan!!

Kimdən: rentgen Haradan: Bakıdan
08.08.2010 02:27
Rusiyanın taxıl ixracına qadağasını ancaq, hərbi strateji addım saymaq olar, onlar hər an müharibə təhlükəsindən sıortalanırlar, bu addıma da ancaq hərbi strateji adım kimi qiymətləndirmək olar. Kazağıstanın ambarlarında nə qədər desən illərlə ixrac omunmayan böyük taxıl ehtiyatları vardır, görəsən ehtimalı müharibənin belə uzun müddetli olmasını neçə ilə planlaşdırıblar.Bu imperiya onsuzda öz süqutunun gələcəyi, günü təqribi bilməkdədirlər.

Kimdən: Eloglu Haradan: Avropa
07.08.2010 21:45
Sabir Veliyevin unun ve choreyin bahalashmayacagi barede reyi esassizdir. Taxili Qazaxstandandan alsaqda, Rusiyanin taxil ixracatina qoyulan qadagasi ve dunya taxil bazarindaki son aylarin tendensiyasi neticesinde taxilin qiymetinin umumiyyetle bahalashmasi prosesi bash verecek. Bu proses artiq indinin ozundede mushahide olunur. Bu sheraitde Qazaxstaninda qiymetleri qaldirmayacagini dushunmek en azindan sadelohvluk olardi. Qazaxstanin denize chixishi olmasada (unutmayaq ki, Xezer deniz deyil) ve bu ona dunya ticaretinde mueyyen mehdudiyyetler yaradsada, onun hem-serhed oldugu ve onun taxilina mushteri chixacaq iki dunya nehengi var - Chin ve Rusiya. Rusiya ozu taxil ixracatchisi olsada, yaranan sheraiti nezere alsaq, mueyyen dovr uchun ozi idxalchiya chevirile biler.
Xulase, Sabir Veliyevin yuxaridaki meqalede seslendirdiyi rey hech bir tehlile soykenmeyen fikirden bashqa bir shey deyil. Muasir Azerbaycan memuru uchun adi hala chevirilmish bir veziyyet...