Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:59

Verilişlər / Kontekst

«Zob qırdı bizi»

«15-20 ildir ki, zob getdikcə yayılır. Kimdən soruşursan, deyir ki, ya özünün, ya da ailəsində kiminsə zobu var»
x
«15-20 ildir ki, zob getdikcə yayılır. Kimdən soruşursan, deyir ki, ya özünün, ya da ailəsində kiminsə zobu var»

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
Aran Qarabağ kəndlərinin bəzilərində içməli su tapılmır, tapıb içdikləri su isə onlara kədər gətirir.

Ağcabədinin Qaraxanlı kəndinin sakinləri az qala hər evdə bir-iki nəfərdə tapılan zob xəstəliyini uzaq məsafədən gətirdikləri içməli suyun ayağına yazırlar.

Kəndlilərin fikrincə, suda yod yoxdur, ona görə də, onların çoxu yod çatışmazlığından əziyyət çəkir:

- 15-20 ildir ki, zob getdikcə yayılır. Kimdən soruşursan, deyir ki, ya özünün, ya da ailəsində kiminsə zobu var. Mənim oğlumda da zob var. Cavadovun özünün də oğlu bir neçə gün qabaq zobdan əməliyyat olundu.

SUDA GÜNAH YOXDUR

Amma kəndin icra nümayəndəsi olan Məmməd Cavadov bunu təsdiqləmir, deyir ki, kənd camaatının içməli su mənbəyi olan 50-60 ildən çoxdur istifadə elədikləri «qaynama» artezian vurulanda suda yod tapılıb:

- Ola bilsin ki, indi suda yod yoxdur. 50-60 ildir istismar olunur. Şəhərdə də xəstəliklər olur. İndi demək olmaz ki, məhz bu suya görə adamlarda zob yaranır. Vaxtilə bu suları yoxlayıblar ki,
Məmməd Cavadov
bunda yod var.

Məmməd Cavadov deyir ki, hər 2-3 ildən bir sanepidemioloji stansiyadan gəlib suyun tərkibini yoxlayırlar.
- Sonuncu cavab nə olub?
- İçməyə yararlıdır.

ŞOR SU İÇMƏYƏ MƏCBURUQ

Tərtərin Azad Qaraqoyunlu kəndində isə deyirlər ki, içməli suyu satın alırlar, çünki «qaynama» kənddən o qədər uzaqda yerləşir ki, ordan su daşımaq müşkül məsələdir. Camaat deyir ki, çoxları məcbur qalıb yerin üst qatından çıxan subartezian suyu içir:

- Bu su əslində içməli deyil, şordur.
- Neyləyək? Puluyla almağa gücü çatmayan məcbur olur duzlu suyu içsin. Onda da böyrək sıradan çıxır, ürək ağrıyır.

Tibb elmləri doktoru, professor Adil Qeybullanın fikrincə, içməli suda lazımi minerallar olmayanda bu suyu yararsız hala salmır, sadəcə, suda, torpaqda insan sağlamlığı üçün çatışmayan minerallar müəyyən edildikdə, bu yerdə yaşayan insanların bu mineralları başqa yolla əldə etməsinə imkan yaradılmalıdır. Professorun fikrincə, tərkibində duzun çox olduğu suların təmizlənməsi üçün filtrasiya mexanizmi işləməlidir.

LABORATORİYA CAVABI «DÖVLƏT SİRRİ»DİR?

Tərtər rayon Sukanal İdarəsinin baş mühəndisi Rais Abbasov isə bildirir ki, içməli suyun keyfiyyəti vaxtlı-vaxtında laboratoriyada yoxlanır:

Rais Abbasov
- Hər ay 5-6 mənbədən su nümunələrini göndəririk «Azərsu»nun laboratoriyasına. Cavablarımız gəlir, normaldır.

Cavablarla tanış olmaq istədik. Rais Abbasov dedi ki, sənədlər idarədədir, sonradan bizə faksla göndərər. Amma sonra o sənədləri bizə verməkdən imtina elədi.

SOVETDƏN QALMA STANDART

«Azərsu» Birləşmiş Sukanal Məhdud Məsuliyyətli Cəmiyyətdən isə AzadlıqRadiosuna bildiriblər ki, ölkədə içməli suyun keyfiyyəti hələ sovet dövründən qəbul olunmuş «QOST2874-82» standartına uyğun olmalıdır və kənd əhalisinin içməli su təchizatını yaxşılaşdırılmasına dair tədbirlər planı hazırlayıblar. Bunlardan biri də içməli su keyfiyyətinin yaxşılaşdırılmasıdır.

Cəmiyyətdən onu da deyirlər ki, içməli suyun keyfiyyətini yoxlamaq üçün vaxtaşırı laborator müayinələr aparırlar.

«CAMAAT KANALİZASİYA SUYU İÇİR»


Tərtərin Azad Qaraqoyunlu kəndində isə deyirlər ki, içməli suyu satın alırlar
Amma mühəndis-geoloq Vaqif Behbudoğlu rəsmi cavabla razılaşmır, onun fikrincə, Azərbaycanda içməli suyun keyfiyyətiylə bağlı ciddi problemlər var, amma rəsmilər bu barədə ictimaiyyətlə müzakirə aparmağı sevmir. Uzun illərdi bu sahədə çalışdığını deyən mühəndis-geoloq hesab eləyir ki, kənd yerlərində yaşayan əhalinin 70 faizi kanalizasiya suyu içir:

- Yeraltı sular daim hərəkətdə olduğu və kəndlərdə kanalizasiya sistemi qurulmadığı üçün bu suların qarışması mümkündür. Ən keyfiyyətli içməli su günəş şüasıyla təmasda olan, oksigenlə zənginləşən axar sulardı. Yeratlı sular uzun müddət yeraltında qaldığından ona zərərli maddələr qarışa bilər.

AYRICA QANUN OLMALIDIR

Vaqif Behbudoğlunun sözlərinə görə, içməli suyun keyfiyyətini yaxşılaşdırmaq üçün suda fiziki, kimyəvi və bioloji təmizləmə aparılmalı, keyfiyyətə nəzarət məqsədilə gün ərzində bir neçə dəfə ölçmələr olmalıdır. Onun fikrincə, içməli suyun keyfiyyəti dövlətin strateji məsələsidir və müvafiq qanunvericiliyə bir daha baxmağa ehtiyac var.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: sual Haradan: xarabadan
07.08.2010 23:51
goresen bu xaraba olkede normal bir shey var??

hava zeherli, su zeherli, giza mehsullari zeherli, vaxti kechmish, bakteriyali!!
Cavab

Kimdən: sade vetendash
08.08.2010 13:01
Su heyat menbeyidir deyenler yanilmayib.Gun axshma kimi ettoken terifleri eshitmekden xalq artiq zara gelid.( sonrada bezileri deyir ki,xalq kasibdirsa bu "krosnulari" hardan alir,day demirler ki,xalq telekanalizasiyalardan iyrendiyi ucun bu addimi atir) xalqi seven hakimiyyet,onun qeydine qalirsa corekle beraber onu icmeli su ile de temin etmelidir.Menasiz lahiyelere budcenin pulunu dagidanadek xalqa ismeli su versinler.Paytaxt Baki ustu bezek,ici tezek meselesine nece de yaxindir.Hundurmertebeli binalar goz oxshayir.Ancaq insan ucun heyat kesb eden su meselesine gelende biyabirciliqdir.

Kimdən: Aliqulu Haradan: Baki
07.08.2010 20:05
Hormetli Mubariz! A herifinin ustine 2 nogte goymag evezine sen E herfini ishletki onu oxumaq daha asan olsun!! Oki qaldi ZOB-un mualicesine onun da azerbaycanda cox ilginc terefi var.Topcubasov adina Elmi Cerrahi merkezde zob shobesi var orada hec bir derman mualicesi aparilmir catani kesirler.Merkez temirde olsada bele gelirli shobeni baglamayib yalanci bir damar cerrahiyyesi deyilen yaxinliqdaki binaya kocurubler. Tesevvur edinki bir gunde orda 15 zob kesirler.Ondan 3 defe cox hemin hekimler ozel xestexanalarda her gun zob kesirler.Bir zobun kesilmesi xesteye umumilikde 1000 manatdan bir az artig ve ya eksiye basa gelir.Amma internetden aldigim melimata gore butun dunyada zobu mualice edirler ve nadir hallarda mualiceye tabe olmayan xestelikde emeliyyat edirler.Bu biabirciliga sehiyye nazirliyi niye goz yumur yegfinki siz cavabini bilirsiniz! Belece analogu olmayan olkede analogu olmayan mualice tugyan edir.Sozunu kime deyesen? Birce qalibki gedimlerde deyirdiler HEZRETI PEYGEMBERE SHIKAYET YAZIB MEKTUBU ARAZ CAYINA atasan belke o komek ede!! Ay-hay! O niye komek etsin bizim kimi dilsiz-agizsiz insanlara!!??

Kimdən: Mübariz Haradan: Almaniya
06.08.2010 19:35
Bir insan häfdädä än az 2 däfä baliq mähsullari yemälidir. Än chox yod däniz baliqlarinda olur vätänmizdä isä xalqimizin imkanlar buna chatmadigi üchün bu imkanlardan istifadä edä bilmirlär. Zobun müalicäsi isä artiq inkshaf etmish dövlätlärdä ämäliyyatnan deyil nükliyar därmanlarla tädavi edilir bu tädavi üsulunun Azärbaycana gälmäsi belä getsä hälä bir nech äsir gözdänmäli olacaqdir. Ämäliyatnan zobu aldirmaq bäzi zaman säsin itirilmäsinä säbäbiyyät verdiyindän inkshaf etmish dövlätlärdä bunun yerini nükliyar därmanlarla äväz edirlär. Mäsälä burasindadir ki bu müalicä üslu täk nükliyar därman ichmäknän bitmir buna uyqun xäsdäxanalar olmalidir. Mäsälän belä bir därmandan istifadä edän bir xäsdä buna uyqun xäsdäxanada bir necä gün qalmalidir. Belä moderin xäsdäxanalarin vätänmizdä yaradilmasi üchün bu hakimiyyätdän män shäxsän hech bir shey gözdämiräm. Özdärinä lazim olanda isä dövlät mämurlari inkshaf etmish dövlätlärä yollanirlar müalicä üchün. Varliga nä darliq ee bunlar üchün. Imkansiz vätändashdarmizda bu gün dünyada chox sadä müalicä üsüllari oldugu halda bir chox xäsdäliklärdän äziyät chäkirlär!