Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:35

Verilişlər / Kontekst

Nəhəng tikililərin kölgəsində qalan abidələr

Nizami-Puşkin kitabxanası
x
Nizami-Puşkin kitabxanası

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
Vəziyyətdən narahat olan şəhər ziyalıları Gəncə rəhbərliyinə müraciət etsə də, tədbir görülməyib.

Gəncə Elmi Mərkəzinin əməkdaşı İrşad Abbasov deyir ki, abidələrin yanında hündür binaların tikilməsi şəhər tarixini məhv edir:

İCRA HAKİMİYYƏTİ: GÖYDƏLƏN TİKİNTİSİ QADAĞAN OLUNSUN


«Hündür mərtəbəlilər tikilərkən abidələrə ziyan dəyməsi barədə şəhər ziyalısı olaraq fikrimizi bildirdik. Sonra Şəhər İcra Hakimiyyəti qərar verdi ki, bu binalar çox hündür olmasın və şəhərin tarixi mərkəzində hündür mərtəbəli binaların tikintisinə qadağan olunsun. Özünə hörmət edən şəxs tarixi abidələrini qorumalıdır. Belə binaların təmir olunması da, tədqiq olunması da çətindir. Bu, xüsusi institutlar tərəfindən təşkil olunmalıdır».

18-ci əsrə aid Uğurlu bəy Karvansarasının yanındakı binanın tikintisi artıq başa çatıb. 1825-ci ildə tikilmiş, hazırda Nizami-Puşkin kitabxanası kimi fəaliyyət göstərən məscid binasının yanındakı binada isə hələ tikinti işləri gedir.

TARİXİ ABİDƏDƏ ÇATLAR ƏMƏLƏ GƏLİB

Gəncə Qalası, 16-cı əsr
Gəncə sakini Musa da deyir ki, yeni göydələnin bünövrəsini qazanda buradakı Uğurlu bəy Karvansarasındakı çatın böyüdünü müşahidə edib:

«Karvansarayda mən tikinti gedəndən sonra görmüşəm ki, yekə çatlar var. Onun ağırlıq qüvvəsi binaya təsir edir. Azərbaycanda köhnə abidələr azdır və onların çoxu o qədər də keyfiyyətli, möhkəm deyil. Bir çoxu şəhərin mərkəzi hissələrində yerləşib. Məsələn, Gəncədə belədir. Hündür binalar tikilərkən nə qədər gözəl olsalar da, onların qədim tikililərə ziyan verib-vermədiyini araşdırmaq lazımdır. Bunları nəzərə almaq lazımdır, yoxsa qədim tikililər məhv olacaq».

TARİXİ YERLƏRDƏ HÜNDÜR BİNA TİKİLMƏYƏCƏK

Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin inspektoru Bəxtiyar Muradov da icra başçısının sərəncamını xatırladaraq deyir ki, artıq Gəncədə tarixi yerlərdə hündür bina tikilməyəcək. Dediyinə görə, kitabxana yanındakı binada tikinti işləri getmir.

Amma binanın 12 mərtəbəsi artıq ucaldılıb. Zədələnmiş iki abidənin taleyi barədə Bəxtiyar Muradov bunları deyir:

Çökək hamam, 17-ci əsr
«Uğurlu bəy Karvansarayda təmir gedəcək. O çat da ölçülür. Mədəniyyət Nazirliyinin xətti ilə təmir gedəcək. Abidələrin qorunması üçün xeyirli addımdır. Amma Nizami-Puşkin kitabxanasının yanındakı binanı dayandırıblar, daha tikmirlər. Gəncə qədim şəhərdir, istərdim ki, tarixi abidələrə xələl gəlmədən şəhər qurulsun».

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, memarlıq doktoru Cəfər Qiyasi deyir ki, Azərbaycanda abidələrin və tarixi binaların ətrafında tikinti aparılarkən həmin abidələrin mühafizə zonası nəzərə alınmır:

«Hər bir abidənin mühafizə zonası var. Təəssüflər olsun ki, Azərbaycandakı abidələrin çoxunun mühafizə zonası dəqiqləşdirilməyib. Mühafizə zonasına daxil olmaq olmaz. Burada həm abidənin təhlükəsizliyi təmin olunur. Çox vaxt abidələrə çox yaxın yerdə hündür binalar tikilir ki, bu həm onun fiziki durumuna həm də görünüşünə pis təsir göstərir».

Cəfər Qiyasi deyir ki, mühafizə zonası abidənin təhlükəsizliyi ilə yanaşı, onun görünüş komponentlərini də təmin edir. Yəni abidələr istənilən tərəfdən sərbəst görünməlidir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: K O M M U N İ S T Haradan: GiZLi BAKI
07.08.2010 00:37
Gunumuzdə bəzi nankorlar iddia edirlər ki,guya sovet hökuməti xalqımızın tarixinə "biganə"munasibət bəsləyib....Amma nədənsə Sovet Hökumətinin qoruduğu tarixi abidələr bu gun "milli"hökumətin qəzəbinə tuş gəlib.Kapitalizmə xas MƏNFƏƏT iştahası tarixi udmağa başlayıb.Karl Marks demişkən mənfəət 100%-i kecəndə kapital butun bəşəri dəyərləri ayaqlamağa hazırdır...1934-cu ildə SOVET HÖKUMƏTİNİN paytaxtımızda saldığı NƏBATƏT bağıda tikinti şirkətləri tərəfindən ölumə məhkum edilib.Bağın duz hasarına bitişik göydələnlər inşa edilir.....SOVET vaxtı Qızqalasına bir biletin qiyməti cəmi 5 QƏPİK idi,"mustəqil"dövlət isə bilet qiymətlərini edib uşaqlar ucun 1 MANAT,böyuklər ucunsə 2 MANAT ....hə indi deyin necədir KAPİTALİZM.
Cavab

Kimdən: kəmsavad
09.08.2010 00:40
@Kommunist,
80 ci illərdə xalq təsərrüfatını qurtarmışam. Plan iqtisad fakultəsini. Siyasi iqtisad müəllimim var idi, İsa müəllim. Parik İsa deyirdilər. Sənin kimi mühazirə oxuyurdu. Çürüməkdə olan kapitalizm, inkişafda olan kommunizm. Adamın bu qulağından girirdi o biri qulağından çıxırdı. Dövlət imtahanına da salmışdılar. Bir səhifəni oxuyub o biri səhifəyə keçəndə əvvəlkilər yaddan çıxırdı.
Sözümün canı nədir qardaşım. Bu sarsaq idealogiyalarla yormayın insanlar.
Qız qalası məsələsinə gəldikdə. Mən Ekonomist işləyirdim. 120 manat maaş alırdım. 22 manatını çıxırdılar. 98 qalırdı. İndi de görüm bilet neçəyə olmalıdır ki?
Bilirəm ki, Avropa ölkələrindən yazırsan. De görüm orda ekonomist nə qədər alır.
Azərbaycan isə çox təəssüf olsun ki, kapitalist ölkəsi deyil. Sənin ideya babalarının nəvə nəticələrinin idarə etdiyi kommunist fason bir rejimdir.
Kommunist ölkələrinin məhv olma səbəblərindən ən birincisi isə sarsaq iqtisadi politikası oldu.
fəhləsi mühəndisindən üç dəfə çox maaş alan bir quruluş darmadağın olmalıdır əvvəl axır.
Yorma nə özünü, nə də bizi.
Cavab

Kimdən: K O M M U N İ S T Haradan: GiZLi BAKI
10.08.2010 16:50
Subyektiv idealistlər kimi yaşadığınız dunyanı inkar edirsiniz,hələdə umud edirsiz ki,bir gun taleyin hökmuylə əfsanəvi kapitalizm adasını kəşf edəcəksiniz.Ekonomist qardaş əgər iqtisadiyyatın 85%-i xususi şəxslərə məxsusdursa,muəssənin MƏNFƏƏTİ bir ovuc mulkiyyətci sinfin ciblərinə axırsa KAPİTALİZM deyil bəs nədir.Sovet dövrunun maaşından şikayət edirsən,ekonomissən yəqinki başqalarından fərqli olaraq pulun REAL və NOMİNAL dəyərini fərqləndirə bilirsən,sovetin pulu nominal baxımdan kimlərəsə kicik görunə bilər,amma hər-şeyin qəpik-quruşa olduğu cəmiyyətdə qeyd etdiyiniz 98 rubl elədə kicik məbləğ deyildi.....qaz,işıq,su pulu demək olar ki,qəpik-quruşla yola verirdin.İndi isə kommunal xərc az qala ailələri muflus edir....

Kimdən: Teymur
06.08.2010 21:11
Məmləktin yırtıcı məmurları olub XALQIN AZADLIĞINI göləlikdə yşadanda, qədim abidələrdə nəhək tiklilərin gölkəsində əsarətə dücar olmalıdır. MƏMURLAR ANA TƏBİƏTİDƏ ZƏBT ETDİKLƏRİ AZADLIĞIN KÖLƏLYİNDƏ YAŞATMAQ İSTƏMƏSİNƏ BAXMAYARAQ TƏBİƏT HƏRDƏN ÖZ QƏZƏBİNİ GÖRSƏTMƏKLƏ TƏBİİƏTƏ QARŞI QİSMƏN ZORAKILIQ İŞLƏDƏ BİLMİRLƏR.