Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:40

Verilişlər / İz

Dilimizə diaqnoz qoyulsaydı...

Bakıda yaşayış binalarından birində MİS işçilərinin elanı, 11.09.2009
x
Bakıda yaşayış binalarından birində MİS işçilərinin elanı, 11.09.2009
Şriftin ölçüsünü dəyiş - +
«Bu təqvimin heç bir məntiqi əsası yoxdur. Bu, bir tarixi olayla bağlanmalıydı». AzadlıqRadiosunun «İz» proqramınında «1 avqustun «Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunmasına necə baxırsınız» sualını cavablayan qonaqlardan biri, dilçi alim Firudin Cəlilov belə deyib.

NİYƏ QANUNUN QƏBUL OLUNDUĞU İL YOX, 2001-Cİ İL?

Onun sözlərinə görə, Əlifba haqqında qanun 1991-ci ildə qəbul olunmuşdu. Orada göstərilmişdi ki, iki ilə media, təhsil sahəsi və s. bu əlifbaya keçəcək. «Bəs niyə həmin ili yox. 2001-ci ili götürüblər? Məntiqsiz və tarixi kökü olmayan bir məsələdir. Ona qalsa, sovetlər də latın əlifbasına keçmək barədə fərmanlar vermişdi. Xalq Cümhuriyyəti zamanında əlifba haqqında qərar olmasa da, dilimizin türk dili olması barədə qərar var idi».

Müstəqillik haqqında qərara imza atanlardan biri olduğunu deyən Firudin Cəlilov orada Azərbaycan respublikasının Xalq Cümhuriyyətinin varisi olduğunu xüsusi qeyd etdiklərini nəzərə çatdırdı. «Polis gününü o vaxtdan hesablayırıq, ordu gününü həmçinin. Amma Azərbaycan əlifbası gününü dünəndən».

DİLİMİZ DÖVLƏT DİLİ ELAN OLUNUB?

Yazıçı Fəxri Uğurlu da bu təqvimə qəribə baxdığını bildirdi. «Bu dövrdə dilimizlə bağlı nə baş verib? Dilimiz dövlət dili elan olunub? Yadımdadır, 2001-ci ilin avqustunda qəfildən bütün qəzetlərin, kitab nəşrlərinin latın qrafikasına keçməsi ilə bağlı qərar çıxarıldı. Əlifbaya keçid barədə qanun isə ondan xeyli əvvəl qəbul olunmuşdu. Yəni məntiqə uyğun deyil. Həmin günə başqa ad tapılsaydı, daha yaxşı olardı».

FƏRQ ETMƏZ HANSI GÜN OLSUN...

Beynəlxalq Dil və Ədəbiyyat jurnalının baş redaktoru Tahir Cəfərli də bu bayramın niyə avqustun 1-də qeyd olunmasını başa düşmədiyini söylədi. «Ümumiyyətlə isə Əlifba bayramının keçirilməsi böyük hadisədir. Odur ki, fərq etməz hansı gün olsun, dövlət tərəfindən qəbul olunubsa, bayram etməliyik».

ÜMUMMİLLİ LİDERİMİZİN TƏŞƏBBÜSÜNƏ MÜSBƏT BAXIRAM

Firidun Cəlilov
Verilişin digər qonağı - İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bu günün qeyd olunmasına müsbət baxdığını dedi. «Ümummilli liderimizin təşəbbüsü ilə həyata keçirilib. Hər bir xalq öz dili ilə tanınır, inkişaf edir. Ölkəmizdə dərsliklərin, sənədləşdirmələrin. bütün tədbirlərin dövlət dilində həyata keçirilməsi vətəndaşlar üçün mühüm əhəmiyyət kəsb edir».

DİLİNİ GÖSTƏR, XƏSTƏLİYİNİ DEYİM...


AzadlıqRadiosunun «Dilimizə dəqiq diaqnoz qoymuş olsaydıq, onun hansı xəstəliklərindən söz açmaq olardı» sualını cavablandıran Firudin Cəlilov «həkim yanına gələn xəstənin mütləq dilinə baxıb diaqnoz qoyur», - dedi. «Bu baxımdan dilimizə baxıb xalqın mədəni səviyyəsinə, dilin işlənmə imkanlarına diaqnoz qoya bilərik. Təəssüf ki, bir çox xəstəliklər var».

MƏMURLAR BU DİLDƏ DANIŞA BİLMİR


F.Cəlilovun fikrincə, dilin ən böyük bəlası budur. «Yaponiyanın səfiri, ABŞ-ın səfiri gəlir dili öyrənir. Amma burda doğulan, adını azərbaycanlı qoyan yüksək vəzifə sahibi bu dildə danışa bilmir».

Uzun illər müəllimlik etdiyini, tələbələrinə televiziya diktorlarının dilindən nümunə götürməyi məsləhət gördüyünü xatırladan Firudin Cəlilov «amma indikilər hərə öz ləhcəsində danışır», - dedi. «Düzgün tələffüz normaları, yazı norması bizdə bərbad haldadır. Bu onu göstərir ki, Dilçilik İnstitutunun, Universitetlərin dilçilik kafedralarının işi yarıtmazdır».

DİLİMİZİN ƏN BÖYÜK XƏSTƏLİYİ KÖLƏLİKDİR!


Fəxri Uğurlu bu fikirdədir. «Biz hələ köləlikdən azad olmamışıq və bu gedişlə də azad ola bilməyəcəyik» deyən yazıçı maraqlı bir müşahidəsini də bizimlə bölüşdü.

«Mən həmişə Bakının mərkəzi küçələrində, Fəvvarələr bağında, Sahil bağında gəzən gənc analara fikir verirəm. İnanın, 10-dan 7-8-i uşağıyla rus dilində danışır. Yəni Cəfər Cabbarlı demiş, müstəqil olsaq da, şüurumuzda inqilab baş verməyib. Mən şəhərdə böyümüşəm. Və gözümü açandan bu xalqın özünə sevgisini, dilinə, mədəniyyətinə sevgisini görməmişəm».

Həmişə hansısa kənar təsirlərə meyllənməyə hazır vəziyyətdə olduğumuzu vurğulayan Uğurlu «Dilimizə yiyə dura bilməmişik. Onu lazımınca sevə-sevdirə bilməmişik. Ona görə də, şüurumuz hansı vəziyyətdədirsə, dilimizin tərkibi də elədir», - fikrinə gəldi.

Fəxri Uğurlu
--Tahir Cəfərli Azərbaycan dilinə hansı diaqnozu qoydu?

--Firudin Cəlilov yer adlarının dəyişdirilməsinə necə baxır?

--Qonaqlarımız «Azərbaycan dilinin ən sağlam özəlliyi nədir» sualını necə cavabladılar?

-Fəxri Uğurlu niyə Dilçilik İnstitutunun önündə feillərə heykəl qoymaq istədi?

--Rasim Əliquliyev informasiya texnologiyalarının dilin inkişafına təsirindən nələr dedi?

-- Dövlət dili kimi işlənən Azərbaycan dilinin hansı uğurlarından danışmaq, hansı təcili-ertələnməz vəzifələrini sadalamaq olar--sualı necə cavablandı?

«İz»i elə bu səhifədən dinləsəniz, cavabları öyrənə biləcəksiniz.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: ses
05.08.2010 12:11
ay millet, ne geder ki, olke bashchisi oz ushaglari, neveleri ile rusca danishir (baxmayarag ki, yoldashi da azerbaycanlidir, ushaglari da , ozu de Azerbaycanda yashayir) azerbaycan dili ve ya azeri turkcesi meishet dili olarag galacagdir.

Insanlara zorla bu dilde danish demek olmaz. Dilin nufuzunu galdirmag lazimdir. Eger dilin nufuzu yoxdursa, o dil hakim dil ola bilmez. Ancag yardimchi dil gisminde olacagdir her zaman.

Kimdən: aydan Haradan: kosmosdan
03.08.2010 18:37
salam, men bizimkiler ve xaricilerin birge gurdugu sirketde isleyirem, mudir xaricidir, isciler bizimkiler, mudir rusca ingilisce danisir, bizim dili bilmir. her gun menden sorusurdu ki, sizinkiler niye ofisde rusca danisirlar, utandigimdan yalandan deyirdim ki, sen gore, ne bilim neye gore.
o gun ozu da sanki pert olmus halda gelib mene deyir ki, men oz otagimda oluram, amma onlar yene de oz aralarinda rusca danisirlar, niye oz dilinizde danismirsiz, niye?, inanin ele pert oldum ki, uzumu cevirdim cavab vere bilmedim, o da bir daha sorusmadi... yegin ki ozu basa dusdu...
Cavab

Kimdən: Namig Haradan: Ukrayna
03.08.2010 23:18
gorursunuz nece biabirciligdir!! ama siz utanmayin ,goy ozunu Azeri sayib,
ama ruscaya ustunluk verenler utansinlar.bele gozel dilimizi saymayanlar utansinlar!!

Kimdən: Namig Haradan: Ukrayna
03.08.2010 17:03
bizim dil bele getse axiri yaxsi olmayacag deyesen!!
hemise diggetimi cekib Bakidaki ekseri ehalinin yari rus yari Azerbaycan dilinde danisir...meselen oz dilimizde danisa danisa birde rus diline cevirir) bu nedir ki yeni?modadir nedir..men her bir dile hormetim var.rus turk dillerini de yaxsi bilirem!!demek istediyim dilimize hormet edek..

Kimdən: Azərbaycanlı Haradan: Türk Dünyasından
03.08.2010 16:35
Azərbaycan dili yoxdur. Türk dili var və ya Azərbaycan türkcəsi
Cavab

Kimdən: Qızılüzən Haradan: Bakı
04.08.2010 18:30
Dediklərinizlə yüzdə yüz razıyam, bizim bu günkü "azərbaycanlı" adımızı bizə Stalin verib. Əslində, qondarma ad olduğu da ilk baxışda görünür. Axı hər rusiyalı olmaq rus olmaq deyil. Və ya misirli birindən milliyyətini soruşarkən "misirli" yox, "ərəb" deyir. Biz türkük, Azərbaycanda yaşayan türklər. Dilimizin adı da türk dilidir.
Cavab

Kimdən: Azer Haradan: Avropa
03.08.2010 17:11
Bu fikrinle razi deyilem. Senin sozunden bele cixir ki, Ukrayna dili yoxdur Rus dili var ve s. Bezi Avropa dilleri ingilis diline, alman diline benzeyir. Bele cixir ki, onlar da dillerinin adlarinin deyishdirib ingilis dili, alman dili qoysunlar? Azərbaycan dili və ya Azərbaycan türkcəsi eyni anlayishlardir. Turk dili turk dilidir, Azərbaycan dili Azərbaycan dilidir. Onlarin her ikisi ve bir cox diller turk dilleri qrupuna daxildirler.
Cavab

Kimdən: Santak
09.08.2010 03:07
Turk ve azerbaycan dilleri artiq ayri ayri dillerdirler. Bu dillerin qrammatikasinda ve elmi, publistik, edebi dillerinde de ferqler vardir. Yalniz meiset dilinde guclu oxsarliq var, lakin meseleye daha derinden baxmaq lazimdir. Almaniya ve Avstriyada bir qrammatikasi olan bir dildir. Bizdeki veziyyet rus ve ukrayna dillerine oxsayir. Fakt olaraq ayri ayri dillerdirler, zu de her azerbaycanli, yani daha deqiq desek, cunki azerbaycanli milleti yoxdur, her bir azeri ve yaxud Azerbaycan turku Turkiye turkcesini anlamir, Anlayanlar var, amma her kese aid etmek olmaz.
Ikincisi de dilin nufuzunu qaldirmaq ucun hemin dile en muasir dunya edebiyyatindan tutmus her cur melumati tercume edib yaymaq lazimdir. Ele bir sey mumkundur ki, azerbaycan dilinde rus ve ingilis dillerinde olan qeder melumat olsun?
Bu sebebden de men ana dili simvolik olaraq oz yerinde qalmaqla, mutleq en azi 2 xarici dili ana dili seklinde bilmeyi meslehet gorurem, ozum de ele edirem. Mene melumat almaq ve intellektimi inkisaf etdirmek lazimdir, simvolik olaraq ana dilinden yapisib qalmaq yox. Ana diline geldikde ise, gorunduyu kimi cox gozel danisiram bu dilde, o uzden de kimse mene dusuk qinaqlarini unvanlamasin, hele temiz danismagi bacarin, sonra meni tenqid edin.
Cavab

Kimdən: Qızılüzən Haradan: Bakı
06.08.2010 11:36
Qardaş, bizim dilin adı ona görə türk dili deyil ki, Anadolu və Rumelidə türklər yaşayır və bizim dil onların dilinə çox oxşayır. Onlar yerli-dibli olmasalar belə, bizim dilin adı türk dili olmalı idi. Çünki onlar özlərini osmanlı adlandırdıqları vaxt biz özümüzü türk adlandırırdıq. İndi də bütün dünya bizi türk adlandırır, hətta ermənilər də. Biz Arazın o tayında yaşayanlarla eyni millət deyilikmi? Onlardan milliyyətlərinin adını soruş, gör nə deyəcəklər. Axı sənədlərdə sabitdir, bizim adımızı 1937-də Stalin dəyişib azərbaycanlı qoyub.
Cavab

Kimdən: Azərbaycanlı Haradan: Türk Dünyasından
04.08.2010 12:51
Əv vəla sən yox, siz. Gerisini dinləyin. Bizim millət 1937 ilə qədər türk adlanıb. O zamana qədər heç bir yerdə azərbaycanlı kəlməsi millət kimi işlənməyib Hətta ADR dönəmində də dövlət dili türk dili elan edilib. Bunu Stalin elədi Bizi parçalamaqdan ötrü. İndinin özündə də güney Azərbaycanda özlərini türk adladırırlar, Türkiyə rus dilində Турция kimi səsləndiyinə görə dili də турецкий язык adlandırmışlar Deməli Azərbaycanda da азербайджанский язык olmalıdır Ölkənin adı ilə dil olmaz Millətin adı ilə olmalədır, Ruslar Rusiya dilində danışmır ki, rus dilində danışır. Analogiyanı isə düz aparmadınız, çünki almanlar və ingilislər ayrı-ayrı millətlərdir. Yəni onlar bizim qədər bir birlərini anlamırlar. 70 ildən artıq ayrı yaşamağımıza rəğmən uşaqdan tutmuş böyüyə qədər hamı Türkiyənin seriyallarına baxır. İndi sual verirəm yəni, bir millət doğulan kimi iki dil bilər? Ancaq mən isə müqayisə üçün deyirəm: Avstriya dili, İsveçrə dili yoxdur, alman dili var. Amerika dili, Avstraliya dili yoxdur ingilis dili var, Braziliya dili yoxdur, portuqal dili var, Meksika dili, Argentina dili və s yoxdur ispan dili var. Misir dili. İraq dili, Mərakeş dili və s yoxdur, ərəb dili var (yeri gəlmişkən ərəblərin məğribində yaşayanlar məşriqində yaşayanları anlamır,onunla belə demirlər ki, biz başqa dildə danışırıq ) O ki, qaldı Ukrainya onlar hamısı ruslardır Rus dili üş böyük dialektə bölünür a) velikorus (böyük rus) b) malorus (kiçik rus) c) belorus (bəyaz rus) İndi özünüz nəticə çıxarın, niyə Ukrayna yəni, ölkənin adı.

Kimdən: Əhməd Şahidov Haradan: Bakı, Azərbaycan
03.08.2010 16:29
Azərbaycan dilinin saflığının qorunması ilə bağlı ən gözəl yazım

http://www.shahidov.com/?p=1359