Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:56

Rubrikalar / Təbriz Ekspress

Təbrizdə etiraz aksiyası

Şriftin ölçüsünü dəyiş - +
«Persepolis»-«Traktorsazi» , 27 iyul 2010

Avqustun 1-də Təbrizdə keçirilən etiraz aksiyasında həbs edilən 12 nəfərdən yalnız dördü haqqında məlumat var. Qalan azərbaycanlı fəalların harada saxlanıldığı barədə heç bir məlumat yoxdur.

Bu barədə AzadlıqRadiosuna aksiya iştirakçılarından biri məlumat verib.

Həmsöhbətimizin dediyinə görə, iyulun 27-də Təbrizin «Traktorsazi» komandası ilə Tehranın «Persepolis» komandası arasında Tehranda keçirilən oyun zamanı fars azarkeşlər Təbriz komandasının azarkeşlərinə qarşı təhqiredici şüarlar səsləndiriblər.

Bu şüarları irqçi şüarlar kimi dəyərləndirən azərbaycanlılar buna cavab olaraq avqustun 1-də Təbrizdə aksiya keçiriblər.

«Yaşasın Azərbaycan!», «Ana dilində mədrəsə istəyirik!», «Azərbaycan milləti çəkməz belə zilləti!» və s. şüarlar səsləndiriblər.

Aksiya insidentsiz ötüşməyib. Belə ki, polisin mitinqçilərə qarşı gözyaşardıcı qazdan istifadə etdiyi, bəzi aksiya iştirakçılarının müxtəlif bədən xəsarətləri aldığı və ən azı 12 nəfərinsə həbs edildiyi bildirilir.

Onlardan dördünün adları və harada saxlanıldığı məlum olsa da, səkkiz aksiya iştirakçısının taleyindən heç bir xəbər yoxdur.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Araz Teurkay Haradan: vancouver-kanada
09.08.2010 04:31
Azadliq radiyusunda , geden onemli ve hessas xeberleri guney Azerbaycan haqinda oz minnetdarliqimizi bildiririk. kash ve ey kash ki VOA ,ve BBC xebergozarisi da bu sheyvede guney Azerbaycan haqinda xeber hazirlasidiler. milletimiz sizin yaydiqiniz xeberleri chox degerlendirir.
chox yasha Azadliq Radiyosu
Cavab

Kimdən: Alisoy Haradan: Evimden
10.08.2010 00:33
Bir azeri olaraq cenubi azerbaycanlilarin MILLI AZADLIQ HEREKATINI alqislayiram.Bizim cenub hemyerlilerimiz unutmayin ki Arazin simalinda yasasaq da Arazin cenubunda bas verenlerden xeberdariq.

Kimdən: azərbaycanlı Haradan: Azərbaycan
06.08.2010 16:13
Azadlıq, qeyrətin mübarək!!!!!!!
Nə əcəb Təbrizdən bir xəbər yazmısız!?

Kimdən: Aydin Bextaver zade Haradan: vancouver-kanada
06.08.2010 04:06
ozaqdan oturub ,biz sizinleyik demek chox rahatdir. ellerinizi ceblerinize atin , oreklerinizi achin ve ceza evinde ki olan qardash ,bacilariniza imdad edin.
budur veten sevmek. sozde yox, emelde meydanda olun ve oz imanizi ,milli idiyalara gosterin. hadi buyurun ,ey insan severler,muselmanlar,laeikler,xalq cebhechiler ... buyurun emelde gosterin, oz dediklerinizi ve yazdiklarinizi.
yashasin milli oyanish hereketinin milli lideri D,r chohreqanli bey cinablari
Cavab

Kimdən: El$en Haradan: Baki
06.08.2010 19:53
Biz cox yaxindayiq.Soru$maq ayib olmasin,sen uzaq Kanadada ne gezirsen?
Cavab

Kimdən: adsiz Haradan: guneyli
16.08.2010 13:19
əziz azadlıq radyosu,
burda yazilan commentlerin çoxu bir nəfər Elyar Tebrizli adli adamin tərefinden ki Kanadanin Vankover şəhrine yaxın kəndlərin birinde olur yazilir.bu adam ruhi xəstəliki( varParanoid) və son zamanlar işi Azadliq radiosunun Təbriz Ekspress bölümündə nəzər yazmaq olub.o Gamoh təşkilatının uzvudur və bir zaman PKK nin Camplerindən turkiye-iran sərhədində video çəkəndə tutulub və iranda incidilib.
o bu videolari istirdi turkiyə xususi xidmət organı MİTə versin. bu adam həbsdən buraxilanan sonra turkiyəyə qaçir və sığınacaq istir.BMT onu Kanadaya verir.
bu adam turkiyədə olduğu surədə bir Albayin evində qalirmiş ki indi o Albay Əegənəgon dusiyasında suçludur və həmin adi çəkdiyimiz Elyar Təbrizlidə adi Ərgənəgon dusiyasinda suçlu kimi daxildir.
sizdən istərdim bu adamin sözlərin Guney Azərbaycanlilarin hesabina qormiyasız.
yəqin ki siz comment yazanlarin IPlərinən bilirsiz ki şərhlər hardan yazılır

Kimdən: El$en Haradan: Baki
05.08.2010 23:28
Cenubi Azerbaycandandaki qarda$-bacilarima seslenirem: Ele bilmeyin ki,orada ba$ veren hadiselerden xeberimiz yoxdur!. Emmame altinda gizlenib min cur oyundan cixan molla tor-tokuntusunun,her addimda soyda$larimiza zulm eden fars $ovinistlerinin i$teklerinden cox gozel xeberimiz var.ALLAHIM,bize omur ver,guc ver BUTOV AZERBAYCAN ugrunda doyu$lere atilaq.Size seslenirem BUTOV AZERBAYCANIMIZIN du$menleri-------INTIQAM QILINCI DAIMA ba$inizin USTUNDEDIR.

Kimdən: həmid Haradan: Bakı
04.08.2010 15:33
eşq olsun cənublulara. Butun azerbaycan xalqı sizi destekliyir. HAMINIZ AYAĞA QALXIN.

Kimdən: qelbi qiriq tebrizli Haradan: bakidan
04.08.2010 11:28
azerbaycan recpublikasinin qanunlarinda biz cenublulara ecnebi deyirler ve hec bir xarici ile ferq qoymurlar ve azerbaycan vetendashlarida bize iranli ,hemsheri deyirler ama hacan ki bir alim,shair va taninmish shaxsiyetler cenubdan cixir, ya azerbaycanlilarin dunyada sayindan sohbet gedir bu iranlilar,hemsheriler azerbaycanliye donurler tarixden sohbet gedende cenubun tarixini ve tarixi sexsiyetlerini azerbaycan tarixi kimi ve sexsiyetlerini azerbaycan tarixinin shexsiyetleri kimi qeleme verirler bu ayrisecgiliye ya son qoyulmalidir ya cenublular oz tarixlerine sahib cixmalidirlar ve ozleri ayriliqda azadliq uqrunda mubarize aprmalidirlar.(men 30ildir ki azerbaycanda qerib kimi yasayiram menim kimiler burda coxdur eleleri var ki 4nesdir burdadirlar ama yene ayri seckilike meruz qalirlar)

Kimdən: ibrahim Haradan: Təbrizdən
04.08.2010 10:13
discount - T'briz klubu 1-0 uduzub 3-1ə yox

Kimdən: soygun urunqu babek Haradan: Bakı
03.08.2010 15:38
Elə istərdim ki bu aksiyalarda iştirak etmək. Onsuzda Ruhum daim Güneydəkilərin yanındadır. Biz istiqlalımızı qazanana qədər mücadilə aparmalıyıq. Onlar orada aksiyalar keşirməklə mübarizə aparırlar, gəlin biz də başqa yolla yəni əlimizdən gələni eəyin ki, qardaşlarımız özlərini orada yalnız saymasınlar.

Kimdən: Qızılüzən Haradan: Bakı
03.08.2010 12:43
Vaxt vardı türk dünyanın yarısının ağası olanda özü-özünə qənim kəsilmişdi, Allah da onu cəzalandırdı. İndi türklər o qədər dağınıq və zəif vəziyyətdədirlər ki, istəsələr belə bir-birilərinə yardım edə bilmirlər.

Kimdən: ELÇİ BEY-eskeri Haradan: AZERBAYCANın Quzeyi Bakı
03.08.2010 12:25
Tebrizde, ümumiyetle Azerbaycanın Güneyinde keçirilen aksiyalarla hemreyem.
Cismani olmasada, ruhum Sizinledir.Mürşüdüm nece de yaxşı deyib:BİZ QALİBİZ!
Səhifə (2)
    Növbəti