Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:54

Verilişlər / İslam və demokratiya

İslam fundamentalizminin nəyi qorxuludur?

Altay Göyüşov
x
Altay Göyüşov

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
Radikallığı, cihadı, terroru məqbul bildiyi deyilən İslam fundamentalizmi ideyası necə yaranıb? Dövlət və cəmiyyətdən hansı boşluqlar bu ideyanın yayılmasına təsir göstərir? Azərbaycan bu təhlükə varmı?

AzadlıqRadiosunun «İnternyus-Azərbaycan» təşkilatı ilə birlikdə hazırladığı «İslam və demokratiya» proqramında məhz bu suallar ətrafında müzakirə açılıb.

Bu ideyanın yaranması tarixindən danışan tarixçi-alim Altay Göyüşov deyir ki, 18-ci əsrdə - müsəlman dünyası ilə Qərb aləmi üz-üzə gələndə İslam dininin intellektualları əski əzəmətlərini qaytarmaq yollarını axtarmağa başlayıblar:

«Onlar fikirləşirdilər ki, vaxtilə bizdən öyrənib elmə sahib olanlar indi niyə bu qədər gücləniblər ki, onlara müqavimət göstərə bilmirik? Onlar belə düşünüblər ki, öz keçmiş əzəmətlərini bərpa etmək üçün İslamın fundamentinə, peyğəmbər dövrünün ədalətinə qayıtmalı, bu ideyalara yenidən sahib çıxmalıyıq».

DİNİ QAYDALARI ZORLA TƏTBİQ ETMƏK – FUNDAMENTALİZM?

A. Göyüşovun sözlərinə görə, fundamentalizm ideyasının tətbiqində iki yanaşma növü olub. Birincisi - İslamı qorumaqla Qərbin nailiyyətini də tətbiq edərək inkişafa getmək, ikincisi isə bu günün nailiyyətlərindən imtina edib, yenidən orta əsrlərin formal qaydalarını tətbiq etməkdən ibarət olub.

«Bəzən bu qaydaları qəbul etmək istəməyən insanlar üçün belə cəmiyyətdə yaşamaq çətinləşir. Əfqanıstanda Taliban öz dini baxışlarını bütövlükdə cəmiyyətə tətbiq etmək istəyirdi. Yaxud İranda dini fərqlərə məhəl qoyulmadan qadın baş örtüksüz gəzə bilməz. Bu, dini qaydaların zorla tətbiqidir. Bax, bunu fundamentalizm adlandırırlar».

İSLAM GÖZƏLDİRSƏ, FUNDAMENTİ NİYƏ PİS OLSUN?

DEVAMM-ın rəhbəri hacı İlqar İbrahimoğlu isə İslam fundamentalizmini Qərbdə yaranan termin adlandırır. Və bu terminin əsl inanclı insan üçün qorxulu olmadığını deyir.

İlqar İbrahimoğlu
«Əgər insan islam Quranla yaşayırsa, peyğəmbərin, imamların buyurduqlarını edirsə, dünya görüşünü Allahın dediyinə uyğun qurursa, qorxulu bir şey yoxdur. Bəs fundamentalizm deyəndə kimi və nəyi nəzərdə tutub təhlükə görürlər? Bu ifadənin özünü sual altına almaq lazımdır. İslam öz gözəldirsə, bunun fundamentin yaşatmaq niyə pis olsun ki?»

TERRORUN DİNLƏ ƏLAQƏSİ YOXDUR


Hacı İlqar deyir ki, terrorun, insan şəxsiyyətini alçaltmağın, radikallığın, zorakılığın dinlə əlaqəsi yoxdur. Və İslam fundamentalizmi terminin bu qanunsuzluqlarla əlaqələndirəndə ehtiyatlı olmaq lazımdır. Din pərdəsi altında müasir cəmiyyətdə hansı təhlükələr yarana bilərsə, bunları qeyd etmək lazımdır.

Azərbaycan İslam fundamentalizminin yayılmasına gəlincə, Hacı İlqar İbrahimoğlu deyir ki, istənilən yerdə ədalət prinsiplərinin pozulması, savadsızlıq, insan haqları və azadlıqlarının pozulması, diskriminasiyanın olması radikal və ekstremist təfəkkürlü insanlara spekulyasiya üçün imkan verir.

İDEOLOGİYANIN YAYILMASINA SOSİAL PROBLEMLƏRİN ROLU BÖYÜKDÜR


Altay Göyüşov da razılaşır ki, istənilən ideologiyanın yaranıb yayılmasında sosial və siyasi problemlərin rolu danılmazdır. Misal kimi Misiri göstərən alim deyir ki, bu ölkədə demokratik mühitin olmaması ordakı problemlərə yol açmışdı:

«İstər Azərbaycan, istərsə başqa yer olsun. Bu proseslər yalnız o cəmiyyətlərdə təhlükəli həddə çatır ki, orada demokratik ab-hava olmasın. Bəşər tarixi göstərib ki, demokratik cəmiyyətlərə nisbətən qapalı cəmiyyətlərlə radikallığın öz həddini aşması ehtimalı qat-qat çoxdur. Narazılıq çox olduqca, yaranan şərait ekstremizmin inkişafına təkan verilir».
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: hekari Haradan: baki
01.09.2010 01:21
Bu Dinin gözəlliklərini düşünən insanın ilk diqqətini çəkən şey xoş ətirli İslam ağacında və onun zəngin baxçasındakı sağlam təməldir. Bu təməl; yalnız sözdən və nəzəriyydən ibarət olmadan daha çox üstün, saf və təmiz bir əqidədir. Bu, bütün dünyanı Tək olan və şəriki olmayan , Özündən başqa ibadətə layiq olmayan Allaha çatdırır. Çünki O, Əvvəldir, Axırdır, ölümsüzdür və ancaq Onun istədiyi olur. "Göyləri və yeri yoxdan yaradan (Allah) sizin üçün özünüzdən (öz cinsinizdən) zövcələr, heyvanlardan da (erkək və dişi olmaqla özləri üçün) ciftlər yaratmışdır. O sizi bu minvalla çoxaldır. Ona bənzər heç bir şey yoxdur. O, (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!" (Əş-Şuara surəsi, 11)
İslam əqidəsinin dəlili səhih nəql və səlim ağıldır. Pozulmamış yaradılışlara və düzgün fitrətlərə uyğundur. İslam əqidəsi, səmavi şəriətlərin və ilahi dinlərin özünü bir araya gətirmişdir. "(Ya Peyğəmbər!) Allah: "Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!" - deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin dəvət etdiyin (tövhid dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər!" (Əş Şuara surəsi, 13)
İslamın gözəlliyi var bunu hiss edən kəs qəlb rahatlığı tapar

Kimdən: hekari Haradan: baki
30.08.2010 19:15
Tərəfkeş kütləvi informasiya vasitələrinin gurulutu və parıltısı arasında; İslama və İslam Peyğəmbərinə (s.ə.s) və Müsəlmanlara qarşı gizlənən düşmənliyi ortaya tökən hücumlara ortasında; belə qaranlıq bir çevrədə ağıllı və şüurlu bir insan; ümmətin daha da qabaqcıl, bütün dünyanın bir bənzəri olmayan Dinin xüsusiyyətləri ilə tanış olmağa və tərifəlayiq xüsusiyyətlərini başadüşməyə möhtac olduğunu idrak edər. Bu iman əhlinin qəlbini sabit edər, haqqı ortaya çıxarar və Çirkin hücumlara qəti dəlillərlə qarşı çıxar. Sivilizasiyanın davamına, dünyada sülh və əmin amanlığın qorunmasına kömək edər. Beləliklə insanlıq daha yaxşı bir həyat ilə xoşbəxt olar və daha gözəl bir gələcəyin üfüqlərinə yönələr. Allah, haqqı söyləyir və O, doğru yola hidayət edir.Kökləri dərində, dalları çox və yüksək bir ağaca nə deyirsiniz? Şiddətli küləklər onu yıxmaz, elə deyilmi? O hər şeyə baxmayaraq meyvə verməyə və kölgəsindən faydalandırmağa davam edər. Bax bu, Ey Allahın qulları, gözəllikdə və özünəməxsusluğu ilə seçilən İslamın nümunəsidir. "O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar! (Ağacın kökü yerdə, budaqları göydə olduğu kimi, möminin də imanı qəlbində sabit qalır, əməlləri isə göyə - Allah dərgahına yüksəlib ona daim savab qazandırır)." (İbrahim surəsi, 25) İbn Qeyyim rahiməhullah belə buyurur:”İxlas və tövhid, qəlbdə bir ağac kimidir. Budaqları əməllər , meyvəsi isə dünyada təmiz bir həyat və axirətdə əbədi nemətlərdir”.

Kimdən: hekari Haradan: baki
26.08.2010 18:14
Фитнянин юзц иля эятирдийи фясад вя даьынтылар, ону Гийамят
саатынын йахынлашмасыны билдирян бир сябяб етмишдир.
Пейьямбярин (с.я.с) бизи бцтцн бу фитнялярдян чякиндирмяси,
онун бизя олан рящминдяндир. 6
Иззят вя Ъялал сащиби олан Аллащ ися бизя (бундан юнъя)
хябярдарлыг етмишдир. О буйурур:
"Сиздян тякъя залимляря тохунмайаъаг (пис ямяллярин мцга-
билиндя щамыйа цз веря биляъяк) бяладан горхун."
Ибн Кясир (А.р.) бу айяни тяфсир едяркян беля дейир: "Айя иля
сящабяляря мцраъият едилмясиня бахмайараг, о, (мягсяд
етибары иля) бцтцн мцсялманлары ящатя едир. Чцнки Пейьямбярин
(с.я.с) (щядисляриндя мцсялманлар цмуми шякилдя) фитнялярдян
чякиндирилирляр." 7

Kimdən: Dubai Haradan: Villa No. 9
23.08.2010 13:19
hekari, ay kişi, sən yenə başladın copy paste elemeyə?

O biri mövzuda səni sındırdılar, indi gəlmisən bura?

Bəsdir də, sənə dedilər axı, bura məscid deyil, Azadliq radiosunun saytıdır.
Cavab

Kimdən: hekari Haradan: baki
29.08.2010 23:21
Kopipeyst yox sadəcə hədis və Qurandan sitat.Bunu özümdən yaza bilmərəm ki,dəqiq olmaz.O ki qaldı fundamentalizmə.Bu qərbin həqiqətidir.Və qərbin bizə necə dəyər verdiyini də görürük.İslam özü ən gözəl əxlaqı və tərbiyəni təbliğ etməklə layiqli yerini tutur.İslamı "fundamentalist" adlandıranlar isə sadəcə onun nüfuzundan qorxanlardır.İsalamın insan mənəviyyatına və haqlarına verdiyi dəyəri heç bir qurum verə bilməz. «Ey insanlar! Sizi tək bir şəxsdən [Adəmdən] xəlq edən, ondan da onun üçün zövcə [Həvvanı] yaradan və onlardan da bir çox kişi və qadın¬ [törədib yer üzünə] yayan Rəbbi¬niz¬¬dən qorxun! Adı ilə bir-birinizdən [cürbə¬cür şeylər] istədiyiniz Allahdan qorxun və qohumluq əlaqələrini kəs¬məkdən [həzər edin]! Həqiqətən, Allah si¬zə Nəzarət edəndir!» (ən-Nisa 1)
Cavab

Kimdən: Mehdi
23.08.2010 19:33
Xoshun gelmir oxuma.
Bu sayt mescid deyilse de, ateist yuvasi da deyil.


Kimdən: hekari Haradan: baki
21.08.2010 22:55
Hansı dərrakə və dinə görə sui-qəsd, müsəlmanları öldürmək və qeyri müsəlmanlardan müqaviləyə əsasən əhd altında olanları öldürmək, əmin-amanlıqda yaşayan insanları qorxutmaq, qadınları dul etmək və uşaqları yetim qoymaq, içində olan hər bir şey ilə birlikdə binaları dağıtmaq cihad sayılar bilər ki!?
Baş verən bu cür terror aktları cihad sayıla bilməz. İslam dini bu cür şərrli, mənfur əməllərdən və onu edən cinayətkarlardən uzaqdır. Hətta bundan cavabdehlik daşıyan kəslər özlərinin müsəlman olduqlarını və islam dinini, müsəlmanları dəstəklədiklərini iddia etsələr belə. Həqiqətən də, islam dini yalnız tək bir Yaradana, Ruzi verənə, səmaların və yerin Rəbbinə, Nuh əleyhissəlamdan başlayaraq İbrahimə, Musaya, İsaya və Muhəmmədə kimi bütün rəsulları insanlara qarşı Özü tərəfdən bir rəhmət olaraq göndərən Allaha ibadət etməyə çağırır.. Bu peyğəmbərlər yer üzündə fitnə-fəsad yaratmaq və viran etmək, xaraba qoymaq üçün deyil, əksinə bəşər övladını yalnız bir olan Rəbblərinə ibadət etməyə və Ona heç bir şeyi şərik qoşmamaq üçün göndərilmişdir.
Allah təala buyurur: “Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar! (Ən-Nisə 4:93)
Şeytanın bu ekstremistlərə qarşı işlətdiyi hilələrdən də biri şəhvətlərə, havalara tave olmağı, öz başçılarına və onların şərrli, batil anlayışına tabe olmağı onlar üçün gözəlləşdirməsidir. Şeytan onları elm əhlinə baş vurmaqdan çəkindirir ki, elm əhli onları maarifləndirə bilməsin və düzgün görüşə doğru onları istiqamətləndirməsin. Nəticədə onlar xətalı fikirlərində və zəlalətlərində qalmağa davam edirlər. Qüvvət və İzzət sahibi Allah buyurur: Əgər sənə (sənin bu təklifinə) cavab verməsələr, bil ki, onlar öz nəfslərinə uymuşlar. Allahdan bir dəlil (hidayət) olmayınca öz nəfsinə uyandan (Rəbbinə şərik qoşandan, küfr edəndən) haqq yolu daha çox azmış kim ola bilər?! Allah zalım tayfanı doğru yolda müvəffəq etməz! (Əl-Qəsəs 28:50)
Allah Rəsulu sallallahu aleyhi və səlləm buyurmuşdur: “Bu dünyanın məhv olması Allahın dərgahında bir müsəlmanın üzrlü bir səbəb olmadan öldürülməsindən daha dəyərlidir. Hətta səmanın və yerin bütün camaatı bir möminin ölümündə iştirak etsələr, Allah onların hamısını cəhənnəmə atardı”.
Eynilə, qeyri-müsəlmanı öldürmək də haramdır. Həqiqətən, bu barədə şiddətli xəbərdarlıq gəlmişdir. Allahın Rəsulu sallallahu aleyhi və səlləm demişdir: Hər kim müqavilə altında olan bir kəsi öldürərsə, o kəs cənnətin iyini hiss etməyəcəkdir. Halbuki, onun iyi qırx illik piyada məsafədən hiss oluna bilər”. Deməli, buradan qəsd olunan məna müsəlmanlar ilə müqavilə (əhd) bağlayan hər bir kəsdir. Fərqi yoxdur, istər pul ödəməklə müsəlman ölkəsində qalmaq üçün müqavilə bağlayan və yaxud müsəlman hakim ilə sülh müqaviləsi bağlayan və yaxud müsəlmanlar tərəfindən əmin amanlıq verilən kəs olsun. Bu cür insanlara zərər vermək haramdır, qadağandır. Bura müsəlman ölkələrində, həmçinin öz ölkələrində çalışan işçilər də daxildir. Həmçinin müsəlman ölkələrinə diplomatiya, ticarət və qarşılıqlı sövdələşmələrin digər növləri daaaadaxildirilə əlaqədar səfər edən kəslər də daxildir.

Kimdən: hekari Haradan: baki
21.08.2010 18:22
Şeyx Abdulla b. Cibrinə: «Cəmiyyətin əmin-amanlığını pozan bu kimsələrə və ya onlara hər hansı bir vasitəylə köməklik göstərənlərə qarşı müsəlman nə etməlidir? – deyə sual verildikdə o demişdi: «Şübhəsiz ki, müsəlman və mömin olan hər bir kəsin imanı, onu Allaha, Peyğəmbərinə (s.ə.s.), Kitabına, müsəlmanların rəhbərlərinə və rəiyyətlərinə nəsihət etməyə vadar edir. Bu şəxs bilir ki, müsəlman cəmiyyətinə sevgi bəsləmək və münasibətlərində səmimi olmaq, onun üzərinə düşən bir vəzifədir. O bununla özünü məsuliyyət daşıdığı cəmiyyətinə zərər vurmaqdan, ona qarşı yönəlmiş pis və şərli əməllərdən qorumuş olur. Peyğəmbər (s.ə.s.) buyurmuşdur: «Sizlərdən hər hansı biriniz özünə istədiyini qardaşına istəməyincə, iman gətirmiş olmaz.» Hədisin mənasına görə, bu şəxsin imanı, onu qardaşlarına bəslənilən sevgiyə yönəltməli və o, xeyrin yayılması və şərin qarşısının alınması istiqamətində ciddi səylər göstərməlidir. Dövlətinin əmin-amanlığına xələl gətirməsi və sabitliyi pozması isə, onun zəif imanlı, müsəlmanlara az ehtiram göstərən və ölkəsinə, onun sakinlərinə qarşı qəlbi kin-küdurət və nifrətlə dolu olan birisi olduğuna sübutdur. Bu vəsf həmin adamı din qardaşlığından çıxararaq, onun etibarlı və əmin bir insan olmasına maneçilik törədir. Məsələ ilə üzləşən hər bir müsəlman ona nifrət edir, əməlini pisləyirlər, sözünə əsaslanmaqdan və əlaqə saxlamaqdan çəkinir. Beləliklə də o (cəmiyyətin) yararsız bir üzvü sayılır. Çünki uca Allah buyurur: «Həqiqətən möminlər qardaşdırlar.» başqa ayədə: «Onun (Allahın) neməti sayəsində bir-birinizlə qardaş oldunuz.» Peyğəmbər (s.ə.s.) bu kəlamı daha da möhkəmləndirərək buyurmuşdur: «Müsəlman müsəlmanın qardaşıdır. O öz qardaşını zülm, təhqir və rüsvay etməz. İnsanın müsəlman qardaşını alçaltması, onun şər əməl görməsi üçün kifayətdir. Hər bir müsəlmanın qanı, malı və namusu digər müsəlmana haramdır.»

Kimdən: adi müsəlman
11.08.2010 01:13
İslam bütün insanlardan yalniz bir sheyi isteyir - yeri goyu yaradan Allaha qulluq etmeyi. Qulluqun forma ve qaydalari ise onun kitabinda ve hedislerde movcuddu. Bu ramazan ayinda butün xalqi Muqeddes Quran kitabini oxumaga ve İslami dinini oldugu kimi anlamaga cagiriram.
hashiye: İNsanlarin bashina daim torba tikibler. Normal -nominal- default insan hecbir halda yaradani inkar ede bilmez. Edirse demeli zeherlenib.
Cavab

Kimdən: mode Haradan: baki
11.08.2010 13:38
Azərbaycan xalqı islamı qəbul etdikdən sonra xoşbəxt oldu. Gecə-gündüz namaz qıldı, arada da zikr etdi. Nəticədə, milli dövlətçiliyə, milli özünüdərkə yer qalmadı. XIX əsrdə isə rus və erməni bu qeyrətli, inkişa etmiş müsəlmanların torpaqlarını tutdular, namusuu tapdaladılar. Gör nə gündə idik ki, işğalçı rus bizə maarifi, elmi gətirdi. Gör nə günə qalmışdıq ki, erməni bizə millət anlayışını, millətçiliyin nə olduğun və onu nə ilə "yeməyi" qıra-qıra başa saldı. İslam dinin bizə verdiyi xoşbaxtlıq ölçülməzdir. Biz bu xoşbəxtliyin nəticələrini hələ uzun müddət qırıla-qırıla, torpaqları itirə-itirə görəcəyik. Eşq olsun bizim importnı, arabski dinimizə!
Cavab

Kimdən: xxx Haradan: baki
18.08.2010 00:13
İslamda millət anayışi yoxdur. Ümmət var. Yəni Sovet xalqı kimi bir şey.
Ona görə də Din vasitəsilə milli inkişafa ümid etmək mənasız bir işdir.
Cavab

Kimdən: adi müsəlman
11.08.2010 23:22
ay mode! elaqesiz cumleler qurursan, ve neticede yersiz ve esassiz shekilde İslam dinini tenqid edirsen. Bu xalqin bashina ne gelibse ele dinsizliyinden gelib, bax gor hemin dovrlerde, ishgal olunarken bu xalq dini cehetden hansi seviyyede idi. 1990-1994 cu iller arasinda ishgal olunmush erazilerden 1 milyondan artiq insan didergin dushub, get arashdir gor, onlarin hec 1/5-in namazi orucu olub mu??? Sovet dovrunde ermenilere verilen erazilare ise namaz qilanar cavabdeh deyil. Onu beh-beh veribler. Ondan evvelki ishgallar da, yene de dunya mali, hakimiyyet ugrunda savahsa , bir-birine paxilliqdan ireli gelerek olub. Vaxtinda bu xalqin Xanlarinda Allah qorxusu olsaydi indi Almaniya kimi bir federativ olke yashayirdin. Ne ise , bir sherh yazanda 15 defe dushun bir defe yaz.

Kimdən: Dr.-Ing. Haradan: Berlin
03.08.2010 15:20
Bu ishde yene de ifrat derecede texribat var. Partizan sozu artiq unutdurulub ve terror sozu ile evez olunub.
Ister Efqan ister Iraqli ve isterse de her hansi bir muselman, onlar PARTIZANLARDIRLAR!!!
Partizan sozunun menasina baxin!!!
Imperialistler ise tam terrorculardirlar!!!
Cavab

Kimdən: Anar Haradan: almaniya
09.08.2010 10:48
Deyirem, Dr. Ingenieur mühendis deyil eee..hayif alman mühendislerinin adina qara leke.

Kimdən: Mehdi
03.08.2010 10:16
Yaxsi olardi ki, muellif fundamentalizm sozunun menasini qeyd ederdi.Bu haqda vikipediyanin rus dilinde olan sehifesinde melumat var.Sonra radikalliq sozunu basha dushmek lazimdir.Here istediyi kimi basha dushur.Bezileri hetta hicab geyinmeye radikalliq kimi baxirlar.Xatirlayirsinizsa birara [mitinqlerde dubinka yeyen mezlum] muxalifeti radikal adlandirmaq debe dushmushdur. Ve sonra terror ve cihad sozlerini eynileshdirmeyin.

Kimdən: bedbext musik
02.08.2010 23:34
he, bu fundamentalizmi yaxshica siridilar bu islama ve butun meselmanlari da belece bedbext etdiler.
Səhifə (2)
    Növbəti 

Azərbaycanda dini tolerantlığı səviyyəsindən razısınızmı?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun fikrincə, "Azərbaycan dünyaya yalnız neft deyil, özünün milli-dini tolerantlıq nümunəsini ixrac edə bilər". Sən necə düşünürsən?

5 şərh

Anonim: heç hənanın yeridi? davamı