Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:26

Verilişlər / Xüsusi reportaj

Kənd qadını…

Multimedia

Səs
Şriftin ölçüsünü dəyiş - +
Səhər açılandan axşama kimi gündə neçə dəfə su üstünə gəlir, ya paltar yuyur, ya da su daşıyır
Ağcabədinin Gələbədinli kəndində artezianda paltar suya çəkən Tahirəylə tanış oldum. Tanış oldum deyəndə, mən ona sual yağdırırdım, o da əlini bir dəqiqə də olsun işindən ayırmadan, heç başını qaldırıb üzümə baxmadan cavab verirdi.

Deyirdi ki, səhər açılandan axşama kimi gündə neçə dəfə su üstünə gəlir, ya paltar yuyur, ya da su daşıyır. 24 yaşlı Tahirə özündən 20 yaş böyük, Rusiyada yaşayan qohumuna nişanlıdı. Deyir, kəndin oğlanlarının əksəriyyəti Rusiyaya gedib:

«KİMDİ ONLARI OXUDAN?»

- Orda rus alırlar, burda «musurman». Mənim özüm boyda oğlum var orda…

- Qızlar neçə yaşında ərə gedir sizin kənddə?

- Məktəbi qurtarandan sonra da. Kimin qisməti açılır, məktəbdən qabaq da gedir.

- Qızlar oxumaq istəmir ki?

- Niyə istəmirlər? İstəyirlər, amma kimdi onları oxudan? Kasıbçılıq dərdindən oxuya bilmirlər.

Bərdənin Çələbilər kəndində isə qadınlar nəinki oxumaq, işləmək də istəyirlər, amma ev-eşik təmizləməkdən, təsərrüfatla məşğul olmaqdan göz açılmır ki, bir yan-yörəyə də baxalar:

«GƏRƏK ODUN GƏTİRƏSƏN, OCAQ QALAYASAN»

- Səhər tezdən gedirik sahəyə, sahədən qayıdırıq, gedib xeyli uzaqda olan bulaqdan su gətiririk. Sonra da paltar yuyuruq.

- İstirahətdən söhbət gedə bilməz. Axşama kimi su daşıyırıq.

- Qazımız yox, suyumuz yox, rahatçılığımız yox. Kənddir də…

- Uşaq bağçası yoxdur ki, uşağımızı aparıb qoyaq.

- Yay vaxtıdı, indi mürəbbə bişirmək istəyirik. Gərək odun gətirəsən, ocaq qalayasan. Özü də bu istidə…Şəhərlinin bir saata elədiyini biz 3 günə eləyirik.

Çələbilər kəndində Şükufə Cəbrayılova deyir ki, kənd qadını da gündəlik ev-çöl işlərindən ayrılıb sosial həyatda iştirak etmək istəyir,
«Qazımız yox, suyumuz yox, rahatçılığımız yox. Kənddir də…»
amma savadsız, peşəsiz ictimai həyata qoşulmaq onlara çətin görünür. Həm də təcrübə yoxdur:

SAVADSIZLIQ BAŞ ALIB GEDİR

- Ev işləri başımızı elə qatır ki, kənar işlərə vaxtımız qalmır. Əlbəttə, biz də istərdik ki, bələdiyyə seçkisində iştirak eləyək, hansısa işlərdə olaq.

Onun sözlərinə görə, təhsil alan qızlar da şəhərdə qalır, heç kəndə qayıtmır da. Şükufə xanım başqa bir problemdən də danışır:

- Qabaqlar məktəbdə qrup olurdu, valideyn savadsızdır, uşağıyla məşğul ola bilmir, uşaq gedirdi o qrupa. O qrup dağılıb, savadsızlıq da baş alıb gedir.

Müsahiblərim gülə-gülə deyirlər ki, onlar heç seriallara da baxa bilmirlər, onların fikrincə, seriallar işi-gücü olmayanlar üçündür, kənddə isə bekar qadın tapmaq mümkün deyil. Çünki kənd qadınının çiyninə təkcə ev təsərrüfatı yox, həm də əriylə çiyin-çiyinə əkin sahəsində çalışmaq da düşür.

«SU GƏTİRMƏK QADIN İŞİDİR»

Deyəsən, kənd qadınlarından fərqli kişilərin işi bir az asandır, çünki onlar hərdən istirahətə vaxt tapırlar, hər halda mən kəndlərdə olanda kişiləri ya bir yerə yığışıb söhbət edən, ya domino oynayan gördüm. Dolanışıqdan, kəndin problemlərindən, qadınların gündə neçə kərə uzaq məsafədən su gətirməyindən şikayətlənən kişilərdən soruşdum ki, heç olmasa, qadınınıza su gətirməyə kömək edirsizmi?

- Yox, su gətirmək qadın işidir. Bizim kənddə kişi su gətirsə, adamlar ona gülərlər.

Amma bəziləri etiraf etdi ki, axşam vaxtı, hamı ev-eşiyinə çəkilib yatandan sonra su gətirməyə gedirlər.

«Aran» Humanitar Regional İnkişaf Təşkilatının eksperti Ləman Babayeva deyir ki,
«Ev işləri başımızı elə qatır ki, kənar işlərə vaxtımız qalmır»
arada bir hansısa qeyri-hökumət təşkilatı kənddəki qadınlarla bağlı layihə həyata keçirəndə, aktivlik hiss olunur, amma bu da 3-4 ay çəkir, yəni layihə başa çatandan sonra əldə olunan təcrübə itib-batır.

Ləman Babayevanın sözlərinə görə, icmada kifayət qədər problemlər var, amma bunun həllinə qadınlar cəlb oluna bilmirlər, çünki təşəbbüskarlıq yoxdur, olanda isə dəstək tapılmır.

LAYİHƏ ƏSASƏN TƏLİMLƏRDƏN İBARƏT OLACAQ

Uşaq bağçaları və məktəblərdə qrup məsələsinə gəlincə, Bərdənin Çələbilər kənd bələdiyyəsinin sədri Əyyub Əhmədov bələdiyyə hesabına bu problemi həll edə biləcəklərini düşünür. Onun fikrincə, bələdiyyə şəraiti olan bir evdə cüzi ödənişlə uşaq bağçası yarada bilər.

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sektor müdiri Aynur Kərimova isə deyir ki, kənddə yaşayan evdar qadınlar üçün peşə kurslarının təşkili və onların ailə biznesinə cəlb olunması məqsədilə layihələr həyata keçirməyi planlaşdırıblar. Bu layihə əsasən təlimlərdən ibarət olacaq.

Bərdənin Çələbilər kəndində yaşayan Şükufə Cəbrayılova da ümid edir ki, ömürləri ev-təsərrüfat işlərindən ibarət yeknəsək həyatla bitməyəcək, onlar da bir ağ günə çıxacaqlar.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Rövşən Nur Haradan: Bakı
03.08.2010 12:16
Bu kimlərə lazımdır? Cahil millətin savadlanması kimlərə lazım deyil?
Axı mllət savadlı olar,öz hüquqların bilər və cəmiyyətdə öz hüquqlarını tələb edər... "Heç bir çoban öz sürüsündəki heyvanların ona buynuz atmasını istəməz"

Kimdən: vətəndaş Haradan: bakıdan
02.08.2010 14:23
öz evinə su gətirməyi ayıb sayan kənd kişiləri bütün günü çayxanalarda oturub geybət eləməyi arvad hesabına yaşamağı niyə ayıb saymır????? hansı rayona hansı kəndə getsən qadınları işləyib çalışan kişiləri isə ağac kölgəsində samavar çayı içən görərsən bu ayıb deyilmiş

Kimdən: K O M M U N İ S T Haradan: GiZLi BAKI
01.08.2010 00:40
Kim desəki kəndin problemləri bir-iki layihəylə duzələn işdi eşidin inanmayın.Dunyanın hec yerində kəndə investisya qoyulmur,yeganə SOVET HÖKUMƏTİYDİ ki,kəndin inkişafına budcədən milyardlarla vəsait ayırırdı.Əksər böyuk kəndlərdə BAXCADAN tutmuş,KLUBA qədər butun ictimai-iaşə ocaqları yaradılmışdı.Barmağınızı qatlayıb deyin ki,son 20 ildə hansısa kənddə BAXCA və ya TİBB MƏNTƏQƏSİ tikilib.Hec birində ....boşuna gözləməyin tikilməyəcəkdə....Bəs KOLXOZU dağıdıb,torpaq öz şəxsi MULKUM olsun deyəndə bilmirdiniz ki,torpaqla bərabər PROBLEMLƏRİDƏ özəlləşdirirsiniz..dərd orasındadır ki,pay torpaqları getdikcə kəndlinin əlindən cıxıb OLİQARXLARIN əlində təmərkuzləşir,belə getsə KAPİTALİZMDƏN kəndliyə qalan ancaq problemlər olacaq....

Kimdən: Mübariz Haradan: Almaniya
31.07.2010 22:01
@Xeyber.
Nä hörmät qoyulurmush lele?
Känddärdä gänc qizdarin tarlalarda häyatlarini söndürmäk.Shähärlärdä isä 100-140 manata kooperativlärdä ishdädäräk bütün gäläcäyini älindän almaq nä zamanda hörmät saylirmish göräsän.

Kimdən: Xeyber Haradan: Uzagdan
31.07.2010 12:20
Duzdur men bu megalede yazilan problemlerle raziyam. Amma ki bir amma var... Deyirsizki bu qadinlar seherden axshama kimi su dashiyir, paltar yuyur, yemey bishirir ve sair, neticedede istirahet elemeye vaxtlari olmur. Birincisi bu qadinlar ailede boyunlarina dushen ishleri goruller ikinciside siz o gadinlarin hansinna hansi serial barede sual versez cavabin aninda eshidersiz. Dunyanin hec bir olkesinde qadin bizim qeder hormet goymurlar.

Kimdən: BITEREF Haradan: UAE
31.07.2010 11:49
AZERI QADINLARI HEMISHE NAMUSLU ,IFFETLI,MERD,AILESINI SEVEN,VETENIN DAR GUNUNDE HEYAT YOLDASHIYLA CIYIN-CIYINE VURUSHAN QADINLAR OLUBLAR.INDISE QADINLARIMIZ DUBAYDA,TURRKIYEDE ,,QEDIM PESHE SAHIBLERINE CEVRILIBLER,,VE DILENCILIK DE EDIRLER.ONLARDA GUNAH YOXDU.
AR OLSUN SENE BELE HOKUMET.AR OLSUN SENE AZERI KISHISI.
Cavab

Kimdən: fuad Haradan: isvec
31.07.2010 23:27
sag ol sharha gora , amma deyanda azeri deyirsan azeri kimdir .azeri fars tayfasindan olan qadimda yashamish ,bu gun qeyri millatlarla qarishmish yox olmushdur.biz garak oz kokumuzu taniyaq ,sonra .azeri sozunu shah iran shahi ortaya salib ki ,orada yashayan turklari bu adla idara edsin.azarbaycan cografi makandir, bolgadir.ozumuzdan millat yaradiriq,galin biz milli kimliyimizi bilak sonra bir turk millati kimi var olaq ,cilizlashmyaq ona buna ozumuzu calamayaq

Kimdən: Mübariz Haradan: Almaniya
30.07.2010 20:18
@demokrat
Qardashim mentalitet deyändäki burdada Azärbaycli ailäläri yashiyirlar. Här käsin özünä görä dogru dürüst bir yasham säviyyäsi var. Sän burda alman xanimna desän get chayda paltar yu bulaqdan su gätir su isti chimin alämi biri-birinä qatar. O xanimlar Merkeli kanslirlikdän chixardib atmadiqlari müddätcä onulari hech kim durdura bilmäz. Axi bir görün biz hansi äsirdä yashiyiriq. Bu nä räzalätdir bu sählänkarliqdir millätin xanimlarini salib bu iqtidar. Pambuq(bashqa) tarlalarinda öz gözümnän görmüshäm 100-120 manata qizdarin qadinlarin häyatini chürüdür bu iqtidar. Birdä bir sözdäri var inshaf edirik. Män belä sheyläri hech udarmiyam. Bäli män sizinlä qismän razilashiram mentalitetdä lazimdir amma ishin äsasi(xalqin sorunlarina charä tapmaq) dövlätin ishidi. Bir düshünün xäsdäländiyindä iqtisadi olara kömäyä ehtiyaciniz oldugunda här hansisa bir sorunuzda dövlät yaninizda yoxdursa onu dövlät belä adlandirmaq düzgün deyil. Nä oldu hani bu iqtidar deyirdi Xäzärin suynu tämizdädäcäyik. Olmadi. Özüdä sizä bir shey söylüyüm siz hech bilirmisiniz ki dänizin suyunu tämizdädib istifadäyä vermäk shirin suyu chäkib istifadäyä vermäkdän daha chox ucuza mal olur. Bir söznän bu iqtidar sinifdä qalmish xalqimiza vä vätänmizä lazimi kimi xidmät edä bilmir vässalam. Azärbaycan xalqina agalar deyil ona lazimi shäkildä xidmät edän xidmätchilär lazimdir. Deyir deputat olacam adama deyärlär ay insan sän nä münasibätlä deputat olmaq istiyirsän?
O xalqa xidmät üchün deputat olmaq istämir aga olmaq istiyir bütün därdi odur qardash. Sän yoxsa onu deputat olduqdan sonra görnmürmüsän danishanda gedändä gäländä oturanda duranda xalq sorununu dilä gätirdiyindä verdiyi cavabda agaligini göstärib durur. Aga bashqa necä olur sizcä? Birdä onun danisharkän nitqinä baxin elä danishirki sanki Azärbaycani chixmaza korrupsiyaya rüshvät batagligna sapliyan bu deyil. Män onu chox yaxshi taniyiram kastumu däyishmish mashini däyishmish evi däyishmish amma özü däyishmämish ki däyishmämish.
Cavab

Kimdən: Eli qabarli Haradan: Suyu evden uzaqda olandan
31.07.2010 00:09
Sherhleri oxuduqcan adami dehshet buruyur.A kishi,a qadin,a emi,a dayi ne qoymusunuz beleine.Sudu de ya evde oldu,ya da bir az arali oldu niye yanib tokulursunuz.Ele bilirsiniz ki,sizin bu sherhlerden sonra biz dunya durduqca duran indiki gul kimi sabitliyimizin qaranti,muharibeni sulh yolu ile nizamlamaq isteyen,korpuler ceken,binalar tiken,Olimpiya kompleksleri yapan,her yerde ulu onderimizin sherefine binalar ucaldan,muzeyler acan,ulu onderin adina saraylar acan,ulu onderin adina prospektler uzadan,ulu onderin adina aereport salan,ulu onderin adina her shey yaradan bu iqtidardan inciyeceyik? ay siz olesiniz.onu gormeyeceksiniz.Allah bizim yerde qalan omrumuzden kesmesin ey.lazimdirsa ele hamisini ulu onderin,ulu ogluna peshkash etsin.baxirsan her yerde uca imaretler tikilir.A kishi kimin olmasindan getmir ey sohbet,ondan gedir ki,bu tikilenler Azerbaycandadir.Ermeni eshidendeki milyon dollarliq yaxtani qadasin aldiqlarim meziye suda qerq eleyib,inanin paxilliqlarindan yanib yaxilirlar.Varliga ne darliq.Adam o vaxt peshman olar ki,o yaxtani nisye alasan,seleme girib alasan,bax onda adam dilxor olar.Gorursunuz hec tukleri de peysinmir.Halaldi.hele ayi etini demirem.Besh shish kabab zakaz ede bilmeyen digalar,bir milyonluq ayi eti yeyenleri eshitseler,partlayacaqlar.Bax ele ona gore de bir-birilerini gulleleyirler.Inanmirsiniz ey yene.Gedin gedin musavatin dediyi yalanlara inanin.Hansiniz muraciyyet etdiniz Dubaya gedende ki,menim qalmaga yerim yoxdur,o mulkde qalmaq isteyirem,size yox dediler.Gorun ermenilerin Dubayda ele bir mulku var.Yox.Bes nedi sizi goyneden,alishib yandiran,didib-parcalayan.Hardasan ay Mubariz Qurbanli,ne vaxtdan sesin eshitmediyimiz Siyavush qaga,Aydin qaga,Seyyad qaga,Eliler verin bu sabitliyi pozan pis adamlarin cavabini.Ar olsun sabitliyimizi pozmaq isteyenlere,Ar olsun neftimizi gozu goturmeyenlere.Yanin tokulun.

Kimdən: Hidayet Haradan: Baki
30.07.2010 19:43
Eziz Qardas ve Bacilar men indiye qeder ele bilirdim her sey yaxsidi! Amma veziyyet cox acinacaqlidi en esasi o cehetden ki; bu gun Azeri Azeriye laqeyiddiBiz gerek bir birimizi sevmeyi ve basa dusmeyi oyrenek! Tarixe nezer saliin xanlarin bir birine laqeyiddiyi uzunden esaret altina dusduk.Bizi Islama emel etmek duzelder.Ya Qarabag ya olum.

Kimdən: Farda İmanov Haradan: BDU
30.07.2010 17:17
Kədərli və ürəkparçalayan bir mənzərədir. Bu problemin kökü cəmiyyətin cahil olmasından gəlir. Cahilliyin isə bir səbəbi var- ölkəmizdə azad seçki hüquqlarının bir dəstə quldur tərəfindən pozulması!!!

Kimdən: fatime Haradan: baki
30.07.2010 16:56
Azerbaycan kendi ve kendlisinin veziyyeti Afrikadaki cungliyani xatirladir!! Bacarirsan yasha, bacarmirsan ozun bil!(yeni get intihar ele, amma sag galsan cinayet ishi achilacag)
Səhifə (2)
    Növbəti