Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:33

Verilişlər / Qaynar xətt

Neft ölkəsinin paytaxtında odun hesabına yaşayanlar

x

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
«XXI əsrdə neft ölkəsinin paytaxtında, buruqların arasında yaşayıram, həyətim odunla doludur. Payız gəldi başlayırıq odun axtarmağa».

Bunu «Azadlıq Radiosu»nun Qaynar Xəttinə şikayət göndərən Bakının Əmircan kəndinin sakini, ikinci qrup Qarabağ əlili Əhməd Rəhmanov deyir.

Dediyinə görə, yaşadığı Sahil Bağırov 1a ünvanına elektrik enerjisinin verilməsində ciddi problemlər var. Yəni enerjinin gərginliyi davamlı olaraq dəyişir. Bu dəyişikliklər isə öz sırasında mənzillərdəki elektrik cihazlarının işində problem yaradır:

NEFT ÖLKƏSİNİN ELEKTRİKSİZ SAKİNLƏRİ


- Gərginlik hər 15-20 dəqiqədən bir 170-220 Volt arasında dəyişlir. Mənzillərimizdəki elektrik avadanlıqları hər ay təmirdədir. Nə qədər şikayət edirik, deyirlər ki, təbii qaz olmadığı üçün məişətdə enerjidən çox istifadə olunur, buna görə də transformatorlar yüklənir. Gedin özünüz transformator alın. Əgər biz özümüz transformator qoyanıqsa, istiliyi əldə etmək üçün yeni kəşflərimizə ehtiyac varsa, o zaman bu məsələlərə baxan dövlət qurumlarını niyə yaradıblar?

Əhməd Rəhmanov vətəndaşlarla enerji paylayıcı şirkət «Bakıelektrikşəbəkə» arasındakı müqavilənin şərtlərindən də narazıdır. Onun fikrincə, müqavilə birmənalı olaraq birtərəfli qaydada vətəndaşların deyil, «Bakıeletrikşəbəkə»nin hüquqlarını qoruyur:

- Mənim sayğacım var. O sayğac üzrə borcumu ödəyirəm. Bəs niyə o müqavilədə yazılmayıb ki, mənə normal enerji verilməsi üçün «Bakıelektrikşəbəkə» məsuliyyət daşıyır. Bundan başqa, enerji verilişindəki pozuntulara görə mənzillərdə sıradan çıxan elektrik avadanlıqlarının təmiri də paylayıcı şirkətin üzərinə düşən vəzifədir. Bütün dünyada işlədilən bu praktika niyə Azərbaycana tətbiq olunmur?

PROBLEM ARAŞDIRILIR


Məsələ ilə bağlı «Bakıelektrikşəbəkə»nin mətbuat xidmətinin başçısı Tanrıverdi Mustafayevin də mövqeyini öyrəndik. T.Mustafayev bildirdi ki, məsələdən xəbəri var. Vətəndaşların sözügedən ərazi ilə bağlı şikayətləri araşdırılır. Problemin təbii qaz verilişindəki problemlə nə dərəcədə bağlı olması haqda sualımızı isə Tanrıverdi Mustafayev belə cavablandırdı:

- Elə ərazilər var ki, təbii qaz probleminə görə həqiqətən də enerji artıq istifadə edilir. Ancaq bu daha çox qış aylarında müşahidə olunur. Yayda bununla bağlı belə bir ciddi problem yaşanmır.

Tanrıverdi Mustafayev bildirir ki, indi yay mövsümü ilə bağlı ərazidə təmir işləri aparılır. Gərginliyin azalmasına təmir zamanı enerji sistemindəki yüklənmələr də səbəb ola bilər. Onun fikrincə, təmi başa çatandan sonra enerjinin verilməsindəki naqisliklər aradan qalxacaq.

Vətəndaşın şikayəti ilə bağlı Əmircan Qəsəbəsinin Qaz İstismarı Sahəsi ilə əraqə saxladıq. Rəis olmadığı üçün işçilər müsahibə verə bilməyəcəklərini dedilər. «Azəriqaz»ın yerli bölməsinin təmsilçiləri ona da dedilər ki, artıq ikinci mərhələsinin gerçəkləşdirilməsinə başlanan «Bakı kəndlərinin sosial-iqtisadi inkişaf üzrə Dövlət Proqramına əsasən Əmircan qəsəbəsində də bütün inrastruktur yeniləşdirilir. Proqram çərçivəsində köhnə, sovetlər dönəmindən qalma qaz xətlərinin və magistral qaz kəmərlərinin bütünlüklə yeriləşdirilməsi işi aparılır. Vətəndaşların qarşılaşdıqları problemlər də məhz bununla bağlıdır.

Əhməd Rəhmanov isə düşünür ki, nədənsə Bakı kəndlərində buruqların arası ilə çəkilən magistral qaz xətləri təbii qazı Azərbaycan vətəndaşlarının yox, Avropa dövlətlərində yaşayan insanların mənzillərinə daşıyır. İllərdir sosial problemlər məngənəsində yaşdığı üçün Bakı Kəndlərinin Sosial İqtisadi İnkişafı üzrə Dövlət Proqramının da Bakı sakinlərinə rifah gətirəcəyinə inanmır:

- Elə eşidirik ki, inkişaf var, dövlət proqramları həyata keçirilir. Bu Bakı kəndlərində yaşayan biziksə, biz ancaq geriyə hərəkət görürük.

MAŞTAĞA SONUNCU DƏFƏ QAZI 1992-Cİ İLDƏ GÖRÜB?


«Azadlıq» Radiosunun Qaynar Xəttinə müraciət edən Bakının Maştağa kəndinin sakini Nərgiz Əmirova yaşadığı əraziyə təbii qaz verilməməsindən şikayətçidir. Nərgiz Əmirova deyir ki, axırıncı dəfə Maştağa kəndinə təbii qaz 1992-93-cü illərdə normal verilib. Ondan sonra təbii qaz kəndin bir tərəfinə veriləndə, başqa tərəfinə verilməyib. Təxminən 10-12 il isə Maştağada ümumiyyətlə təbii qaz olmayıb. Son bir neçə ildə yeni salınan qəsəbələrə qazın verilişi bərpa edilib. Ancaq o da fasilələrlə. Ancaq kəndin köhnə məhəllələrində yaşayanlar yenə də yaz-qış təbii qaz üzünə həsrətdir. Şikayətçinin sözlərinə görə, uzun illər davam edən fasilələrdən sonra 2010-cu ilin fevralından onun yaşadığı məhəlləyə təbii qaz fasilələrlə olsa da, verilib. Ansaq sakinlərin rahatlığı uzun sürməyib:

BÜTÜN YAYI POMODİR-ÇÖRƏKLƏ


- May ayı gələn kimi qaz kəsilib. Nə yemək bişirə bilirik, nə su qızdıra bilirik. Bütün yayı pamidor-çörək yeməklə keçirməliyik?

Nərgiz Əmirova deyir ki, vətəndaşlar bir neçə dəfə yığışıb Maştağa Qaz İstismarı İdarəsinə şikayətə də gediblər. Ancaq onlara hər dəfə yeni cavab verilib. «Azəriqaz» Bakı kəndlərində aparılan təmirlə bağlı bəzi yerlərdə qazı kəsib, bəzi yerlərdə isə təzyiqi azaldıb. Təmir bitən kimi düzələcək. Ancaq sakinlər 20 illik təmirdən cana doyduqların deyirlər:

- Neçə illərdir vəd verirlər ki, təmirə görə gəlmir, təmir bitsin, qaz normal gələcək. Bu təmir neçə il olar? Təmirin nə zaman bitəcəyini bizə dəqiq deyən olacaq?

QAZ BORULARI YENİDƏN ÇƏKİLİR


Məsələ ilə bağlı «Azəriqaz»ın mətbuat xidmətinin başçısı Kamandar Eyvazlıya zəng vurduq. Bildirdi ki, məzuniyyətdə olduğu üçün problemə münasibət bildirə bilməyəcək. Eyvazlı məsləhət gördü ki, işin doğrusunu ərazi üzrə təbii qazın paylanmasına cavabdeh olan da Maştağa Qaz İstismarı Sahəsində bilərlər. Biz də deyilən idarəyə zəng vurub mühəndis Sevil Məmmədovanın məsələyə münasibətini öyrəndik:

- Maştağa kəndində qaz boruları çürük-çürükdür. Bütünlükdə 17-18 km qaz kəməri yenidən çəkilir. Ona görə də təbii qazın verilişi məhdudlaşdırılıb.

Sevil Məmmədova yazı-yayı təbii qazsız keçirən vətəndaşlara qış mövsümü üçün vəd də verir:

- Bu qış Maştağa kəndində hər bir abunəçinin evinə normal şəkildə təbii qaz veriləcək.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: K O M M U N İ S T Haradan: GiZLi BAKI
29.07.2010 10:24
Maştağa sakininin də etirafından bəlli olur ki,SOSİALİST RESPUBLİKANIN
suqutundan sonra əhalinin qara gunləri başlayıb.Məlumat ucun deyimki,SOVET HÖKUMƏTİ 1947-ci ildə maştağa kəndinə qaz cəkib,elektrik qatarı xətti cəkmişdir.İndi nə elektricka var nə də qaz.Sovet vaxtə bir maştağalı aylıq cəmi 30 QƏPİK qaz pulu ödəməklə,sayğacsız filansız demək olarki HAVAYI qazdan istifadə edər,PARNİK əkib butun ittifaqa gul satıb yaxşıda dolanardılar.Bu o vaxtlar idiki Azərbaycanın hasil etdiyi qaz daxili tələbatdan az olduğundan İran və Rusiyadan qaz alırdıq,buna baxmayaraq qaz əhaliyə demək olarki havayı verilirdi.İndi isə guya "mustəqil"olmuşuq,boşboğazlara inansaq guya sərvətlərmizin sahibiyikdə xaricədə qaz ixrac edirik,amma "milli"hökumət milli sərvəti millətə milli yox,DUNYA BAZAR qiymətləriylə satır.SOVET vaxtı "kəsim","reyd"kimi sözlər leksikonumuzda yox idi,indi isə DARĞALAR polisin dəstəyiylə həyətlərə soxulub qaz pulu toplayırlar.
Digər musahibsə İŞIQdan şikayətcidir.SOSİALİST RESPUBLİKA zamanı bir ailənin işıq pulu xərci 50 --60 QƏPİK idi,MUHARİBƏ VETERANLARI,neft-qaz sənayesinin işciləri,energetik ailələri isə butövlukdə KOMMUNAL xərclərdən azad idilər.AZ.SSR indikindən daha cox elektrik enerjisi istehsal edərdi,bu gun isə əhalinin sayı sovet dövruylə muqaisədə 2 milyon nəfər artdığı halda elektrik istehsalı əksinə azalmışdır.....
Mən bunları nostalgiya olsun deyə yazmıram,yazıramki KAPİTALİZMİN sizi necə soyub soğana cevirdiyini görəsiniz və itrilmiş huquqlarınız uğrunda mubarizə aparasınız....
Cavab

Kimdən: Rufat
30.07.2010 00:16
Pisiyin renginin ferqi yoxdur isteyir boz isteyir, sari olsun Onun vezifesi sichan tutmaqdir . O ki qaldi qurulusha qurulushun da ferqi yoxdur isteyir kommunism isteyir kapitalizm adlandir esas odur ki neticesi yaxsi olsun
Man K O M M U N İ S T le qeti sekilde raziyam . Eledir SSSR-in qedrini indi bilerik . Her halda o vaxtlar 1 milyon dollara ayi kababi yemezdiler ve yaxta batirmazdilar ... Ne elde etmisikse SSSR-ye borcluyuq yoxsa indi yarimiz yazib oxuya da bilmezdi .
Cavab

Kimdən: Muhendis Haradan: Bataqliq
29.07.2010 12:58
Kapitalizmin en iyrenc prinsiplerinden biri de izafi emek deyilen bir prinsipdir.
Yani ishchileri qanunvericilikde nezerde tutulandan (meselen 8 saat) artiq ishletmek , evezinde ise 8 saatin emek haqqini odemek.Sumqayit erazisinde tikilen yeni istehsalat muessiselrinde ishchiler bu cur istismar olunurlar

Kimdən: rushvetden bezmish
28.07.2010 23:51
Bax budur, "analogu olmayan Azerbaycan!"
Ve muharibeye hazirlashan Azerbaycanda Garabag elilinin guzarani ve yasham terzi!!

Sizce bu muharibe ritorikasi insanlari inandira ve ya gelebeye apara bilermi??

Kimdən: mer
28.07.2010 22:51
goy o analogu olmayan inkishafdan danishanlar bu arashdirmani oxuyub utanib yere girsinler. Bu cür rezalet ancag guldarlig ganunlarinin mesken saldigi ölkede ola biler. Agiz dolusu gaz neglinden, ne bilim ixracindan danishir, gulaginin dibinde insanlarin gazi yoxdur. Vallah men xecalet cekirem ki, bizim bele bir beceriksiz, yaramaz hökumetimiz var

Kimdən: Misir Mərdanov Haradan: Bakı
28.07.2010 17:25
Bakıda orta məktəbi olmayan qəsəbənin mövcud olması əsl möcüzədir. Yəqin yaddan çıxıb. Allahın Sabvalan qəsəbəsinin sakinlərinə rəhmi gəlsin.

Kimdən: Amin Haradan: Belasuvar
28.07.2010 16:32
Yeqin ki,biz tezlikle Azerbaycanda mal tezeyi ,odun biznesinin yap hakimiyyeti terefinden ele kecmesinin shaidi olacaqiq.

Kimdən: Tanrıverdi Haradan: Bakı
28.07.2010 16:31
Maştağanın tən yarısında, o cümlədən həmin Savalanda 1 sutkadır işıq da yoxdur.

Kimdən: Müəllim Haradan: Baki
28.07.2010 16:21
3 mindən artıq evi olan bir ərazidə orta məktəbin olmaması (özü də Bakıda) əsl faciədir. Adam nəsə deməyə acizlik cəkir. Allah köməyiniz olsun.

Kimdən: Anonim
28.07.2010 16:18
Tahir müəllimlə tam şərikəm. Mənim qohumum həmin Savalanda yaşayır. Qonaq gedəndə maşını kəndin ayağında saxlayıb piyada gedirik. Qışda isə ümumiyyətlə qonaq gedmirik, çünki qışda orada palşığa batıb qalmaq ehtimalı böyükdür. Bakının (Əzizbəyov metrosundan maşınla 15 dəqiqə) əlap yaxınlığında olan bu vəziyyət sadəcə utancvericidir

Kimdən: Tahir Haradan: Bakı-Savalan
28.07.2010 15:46
Maştağanın Savalan yaşayış massivinin yollarını görsəniz, qazın olmamasına şükür edərsiniz. Bakının 1addımlığında olan və 3 mindən çox evi olan bu yaşayış massivindəki durum sadəcə dəhşətdir- zibil boğazdan, yol asfaltlanmayıb, 5 ildir yer ayrılsa da orta məktəb və bağca hələ də tikilməyib, kanalizasiya yox, telefonlaşma tam aparılmayıb və s. Bir sözlə tam unudulmuş bir məkan-sizləri "cənnət" görmək üçün Savalana dəvət edirik-Sabunçu rayonunun icra başçısı ilə birlikdə