Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:18

Xüsusi layihələr / Bloqqerlərin həbsi

«Azərbaycan rəhbərliyi səbəblər uydurmağı dayandırmalıdır»

x
Şriftin ölçüsünü dəyiş - +
Jurnalistləri Müdafiə Komitəsi bloqqer Adnan Hacızadənin vaxtından əvvəl azadlığa buraxılma hüququnun təmin edilmədiyindən narahatdır.

Təşkilatın direktor müavini Robert Mahoney bildirib ki, Azərbaycan rəhbərliyi məhbus bloqqeri azadlığa buraxmamaq üçün səbəblər uydurmağı dayandırmalıdır.

Komitə Apelyasiya məhkəməsinin bloqqeri dərhal azadlığa buraxmağa çağırıb.

İyulun 26-da Qaradağ rayon Məhkəməsində Hacızadənin şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı ərizəsinə baxılıb. Vəkil müvəkkilinin ərizəsini Adnan Hacızadənin cəzasının tən yarısını çəkməsi ilə əsaslandırıb.

Lakin hakim bloqqerin ərizəsini təmin etməyib.

Emin Milli və Adnan Hacızadə ötən il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulublar. Hücuma məruz qaldıqlarını və döyüldüklərini deyən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb.

Emin Milliyə 2 il 6 ay, Adnan Hacızadəyə isə 2 il həbs cəzası kəsilib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: ELÇİ BEY-eskeri Haradan: AZERBAYCANın Quzeyi Bakı
28.07.2010 13:01
Cenab prezident,metbuat gününde söz azadlığı ile elaqeder çox gözel sözler dediniz.Acı da olsa demeliyem, dediklerinizle,gördüyünüz işler üst-üste düşmür.Sonra da beynelxalq teşkilatları Quzey Azerbaycana qarşı ikili standartlarda günahlandırırsız.

Kimdən: nuranə Haradan: bakı
28.07.2010 11:59
Jurnalistləri Müdafiə Komitəsinin bəyanatını alqışlayırıq! Hər 2 bloqqer dərhal azad olunmalıdır! Belə demokratik, intellektual və günahsız gəncləri məhbəsdə saxlamaq ədalətsizlikdir!!!