Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:08

Verilişlər / Kontekst

Axıskalılar öz evlərinə niyə qayıda bilmir?

Axıskalı türklər heç olmasa, onlara torpaq yeri versələr, vətənə qayıtmaq istədiklərini deyirlər
x
Axıskalı türklər heç olmasa, onlara torpaq yeri versələr, vətənə qayıtmaq istədiklərini deyirlər

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
Gəncədəki Türklər qəsəbəsində 100 çox axıskalı ailə məskunlaşıb. 1947-ci ilin 14 noyabrında Gürcüstandakı Axıska vilayətindən sürgün edilib Orta Asiyaya, 1990-cı ildə isə Azərbaycana gələn axıskalıların əksəriyyəti Türkiyəyə gedib.

Hazırda Azərbaycanda on minlərlə Axıska türkü yaşayır. Onlardan Gəncə sakini Xalis Ziya oğlu deyir ki, indi öz tarixi vətənlərinə qayıtmaq istəyən axıskalıların qarşısında xeyli maneələr var.

AXI BİZ EVİMİZİ QOYUB GƏLMİŞDİK…


Deyir ki, Gürcüstan hökumətinin Axıska türklərinin vətənlərinə qayıdışı haqda qanunu tam ədalətsizidir:

«Onun çıxartdığı qanun bizə uyğun gəlmir. Yazılır ki, gəlin özünüz ev də alın, yer də, yaşayın. Axı biz oradan gələndə evimizi də, varımızı da qoyub gəlmişik axı... Dəvət edirlər, amma elə dəvət edir ki, yəni gəlin bizə, amma qapı bağlıdır. Qayıtsaq, Gürcüstan vətəndaşlığı da veriləcək. İstəyirik ki, pis də yaşasaq, bir yerə yığılaq, hərəmiz qohumlar bir yerdəyik. Mənim əgər bu gün imkanım olsa, bu gün gedərəm. Burda bəzi problemlərimiz olur. Bir yoldaşımızda Gürcüstan familiyası yazılmışdı. Onu dəyişdirmirdilər. Bizə deyirlər ki, biz qanunla işləmirik. Tələblə işləyirik. Dəyişdirmirəm. Ümidim hər gün var getmək
Gəncə sakini Xalis Ziya oğlu
üçün».

TÜRKLƏR GÜRCÜ FAMİLYASI İSTƏMİRLƏR

Qəsəbədəki digər axıskalı türklər də, heç olmasa, onlara torpaq yeri versələr, vətənə qayıtmaq istədiklərini deyirlər:

«Gələndən sonra Azərbaycan hökuməti kömək elədi, bu evləri tikib verdi. Amma hamının öz vətəni. Mən gəncəliyəm, yoldaşım Axıska türküdür. Ora gedəndə gürcü vətəndaşı olmalısan. Axıska türkü olmamalısan, türklər də istəmirlər gürcü familiyasını götürsünlər. Dəvət eləyir, amma öz gücünlə getməlisən. Mənimcün torpaq ayırsa, gedərik».

«Biz öz vətənimizə qayıtmaq istəyirik. Azərbaycan hökumətinin köməkliyi ilə gedə bilərik, bəlkə».

Ahısxa türklərinin «Vətən» cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri İbrahim Burhanov deyir ki, artıq ərizələr toplanıb və Gürcüstan hökuməti təsdiqləyib. Oktyabr ayında 2500 axıskalı öz vətəninə qayıdacaq:

GÜRCÜSTAN VƏTƏNDAŞI KİMİ İMTİYAZLARA SAHİB OLACAQLAR

«Ümumən Azərbaycandan 13 min Axıska türkü müraciət edib. Onlardan 5428-nin sənədi ingilis dilinə tərcümə edilib, notariusda təsdiqlənib Gürcüstan tərəfindən sənədlərin doğruluğu qəbul edilib. Oktyabr ayına onlara söz veriblər ki, 2500 status, yəni vətənə köçmə statusu, dekabr ayına kimi daha 2500 status veriləcək.
İbrahim Burhanov
Ondan sonra yenə də davam etdirəcəyik. Bizdə də hazırda 7 mindən çox müraciət ərizəsi var. Repartiant statusu vətəndaşlığa yaxın bir statusdur. Onlara Gürcüstan vətəndaşı kimi imtiyazlar verilir. Onlar köçdükdən sonra 1 il çəkmədən vətəndaşlıq da alacaqlar».

ATA-BABA YURDUNU PULLA SATIN ALACAQLAR

İbrahim Burhanov da deyir ki, bu qanunda çatışmayan tərəflər var və axıskalıların hüquqları tapdalanır. Odur ki, bu xalq Gürcüstan hökumətinin qanununa görə, gedib öz ata- baba yurdunda yaşayacaqları yeri pulla satın almalıdırlar:

«Qanunun elə əksik tərəfi odur ki, qanunda hüquqi tərəflər tənzimlənib, yəni necə köç etmək. Amma hara köç etmək- əmlak hüququ sahib olma ilə bağlı heç bir şey yoxdur. Yerləşmə məsələsində xarici təşkilatlara müraciət ediləcək».

Vətənə qayıdış qanunu Türklər qəsəbəsindəki əksər ailələri evlərinə qayıdacaqlarına ümidləndirib. Amma sözügedən qanunda geri qayıdanların harda məskunlaşması barədə də heç bir məlumat yoxdur.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: ölü adam
28.07.2010 17:38
Günah bizdedi biz niye o gürcüye özümüzden qaz yanacaq kesib veririk ki o da qudurur ve qardaşlarımızı yurdlarına qaytarmır...Esrlerle o torpaqlara gürcüler özleri bele ''Didi Turk oba'' deyibler.İndi buynuz gösterirler??
Artistliye qarşı dövlet seviyesinde münasibet bildirilmelidi.Onun üçün ise gerek gözleyek ne vaxt dövletimiz olacaq

Kimdən: kamal Haradan: Azerbaycan
28.07.2010 03:17
mn ahiskalilara komeklik edilmesini istemezdim sebebi men turkiyede oxuyuram vaxti ile qapilari actigimiz bu millet gedib orda Azerbaycanliyam demirler deyirler ki qirgistan,ozbekistan, ve s.
ona gorede bulara komek elemek ne bilim ee deymez mence
Cavab

Kimdən: Firudin Haradan: Keshlaburg
28.07.2010 17:59
Mən əksini düşünürəm. Axısxalılar orada özlərini azərbaycanlı kimi təqdim edirlər, Azərbaycanı müdafiə edirlər, Azərbaycan bayramlarında, matəm günlərində iştirak edirlər.
Məncə belə də etməsinlər; özlərini axısxalı kimi təqdim etsinlər. Onsuz da biz azərbaycanlılardan heç kim xeyir tapmayıb...
Cavab

Kimdən: feride Haradan: izmir
28.07.2010 17:51
mence sen coxxxxxxxxxxxxxxxxxxxxxxxxx sef edirsen..ele mende turkiyede oxuyuram ve ordaki veziyeti yaxsi bilirem..burda yalandan yazmaqla deyil...siz azerbeycanlilarda ora gedende hec azerbeycani teriflemirsinz//turk oldugumuzu detirsinz...ama men azerbeycanda yasadigim muddette hec goremedim bir azeri turk oldugunu desin!!!!!!!!!!! yeni birini deyende ilk once ozunuze baxin!!!!!!!!!!!!!!!!!!!
Cavab

Kimdən: Ataqam Haradan: Bakı
28.07.2010 14:23
Kamal bəy, bilmirəm Siz Türkiyədə kimə rast gəlmisiniz və niyə həmin qardaşımız özünə azərbaycanlı yox, qırğız deyib (hərçənd bu, onun tam şəxsi işidi), amma Axıska Türklərini yaxşı taniyan adam kimi deyirəm - onlar kimi zəhmətkeş, təmiz mənəviyyatlı, əxlaqlı insanlara mən çox az rast gəlmişəm. Hər birimiz bütün gücümüzlə 63 il zillət çəkmiş, bir neçə dəfə qaçqın düşmüş bu qardaş-bacılarımıza kömək eləməliyik.

Kimdən: Eloglu Haradan: Avropa
27.07.2010 18:14
Gurcustan Avropa Shurasina uzv olanda oz uzerine resmi ohdechilik goturmushdu ki, ahiska turklerinin vetenlerine qayidish meselesini temin etsin. Dushunurem ki, Avropa Shurasinin uzvleri olan Azerbaycan ve Turkiye Avropa Shurasinda bu meseleni muvafiq qaydada qaldirmalidirlar. Dushunmurem ki, Gurcustan oz indiki veziyyetinde Avropa Shurasinin chixaracaq qerari qularardina vura bilsin. Bu meselede Gurcustandan hech o qeder vesaitde teleb olunmur (eminem ki, Gurcustan hokumetine bu meselede ozu isterse) lazimi maliyye yardimida gosteriler. Yeter ki, gurcu hokumeti milliyetchi movqeden chixish etmesin.