Şənbə, Fevral 04, 2012 Bakı vaxtı 08:38

Xüsusi layihələr / Bloqqerlərin həbsi

Peşman deyil, azad edilməyəcək

Şriftin ölçüsünü dəyiş - +
«Hörmətli sədr, Adnan Hacızadənin cəzaçəkmə müəssisəsində saxlanmasını zəruri edən heç bir səbəb yoxdur. Nə Bakı İstintaq Təcridxanasında, nə də çox ağır şərtlər altında saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsində bir dəfə də olsun intizam xarakterli tənbeh almayıb».

Adnan Hacızadənin vəkili İsaxan Aşurov iyulun 26-da Qaradağ rayon Məhkəməsində Hacızadənin şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı ərizəsinə baxılarkən belə deyib. Vəkil məhkəmədən xahiş edib ki, müvəkkilinin ərizəsi təmin olunsun. O, müvəkkilinin ərizəsini onunla əsaslandırıb ki, müvəkkili təyin olunmuş cəzanın tən yarısını çəkib:

«Adnan Hacızadə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təyin edilən cəzanın artıq bir ilini çəkib».

«ADNAN ABADLIQ İŞLƏRİNƏ QATILMIRDI, HÖKMLƏ RAZILAŞMIRDI»

Məhkəmədə Adnan Hacızadənin cəza çəkdiyi 14 saylı cəzaçəkmə müəssisəsinin tərbiyə işlərinin təşkili üzrə şöbəsinin rəis müavini Natiq Hacıyev və həmin şöbənin baş inspektoru Əli Nəbiyev mülahizələrlə çıxış ediblər. Onlar bildiriblər ki, Adnan Hacızadə cəzaçəkmə müəssisəsinə gələn gündən barəsində çıxarılmış hökmlə razılaşmadığını bildirib və əməllərindən peşman olmadığını deyib. Bundan başqa Adnan Hacızadə müəssisə daxilindəki abadlıq işlərində iştirak etməyib. Ona görə də o, vaxtından əvvəl azad
Əli Nəbiyev və Natiq Hacıyev
edilə bilməz.

«TƏMİZLİK İŞLƏRİNDƏ DƏ İŞTİRAK ETMİŞƏM, SU DA DAŞIMIŞAM»

Lakin Adnan Hacızadə müəssisə əməkdaşlarının dedikləri ilə razılaşmadı. Məhkəmənin nəzərinə çatdırdı ki, müəssisədə keçirilən bütün abadlıq işlərində fəal iştirak edib:

«Müəssisədə keçirilən bütün təmizlik işlərində iştirak etmişəm. Dəstəmizin su ilə problemləri olanda mən də kənardan su daşımışam. O ki qaldı Natiq müəllimin dediyi kimi, müəssisədə əhənglənmə işlərində iştirak etməməyimə, o da bu gün başlayıb müəssisədə. Ancaq mən məhkəmə ilə əlaqədar etap olunduğumdan bu işdə iştirak edə bilmədim».

İsaxan Aşurovsa bildirib ki, Adnan Hacızadənin hökmlə razılaşmamasının onun həbsdə qalmasına səbəb olması absurddur:

«Mən qərarla tanış oldum. Mən burda yazılanları elə bu şəkildə götürüb Avropa Məhkəməsinə göndərsəm, kifayətdir».

Sonra vəkil müəssisə işçilərindən Adnan Hacızadənin müəssisədəki davranışı ilə bağlı maraqlanıb. Müəssisə işçiləri bildirdilər ki,
İsaxan Aşurov
nə istintaq təcridxanasında, nə də cəzaçəkmə müəssisəsində saxlanarkən Adnan Hacızadə barəsində hər hansı tənbeh xarakterli xəbərdarlıq olmayıb. O, müsbət xarakterizə olunur, cəzaçəkmə müəssisəsində günləri kitab oxumaqla keçir, müəssisədə keçirilən intellektual oyunlarda fəal iştirak edib və mükafatlandırılıb.

Vəkil İsaxan Aşurov bildirib ki, müəssisə işçiləri Adnan Hacızadənin yalnız hökmlə razılaşmamasını bəhanə gətirirlər, digər hallarda isə onun xarakterini müsbət səciyyələndirirlər. Belə olan halda nəyə görə Adnan Hacızadə vaxtından əvvəl azad olunmamalıdır?

«Yüksək mədəniyyətə, təhsilə malik olan bir şəxsdir. Adnan Hacızadənin cəzaçəkmə müəssisəsində saxlanmasını zəruri edən bircə hal da mövcud deyil».

PROKUROR MÜƏSSİSƏ İŞÇİLƏRİNİN DEDİKLƏRİNİ DƏSTƏKLƏDİ


Prokuror Elfaq Səfərov isə bildirdi ki, Adnan Hacızadənin müəssisədəki abadlıq işlərində yaxından iştirak etməməsi və hökmlə razılaşmaması ilə bağlı müəssisə işçilərinin dedikləri əsas götürülməlidir. Hakimdən xahiş etdi ki, Adnan Hacızadənin şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı ərizəsi
Hakim Rufan Mürsəlov
təmin olunmasın.

«ADNAN HACIZADƏ AZAD EDİLMƏSİN»

Hakim qısa müşavirədən qayıdandan sonra qərarı elan etdi. Həmin qərarla Adnan Hacızadənin şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı ərizəsi təmin olunmadı.

Emin Milli və Adnan Hacızadə 2009-cu il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulublar. Hücuma məruz qaldıqlarını və döyüldüklərini deyən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb. Emin Milliyə 2 il 6 ay, Adnan Hacızadəyə isə 2 il həbs cəzası kəsilib.

Bakı Apelyasiya Məhkəməsi martın 10-da birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Müdafiə tərəfi Ali Məhkəməyə kasasiya şikayəti verib. Bu şikayət üzrə məhkəmə iclası avqustun 19-a təyin edilib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: L.A. Haradan: Republikingdom
02.08.2010 22:13
Hesen Kerimovun ogullarina baxanda bloqqerlerin veziyyetine shukur etmek lazimdir. Allah qorusun!


Kimdən: ilya Haradan: piter
27.07.2010 23:57
geribedir bu hakim , nezaretciler ne bilim prokuror nedje gedib ushaglarinin yzyne baxirlar, getirdikleri cereyi verirler? bextleri orda getirib ki hagg yoxdur, olsa vay onlarin halina))))

Kimdən: seva
27.07.2010 21:21
Allah size nehnet elsen. Balalariniz o gune dushsun. Baxin o chavanin sifetine.Ondan ne kriminal. Kriminalar memurlar ve onlarin balalaridi o yox.Adam ona baxanda ureyi agrayir. Adnanla ,Emin kimi chavanlar Azerbaijan ne geder xeyir getire bilerler amma hayif ki Bu degige Olkeye rushvetxorlar , ylanchilar,yaltaglar lazimdir.

Kimdən: Samir
27.07.2010 19:22
Adnan Hajizdeye efv yoxdur. Onu cezalandiranlar bagishlamaq haqqinda dushunmurler. chox mentiqli yanashmadir. Umumiyyetle, bu ushaqlar zeif adamlardir, onlari metbuatda ishiqlandirmaq olar, amma bu qeder yox.
Cavab

Kimdən: Basilava Haradan: Sibir
28.07.2010 01:17
Eyer bu ushaglar da zeifdirlerse onda vay o birilerin halina.. Bu gagashlara eshg olsun ! Zeif ve gorxag senin kimi internette oturub bele igidlere soz atanlardir
Cavab

Kimdən: Veten eshqi Haradan: Portugalia
13.08.2010 23:34
Samir "bey"- sen ne bilirsen ziyali insan nedir.??..Veten uchun chalishmaq nedir!!!!!Senin yazdigin bir Emin Millinin ve Adnan Hacizadenin elinin tozudur!!!!!!!!!!!!!!!

Kimdən: Mezlum Haradan: Xarabadan
27.07.2010 11:31
EYYYYY INSANLAR HELE KI, YATIN. XEBERINIZ YOXDUR GORURUEM-BU MILLET MEHVE MEHKUM OLUNUB. LENET OLSUN BU OLKENIN MEHKEMESINE , PROKRORUNA, POLISINE NE BILIM NEYINE ..............
CANIMIZI BOGAZIMIZA YIGIBLAR. ALLAH BUNLARIN EMELLERININ CEZASINI TEZLIKLE VERSIN INSHALLAH.

Kimdən: etibar Haradan: Baki
27.07.2010 11:11
o ki qaldi o biri nezaretchiye, bele nezaretchilerden Birmada, Zimbabvede, Ermenistanda ve sair bu tipli olkelerde doludur

Kimdən: etibar Haradan: Baki
27.07.2010 11:00
shekilden de hiss olunur ki bu nezaretchilerin biri xecalet teri tokur vicdani onu sixir.(nisbeten ariq olani) ureyinde ozunu de, onu bura getireni de, taleyini de soyur. Caaan sene. lap yaziqim geldi
Cavab

Kimdən: Lotu Bextiyar
28.07.2010 01:19
Bunlar da adlarini kishi goyub, olkede yashayirlar ?.. Bunların axirina az galib. ozleri de bilirler
Cavab

Kimdən: ses
27.07.2010 14:30
amma o birisi yaman "nagliy" oturub! Daha dogrusu, oturmayib, yayxanib desek daha dogru olar!

Kimdən: Muhendis Haradan: Bataqliq
27.07.2010 10:03
Qinamayin siz bu "yaziq" mehkeme ve prokurorluqu,onlar qabaqlarina atilan yaldan otru neye desen gederler,hetta...

Kimdən: Akif Haradan: Bakı
27.07.2010 08:53
Bloqqerlərin hər ikisi Avropa Məhkəməsinin qərarı ilə azad ediləcəklər və öz işlərini daha da həvəslə davam etdirəcəklər. Hətta onlar qanunsuz cəzalarını axıra qədər çəkməyə hazır olduqlarını bəyan ediblər. Ən əsası odur ki, İlham Əliyev hakimiyyəti beynəlxalq təçkilatlar tərəfindən diktator kimi tanınır və bu reyim tezliklə məhv olmalıdır.
Öz konstitusyon haqqını tələb edən Eynulla Fətullayevi, Ruslan Bəşirlini, bloqqerləri və qanunsuz həbsdə olan digər vətəndaşlarımızı müdafiə etmək hər bir vətəndaşın müqəddəs borcudur. Belə olan halda, yəni öz konstitusyon haqqını tələb edən və vəzifəsini yerinə yetirən yenilməz vətəndaşlarımızın sayı çox olduqca hakimiyyəti Çili, Qırğızıstan və digər ölkələrdəki kimi çox acı sonluq gözləyir. Hamıya mətinliklə irəli getməyə, azad və firavan yaşamaq üçün hakimiyyətdən qurtulmağa səsləyirəm!!!

Kimdən: Fuad Haradan: Qizil Qefes
27.07.2010 02:47
Ezizlerim A.H. ve E.M!
Ruhdan dushmeyin,sizin azadliginiz ugrunda elimizden gelen her sheyi edirik ve edeceyikde.Sizler bir nece il eziyyet cekib sonra uzun iller guneshli gunler yashayacaqsiniz.Sizi millet destekleyir,hami gorur ki,sizin mubarizeniz shexsi menafeler ucun deyil Milletin,cemiyyetin azad ve demokratik yashamasi ucun olan mubarizedir.Hokumet sizi esl reqib gorur ona gorede size bu engelleri toredir.Olkede xalqin desteklediyi real muxalifetin olmamagini hokumetimiz cox gozel bilir mes ve ona gorede genc feaallari reqib gorub anti-demokratik yolla mehv etmek isteyir.Ancaq hokumetimiz anlamir ki,divara kelle vurmaqla deyil.Musteqil Azerbaycan hokumetin shexsi emlaki deyil.Bu bizim hamimizin olkesidir AZERBAYCAN!
Bu iki gencler bizim cemiyyetin azadligi-demokratiyasi ugrunda mubarize aparirlar.Gorun ne qeder qeyretli esl vetenperver insanlardi.
Hokumet!!!!!!---------Siz ne edirsiniz?Bizim haqqimizi gozumuzun icine baxa-baxa taptalayirsiniz.Milleti ne melumatlandirirsiz nede mariflendirirsiz. Milleti kut saxlayib,milli servetlerimizden gelen milyonlari menimseyirsiniz.Ozunuze dunyanin butun nazi nemetlerini alirsiniz.Bes teqayutculer,sade ishciler(memur olmayanlar) ne etmelidirler 70-80-100 manatla?olkede her shey baha,getdikcede dahada bahalashir.Her ne olanda sinenizi doyursunuz!!! bir bu sade milletide dushunun sonra sinenize vurun.Sizden biz ne oyrenek?Yaltaqliq,min uzluluk,qettarliq,rushvetxorluq?Ulu onder deyirsiniz...Budurmu sizin ulu ondere hormetiniz?Ele isteyirsiniz ozunuz kef-damag icinde yashayasiniz.Bes bir otaqli bina evinde 80 manat teqayut alan tek qoca qadin ne etmelidir?Siz shotland viskisinden icib,canli musiqiye qulaq asib,yalanci goz yashlarini axidib beh-beh deyende O qoca teqayutcu qadinin oglu veten ugrunda shehid olmushdur.Indi kimin haqqidir oz veteninde kef-damag icinde yashamaq?
E.Fetullayeva,Emin Milliye,A.Hacizadeye azadliq!!!!
Derhal!!!
Azad Soz,azad fikir ifade eden insanlara eziyyet veren hokumet cox yashaya bilmez,
ISTEFA!!!
Səhifə (3)
    Növbəti