Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:59

Bloqlar / Qorxmaz Əsgərov

Radikallar

x
Şriftin ölçüsünü dəyiş - +
Təqribən on il əvvəl Erix Maria Remarkın maraqlı bir əsərini oxumuşdum – «Üç dost». Kitab birinci və ikinci dünya müharibələri arasındakı dövrdə hər cür çətinliklərdən keçən Almaniyada insanların üzləşdikləri sınaqları ətraflı təsvir edirdi. Adi vaxtlarda normal əxlaq, davranış və temperament sahibi olan insanlar çətinliklər artdıqca... dəyişirdilər, bəzən sınırdılar.

ONLAR DANİMARKADA DOĞULUB YAŞASAYDILAR…

Bir neçə il öncə isə dostlarımdan biri Azərbaycanda konyukturaya qulluq edən adamlardan birinə maraqlı bir ad – «şərti əxlaqlı adam» adı verməklə həmin kitabı bir daha yadıma saldı. O deyirdi ki, Azərbaycanda bir xeyli adam şərti olaraq əxlaqlı, vicdanlı adamlardır. Bir çox adamları nümunə gətirərək iddia edirdi ki, o şəxslər, məsələn, Danimarkada anadan olub, orada da yaşasaydılar çox dürüst, vicdanlı, işgüzar və cəmiyyətə faydalı vətəndaşlar olardılar.

Azərbaycan siyasi spektri hazırda nə sağdadır, nə solda. Bütövlükdə cəmiyyət öz yolunu azmış kimi görünür. Cəmiyyəti saxlayan heç bir müsbət dəyərə ciddi münasibət müşahidə olunmur
«HAKİMİYYƏTƏ GƏLİN, SİZİ DƏ BELƏ QORUYAQ»


Fəqət Azərbaycan bambaşqa məkandır. Bu ölkədə vicdanlı olmağın, əxlaqlı yaşamağın bir bədəli var. Hər kəs bu bədəli ödəyə bilmir və bir çoxu cəmiyyətə hakim kəsilən konyukturaya boyun əyir. Belə adamları tanımaq çətin deyil. Televizorda dili topuq vura-vura yaltaqlanan adamlardır onlar. Yaxud qəzet səhifələrində avtoritarizmi müdafiə etmək üçün ümummilli məsələləri, bəzən hətta fəlsəfi məsələləri üzlərinə tutub öz mövqelərini qorumağa cəhd edənlərdir belə adamlar. Gündəlik həyatda isə belələri «insaflı rüşvət» alanlardır, «hakimiyyətə gəlin, sizi də belə qoruyaq», deyə-deyə demokratik düşüncəli insanları mitinqlər vaxtı həbs edən polis işçiləridir, «mənlik deyil, bacarırsansa, yuxarılarla özün danış» deyib qərar vermək məsuliyyətini öz çiyinlərindən atan çinovniklərdir. Bu adamlar sanki öz hazırkı mövqelərini öz içlərində hələ də var olan əxlaq kompası ilə barışdırmağa cəhd edirlər.

KONFORMİST ÇOXLUQ VƏ RADİKAL AZLIQ

Şərti əxlaqlılıq cəmiyyətimizi xəstələndirən problemin yalnız bir hissəsidir. Problemin əhəmiyyətli hissəsi cəmiyyətdəki konformist əksəriyyətlə radikal azlığın təmaslarıdır. Əxlaq pozuntularının adi həyat normasına çevrildiyi bu ölkədə radikal bir azlıq var ki, şeyləri öz adı ilə çağırır. Onlara hər cür epitetlər qoşurlar. «Bolşevik», «dağıdıcı», «tərbiyəsiz», «böyük-kiçik yerini bilməyən» adlandırılan bu adamlar ölkəni qaniçən inqilaba sürükləməkdə ittiham olunurlar. Ancaq məhz bu adamların boynuna belə bir yük düşüb ki, indiki Azərbaycan cəmiyyətini düşdüyü bataqlıqdan çıxarsınlar. Onlar özlərini «əyri güzgülər krallığında» anlayışları qaytarıb yerinə qoymaq istəyənlər kimi görürlər və nə vaxtsa cəmiyyət onların arxasınca getsə, Azərbaycanda rüşvətxorluq, yerlibazlıq, ədalətsizlik, oğurluq, yaltaqlıq, saxtakarlıq, qorxaqlıq və s. bu kimi hallar cəmiyyətin adi həyat norması olmayacaqlar. Hələliksə...

AMERİKANIN SAĞI-SOLU…

Radikalların cəmiyyətdəki rolunu görmək üçün ABŞ siyasi tarixi çox maraqlı nümunələr verir. Sabit demokratik siyasi sistemdə sol və sağda radikal qütblər közərsə də, cəmiyyət adətən «mainstream» – orta yol deyilən bir xətt üzrə gedir. Lakin bəzən cəmiyyət bütövlükdə həddən ziyadə ya sağa, ya da sola meyl edir. Məsələn, Con Kennedinin qətlindən sonrakı dövrdə ABŞ cəmiyyəti bütövlükdə solda idi və hətta respublikaçı müxalifət də solçu dəyərlərə birbaşa hücum etməyə cəsarət etməyərək sağa doğru ürkək meyllənmələr edirdi. Con Kennedinin özü isə hakimiyyətə radikal solçu kimi gəlmişdi çünki ondan əvvəlki siyasi mühit bütövlükdə mühafizəkar idi. Ronald Reyqanın dövründə isə əksinə, Amerika siyasi sistemi bütövlükdə sağa meyllənmişdi. Reyqanın özü isə həmin o meyllənməni mümkün etmiş radikal idi. Həmin dövrdə Barak Obama tipli demokrat heç demokratların öz arasında dəstək tapa bilməyəcəkdi. Çox güman ki, ona kommunist deyəcəkdilər və o, fikirlərinə az qulaq asılan bir radikal olacaqdı. Lakin radikalların bir önəmli funkiyası var - cəmiyyət bütövlükdə hansısa bir ifrata meyllənəndə onu normal inkişaf məcrasına qaytarmaq. 60-cı illərin Amerikasında Martin Lüter Kinq radikal idi, 80-ci illərdə Ronald Reyqan radikal idi, indi isə Barak Obamaya radikal deyirlər.

«BU MÖVZUDA TƏMKİNLƏ DANIŞMAQ İSTƏMİRƏM!»


Bu da Amerika siyasi tarixindən sonuncu nümunə: «Bu mövzuda mən təmkinlə fikirləşmək, danışmaq, yaxud yazmaq istəmirəm. Yox! Yox! Evi od tutub yanan adama deyin ki, təmkinlə həyəcan zəngini çalsın; ona deyin ki, təmkinliklə öz arvadını onu zorlayanın əlindən alsın; anaya deyin ki, oda düşmüş uşağını tədricən alovdan çıxarsın; amma məni indiki mövzu kimi məsələdə təmkinli olmağa çağırmayın. Mən tam ciddiyəm, ikibaşlı danışmayacağam və bəhanə axtarmayacağam. Bir addım da geri çəkilməyəcəyəm və özümü eşitdirəcəyəm».

Bu radikal sözləri Uilyam Lloyd Qarrison 1831-ci ildə «Liberator» jurnalında dərc etdiyi «Xalqa» məqaləsində yazıb. Üstündə radikallıq etdiyi mövzu isə Amerikanın qaradərili əhalisinin köləliyidir.

AZƏRBAYCAN NƏ SAĞDADIR, NƏ SOLDA

Azərbaycan siyasi spektri hazırda nə sağdadır, nə solda. Bütövlükdə cəmiyyət öz yolunu azmış kimi görünür. Cəmiyyəti saxlayan heç bir müsbət dəyərə ciddi münasibət müşahidə olunmur. Bu dəyərləri ciddi qəbul edib haqq-ədalət tələb edənlər, onun uğrunda hər kəslə münasibəti korlamağa hazır olanlar isə Azərbaycanın indiki standartları ilə radikallardır. Onlara «mədəni olun», «səviyyəni qoruyun», «sivil davranın» deyənlər isə vaxtilə Uilyam Qarrisona və Martin Lüter Kinqə eyni sözləri ABŞ-da demiş adamların əkiz azərbaycanlı qardaşlarıdır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: AXC Haradan: Şərəf Tarixi
05.08.2010 01:33
Radikallar gözəl sozdür.Radikallar olmasa bu ölkə nə gündə olardı.Komunist Komunizm xəyal idi.Sizin dişinizin dibində 70 dən bəri gələn şirə qalmışdı.Gizli bakıda nə edirsiz YAP az quyumuzu qazır sizdə bel verirsiz.Yoxsa sizə bel bəs eləməz Ekskavator lazimdi/Eyibdi bele isleri yigisdirin.Eynisizse bir olun yox gizli baki aciq baki ne bilim ne bir cebhede savasin

Kimdən: İlqar Hüseynli Haradan: Bakı
03.08.2010 12:36
Qorxmaz bey Azərbaycana olan tükənməz sevginizə eşq olsun.Sizi tanıyan,yazılarınızın və təhlillərinizin şahidi olan şəxs olaraq qürurluyam ki Siz varsınız.AZAD-a ugurlar diləyirəm.Dəqiq,məntiqli və strateji əhəmiyyətli məqalələrinizi sadəcə 1 dəfə oxumaq yetmir.Hər dəfə təkrar-təkrar oxumaq lazımdır ki yaddaşlara həkk olunsun.
Təşəkkürlər!

Kimdən: radikal Haradan: cəbhə
30.07.2010 14:08
Bunları başa düşdük..
Yaxşı , bəs dini radikallar necə ? Onların yeri nədir ? Nədənsə onların bu məqalədə adları hallanmadı.
Qərək ki, bu qrup hətta "normal" radikalların nəzərində də aşırı radikallardır.

Hərçənd ki, İslamdan bir az anlayışı olan və zərrə qədər səmimiliyi olan etiraf etməlidir ki, İslam yalnız radikal olur, İslam inqilab deməkdir.

Hər bir radikal tutduğu davada tam səmimi deyil və kompromislərə hazırdır. Yetər ki, öz qruplaşması ağ günə çıxsın. Həm də bütün radikallar özlərinin məqsədini ümümi Avropa dəyərləri və beynəlxalq normalara uyğun olmaqda görür.

İslam isə onların hamısını rədd edir.. Ona görə istənilən müsəlman ölkəsinin sözdə "radikalları" ilk başda özlərinin İslamın ingilabi ideyalarından bəri olduqlarını hamının gözünə soxmağa çalışır.

Bir şeyi anlamaq lazımdır ki, demokratiya anlayışı başdan qüsurludur. onu düzəltmək deyil ləğv etmək lazımdır.

Bizi yaradan Allahdır, elçisi Məhəmməd, kitabı (sizin dildə desək, konstitusiyası) Qurandır. Son dönüşmüz də Allahadır. Əgər bunları haqq olaraq qəbul edirsinizsə Şəriət davasına baş vurmaq xaricində bir çarəniz yoxdur.


Kimdən: Asif Haradan: baki
29.07.2010 16:12
Azerbaycan uzden baxanda sagdadir. Amma onu kecmish kommunistler idare edir. O ki, qaldi exlaqa bu olkede o, coxdan debden dushub.

Kimdən: ş.çobanoğlu Haradan: bakıdan
29.07.2010 02:10
Qorxmaz bəy, təşəkkür edirəm belə bir yazıya görə. böyük moral verdiniz. var olun.
Cavab

Kimdən: Qorxmaz Əsgərov
30.07.2010 10:07
Sağ olun, bəy. Sizin fəaliyyətiniz bütövlükdə Azərbaycana verilən ən böyük moraldır.

Kimdən: K O M M U N İ S T Haradan: GiZLi BAKI
29.07.2010 00:32
Əgər yaşlı nəslin numayəndəsi olub bu sualı verirsənsə TƏƏSSUF,deməli həyatı gözuyumulu yaşamısan,yox əgər gənc nəslin numayəndəsisənsə onda ÖYRƏNMƏK gec deyil ."kommunist"sözunu googledə ver axtarışa və başla öyrənməyə...........

Kimdən: OSensei
28.07.2010 21:44
Kommunist, mənə heç olmazsa bir dənə istismarın olmadığı kommunizm cəmiyyətini göstər və ya bunun yolunu de, axıra kimi sənin ardınca gedim. Ümumən hər şeyi tənqid eləməyə nə var ki...

Kimdən: K O M M U N İ S T Haradan: GiZLi BAKI
28.07.2010 01:39
"Azərbaycan nə SAĞDADIR nə də SOLDA"bundan ikiuzlu ifadə ola bilməz.Azərbaycan 19 ildir SAĞDADIR. Sosialist iqtisadiyyatı dağıdılıb,sosial huquqlar-guzəştlər ləğv edilib,İSTİSMAR rəsmiləşdirilib,mulkiyyət 85% özəlləşdirilib,Dunya Bankı,Beynəlxalq Valyuta Fondu,Dunya Ticarət Təşkilatı Azərbaycanı BAZAR İQTİSADİYYATI ölkəsi kimi tanıyıb,görəsən daha nə lazımdır ki,KAPİTALİZM CƏHƏNNƏMİNDƏ yaşadığınıza inanasınız....
Cavab

Kimdən: Lara
29.07.2010 13:40
Azerbaycan mutant cemiyyetdir. Azerbaycan heqiqeten de ne sagdadir ne solda - burda PUL ideologiyasi movcuddur. Yəni bu olkede daha cox sadiqdirler bu ideologiyaya.

Senin sadaladiqlarinla olkenin siyasi oriyentasiyasini mueyyen etmek olmur, şəxsi mənafe bütün dəyərlərdən üstündür burda.

Ona qalsa YAP-ın profili sosial-demokratdır - HANI?

Ölkədə AZAD BAZAR hanı?

Kimdən: OSensei
27.07.2010 21:00
Azərbaycan hələ də "nağıllar" ölkəsidir. Guya ki, Əliyevlərdən başqası hamı ədalətlidir. Hakimiyyətə keçməyib, rüşvət ala bilməyib hakimiyyəti və rüşvəti pisləmək asandır. Çətin odur ki, rüşvəti almaq imkanın var, amma almırsan. Bizdə belə əqidəli insanların sayı çoxdurmu? Çətin ...

Məsələ belədir ki, bizdə az-çox "qabiliyyəti" olanlar çətin ki, burada yaşamaq istəsin, çünki toplumun özünün düşüncə tərzi avtoritardır. Əgər tələbəsənsə, yeni fikir söylə. Səni kim "sındıracaq" -- təbii ki, "professorlar." Onları da Əliyevlər yaratmayıb ki....

Əvvəlcə fikirləşin görün cəmiyyətdə insan necə formalaşır, sonra özünüzü "fəda" etməyə, toplumu irəli aparmağa çalışın, yoxsa yalnız tənqidlər... "yazıq Əliyevlər"
Cavab

Kimdən: Mahmud dayi Haradan: magardan
28.07.2010 00:41
OSensei@ BAshina donum cobanin sahvindan gurdlar surunu parcalayirsa cobana amakdar coban adi verilmalidir.Biz xalgimiz ruhdan salmamaliyig.Goy xalg gorsun ki hokumatimiz hamisha xalgin dalindadir.Bela deyilmi agren alem?Yashasin Azarbaycan radd olsun imperialistlar!

Kimdən: Agil Haradan: Baki
27.07.2010 13:06
Azerbaycan avtopilotdadir. heleki qarshisina boyuk bir mane chixmayib.
Səhifə (2)
    Növbəti