Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:54

Verilişlər / Kontekst

Gəncədə bağı kim salıb: xan, yoxsa sərdar?

Sərdar bağı Gəncənin simvollarından biridir
x
Sərdar bağı Gəncənin simvollarından biridir

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
Gəncə bu il 2503 yaşını qeyd etdi. Qədim şəhər uca yamyaşıl çinarları ilə məşhurdur. Gəncənin tarixi ilə bağlı «Çinarlı xiyaban» adlandırılan bağdan çox danışılır. Hazırda bu bağın adı və onu salan şəxsin kimliyi böyük müzakirələrə səbəb olub. Təsadüfü deyil ki, bir çox kitablarda və rəsmi mənbələrdə o, həm Sərdar, həm də Xan bağı kimi göstərilir. Rəsmi qurumlar bağın adının Xan olmasına əsaslar gətirməyə çalışsa da, şəhər ziyalıları bunun tarixi saxtalaşdırma olduğunu deyirlər.

Jurnalist, «Gəncənin tarix yaddaşı» kitabının redaktoru Zakir Murad da deyir ki, bu bağın adı Sərdardır və 1847-ci ildə Rusiya canişininin sərəncamı ilə salınıb. İndi onu Xan bağı adlandırmaq və Cavad Xan tərəfindən salınmasını demək tarixi baxımdan düzgün deyil:

«İndi Xan bağı adlandırılan, əslində isə Sərdar bağı olan bu bağ Gəncənin simvollarından biridir. Təsadüfü deyil ki, bizim böyük şairlərimizdən biri - Əhməd Cavad Gəncə şerində deyir ki,

Bura Şahsevəndi bura bağmandı…
Bura Sərdar Bağı, bura Ozandır...
Görənlər bilənlər sənə heyrandır
Açılsın güllərim Gəncəm, Gəncəm hey.

Sərdar bağı xaricə mühacirət etmiş ictimai-siyasi xadimlərin, Cümhuriyyət qurucularının ürəyində xüsusi yer tutub. Onlar həmişə öz xatirələrində Sərdar bağından, İmamzadədən, Göygöldən yana-yana danışırdılar. «Azərbaycanın istiqlalı qayıtsın biz də qayıdaq, Sərdar bağını bir də görək», - deyə yazanlar da var idi.

«RUSUN SƏRDARININ BAĞI»

Bu bağ qalanın qarşısında qurulub. Qalanın qarşısı – qala düzü boş olur, orda müdafiə qurğuları olur, qalaya gələnlər görünsün deyə. Deyirlər ki, o bağ orda ta qədimdən olub. Bu, düzgün deyil. Bu bağ 1847-ci ildə Qafqaz canişini Vorantsovun xüsusi fərmanı ilə salınıb. Ona görə də camaat bu bağı «rusun sərdarının bağı» adlandırıb. İşğalçının adı ilə bağlı olsa da, biz tarixi adlarımızı qorumalıyıq. Axı o, gəncəlilərin ürəyində Sərdar bağı kimi qalıb. Yaşlı nəsil gedəndən sonra bu ad itə bilər. Bu, tarixi yaddaşın itməsidir».

70 yaşlı Nizami Fərzəliyev cavanlığının ən şirin xatirələrini Sərdar bağında yaşayıb. Nizami dayı bizə ancaq şəkillərdə gördüyümüz bu bağın əvvəlki görkəmini təsvir edir:

«- Rus pulu ilə 10 qəpiyə bilet var idi. Camaat alırdı, gəlib istirahət edirdi. Bu ağacların arasında tor qurmuşdular, yellənirdin, dincələrdin, kitab alıb oxuyurduq. Cavan uşaqlar idi, pulları yox idi… Veteranların şahmat klubu var idi. İndi onlardan alıb çayçı elədilər. İndi də pulnan eyləyiblər. Nə nərd oynaya bilirsən, nə şahmat. Xanın sərdarlarının şərəfinə
 
düzəlmiş park idi.

- Bilirsiz park kim tərəfindən salınıb?

- O vaxtı Ziyadxan tərəfindən salınıb».

QISA ARAYIŞ

Bağın döşəməsi, elektrik xətləri, fontanları, su təchizatı, səkilər yenilənir
Yazıçı Fərrux Əhməd «Gəncənin tarix yaddaşı» kitabında yazır ki, Sərdar bağı Gəncə qalasının yerində - İçqala ərazisində 1847-ci ildə Rusiya canişini knyaz M.S. Vorontsovun göstərişi ilə salınıb. Bağın adı da elə bu səbəbdən Sərdarın bağı adlanıb. Sovet dövründə bağ Lenin adına Mədəniyyət və İstirahət Parkı adlanıb. Gəncədə o zaman Cənubi Rusiyanın ən gözəl bağı hesab olunan şəhər parkının əsası qoyulmuş, məşhur «Çinarlı xiyaban» salınmışdır. Gəncənin tarixi haqda məlumatlar toplusunda hətta əsl Xan bağının harada olması barədə də məlumat verilir. Bu barədə bizə kitabın redaktoru Zakir Murad danışır:

«Əslində, tarixi Xan bağı Gəncənin başqa yerində olub. Bu barədə arxiv sənədləri var. Xəritələr var. Rus ordusu gələndə, həmin o xan bağı dağılır. Çünki ən qızğın döyüşlərdən biri orda gedib. İndiki «Mahrasa» bağı deyilən yerdə olub. Onun üstündə «Xan arxı» da olub. Görünür, bağ onunla suvarılırmış. Həmin parkda xanın kiçik zooparkı da olub. Ona görə də həmin küçə - indiki Təbriz küçəsi Xan küçəsi adlanır».

«DƏRMANLARDANSA BAĞ YAXŞIDIR»

Deyilənlərə görə, Sərdar bağında əvvəllər 90-a yaxın müxtəlif ağaclar olub. Ürək və asmadan əziyyət çəkən insanlar bağın atmosferi ilə sağalıblar.

Gəncə Elm Mərkəzinin ekoloqu İrşad Abbasov:

«Qabaqlar Sərdar bağı deyirdilər, sonra parkı elədilər Lenin adına, indi də Xan bağı adı qoyublar. Bizim bu bağımız müalicəvi təsir baxımından çox əhəmiyyətli bağdır. Yerli adamlardan söhbət edirdilər, mən də oturmuşdum yanında. Dedilər filankəs gəncəli xəstə idi. Ürəyindən böyük şikayəti var idi. Moskvada böyük xəstəxanada bunu qəbul edib, yoxlayandan sonra həkim soruşub ki, Azərbaycanın harasından gəlirsən? Deyir dedim Kirovabaddan (o vaxtlar Gəncənin adı Kirovabad olub). Həkim deyib orda hərbi hospital var, onun altında park var, vaxtının çox hissəsini orda keçirərsən. Orda yaxşı ağaclar var. Dərmandansa o, yaxşıdır».

Kənd təsərrüfatı elmləri doktoru Zaur Həsənov da deyir ki, Sərdar bağında elə ağaclar var ki, ona dünyanın heç bir yerində rast gəlmək olmur. Bağa həmin vaxt elə Vorontsovun göstərişi ilə Şamaxıda salınmış tinglik təsərrüfatından ağaclar gətirilib.

XAN BAĞI BAŞQA YERDƏ OLUB

Professor da deyir ki, Xan bağı başqa yerdə yerləşib. Xanın bağı dağılandan sonra oradakı əksər ağaclar Sərdar bağına köçürülüb:

«Çox qiymətli ağaclar olub. «İpək yolu»nun üstündəydi deyə, xaricdən qonaq gələndə, vergi kimi, vergi əvəzi bitki istəyirlər. Çox qiymətli ekzotik bitkilər olub orda. Sonradan müharibələr dövründə bağ dağılıb. Qiymətli hissələrini indiki bağa köçürüblər. Bura iynəyarpaqlılar, maqnoliyalar, qaraçöhrə gətirilib. Qafqaz qaraçöhrəsi son vaxtlara - parkın bərpasına qədər dururdu. O qaraçöhrənin qırmızı meyvələri olurdu. Sonrakı dövrlərdə osmantus gətirilib. Ətirli zeytun var idi. Sabun ağacı da olub, hazırda yoxdur. Baxımsızlıq ucbatından bəziləri quruyub... Burda böyük bir cəngəllik şəklində bambuklar olub».

Zaur Həsənov deyir ki Sərdar bağı çox böyük ustalıqla qurulub. Park tam Avropa üslubundadır. Sərdar bağının Xan bağı adlandırılması isə tarixə edilən hörmətsizlikdir:

Sərdar bağı əsaslı təmir olunur
«Sərdar qubernator deməkdir, yəni qubernatorun bağı. O vaxtdan adına Sərdar bağı deyilib. Özü isə Vorontsovun adı ilə bağlıdır. O Xan bağı isə xanlıq dövrlərində salınıb. İndi Cavad xanın adıyla bağlamaq istəyirlər, amma tarixi saxtalaşdırmaq da düzgün çıxmaz... Bunu yaradan insan olub, tarixi faktlar var».

«NİYƏ BİZ RUSİYA İDEOLOGİYASINI DAŞIMALIYIQ?»

Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikova isə deyir ki, artıq Sərdar bağının əsaslı təmirinə başlanılıb və 2 milyon manat pul ayrılıb. Girəcəyinə böyük bir stenddə Xan Bağı yazılacaq:

«Döşəməsi, elektrik xətləri, fontanları, su təchizatı, səkilər yenilənir. Müasir dizayn veriləcək. Bağın adı da yazılacaq. «Venesiya» deyilən yer, maralların yanı da gözəlləşdiriləcək. Obyektlər gözəl dizaynla tikiləcək. Yaşıllıq gücləndiriləcək. Köhnə ağaclara dəyilməyəcək. Qurumuş ağaclar kəsiləcək».

O ki, qaldı tarixi faktlara Mina Məlikova deyir ki, biz parka öz xanımızın adını qoymalıyıq, nəyinki Rusiya qubernatorunun:

«Mən buna qarşı çıxıram. Sərdar o deməkdir ki, qubernator parkı. Axı sərdardan - qubernatordan qabaq Gəncədə xanlıqlar olub. Biz niyə bunu Sərdar bağı adlandırmalıyıq. Bunu qəsdən belə qoyublar ki, Xan bağını silsinlər. Niyə biz Rusiya ideologiyasını daşımalıyıq?».

Sərdar bağı Azərbaycan musiqisinin ölməz sənətkarlarını qonaq edib. Parkın baş hissəsində Gəncənin ilk Sovet İttifaqı Qəhrəmanlarından olan İsrafil Məmmədovun büstü qoyulub. Elə onun kənarında - Yaşıl Teatrda Bülbül, Rəşid Behbudov kimi sənətkarların səsi ucalıb.

...Gəncənin ağac yaddaşı olan bu bağ ilin bütün fəsillərində gəzişənlərin ürəyində Sərdar bağı kimi yaşasa da, Xan bağı kimi rəsmiləşəcək.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Haqqperestden
13.08.2010 20:10
Nece adlandirilmasi barede mübahiselere qoshulmuram-bunun evezine Gence etüdleri adli kichicik bir poemadan yadimda qalanlari yaziram.belke kimler üchünse maraqli oldu.

Söhbetimi bilmem tezmi,gec achdim-Ne yaxshi ki,gen sinende göz achdim,
Qedim gence tarixinden söz achdim-Men gedergi,sen qalasi Gencesen,
Ne ötergi,ne solasi Gencesen.

Taladi gah ereb,gah char,gah monqol-Qoydular adini Yelizavetpol,

Bu ad yashamadi,sen qoymadin qol-Gence deyenlere zülm elendi
Bir manat qizil pul cerimelendi.

Xalq arasinda hem Serdar bagi hem de xan bagi adlanir.


Her qarish yerinde neche lepirim-zürüd yarpaqlarin,firuze chetrim
Ilk sevgi,ilk görüsh,ilk öpüsh yerim-Qalib damagimda inan Xan bagi,
Genc,cavan chagimda Cavadxan bagi.

Hind qozu,palmalar,qaraqaragat-Chinarlar esgertek durub faragat,
Ruhu incimesin qoy yatsin rahat-Asta gez ey qafil serdar baginda,
uyuyur israfil"dar"otaginda

heyf chox hisselerini unutmusham.P.SGence 1969 cu ilden indiki,ve ondaki hakimiyyet terefinden ögeyleshib


Kimdən: lamekan Haradan: baki
28.07.2010 02:15
biz dogrudan da tarixi saxtalashdirmaqda chox mahirik.tutaq ki, senin adin AZADOVA AZADE AZAD qizi olmagina baxmayaraq ata adini qonshu qizi yazmam gerekdir! -axi bele olmaz siz ad vermekle deyil, tarix hech zaman unudulmur.birde ki, ay Mina xanim mene ele gelir o bagin adini sizin demeyinizle deyisheceklerse heyif o 2 milyondan cox heyiff.

Kimdən: K O M M U N İ S T Haradan: GiZLi BAKI
27.07.2010 10:22
Bağın "sərdar"və ya"xan"bağı adlandırılmasının əlehinəyəm,sərdarlar və xanlar bu ölkəyə QAMCI və DƏYƏNƏKDƏN başqa hec nə verməyiblər.Bu bağa görkəmli inqilabcı,qırmızı partizan hərəkatının rəhbəri,bəylər tərəfindən xaincəsinə qətlə yetirilmiş QATIR MƏMMƏDİN adı verilsə daha duzgun olardı,amma inqilabcıların heykəllərindən belə qorxuya duşən bu rejimin bunu etməyəcəyini bilirəm.......
Bizim mubarizəmiz torpaq və azadlıq ucundur!
QATIR MƏMMƏD
Cavab

Kimdən: Rasim Haradan: buralardan
27.07.2010 17:31
Bu baq mutleq ........ Eliyev adina baq olacaq!

Kimdən: Emil Haradan: Baki
27.07.2010 02:00
Bu milletin ne xani xan olub, ne de serdari. Ne de dovleti dovlet olub ki, kishi kimi durub Rus esgerine qarshi en azindan muharibe elesinler.Ozlerini ADR dovletinin banileri adlandiran bezileri qoyub aradan cixmagina gore bugun de bezi qurumlarin IDEOLOGIYA menbeyine cevrilib. Indiki Heyderin inkubatorlari ise ERMENILERLE behse giribler, kim daha cox tarixi saxtakarlashdiracaq. Birazdan Milletin adini deyishib deyecekler ki, RUS qoyub, niye biz milli MILLET adi qoymuruq. Eshi bir defelik, qoy her sheyi cevirib elesinler HEYDERISTAN, milletin adina da HEYDER milleti qoysunlar, bunla da qurtaraq. Ne qeder ora bura bu milleti surumek olar' ???
Qarabaga gelende ise, cox teecublenmek lazim deyil.Qarabagi qoyub qacanlara en azindan 1920-ci ilde DOVLETI RUS-a muharibesiz "ZDAVAT" eleyenler ve aradan cixanlar boyuk ORNEK ve PRESEDENTDIR..
Ay kisi, bagin adini niye deyishiren ki, get yeni bag tik. Daha boyuyunu tik ki, Rusun tikdiyi onun yaninda yalan olsun.Yoxsa emek rusun emeyi, baga xerclenmis pul rusun pulu, ustelik soyulen de rus. 20 illik azad dovletimiz ve Eliyev hakimiyyeti belke bundan boyuk bir bag tikib ??Eger rus pisdirse, eshi sen de rusun elediyinden daha boyuyunu ele bu millet ucun, millet de ogullar boyutmusuk desin.

Kimdən: Esl Mamed
25.07.2010 12:52
Mene bağın kim tərəfindın salındığı yox, kim tərəfindən satılacağı maraqlıdır ))))
Cavab

Kimdən: ElnurGence
26.07.2010 20:40
Xebrin yoxdur? Obyetleri Dubaydaki obyektleri qiymetine oz yiyesine satirlar.

Kimdən: eldar Haradan: rusiya
25.07.2010 12:19
Rus xan baqini isqalla daqidib va alava baq salib. Bu o demak deyil ki , onun adi ila baqlanmalidi. Baqin tarixini har hansi lovhada yazmaq olar, amma adin milli olmasi daha duzgundur.

Kimdən: Maral Haradan: Genceden
25.07.2010 02:38
Namiq sen cox heyasizliq etme. Eger neyese leninin ve ya vorontsovun adini qoymaq isteyirsense, yaz Ezizov cenablarina. Sen belke yorulmamisan Azerbaycandaki ruslashdirmadan, amma xalq bogaza yigilib. Genceliler lap cox-Yelizavetpol, Kirovadbad adlari besdi ki Gence adinin 200 il hesretin cekesen. Guya cox shey desyishir Serdari Xanla evez etsen? Xan Bagi deyende qeyret timsali Cavad Xan yada dushur. Biz niye namussuz vorontsovu yashatmaliyiq? Hemin vorontsovlar bu deqiqe de Azerbaycani ishgal altinda saxlayirlar ermeni elile. Utanmaq ve heya etmek lazimdir, dushmenini xatiresinde yashadan xalq elu xalqdir. Sen elmusenmi, Namiq?
Cavab

Kimdən: Namiq
25.07.2010 14:03
Marak, men heyasizliq etmirem.Sizin mentiqinizle onda olkemizin de adini deyismek lazimdir, cunki bezi menbelere gore Azerbaycan adi Atropatene adindan torenibdir.Atropatena ise Atropat adindandir.Atropat ise indiki Azerbaycani isgal eden Makedoniyali Isgenderin serkerdesinin adindandandir.
Bagin adi Serdar bagidir,ne Pyotrun adini dasiyir ne de Vorontsovun .Indi 150 ilden coxdur ki, xalq arasinda Serdar bagi kimi adlanan baga Xan bagi adini vermeyin ne menasi var?Onsuz da bagin xeyli adi olubdur, amma xalq arasinda yene de Serdar bagi deyirlermis.Bezen isgalcinin da adini saxlamaq lazimdir.Qoy , gelecek nesillere gork olsun.
Xan bagi basqa yerdeymis, orani temir edin ve sizin ucun olsun Xan bagi.
Hemcinin de Cavad xanin fealiyyetini bu qeder sisirtmek lazim deyil.
Cavab

Kimdən: MAHIR KANDIL Haradan: LONDRA
27.07.2010 06:26
NAMIK KARDESIM SEN ANLADIGIM KADARI ILE RUS TESIRINDEN HALA CIKAMAYANLARDANSIN. O DEVIR KAPANDI VE KALANLARDA FOSILLESTI.

AZERBAYCAN TURKLERI (OGUZ TURKLERI) YUZ DEGIL BIN YILLARDIR BU BOLGEDE. BIZ KIRIM HANLIGI ILE RUSLARI UKRAYNA VE BOLGEYI YONETMIS BIR MILLETIZ. BU MILLETIN KARDESLERI, HINDISTANI YONETIRKEN BIR DIGERI CINE DAYANMISTI. ONUN ICNDIRKI , BU DEVLETIN ADI AZERBAYCAN BU BUGUN DE BOYLE BUNDAN SONRA DA BOYLE OLACAK.

ENTELLEKUTEL ZIRVALARDAN UZAKLASIP KENDINE DON, KENDINI TANI. BASKASININ SANA FAYDASI YOK. KANI TEMIZ BIR AZERI TURK ISEN SEN ASIL KARABAGI , REVANI, GUNEY AZERBAYCANI KAYBEDILEN TOPRAKLARI VE INSANLARIMIZI DUSUN. ENTELLEKTUEL HAVALAR ARTIK BURALARDA POPULER DEGIL.
TUM KARDESLERIME SELAMLAR.
Cavab

Kimdən: Sadiq Haradan: Zərrab
25.07.2010 13:12
Siz yəqin Cavad xanın məişətdə necə biri olduğunu bilmirsiniz. Bu - həmin Cavad xandır ki, Qazaxlı bir bəyi ləzgilərin üstünə döyüşə göndərib, sonra onun səfərdə olmasından istifadə edərək xanımını qaçırdıb, salıb hərəminə.
Ruslarla döyüş də İranın, Qacarların sifarişi idi. Demişdilər ki, "işin olmasın, gir döyüşə, kömək göndərəcəyik". Cavad xan girdi döyüşə, amma kömək gəlmədi. Cavad xan özü də Qacar tayfasından idi deyə, İranda Qacarların hakimiyyətə gəlməsindən sevinmişdi. Onun ən böyük arzusu - Azərbaycanın İran tərkibinə qatılması idi.

Kimdən: Firudin Haradan: Keshlaburg
25.07.2010 00:47
İndi nə Xan var, nə də Sərdar.
Bunun bir yolu var: adını qoysunlar "Xalq bağı", ya da "El bağı", məsələ də bitsin getsin.

Kimdən: SHAXTABABA
24.07.2010 20:35
FARDA@ Cox sag ol gardashim adami ozundan cixaran materiala gora.Kash ki,millatimiz bir natica cixaraydi "армянский урок"-dan

Kimdən: Analitik Haradan: Bakı
24.07.2010 16:59
Bu hakimiyyət nə qədər cılız siyasət yeridir, ermənidən qurtarıblar indi də keçiblər rusa. Rusun adı ilə bağlıdırsa deməli olmaz, ona görə də saxtalaşdırmağa keçirlər. Maraqlıdır ki, nədən həmin bağı Heydər Parkı elan eləməyiblər, çox maraqlıdır...
Cavab

Kimdən: Namiq
24.07.2010 21:43
Bir nece il bundan qabaq Qutqasen, Vartasen kimi yer adlarini deyisdirdiler ki, guya ermeni menseli adlardir.Halbu ki, xalis turk sozleri idi, ya da qedim alban menseli sozler.Halbu ki, o yerlerin adini deyisdimeye hec bir luzum yox idi
Səhifə (2)
    Növbəti