Şənbə, Fevral 04, 2012 Bakı vaxtı 08:46

Verilişlər / Oxu zalı

Bicliyi oldu əyan ölkəyə Əhməd Cavadın...

x

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
Azadlıq Radiosunun "Oxu zalı"nda yeni rubrikaya başlayırıq.

Sizə Azərbaycanda sovet hökuməti qurulandan sonra mətbuatda yazarlara hücumlardan danışacağıq.

Elə həmin dövrün bolşevik mətbuatının dili ilə. 

Hücumlara məruz qalanların bir çoxu sonradan ya güllələndi, ya da həbsə atıldı...


O dövrdə hədəfdə olanlardan biri də şair Əhməd Cavad idi. 

“Gənc işçi” qəzetinin 19 noyabr 1929-cu il sayında Əhməd Cavada qarşı məqalələrdən biri yer alıb.


SANDIK ƏDƏBİYYATI  "BANİSİ"

Hər şəyirdin bir ustası, hər fənnin bir yaradıcısı, hər cərəyanın bir başçısı olmamış deyildir.

Bizdə çokdan bəri kollanan “sandık ədəbiyyatı” cərəyanının "banisi” də - haqqında məqalələr yazılan Əhməd Cavad cənablarıdır.

Hazırda məktəbli gənclərimizin bir hissəsi (ədəbiyyat həvəskarları) Cavadın curuq parçalarını dillərində əzbər etmişlər. “Unudulmuş sevdalar”, “ Göy-göl”, “Leyla” gibi milli və şovinist ruhda yazılan parçalar, gənclərimiz arasında çox səmimiyyətlə qarşılanır.

Hətta musamərə verilən gecələrdə belə bu və ya başqa gənc “xanəndələrdən” birisi Cavadın heç olmasa “ Leylasını” oxumaqdan özlərini saxlaya bilmir.

Bu hələ sandık ədəbiyyatının zahiri forması (şəklidir).

Batində isə özünün kokumuş kafasından “ gözəl” kəlmələr intixab edərək, gənc nəslin ruhunu zəhərləyici “sənətkəranə” parçalar yaradan Cavad, təsiri altına salmış olduğu adamların vasitəsilə həmin parçaları gənclər içərisində intişar etdirir.

Cavadın bu hərəkəti, imdicə meydana çıxarılmış bir şey deyildir.

Onun bu işini, Azərbaycan proletar yazıçıları cəmiyyətinin üzvlərindən bir çoxusu bilir.

Məktəblərimizdə ədəbiyyatla məşğul olan elə gənclərimiz vardır ki, Cavadın bir neçə parçasından ibarət xüsusi bir dəftərçə düzəldərək özü üçün yadigar saxlayır.

Buna görədir ki, müxtəlif təbəqə və müxtəlif siniflərdən olan ədəbiyyatçı gənclərimiz Cavadın təsiri altına düşür və sandık ədəbiyyatı yazaraq küncdə - bucaqda özləri üçün oxuyurlar.

Bu faktın doğruluğunu, Azərbaycan proletar yazıçıları cəmiyyətindəki gənclərin azlığı ilə müəyyən etmək olar.

Hələ acınacaqlısı orasıdır ki, cəmiyyət ətrafına toplanmış gənclər içərisində də Cavada pərəstiş edənlər yox deyildir.

Biz yəqin edirik ki, Cavadın yox edilməsi, sandık ədəbiyyatına möhkəm bir zərbə endirəcək və həvəskar gənclərimiz, cəmiyyət ətrafına toplanaraq, proletar məfkurəsilə silahlanıb bizə istədiyimiz proletar ədəbiyyatını verə biləcəklər.


Eyni qəzetin 17 noyabr tarixində isə “ Kırmızı saz” imzasını qoyan müəllifin Əhməd Cavad haqqında “ Müsavat dəllalı” adlı həcv xarakterli şeri yer alır.


MÜSAVAT DƏLLALI 

(Əhməd Cavada)
Türkiyədə çıxan “ İstiqlal” məcmuəsinə şeirlər göndərməsi münasibətilə


Şeyrinə aguş açıb Türkiyə Əhməd Cavadın,
Bicliyi oldu əyan cümləyə Əhməd Cavadın.

Yetişib Türkiyəyə yazdığı bir çox əsəri,
Yazdığından özünün yaxşıca vardır xəbəri,
Əyləşib Türkiyədə dəvət edir dərbə-dəri,
Şeyrinə çıkdı yiyə Türkiyə Əhməd Cavadın,
Bicliyi oldu əyan ölkəyə Əhməd Cavadın.

Verməmiş məktubunu poçta və ya teleqrafa,
Yəkin onda onu sövq etdi ora simsiz hava;
Zurnasın çalmadadır öz–özünə subhu-məsa,
İç üzü bəlli olub cümləyə Əhməd Cavadın,
Şeyrinə ağuş açıq Türkiyə Əhməd Cavadın,

Başını əymədə üç rəngli “gözəl bayrağına”,
Qədəm atmaq diləyir Türkiyənin torpağına;
Hərzələr yazmadadır baxmayaraq sol–sağına
Şeyrinə kollar açıq Türkiyə Əhməd Cavadın,
Təməy" kurcalanır hürməyə Əhməd Cavadın

Kanını coşdurarak köhnə o dostlar həvəsi
Yadına düşdü bu gün “göy gölünün” xatirəsi
Gözlədi gəlmədilər... qaynadı səbrin kasası
Gücü çatdı balaca hürməyə Əhməd Cavadın;
Hiləsi oldu əyan ölkəyə Əhməd Cavadın.

Maaş almakla yeyir müftəcə Şura çörəyin,
Şişirib karnını, gündən günə yağlar göbəyin;
İndi bildirməlidir həddini nankor çörəyin,
Bicliyi oldu əyan ölkəyə Əhməd Cavadın,
Yeridir sürgünə, ya türməyə Əhməd Cavadın...

                         “Kırmızı saz”


(1937-ci ilin iyulunda Ə.Cavad həbs edildi. Həmin il oktyabrın 13-də isə güllələndi. Şairlə birlikdə onun həyat yoldaşı Şükriyyə xanıım da həbs edildi və uşaqlarından təcrid edilərək Qazaxıstana sürgün edildi. Şəkildə - məhbus Şükriyyə Axundzadə).
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Ferhad Haradan: Baki
09.08.2010 11:59
çox maraqlidi Kommunist bu meqaleye serh yazmayib...Hardasan Kommunist Gizli Baki yoxsa seni gizledib?
Axirinci abzasi yaxshi oxu heyat yoldashi ile birlikde Qazaxstana surgun...Kommunizmin iç uzu budur...yuzminler yox...milyonlar bu taleyi yashayib...kôrpe ushaqli analar erleri gullelenerek Sibire ya da Qazaxstan çollerine.....terrordan beter olub Kommunizm bizim uçun ....

Kimdən: Toğrul
01.08.2010 14:36
Gülər xanım, Sizin bu rubrikanı artıq bir neçə aydır izləyirəm. Davamını bəkləyirəm. Sağ olun, var olun.

Kimdən: Sultan Mərzili Haradan: Moskvadan
27.07.2010 01:40
Zənnimcə bu yazını yazan çox güman ki, azərbaycan dilini yaxşı bilən erməni mənşəli bir adamdır. Çünki cümlə qurluşunda sırf ermənilərə məxsus ifadə tərzi var:
"Hiləsi oldu əyan " azərbaycan türkü "hiylə", erməni isə "hilə" deyir. "yəkin" - erməni, "yəqin" - türk ifadəsidir.
"Təməyi" - erməni ifadəsi, türkcə "dəməyi" işlədilir. "həvəsi- xatirəsi - kasası" bu da erməni qafiyələridir. Nə S.Vurğunuin, nə S.Rüstəmin, nə R.Rzanın, nə də M.Müşfiqin üslubuna uyğun gəlmir, amma bənzətmək cəhdləri var . Redaksiya arxivində məktubların əlyazma şəkli qalmalıdır, onları araşdırmaq, məktüblardakı poçt ştempellərinə nəzər salmaq dəqiqləşdirmə üçün maraqlı olardı. Bu Azərbaycanın xalq şairi Samvel Qriqoryanın da işi ola bilərdi, o da azərbaycanca şeirlər yazırdı.

Kimdən: ceferli Haradan: Baki
26.07.2010 23:08
Hörmətli Gülər xanım, Əhməd Cavad , M. Müşfiq, H. Cavidi və s. şair və yazıçıları ölümə məhkum edən “ Lenin”, “26-lar”, “Çapayev” və s. dünya ədəbiyyatında bir qəpiyə dəyməyən əsərlər yazan satqın və mənəviyyatsız fərdlərin adlarını çəksəniz daha yaxşı olardı , qəzeti yox, qəzetdə yazanları günahlandırmaq lazımdır.
İ. Əliyevin böyüklüyü ondadır ki, xalqımızın düşmənləri olan əzizbəyovların, musabəyovların və s. heykəllərini sökdürmüş , adlarını küçələrimizdən sildirmişdir. Ədəbiyyatımızda da belə təmizləmə aparmasaq, akademik R. Mehdiyev demişkən həqiqi bədii ədəbiyyatımız olmayacaq.Laha doğrusu yoxdur.
37-ci ildə talantlı şairlərimizi güllələməyə göndərənlərin beşmərtəbəli binanın altıncı mərtəbəsində yaşayan min sifət və yaltaq balaları Azərbaycan ədəbiyyatını uçuruma aparacaqlar, çünki yaratdıqları obrazlar yeni Müstəqil Azərbaycan cəmiyyətinə uyğun olmayan obrazlardır.
Ancaq bu cür mənəviyyatsız keçmişdən uzaqlaşmaq üçün sovet ideologiyasının tör-töküntülərindən uzaqlaşmalıyıq və bu məqalənin müəllifi Gülər xanım Qasımova təşəkkürümüzü bildirib deyərdik ki, bu səpkidə yeni məqalələr yazsın və kimin kim olduğunu göstərsin. Elə Azərbaycanın prezidenti İ.Əliyev kimi.

Kimdən: mesum Haradan: mechul
26.07.2010 17:54
Cesaret edib yazan yoxdur ki bütün pantürkistler amerikanin propogandalarina qurban getdiler

Kimdən: Natella
26.07.2010 16:20
Gülər xanım bu gözəl rubrikaya görə şəxsən öz adımdan sizə minnətdarlığımı bildirmək istəyirəm.

Kimdən: J.
26.07.2010 11:23
SSRİ bir dövlət idi və öz təhlükəsizliyini qoruyurdu.
Hər bir dövlət üçün bu çox təbii haldır.
Düşünən beyinləri məhv etmək hesabına olsa da.
Rejim özündən əvvəlki siyasi quruluşu sevənləri sevmirdi də.


Biz niyə SSRİ-nin içindəydik, bu, başqa söhbətdi artıq.

Şükriyyə xanımın istintaqdakı davranışı isə yalnız qarşısında baş əymək tələb edir. Əhməd Cavad nə qadın, nə də mübarizə yolu seçərkən yanılmışdı.

Kimdən: Ailesinin bashina gelen Haradan: Baki
26.07.2010 10:34
Bucur dehshetlerin tekrar olunmamasi uchun bu hallar mutleq arashdirilmalidir. Lakin veten xainlerinin adlarinin achiqlanmasi sherti ile. Tekce bu yox. Dushunurem onlarin indi yashayan aile uzvleri xalqa melum olmalidir. Vaxti iken milleti tutdurub Ishgelchi dovlet terefinden merkezde aldiqlari evler, vezifeler, ovladlarinin bu gunku meqamlari gosterilmekle. Yoxsa bele bir tesurat yaranir ki, "men ne isteyirem edim uzagi aileme gun aglayiram". Onlari ve ailelerini IFSHA etmek vacibdir!

Kimdən: Turan Haradan: Turan
24.07.2010 18:07
Bu materialların verilməsi çox gərəklidir. Ən azından Millətə sırınan komsomol-bolşevik keçmişli ağsaqqalların iç üzünü açmaq, kimin kim olduğunu aydın vermək lazımdır. Siz nədən qorxursunuz? Bu yazıların, insanların ölüm hökmü olan donos yazılarının - bu şeirlərin, məqalələrin müəılliflərin müəlliflərini də verin.

Kimdən: balaxanim Haradan: bataqliq
24.07.2010 11:56
Ela yazidi. ne yaxshi ki hazirlamisiz. saytda meni en cox maraqlandiran sehief arxiv bolumleridir.teshekkurler. her kesin ic uzu acilir
Səhifə (2)
    Növbəti