Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:00

Verilişlər / Can Bakı

«Azərbaycan mətbuatı tarixi»nin 2-ci cildi təqdim olundu

Akif Aşırlı
x
Akif Aşırlı

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
«Azərbaycan mətbuatı tarixi 2 cild yox, 42 cild olmalıdır». Bu sözləri Akif Aşırlının yazdığı «Azərbaycan mətbuatı tarixi» kitabının 2-ci hissəsinin təqdimat mərasimində kitabın rəyçilərindən biri olan dosent Akif Rüstəmov söylədi.

Atatürk Mərkəzində baş tutan təqdimat mərasiminə Azərbaycan mediasının, ədəbi mühitinin sayılıb-seçilən nümayəndələri toplanmışdı.

Ötən il Mətbuat Bayramı ərəfəsində bu kitabın birinci hissəsini (1875-1920) oxucuların ixtiyarına verən Akif Aşırlı düz bir il sonra ikinci hissəni (1920-1990) yazıb çap etdirdi.

Tarixindən də göründüyü kimi, 2-ci hissə Azərbaycan sovet dövrü mətbuatının tədqiqini əhatə edir.

Kitabın annotasiyasında bu zaman kəsiyi «obyektiv qiymət verməkdə çətinlik çəkdiyimiz» dövr kimi vurğulanır və nəşrin «populist yanaşmadan uzaq sovet dövrü mətbuatının mənzərəsi»ni verdiyini və «80-ci illərin sonu - çağdaş jurnalistikaya keçid dönəminin tədqiq olunduğu» bildirilir.

Birpartiyalı sistemə keçiddən Azərbaycanda sovet mətbuatı modelinin yaranmasınadək, bolşevik istilasının ilk vaxtlarında «İstiqlal» qəzetinin gizli nəşri, repressiya illərinin jurnalistikası, mətbuatın «xalq düşməni» obrazının yaradılmasına cəlb edilməsi, müharibə dövrü mətbuatı, ondan sonrakı illərin mətbuatı, 80-ci illərdə yeni jurnalistikaya keçid dönəmi, 80-ci illərin sonlarında çıxan leqal və qeyri-leqal nəşrlər və s. kitabda geniş təhlil olunur.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının bildirdiyinə görə, Həsən bəy Zərdabi mükafatına 2010-cu il üçün namizədlər sırasında Akif Aşırlının həmin kitabının da adı var.

Xatırladaq ki, Azərbaycan mətbuatı tarixinin 1920-1990-cı illər mərhələsi ilk dəfədir ki, araşdırılır və kitab halında çap edilir.

Kitabın 3-cü hissəsinin də yazılacağı gözlənilir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: elden Haradan: BAKIDAN
23.07.2010 22:37
Akif beye qarsi edaletsiz munasibet besleyenler bilsin ki ona qeder azerbaycan metbuati tarixi yazilmamisdi.Birde Akifin qelemine hami beleddir.O kiminse kitabini yaza biler.icki meselesi ise bohtandir.Ozel ali mektebden ozu cixib cunki rusvete nifret edir.
Cavab

Kimdən: Melahet Haradan: Bakidan
24.07.2010 01:48
Eldene@
Sen bunu hardan bilirsen-onun avtobioqrafiyasini yazirsan?
Yoxsa bu 3 primitiv yazi ele ozunun cavabidir?
Ucude eyni usulla yazilib,qelemine "berekallah")))
Cavab

Kimdən: Milli Haradan: Gence
27.07.2010 01:42
Her jurnalist ve ya qezet r edaktorunun metbuatin tarixini yazmaqi ozu de ele seviyyesiz shekilde bilirsiz bir deyimi xatirladir onceden ifademe gore uzr dileyirem) baxmaqla her sheyi oyrenmek olsaydi onda butun itler qessab olardi
Cavab

Kimdən: Nigar Haradan: Istanbul
27.07.2010 01:32
A.Aşirlinın 1-ci kitabi başdanayağa plagiat idi Rehmetlik Neriman Zeynalovun ve Nazim Axundovun yazdıqları Azərbaycan mətbuat tarixi təxm 3o il once yazılıb.Ozu de o kitabların cılız variantı və plyus hazir qəzetlərdən ornək.(həcm çox olsun deyə)Elə 2-ci də yeqin 1-ci kitabın tayı olacaq.Birdeiki hər jurnalist redaktor kitab yaza bilər Amma ozunə adına bir də millətinə hormət edən gücü çatmadığı işin altına girmez.
Cavab

Kimdən: Menden Haradan: Moskvadan
24.07.2010 01:41
Ne danishirsiz,dogurdan,qelem deyende siz neyi nezerde tutursunuz?
Paxilliq -neye,kime ))) paxilliqa elemeye bir shey var ki?

Kimdən: Azer Haradan: Xaricden
23.07.2010 22:05
Akif beyin istedadini,qeleminin gucunu hami yaxsi bilir.Deye bilermisen bu vaxta qeder metbuat tarixini kimse yazibmi.niye paxilliq edirsiniz.
Cavab

Kimdən: uzeyir Haradan: Peterburqdan
24.07.2010 01:50
Advokatlara@
Qulaq asin qelem hani,guc yani ne,"shexsiyyetden" danishirsiniz?
Sizin deyerli shexsiniz ele bele olar.

Kimdən: Turan Haradan: BAKIDAN
23.07.2010 21:53
Akif beyin ne qeder dysmanlari varmis.Bir sey bellidir ki onu tanimayanlarin yadaki isden cixardiqlarinin uydurmalaridir.

Kimdən: Cavansir Haradan: Gence
21.07.2010 00:28
ozunu goze ve ya bashqa yere soxmaqla deyil,bilen bilir nesen,neye layiqsen.

Kimdən: Zaur Haradan: Isvech
21.07.2010 00:06
Dogurdanda beledir,men yazilanlari tesdiq edirem.
Kimlere qaldi Azerbaycan?

Kimdən: Menden Haradan: Moskvadan
20.07.2010 20:20
Bu adam kime chatir deyir mene ev verin.
Uch evi,bir nece mashin size hardandir?
Qazetinizde,bir qazet deyil...

Kimdən: Xaqani Haradan: Oguz eli
20.07.2010 20:17
Elchin muellimi devet edeydiniz-o dogurdanda ziyalidir.
Bu...dosentdir?)))
Onda butun millet akademikdir.

Kimdən: Melahet Haradan: Baki
20.07.2010 20:14
Rey verene baxin-sizi universitetden niye qovublar,neyin ustunde
Deye bilersiz?

Kimdən: azeri Haradan: avropadan
20.07.2010 19:57
Eziz Azadliq!
Olmazdi bashqa adam chagirasiniz,bu buralarda ichib dushur otele davalar salir,millete agzindan geleni deyir,xariciler yaninda bizi rusvay eden adamdir.
Kitabi da ozu yox bir ishchisi var-ona yazdirir.Ishchilerine zulm verir,dehshetdir bu adam.Ozunden yaman chixib.

Kimdən: Akifden Haradan: ele Bakinin ozunden
20.07.2010 19:47
Akif ashirlidir bu adam deyesen-gor bizim tariximizi kim yazir?
Butun gunu nahaqq sozler danishan,gunortadan sonra goren,butilkadan ayrilmayan birisi.
Gor ne gune qalmishiq.
Ele xanim yoxdur ki,onu tehqir etmeyesen-indi kostyum geyinib intervyu verirsen.
Pah!