Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:49

Dünya

Məscid qapısında partlayışları kim törədib?

Partlayışları törədən İranın sünni üsyançı qrupu olan «Cundallah»dır
x
Partlayışları törədən İranın sünni üsyançı qrupu olan «Cundallah»dır
Şriftin ölçüsünü dəyiş - +
İranın cənub-şərqində iki partlayışda azı 28 adam ölüb, ölənlər arasında İranın elitar İnqilabi Qvardiyasının üzvləri var. Yaralılar 169 nəfərdir.

Sistan -Bəlucistan vilayətinin Zahedan şəhərində əsas məscidin qapısı qabağında əvvəlcə bir intiharçı özünü partladıb, adamlar köməyə gələndə ikinci intiharçı özünü partladıb.

Partlayışları törədən İranın sünni üsyançı qrupu olan «Cundallah»dır.

«Cundallah» bununla öz lideri Abdulməlik Riqinin iyun ayında dar ağacından asılmasına cavab verdiyini bildirib.

«CUNDALLAH» NƏDİR?

Allah əsgəri mənasını verən «Cundallah»ın digər adı İran Xalqının Müqavimət Hərəkatıdır.

«Cundalah»ın lideri Abdulməlik Riqi öz mübarizəsinin məqsədini belə izah edirdi - şiə hökuməti xalqın vəziyyətini düzəltməyincə mübarizə davam edəcək.

O həmçinin İrandakı bəlucların və ümumiyyətlə sünnilərin haqları uğrunda mübarizə apardığını deyirdi.

«Cundalah»ın lideri Abdulməlik Riqi
Riqinin sözlərinə görə, bəluclar soyqırımına məruz qalırlar.

Pakistanlı ekspert Əhməd Rəşid «Cundallah»ın «Taliban»la və «Əl Qaida» ilə əlaqələri olduğunu deyir.

«Cundullah»ın təxminən 100 yaraqlısı var.

2005-ci ildə prezident Əhmədinejad Bəlucistana gələndə ona sui-qəsd cəhdi olmuşdu. Bunda da «Cundallah»ı günahlandırdılar.

Hakimiyyət «Cundallah» liderinin qardaşını noyabr ayında asdı.

İran Zahedandakı partlayışlarda Amerikanı günahlandırıb.

İranın İnqilabi Qvardiyasının dediyinə görə, Riqinin özü etiraf edirdi ki, Amerikadan, İsraildən və digər Avropa ölkələrindən pul alır.

İran həmçinin Pakistanı və Britaniyanı ittiham edir.

Bu ölkələrin hamısı ittihamları rədd edirlər.

Dövlət katibi Hillari Klinton partlayışları pisləyib
Amerikanın Dövlət katibi Hillari Klinton deyib ki, partlayışları «mümkün olan ən kəskin sözlərlə» ittiham edir.

PARTLAYIŞ-DAR AĞACI-PARTLAYIŞ


Son iki partlayış Bəlucistandakı vəziyyəti gərginləşdirəcək.

İran partlayışlara «Cundullah» üzvlərini tutub, asmaqla cavab verir. Bunun da cavabında yeni partlayışlar olur.

«Əl Ərəbiyə» televiziyasına göndərdiyi e-maildə «Cundullah» elan edir ki, yeni partlayışlar gəlməkdədir.

Sistan-Bəlucistan İranın ən sabitsiz vilayətlərindəndir. Narkotik yollarından biri burdan keçir və tez-tez narkotik daşıyanlarla polisin toqquşmaları olur.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Hekari Haradan: Bakı
31.07.2010 15:14
İslam alimləri İslam dininə, Onun İlahi məqsədlərinə tamamilə zidd olan terroru, əvvəllər olduğu kimi yenə də qətiyyətlə pisləyirlər. Biz, bu fitnəkar əməllərin yorulmadan ifşasında şəriətin vacib və yaxud bəyənilən bildiyi bütün qanuni vasitələrdən istifadə etməyi bir müsəlman kimi özümüzə borc bilirik.
Günümüzdə çoxalmış terror faktlarının müsəlman ölkələrində «müsəlmanlar» tərəfindən törədilməsi onun dəhşətini daha da artırır. Lakin təəccüblüsü budur ki, bəzi savadsız insanlar, Allaha və Onun Peyğəmbərinə asilik olan bu azğın əmələ (terrora) və ya onu törətmiş şəxslərə müxtəlif yollarla bəraət qazandırmağa cəhd edirlər. Lakin onlar bilmirlər ki: «Bütün bunları İslamın düşmənləri uydurub», «sənə belə etsələr sən nə edərdin», «Allah yolunda lazım gəlsə, belə etmək olar» və sairə bu kimi sözləri onların arasında yayanlar həqiqəti onlardan gizlədirlər.

Kimdən: Dr.-Ing. Haradan: Berlin
17.07.2010 13:21
Iran ABS i suclandirir (www.ucnoqta.com))
Iraqda autobombalarla 10 milerle insani terrorizmle qetle yetiren imperialistler bunu azerbaycan mescidinde ve orta mektebin heyetinde de memuniyyetle etdiler...
Rusiyada metronu partlatdilar. Yaziq insanlarin qezeb hislerini istifade etdiler ve onlara sherait yaratdilar.
Tariximizi unutmayaq. Imperialistleri bir deqiqe de olsa gozden qoymayaq.

Kimdən: demokrat Haradan: cehennem
17.07.2010 01:48
Fuad halaldir...35 milyon guneyli soydasini assimile eden..iyrenc bir molla rejimine ve rezil sisteme medhiye soyleirsen....gozlerim yasardi:))))))
Cavab

Kimdən: FUad Haradan: Azerbaycan
17.07.2010 19:59
Ay Demokrat,"analarimizi""bacilarimizi" Dubayda olmaqdansa chadirda olmagi ustun tuturam, hansi ki vacibdir!!!. O ki qaldi 30 mln xalqima hech de senden ve menden pis yashamirlar ve razidirlar razi olmayanlarda ona gore narazidirlarki Baki daki kimi barlar (14-144 yash arasi) yoxdur orda ona gore. Oralarda seni kimi "demokratiya" olsa yerleri de sen oldugun sheher(cehennem) olacaq!!

Kimdən: FUad Haradan: Azerbaycan
16.07.2010 22:51
Allah Iran Xalqina komek Olsun!!! Inshallah olenlerde hamsi shehid kimi axirete qovusharlar.Allah Irana quvvet versin, komek olsun ki Amerika ve Avropa dovletlerine layiqli cavab versin. Yasha IRAN!!!
Cavab

Kimdən: anar Haradan: baki
17.07.2010 14:20
ILAHI AMIN!ALLAH sandan razi olsun qardash!Iranin dushmanlari onsuzda zalildi hela lam pis quna qalacaq!!!
Cavab

Kimdən: elsen 4)9
17.07.2010 12:17
30 miloyondan cox azerbaycanliya ezab veren,oz dilinde danismaga bele icaze vermeyen,Azerbaycan dilinde orta mektebin olmadigi halda ermeni dilinde universitetleri olan bir molla rejimine "halal"mi deyirsen?