Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:41

Ekspertiza ADNA hadisələrində təqsirləndirilən şəxslərdə işgəncə izi görməyib

Şriftin ölçüsünü dəyiş - +
İyulun 15-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Dövlət Neft Akademiyasında (ADNA) ötən ilin aprel ayında baş verən qətliamla bağlı məhkəmə iclası davam edib. Məhkəmə iclasında təqsirləndirilənlərə işgəncə verilməsi ilə bağlı keçirilən təkrar ekspertizanın rəyi açıqlanıb. Ekspertizanın rəyində göstərilib ki, təqsirləndirilən şəxslər üzərində keçirilmiş komisyon ekspertiza zamanı işgəncə izi aşkar edilməyib.

Məhkəmə iclasına sədrlik edən hakim Ramella Allahverdiyeva tərəflərə bildirib ki, qətliamı törətmiş və hadisə yerində intihar etmiş Fərda Qədirovun atası şahidlər siyahısında olsa da, o, məhkəməyə gəlməkdən imtina edib. Məhkəmə onun gətirilməsi ilə bağlı Rusiyanın hüquq-mühafizə orqanlarına müraciət edib, amma heç bir cavab almayıb.

Sonra müttəhim Cavidan Amirovun vəkili Hüseynxan Mustafayev məhkəmə qarşısında vəsatət qaldırıb ki, cinayət işində adı qətliamın sifarişçisi kimi çəkilən erməni Mardun Qumaşyan və adları istintaqa bəlli olmayan bir neçə nəfər barəsində cinayət işinin ayrılıb-ayrılmaması məsələsi məhkəmə tərəfindən araşdırılsın. «Mən İnterpoldan arayış almışam. Mardun Qumaşyan heç yerdə axtarılmır. Xahiş edirəm ki, onun barəsində cinayət işinin ayrılıb-ayrılmamasını araşdırasız». Vəkil həmçinin Fərda Qədirov silahı Gürcüstandan Azərbaycana keçirdiyi gün gömrük və sərhəd xidmətinin növbədə olan əməkdaşlarının da məhkəmədə dindirilməsi ilə bağlı vəsatət verdi.

Dövlət ittihamçısı Abdulla Yusifov vəsatətin əsassız olduğunu deyərək təmin olunmamasını xahiş etdi. Məhkəmə müdafiə tərəfinin vəsatətin yerində müzakirə edərək vəsatəti təmin etmədi.

Prokuror həmçinin bildirdi ki, məhkəmədə kifayət qədər şahid və zərərçəkən ifadələri dinlənilib, istintaqı yekunlaşmış hesab etmək olar və çıxışlar üçün 10 gün vaxt istədi. Hakim məhkəmə istintaqının yekunlaşdığını bildirdi. Məhkəmə iclası ittiham tərəfi çıxış üçün hazır olan müddətədək təxirə salındı.

Ötən il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxs binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə «Makarov» tipli tapançadan atəş açmaqla 12 nəfəri qətlə yetirib. Sonra həmin silahla özünü vurub. İstintaq orqanı hadisəni törədən şəxsin Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğunu müəyyən edib. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq məhkəmə qarşısına çıxarılıblar. Onlar ittihamları qəbul etmirlər və bu cinayətdən xəbərsiz olduqlarını deyirlər.

Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: seda
15.07.2010 16:21
he, yaxshica yogurub-yapib goydular her sheyi 4-5 ushag-mushagin boynuna!!

Aferin Azerbaycan prokurorlugu!! Bax bu sistemle de muharibe etmeye ve ya ermenini feth etmeye ve DG-da yashayan ermenileri oz hakimiyyeti altinda yashama mecbur etmek isteyir bu hakimiyyet!!

Kimdən: yorulmush Haradan: xaraba olkeden
15.07.2010 15:40
indi de yalandan, cinayet ishini baglamag ucun tutub bir neche neferi iceri basacaglar. Ne var-ne var cinayetkarlar tapildi. Evein yixilsin bele hokumet!

Kimdən: Kemale
15.07.2010 14:57
Bir deli quyuya bir dash atdi, min agilli chixara bilmedi,