Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:26

İqtisadiyyat

Bazardakılar İlham Əliyevin dediklərilə razılaşmırlar

Şriftin ölçüsünü dəyiş - +
Prezident İlham Əliyevin hökumətin axırıncı iclasında dedikləri ilə «Təzə bazar»da bizə deyilənlər uyğun gəlmir. İlham Əliyev iyulun 13-də hökumətin 6 ayın yekunlarına həsr edilən iclasında fəxrlə dedi ki, iqtisadiyyat dirçəlir, əhalinin pul gəlirləri inflyasiyadan üstün olub. Pul gəlirləri doqquz faiz artıb, inflyasiya təqribən beş faiz olub.

«Təzə bazar»a alış-verişə gələnlər isə başqa söz deyirlər:

- 70 manat pensiya alıram, meyvə almaq istəyirəm, pul çatmır. Kartof 70 qəpiyədir, bibər üç manata. Necə çatdırım?! Üstəgəl işıq, qaz pulu».

- Gilas qurtardı, mən bu il gilas ala bilmədim uşağa. Atası pensiyaçıdır, Qarabağ əlilidir. Mən də qoca arvad, 70 manat pensiya alıram.

- Alan da yoxdur. Bilmirəm iqtisadi böhrandır, nədir, alan yoxdur.

Prezident dediyi kimi əhalinin həyat səviyyəsi yaxşılaşıbsa, adamlar bunu niyə hiss etmirlər?

ANALOQU OLMAYAN XİYAR

Qubad İbadoğlu
İlham Əliyevin və sadə adamların dediklərinin arasındakı fərqi İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu belə izah edir:

- Bu, ümumi göstəricidir, bir adam var ki, gəliri ümumiyyətlə yoxdur, bəziləri var ki, gəliri bir neçə dəfə artıb. Beləliklə, biz ümumi gəliri iki adam arasında böləndə elə nəticə alacağıq ki, guya hər ikisinin gəliri artıb. Halbuki, bu statistika real vəziyyəti əks etdirmir. İstənilən halda, əhalinin real pul gəlirləri ilə inflyasiya arasında müqayisə aparmaq düzgündür, amma Azərbaycan üçün bu müqayisə uyğun deyil. Dünyanın heç yerində xiyarın qiymətində altı dəfə fərq olmur, fərq qəpiklərlə ölçülür. Amma Azərbaycanda gəlirlərin differensasiyası o qədər böyükdür ki, qiymətdə də belə fərq yaranır.

RƏSMİ RƏQƏMLƏRLƏ QHT-LƏRİN STATİSTİKASI FƏRQLƏNİR


Qubad İbadoğlu deyir ki, son zamanlar Azərbaycanda əməkhaqqı yüksələn təbəqə daha çox polis, məhkəmə hakimiyyəti, məmurlardır. Bu göstəricilər əsasında bütövlükdə həyat səviyyəsinin yüksəldiyini demək düz deyil.

Qubad İbadoğlunun rəhbərlik etdiyi İqtisadi Tədqiqatlar Mərkəzi Dövlət Statistika Komitəsinə alternativ olaraq inflyasiya göstəricilərini hesablayıb. Ekspert deyir ki, prezidentin dediyindən fərqli olaraq son illər əhalinin pul gəlirləri azalır:

Nazim Məmmədov
- 2007-2008-ci illərdə əhalinin əməkhaqqı artımı 30-40 faiz olurdu. Rəsmi rəqəmə görə isə bu il əməkhaqqı beş faiz artıb. Bizim hesablamamıza görə, inflyasiya 5,7 faiz olub. Deməli, əhalinin pul gəlirləri heç də inflyasiyanı üstələməyib.

Yeni Azərbaycan Partiyasından deputat, Milli Məclisin İqtisadi Siyasət Komissiyasının üzvü Nazim Məmmədov isə deyir ki, Azərbaycanda həyat səviyyəsi son altı ayda prezidentin dediyi kimi yaxşılaşıb. Bəs əhali niyə bunu həyatında hiss etmir? Nazim Məmmədov deyir ki, bu, əsasən Bakıda belədir:

- Bakının həddindən artıq yüklənməsi təəssüf ki, paytaxtı dünyanın bahalı şəhərləri siyahısına salıb. Bakı bahalı şəhərə çevrilməkdə davam edir. Bunun üçün hökumət büdcədən maliyyələşən təbəqənin qeydinə qalmalıdır və qalır da. Orta aylıq əməkhaqlarının və pensiyaların artırılması da buna xidmət edir.

İlham Əliyev hökumətin iclasında vəd verib ki, yaxın günlərdə həm maaşlar, həm də pensiyaların artırılması məsələsinə baxılacaq.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: "D"
20.07.2010 13:52
NENEM DEMISHKEN: PREZIDENT CHIXIR VE BEYAMNAME VERIR GELEN AYDAN PENSIYALAR QALXACAQ/// PENSIYALAR HELE GELEN AY QALXACAQ DEYE VEDD VERIR... BAZARDA ISE ARTIQ SABAHDAN QIYMETLET BASHALASHIR... PENSIYA DA ARTACAQ ELE DEYIR KI.. 5 MANAT ARTIRIR... AMMA GELKI BAZAR QIYMETLERI ILE MUQAYISE DE EKSINE 20 MANAT GERI DUSHURUK...

Kimdən: Azeri Haradan: Baki
19.07.2010 12:18
Azərbaycan Respublikasının Prezidenti şou göstərməklə
məşğuldur.Azərbaycanda qəbul olunmuş normativ sənədlər dünya standartlarına tam uyğundur.Təəssüflər olsun ki ,o xarici ölkə birliklərini
kaş-baş salmaq üçündür ona görə ki ,qəbul edilmiş qanunların heç biri ölkə daxilində işləmir. Yəni yazılmamış qanunlarla ölkə kənar şəxslər tərəfindən idarə olunur.Ölkə əhalisiningəlirlərinin artımında dəyişiklik yoxdur ,əksinə azalma var. Artım ancaq rüşvət alanlarda müşahidə olunur və həin rüşvət sonda ölkədə istehsal olunan ÜDM-da özünü göstərir.İqtisadiyyatı təhlil etməyi bacaran hər kəs yaxşı bilir ki ,o göstəric arxası aşıq boçkadır.Misal üçün iki istehsalçı eyni adda məhsul istehsal edir birinin qiyməti 10 mahar digərinki isə 100 manatdır.Azərbaycan Respublikasının iqtisadiyyatı 2-ci kimi təskil olunub. O tufana düşən gəmi kimi birdən batacaq və onu xilas etmək mümkün olmayacaqdır.

Kimdən: norge Haradan: avropa
16.07.2010 20:56
Prezidentimiz ve Nzim muellim neye esaslanib deyirlerse bilmirem,amma indiki veziyyet hecde urek acan deyil.Hec bir inkisafdan soz gede bilmez.Bunlarin hamisi yalandir.Deyirlerki paytaxtimiz baha seherler siyahisina girib,guyaki basqa seherlerimiz,ve rayonlarimiz bele deyilde.Inanki rayonlar Bakidan pis veziyyetdedir.Cox gulunc veziyyetdir,qiymetler avropayla taylasir,maaslarimiz ise afrikayla.Ne zamana kimi millete yalan danisacaqlar?Milletin caresiz qalib qacib gedir vetenden,xarici olkelerde heyatini davam etdirir.Azerbaycanin belke 70 faizi xarici olkelerdeki vetendaslarin hesabina dolanir.Bizim millete vetenden basqa her yerde corek var.Biz eslinde qabiliyyetli milletik,bu cur sderaitde yenede pis yaxsi dolaniriq,bizim bu qabiliyyetimize gorede agiz dolusu danisirlarki milletin veziyyeti yaxsilasir.

Kimdən: Akif Haradan: Bakı
15.07.2010 22:31
İlham Əliyev populist çıxışlara və şişirdilmiş rəqəmlərlə ictimaiyyəti çaşdırmağa vərdiş edib. Ona görə şəxsən mən nə ona, nə də YAP-ın liderlərinin, onların yaratdıqları qondarma müxalifət partiyaların(Qüdrət Həsənquliyev, Fəzail Ağamalı oğlu və başqaları) rəhbərlərinə inanmıram.

Kimdən: xalq Haradan: Baki
15.07.2010 19:29
Varlilarin yashayish seviyyesi bu il da defelerle artdi,kasiblarin da seviyyesi daha azaldi.Cox gozel inkishafdir,afferin.Ele gune saliblar bizi ki,100% da artirsa oz erini doldurmaz helem vehshileri demirem(bazar,komunal,transport,erzaq) rushvetdan(tamojni,vergiler,polis,sehiyye,tehsil,mudafiya) bunlar bir nece gun evvel qiymetlerini qaldiracaklar,olen,ezilen yenede kasib-kusub olacak,ixtsar(ishsizlik) artacaq vs.........................Bezi strukturlar deyecek pulumuz yoxdur artira bilmirik,bezisi qisman artiracak,bezisi aylarla haqqlarini vermeyecek.Gor ne gune qalmishiq ermeniler de bu yashayishimizdan xeber tutub internetda bashimiza qaxirlar,bizde vetenimizin nemine dushmene yalan mellumet veririk guye bal icinde uzuruk,neise xalqin qedrini bilmek lazimdir.Xalqimnan bir xaishim var dushmene hec bir mellumet vermeyin cunku onlar hec birimizin yaxshiligini istemeyecek.
Ne olur olsun,kim ölür ölsün teki seckileri yola verek,he canab prezident?

Kimdən: Aslan Haradan: Baki
15.07.2010 18:27
Belke prezident ailesinin pul gelirlerinin inflyasiyadan ustun olub demek isteyib,imumiyyetle agamaliynan,siyavushun prezidenti ilde 1-2 defe xalqla Naxcivanlilar demishken mezelenir.

Kimdən: Reporter106 Haradan: ofisden
15.07.2010 17:55
Nazim muellim eslinde qelben demokratdir ele demeyin. Yene yaxshi ki, danishir, musahibe verir. Ay Nazim muellim, sizin yeriniz oralar deyil, ezab chekirsinz, bilirem :) Bir az cesaretli olun ve kechin biz terefe :)

Kimdən: lamekan Haradan: baki
15.07.2010 17:07
Nazim aga ele bilir ki, biri tox olub, tox hissesini ikincinin ac hissesine surtse oda ondan beherlene biler.Nazim aga bu ancaq(biri vardi-biri yoxdu) nagillari ollan zamanlarda olurdu.biz azerilerde hele o kursuye yaxinlashmamishiq.yaxinlashanlarda cemi 1%-dir ki, onlarda o hisselerini zirehle qapayiblar.hansi maddi rifahin yaxshilashmasindan soz gede biler ki,her gun qiymetler durmadan artir,buda bu milletin belini bukur.Nazim aga soz dushen de sizler deyirsiniz ki, bizde maashla yashayiriq.bes sizinlerin firmalar,zavod-fabrikalar ve azerbaycanda yaratdiginiz manapolyalari nezere almirsiniz?eyer ele deyilse yuz minlerle qiymeti olan avtomashinlar sizin harin balalarnizda haradan olub, heresinin de ozune mexsus heyvan sesleri cixaran ses siqnallari.konustitusiyada ise dovlet memurunun her hansi bir biznesle meshgul olmaqi qadagandir.indiki 70 qepik deyerinde ise esgi Azerbaycan manati ile 6-7 kq.kartof almaq olardi.daha 1 kq.yox.birde bazarda reyd kechirilerken insafiniz olsun kasib tebeqeden sorun sorgunuzu.oyredilmis bazakomlardan yoxxxxxxx.

Kimdən: Muhendis Haradan: Bataqliq
15.07.2010 10:08
Goresen Ilham muellim bilirmi ki,Azerbaycanda ele ishleyen,tekrar edirem ishleyen muessiseler var ki,onlar 6-7 aydir emek haqqi almirlar?. (meselen,Mudafie Senayesi Nazirliyinin ishchileri), Bu muessiselerde ishleyen yizlerle adam ac-yalavacdir. Deyirler 'yalan ayaq tutar yerimez', ancaq bu yalanlar lap qacha-qacha yeriyir.
Cavab

Kimdən: rushvetden bezmish Haradan: xarabadan
15.07.2010 16:35
ona gore ki, bu yalanlari bir grup meddah beh-behle destekleyir!!

Bele yerde yadima bir eski mesel dushdu: "Yalanchinin shahidi, yaninda olar!"

Kimdən: K O M M U N İ S T Haradan: GiZLi BAKI
15.07.2010 10:02
SOSİALİST RESPUBLİKA zamanı orta statistik bir ailənin aylıq işıq pulu xərci 50-60 QƏPİK təşkil edərdi,bu gun isə 10-15 MANAT təşkil edir.Necə iddia etmək olarki əhalinin vəziyyəti getdikcə yaxşılaşır,bu xalqın əzablarına gulməkdən başqa bir şey deyil....
Səhifə (2)
    Növbəti