Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:37

Verilişlər / İslam və demokratiya / Dünyada İslam

Burqa qadağanına 1 milyon avro cavabı

Qadağanı pozan qadını 150 avro məbləğində cərimə gözləyir
x
Qadağanı pozan qadını 150 avro məbləğində cərimə gözləyir
Şriftin ölçüsünü dəyiş - +
Fransada Rəşid Nakkaz adlı bir müsəlman biznesmen 1 milyon avroluq əmlakını satışa çıxarıb.

O, satışdan qazandığı pulu müsəlman qadınlara verəcək ki, burqa geyindiklərinə görə, onlara qoyulan cəriməni ödəyə bilsinlər.

Cəriməni isə Fransa parlamentinin aşağı palatasının səsverməyə çıxartdığı qanun müəyyən edir.

Səsvermədən asanlıqla keçəcəyi gözlənən qanun üzü örtən niqabı və bütün bədəni örtən burqanı qadağan edir.

Qadağanı pozan qadını 150 avro məbləğində cərimə gözləyir. Öz həyat yoldaşını burqa geyinməyə məcbur edən kişilər isə 30 min avro məbləğində cərimə olunacaq.

Qadağanı pozanların Fransa vətəndaşının bütün imtiyazlarından məhrum ediləcəyi də nəzərdə tutulur.

Fransa prezidenti Nikola Sarkozinin də dəstəklədiyi qanunun böyük siyasi dayağı var. Hətta bunun səsverməyə milli bayram – Bastiliya həbsxanasının alındığı günün ərəfəsində çıxarılması da təsadüfi deyil.

Qadağanın əleyhinə olanlar isə Avropa İnsan Haqları Bəyannaməsinin pozulduğunu bildirirlər.

FRANSIZLARIN 80 FAİZİ QADAĞANIN LEHİNƏDİR

Bütün dünyada diqqətlə izlənən bu mübahisəyə marağı nəzərə alan «Pew» Sorğu Mərkəzi müxtəlif ölkələrdə sorğu keçirib.

Fransada cəmi 1900 qadının burqa geyindiyi məlumdur
Fransada rəyi soruşulan hər 10 adamdan 8-i deyib ki, qadağan düzgündür.

Hər 100 adamdan yalnız 17-si qadağanın əleyhinədir.

Almanların 71 faizi, britaniyalıların 62 faizi, ispanların 59 faizi deyiblər ki, onların ölkəsində belə qanun səsverməyə çıxarılsaydı, onlar lehinə olardılar.

Sorğu keçirilən bu bir neçə ölkə arasında yalnız Amerikada əksəriyyət qadağanın əleyhinə çıxıb. 66 faiz deyib ki, qadağan düzgün deyil.

Fransada cəmi 1900 qadının burqa geyindiyi məlumdur. Bu, daxili işlər nazirliyinin məlumatıdır.

BURQA MÜBAHİSƏSİ NƏ İLƏ QURTARACAQ?

Fransada parlamentin aşağı palatasından başqa yuxarı palata olan Senat da var. Bundan başqa Konstitusiya məhkəməsi var.

Fransanın Xarici İşlər Nazirliyinin məsləhətçisi, islam üzrə ekspert olan Olivye Roy AzadlıqRadiosuna
deyir:

«Konstitusiya məhkəməsi burqanın tam qadağan olunmasının əleyhinədir. Əsas məsələ burqadan istifadəni məhdudlaşdırmaqdır. Ola bilsin sonda qismən qadağanın üstündə dayanalar. Burqa məktəblərdə, hava limanlarında , inzibati binaların içində qadağan olunacaq. Yəni elə yerlərdə ki, orda təhlükəsizlik birincidir».
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: general Haradan: Baki
19.07.2010 16:22
Fikirleshirem ki, Bu cox duzgun addimdir. Nigabi birdefelik yiqishdirmaq lazimdir. Sozun duzu men niqabli adam gorende gorxuram. Bilmirsen icindeki kishidi yoxsa qadin.
Cavab

Kimdən: Hekari Haradan: Bakı
20.07.2010 22:32
Sən çıldağa get qorxunu alsınlar! Bu paxılıqdan irəli gələn bir şeydi yəqin! Kiminsə arvadına hamı baxırsa, arvad da əri üçün yox küçədə olanlar üçün bəzənib bayırsa bu yaxşıdı onlara görə! Ona görə kimsə Namusunu qoyuyub bədənini yad kişilərdən qoruyursa yəqin çestlərinə dəyir mənim arvadıma hamı baxır mən niyə baxmayım deyir?!

Kimdən: Akif Haradan: Baki8
17.07.2010 12:49
Deyirem, dunyada ne qeder axmaq milyonchu varmish. O milyona yaxshi bir kitabxana achmaq olardi

Kimdən: FB Haradan: Quba
15.07.2010 23:36
Mən bayaqki sözlərimi kəmsavad və onun kimi kəmsavaddar üçün yazmışam.

Kimdən: FB Haradan: Quba
15.07.2010 20:39
Adın fikirlərinə yaraşır.Mən Kəmalə xanımın fikirləri ilə razıyam.Və mənim fikrimcə sənin kimilər üçün heç cəhənnəmdə yer yoxdur.Amma ALLAH Rəmlidir,Bağışlayandır.

Kimdən: kəmsavad
15.07.2010 01:07
@Insan:
"saxda demokratlar niye garishir insanlarin geyimine?"

İnsan, səncə
Səudiyyə Ərəbistan, BƏƏ, İran kimi qatı dindar ölkələr Avropadan gələn qadınların geyimlərinə qarışmırlarmı? Avropalı qadın deyəndə elə anlamaq istəyirsiniz ki, guya bunlar səhərdən axşama qədər bikini ilə gəzirlər. Yox qardaşım. Nəinki bikinidə heç adi bir kofta və dar bir cins şalvarda bu ölkələrin sərhədini keçə bilməzlər bu qadınlar.
sonra da oturub islam toleranslığından, islamın qadına olan sevgisindən ağız dolusu danışırsınız.
Qaldırın qazanın qapağını qoyun buxar çıxsın.

Kimdən: Hekari Haradan: Bakı
15.07.2010 00:55
Hicabın şərtləri

Hicab- Üz və əllərdən başqa bütün bədəni örtən geyimdir. Bizim zəmanədə düşünüldüyü kimi Hicab ancaq baş örtüyü deyil ki, onunla ancaq başını örtəsən və ya ancaq baş örtüyü ilə kifayətlənəsən. Hicab odur ki, əllər və üzdən başqa qadının bütün bədənini örtür.

1) Hicab (Jilbab) qadının bədənini başdan ayağa örtməlidir. Bir ayədə deyilir: Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və mö’minlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir! (Əhzab:59)
Hicab (Jilbab) – dar olmayan, qadının bədənini başdan ayağa örtən, üzündən, əllərindən başqa bədənin hər yerini örtən geyimdir.


2) Geyim qalın olmalıdır. Nazik, aydın və ya şəffaf olmamalıdır. Əgər geyim nazik(dar) olarsa, o zaman qadının geyiminin altındakı əzələsi aydın sezilər və bu kişiləri cəlb edə bilər. Peyğəmbər (s.ə.s) demişdir: “Ümmətimin son hissəsində burada elə qadınlar olacaq ki, onlar geyinmələrinə baxmayaraq çılpaq kimi görsənəcəklər. Onların dəvə hörgüzü kimi hündür saçları var. Lənət olsun onlara, onlar lənətlənmişlər. Onlar cənnətə girməyəcəklər və baxmayaraq ki, onun ətri filan məsafədən hiss edilir (çox böyük məsafə), lakin onlar heç onun qoxusunu da hiss etməyəcəklər” (Səhih Muslim)


3) Hicabın üzərində bəzəkli naxışlar olmamalıdır. Həm də rəngli olmamalıdır. Bu, kişilərin onun naxışlı və bəzəkli paltarına baxmasına səbəb ola bilər və onları cəlb edə bilər. Baş örtüyündən saç görsənməməlidir, çünki saç da gözəllikdir. Bir ayədə belə deyilir: Mö’min qadınlara de ki, ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin) (Ən-Nur:31)

4) Hicab geniş və boş olmalıdır. Qadın kişi geyimlərini geyməməlidir. Paltar kişi geyiminə bənzəməməlidir. Əbu Hüreyra: "Peyğəmbər (s.ə.s) kişi paltarı geyən qadınlara və qadın paltarı geyən kişilərə lənət etmişdir" (Əbu Davud)

5) Hicab ətirli olmamalıdır, çünki bu, kişilərdə həvəs oyadar və onları şirnikləndirər. Məhəmməd (s.a.v) bir hədisində demişdir: “Qadın ətirli halda toplunun (kişi) yanından keçərsə, o, həqiqətən də filankəsdir!” (Əbu Davud) Bir başqa hədisdə deyilir: Həqiqətən də, qadın özünə ətir vuraraq, ətiri hiss edən insan qrupunun yanından keçərsə, o, zinakardır (və yaxud zina etmiş kimi sayılır)! (Əbu Davud)

6) Hijab kafirin geyiminə bənzəməməlidir.
"Hər kim özünü kiminsə tərzinə bənzədirsə, o da onlardan biri olur" (Əbu Davud)
Abdullah ibn Ömər: "Peyğəmbər (s.ə.s) mənim 2 narıncı rəngli paltar geyindiyimi görüb dedi: bu paltarlar adətən kafirlər tərəfindən geyilir, ona görə də onları geyinmə" (Səhih Muslim)

Kimdən: Habil Haradan: Bakı
15.07.2010 00:13
On doqquza

"Kişilərdə etirasın yaranması gözlə başlayır və qaydalar da insanlar üçün qoyulub"

Bilirsiz, ehtiras necə yaranır yaransın, kişi deyilən kəs o qədər güclü olmalıdır ki, bütün emosiyalarını adi əşyaların köməkliyi ilə deyil öz iradəsinin gücü ilə cilovlaya bilsin! İnsanları mən biləni bu ruhda tərbiyə etmək lazımdır, onlar bilməlidirlər ki, cəmiyyətə qoyulan qanunları, birinci növbədə mənəvi qanunları pozmaq olmaz! İnsan hər şeydən öncə özü özünün gözündə ucalmalıdır, öz iradəsinə arxayın olmalıdır. Bu dünyagörüşü müsəlmanlar üçün çox vacibdir və onlar bunu mənimsəməlidirlər! Qısası desək ehtirasın qarşısını quru əski parçası ilə deyil insan iradəsinin, kişi iradəsinin gücü ilə almaq lazımdır! İnsan insan olduğunu dərk eləməlidir, eloğlu! Bu sahədə müsəlman dünyası çox geridə qalır, belə davam eləmək olmaz! Bu deqradasiya yoludur, bu daima xarici faktorlardan asılı qalmaq deməkdir! Bir sözlə modernləşmək mütləq olmalıdır, özü də nə qədər tez olsa bir o qədər yaxşıdır! Bu yolda qarşınıza çıxan çətinliklərdən qorxmayın, islahatlara başlayın.

Kimdən: kəmsavad
14.07.2010 18:22
@ Fatima xanım,
əvvəla salam.

Mus mus "Kurs kvalivikasiya i povışenie" üçün iki aylıq Tora Boraya gedib.
Onun yerinə İlqar-Bakı niki ilə yazan birisini göndəriblər. O da yaman qan qan deyir. gərək biz də bu gündən Salman Rüşdü kimi qaçıb gizlənək.
bunlardan nə desən çıxar.
hələlik


Kimdən: insan Haradan: ordan
14.07.2010 10:06
saxda demokratlar niye garishir insanlarin geyimine?

Kimdən: Anonim
14.07.2010 09:58
Qərəzli yazılarınız mənasızdır. Qərəzli yazanlar niyə öz kinlərini qusurlar?
Səhifə (2)
    Növbəti 

Azərbaycanda dini tolerantlığı səviyyəsindən razısınızmı?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun fikrincə, "Azərbaycan dünyaya yalnız neft deyil, özünün milli-dini tolerantlıq nümunəsini ixrac edə bilər". Sən necə düşünürsən?

5 şərh

Anonim: heç hənanın yeridi? davamı