Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:11

Xüsusi layihələr / Bloqqerlərin həbsi

Adnan Hacızadənin doğum günüdür

x
Şriftin ölçüsünü dəyiş - +
«Adnan möhkəmdir, optimistdir, hamıya salam deyir».

İyulun 13-də həbsdəki bloqqer Adnan Hacızadə ilə görüşə gedən atası Hikmət Hacızadə belə deyir. Bu gün bloqqerin 27 yaşı tamam olur.

A. Hacızadə ABŞ–da təhsil alıb, «Ol» Gənclər Hərəkatının yaradıcılarındandır. O, büdcə hesabına Almaniyadan bahalı eşşəklərin alınmasına etiraz olaraq satirik videorolikin ideya müəllifidir.

Adnan Hacızadə və digər bloqqer Emin Milli ötən il iyulun 8-də Bakının «Livan» restoranında davadan sonra tutulublar. Qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıqda təqsirli biliniblər. Səbail Rayon Məhkəməsinin hökmü ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Amin Haradan: Belasuvar
13.07.2010 17:06
yap hakimiyyeti ucun sen sadece bir insansan amma sade xalq ucun sen bir dunyasan .

Kimdən: Yoxa Çıxan Bakı Əhli Haradan: Bakıdan
13.07.2010 15:35
Adnanın fəaliyyətinə boyük hörmət və dəstəklə yanaşıram. Kaş ki belə şüurlu gənclərimiz cox olardı! Ad günün də mübarək. Bircə arzum odur ki yəhudi simvolikası olan səkil kaş ki burada əks olunmayardı və mümumiyyətlə çəkilməyərdi...

Kimdən: Müəllim Haradan: Bakı
13.07.2010 15:26
Adnan bəyin valideynlərini təbrik edirəm: sağ olun kİ, belə ziyalı, namuslu, ağıllı, azad ruhlu gəncin əziyyətini çəkmisiniz və çəkirsiniz! Allah onu tezliklə zindandan qurtarsın, Amin!
Şəkildəki yəhudi simvoluna gəldikdə isə, əvvəla, mən biləni, Hikmət bəy təmiz türkdür. İkincisi isə önəmli olan milli, dini və sair mənsubiyyət deyil. Önəmli olan insanın ruhən azad olmasıdır, haqsızlıqla barışmazlığıdır, mübarizliyidir, ağıllı və ədalətli olmasıdır! Bu da ki, bu oğlanda var!

Kimdən: seva
13.07.2010 15:17
Ad gunun mubarek eziz Adnan. Bu gun menimde ad gunumdur.Men fexr eleyirem ki , menimde ad gunum senin kimi bir insanan bir gundedir.

Kimdən: Zeynal Məmmədli Haradan: Bakıdan
13.07.2010 13:46
Doğum günün mübarək, əziz Adnan! Səni unutmamışıq və varlığından qürur duyuruq!!!

Kimdən: nurane Haradan: baki
13.07.2010 13:43
Adnan beyi dogum gunu munasibetile urekden tebrik edirem! Her iki bloqqere sebr, azadliq ve demokratiya yolundan donmemeyi arzulayiram! Biz sizinleyik!!!!

Kimdən: fatime Haradan: Baki
13.07.2010 13:24
xeyir, Adnan Hacizade yehudi deyil, sadece chox guman ki, telebelik illeri erzinde yehudi yoldashlari ile hemreylik numayish etdirib ve bu xatire sheklini chekdirib.

Adnan, milli herekatin oncullerinden olan istedadli insan, yuksek medeniyyete malik politolog Hikmet Hacizadenin ogludur. Hikmet Hacizade hemchinin mustegilliyimizi elde etdiyimiz donemlerde Azerbaycanin Rusiyadaki fovgelade ve selahiyyetli sefiri olub. Hazirda mubariz ruhuna gore, obyektiv ve real siyasi sherhlerine gore movcud hokumet tefinden "sevilmir".

Kimdən: Bəxtiyar Hacıyev
13.07.2010 13:12
Ad günün mübarək, Adnan! Səni tanımayanlar tanımağa, sevməyə başlayır. Səni sevənlər hər gün daha da çox sevir. Həbsdə keçirdiyin hər gün sənə, ideyalarına olan sevgi də artır, sənin kimi insanlara ədalətsizlik edənlərə nifrət də. Sən həbsdə olmağınla da böyük iş görürsən. Allah sənin və ölkəmizin azad olacağı günü bizə tez göstərsin!

Kimdən: Yura Haradan: Bakı
13.07.2010 12:53
Deyerli qardaşım!!! Seni çox sevirik!!! Çox heyif ki, deyerinizi 3-4 adamdan başqa heç kim bilmir... Buna reğmen, doğum günün mübarek olsun!!!

Kimdən: adi müsəlman
13.07.2010 12:46
Bu Adnan yəhudidir, masondu? Nə məzhəbə qulluq edir. Yoxsa xatire shekldiri?
Cavab

Kimdən: traxitel AZ Haradan: mehelle
13.07.2010 13:21
adnan inwallah azadliga cixarsiniz. gelen dogum gununu birlikde oxucularinla kecirersen... deyilenlere de fikir verme. qijilandiyada yawayan qijilardan bundan artiq komment gozlemek olmazdi...
Cavab

Kimdən: Iqtisadci
14.07.2010 02:06
Bu gun dogum gunu olan her kesi tebrik edirem......
Cavab

Kimdən: adi müsəlman
13.07.2010 15:13
Bir sade suala gore mene qiji deyrsen. Sen kimilerle Az-in geleceyi bellidir. Bu milleti qaraguruhculuq yixacaq. Yeni kuyculuk. Adnan ele bil milli azaqdliq herekatinin qehremani zadidir. Ona toz qondurmullar. Adam ne ish gorub oz eqidesi ve ideyalari ucun edib. Yaxshi edib ya pis, bunu tarix gosterecek. Senden "amerikaci " iyi gelir. Beyniviz yuyulub. Ele bil demokratiya olanda ag gune cixacayiq. Bildikleriviz derslerde dinledikleriniz, kitab qezetde oxuduqlariniz ve ve size gosterilenler qederdi. Ferdi tefekkur ve netice cixarmaq qabiliyyeti olsaydi, bele coshmazdiniz. Sozumun mustafasi odur ki, hele bilinmir bu Adnan ve Emin hansi qrup ve ideyalogiyaya qulluq edirler...
Səhifə (2)
    Növbəti