Keçid linkləri

2026, 10 İyun, çərşənbə, Bakı vaxtı 13:45

Mişel Platini CAR-da xəstəxanaya yerləşdirilib

Mişel Platini
Mişel Platini
UEFA prezidenti Mişel Platini Yohannesburqda xəstəxanaya yerləşdirilib. O, şəhərdəki restoranlardan birində huşunu itirib.

Məlumatı «Reuters» agentliyinə UEFA prezidentinin nümayəndəsi verib.

Mişel Platininin xüsusi müşaviri Uilyam Qeyllard bildirib ki, ilkin tibbi müayinə zamanı ciddi heç nə aşkarlanmayıb. Futbol üzrə Dünya Çempionatının keçirildiyi CAR-da havaların soyuq olması üzündən Mişel Platinidə soyuqlama əlamətləri və qızdırma olub: «O, qaydasındadır. Hazırda müayinə keçirilir. Mişel Platininin huşu özündədir». /APA/
This item is part of
XS
SM
MD
LG