Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 07:04

Verilişlər / Kontekst

Videokameralar Bakını fasiləsiz çəkəcəklər

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
Ehsan Zahidov
Bundan sonra Bakıda ictimai yerlərdə polis videokameraları fasiləsiz çəkiliş aparacaqlar.

Nazirlər Kabinetinin yeni qərarına görə, əhalinin sıx toplaşdığı ərazilərdə - parklarda, xiyabanlarda, küçələrdə, məscid, kilsə, sinaqoqların ətrafında, vağzallarda, bank və kredit təşkilatlarının yaxınlığında və s. ictimai yerlərdə Daxili İşlər Nazirliyinin videonəzarət sistemləri quraşdırılacaq.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov Azadlıq Radiosuna deyib ki, məqsəd əhalinin təhlükəsizliyini təmin etməkdir:

- Hələlik qərar yenidir və onun detalları ilə tam tanış deyiləm.

KADRLARDAN NECƏ İSTİFADƏ EDİLƏCƏK?


Hüquqşünas Erkin Qədirli deyir ki, inkişaf etmiş ölkələrin əksəriyyətində ictimai yerlərdə bu cür videoçəkilişlər var və bu, təhlükəsizlik baxımından normaldır. Amma bir məsələ var ki, məhkəmə bu kadrlardan necə istifadə edəcək:

- Məsələn, bloqqerlər Emin Milli və Adnan Hacızadə 2009-cu il iyulun 8-də «Livan» restoranındakı hadisədən sonra özləri Səbail rayon 39-cu polis bölməsinə gəlmişdilər və döyülmələri barədə şikayət etmişdilər. Bu halı bölmənin yaxınlığındakı videokameralar qeydə almışdılar. Amma bloqqerlərin vəkilləri müraciət etsələr də, həmin kadrlar məhkəməyə təqdim olunmadı. Yəni, videoçəkilişin aparılması normal haldır, problem məhkəmələrin dürüst işləməməsi ilə bağlıdır.

Erkin Qədirli deyir ki, bu cür videokameralar qoyulursa, vətəndaş özü haqda həmin kamerada qeydə alınan məlumatları
Erkin Qədirli
əldə etmə haqqına sahib olmalıdır:

- Məsələn, Böyük Britaniyada belə presedent var.

«KAMERALARLA VASİTƏSİLƏ BİZİ ELƏ YERDƏN TAPIRLAR Kİ...»

Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı isə deyir ki, belə videokameralardan indiyə qədər müxalifətə qarşı dəfələrlə istifadə olunub:

- Sonuncu aksiya vaxtı polis bizi elə dar dalanlarda, gizli küçələrdə tapıb saxladı ki, orada bizi tapmaq mümkün deyildi. Təbii ki, kamera gözlərinin qarşısındadır, izləyirlər bizi, hara getdiyimizi açıq-aşkar görürlər, bu, açıq-aşkar siyasi təqibdir.

Tural Abbaslı deyir ki, belə videokameralar müxalifətin etiraz aksiyalarına gəlmək istəyən adamların yaxınlarında, qohum-əqrabasında bir xof, narahatlıq yaradır, onlar kameraya düşənlərə sonradan təzyiq olunacağından qorxurlar.

«İQTİDARIN ÇƏKİNƏCƏYİ MÜXALİFƏT YOXDUR AXI»

Daxili İşlər Nazirliyinin əməkdaşı Ehsan Zahidov isə deyir ki, polis heç vaxt siyasi məqsədlər üçün istifadə edilmir:

- Gəlin etiraf edək ki, bizdə elə bir güclü müxalifət yoxdur axı iqtidar ondan çəkinsin. Bu, əhalinin asayişinin qorunması naminə dövlət tərəfindən atılan addımdır.

Ərəstun Oruclu
Keçmiş MTN işçisi, politoloq Ərəstun Oruclu deyir ki, hökumət cinayətkarlığın qarşısını almaq, təhlükəsizliyi gücləndirmək istəyirsə, əvvəlcə korrupsiya ilə mübarizədən başlamalıdır. Hakimiyyətin indiyə qədərki təqiblər təcrübəsini nəzərə alanda belə fikirləşmək olar ki, bu kameralar insanlarda xof yaratmaq məqsədi daşıyır:

- Azərbaycanda minlərlə problem qalıb bir kənarda Nazirlər Kabineti şəhərdə total videoçəkiliş aparmaq istəyir. Yaxşı olmazdımı ki, bu videokameraları dövlət məmurların iş otağında yerləşdirəydilər, onların necə rüşvət aldıqlarını çəkərdilər, nəinki heç bir səlahiyyəti, hüququ olmayan adamları kameralar vasitəsilə nəzarətdə saxlasınlar.

Nazirlər Kabinetinin məlumatında deyilir ki, bu cür videokameraların quraşdırılması Fövqəladə Hallar, Milli Təhlükəsizlik nazirlikləri və Xüsusi Dövlət Mühafizə Xidmətinin birgə təklifidir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Sumqayitlı Haradan: Sumqayitdan
13.07.2010 11:10
Elbette Avropada kamera azdir. Onlar fezadan izleyirler herseyi. Bezi muxalifet isbazlarina serf edir de kameralarin omamagi. Sican kimi delme- desikde gizlene bilsinler deye. Kameranin neyi pisdir ki,??

Kimdən: lamekan Haradan: baki
11.07.2010 14:33
bu memurlarin gozleri hech neden doymur.regionlarda butun torpaqlari zept edibler,tek-tek qalan vetendashlari da odsuz-ocaqsiz,ishiqsiz-qazsiz qoyublar ki, onlarda bakiya gelsinler.onlarida buradan kamera ile izleye bilsinler.maraqli burasidir ki memurlarin azgin balalarinin cirkin emellerini de muzakire edecekler eyer o kameraya dushseler. memurlar bu haqqda fikirleshiblermi?cox teesuf ki, heyder eliyev oldu.yoxsa o teklifi veren adamin ozunden shubhelenerdi.mene ele gelir ilham eliyev de bele edecek,yada ki, o teklifi veren memurlar chox chekmezki bu dovleti oz ellerine kechirecekler.yaziq kasiblar ve bezi muxalifet uzvuleri olacaq taxsirkar.turk kardeshlerimiz demishge YAZIKLAR OLSUN SIZE

Kimdən: Dr.-Ing. Haradan: Berlin
11.07.2010 02:27
Ávropada neyinki, kucelerde hetta avtobuslarda tualetlerin mueyyen hissesinde de kameralar var...
Cavab

Kimdən: norge Haradan: avropa
12.07.2010 22:20
Sen hansi avtobusda kamera gormusen avropada?Ve ya tualetde?
Niye burda yalanlar danisa durursanki?Sadece ticaret merkezlerin kenarinda,yanacaq doldurma menteqelerinde,ve ya hansisa onemli dovlet teskilatlarinin yan yoresinde var kamera.

Cavab

Kimdən: Ahmed Haradan: Baku
20.07.2010 23:33
Avropada deye bilmerem, amma Amerikada ve Cenubi Koreada (iki olkede de yashamisham) avtobuslarda kamera var. Cenubi Koreada umumiyyetle her yer kameradi. Ele menim qaldigim yataqxananin 4 bir terefi kameradi. Kucelerde ise polis demek olar ki yoxdu, cunki her sey merkezden kameralar vasitesi ile gorsenir. Ve butun qanun pozuntulari da o shekilde ashkar olunur.
Tebii ki kameralarin qurashdilmasi gozel haldir, amma Erkin Qedirli demishken esas hansi meqsedle istifade olunmasidir. Kameralar tekce muxalifet aktivistlerini teqib etmek ucundurse, onda Azerbaycanda heyata kechirilen diger ekser layiheler kimi sadece pul silmeye yariyacaq.

Duzdu Azerbaycandaki kimi 300 km yol gedib 300$ rushvet vermeli olmursan... Amma bu ayri movzudu.
Cavab

Kimdən: norge Haradan: avropa
11.07.2010 22:46
Yalanlarinla milleti aldatma.hec avropadan melumatin yoxdur,hec olmaya milleti dolama.Sadece kucelerde,bezi yerlerde kamera var.
Cavab

Kimdən: Lənət Haradan: Tanrıdan
13.07.2010 01:06
Tanrının birisinə ən böyük lənəti elə onun savadsızlığıdır! Dr.İng-ə baxıram yazığım gəlir! təssüf ki, Azərbaycanda olan gənclərin 80%-nin savadı Dr.İng səviyyəsindədir! Elə onlar da bü gün hakmiyyətdədirlər!
Cavab

Kimdən: Dr.-Ing. Haradan: Berlin
13.07.2010 00:55
Men bele eshitmishem ki avropada kamera var. ozum ora gedende baxib gorecem. helem getmemishem. men yalan yazmiram! sadece herden hokumetin terefini de tutmaq lazimdir. onun uchun dedim. yoxsa hami burda hokumetin elehine gupuldadir.
Cavab

Kimdən: Dr.-Ing. Haradan: Berlin
12.07.2010 00:51
Yalan yazana ALLAH lenet eylesin !!!

Kimdən: K O M M U N İ S T Haradan: GiZLi BAKI
11.07.2010 00:39
Bunun sadəcə bir adı var acıq səma altında HƏBSXANA !!!
Cavab

Kimdən: Dr.-Ing. Haradan: Berlin
11.07.2010 02:26
Butun avropa xalqi bele kameralarla izlenilir...
Cavab

Kimdən: john Haradan: avropa
13.07.2010 00:59
Sadəcə fərq ondadır ki, avropada kameraların arxasında sənin kimi taxta başlar durmur! orda kameralarda çəkilənlərdən heç kimin əlehinə istifadə edilə bilməz! və ya hər hansı yekə qarın polis raisi oturub kiminsə arvadına baxmaz!

Sən bir avropaya get ilk olaraq sonra gəlib danışarsan!

Kimdən: bijan Haradan: ucar
10.07.2010 18:37
istiyirsiz kamera yox e NASA-nin sputikinden izleyin yenede bu millet oz bildiyini edecek

Kimdən: millet
10.07.2010 04:33
bu milllet bir gun qalxacaq ay hakimiyyət!! onda sizin başınızə elə o kamerların qarşısında oyunlar açacaqlar!

Kimdən: Sirkə Haradan: Qabdan
10.07.2010 04:14
Sirkə nə qədər tünd olsa sonra öz qabını partladar!

Bunlar cammatı nə qədər qorxu ilə idarə etməyə can atdıqca o qədər çətin vəziyyətə özləri düşəcəklər!

Yalan əyaq tutar amma yeriməz!
Qorxu ilə insanıarı tabe etmək olar amma idarə etmək yox!

Kimdən: biteref Haradan: uae
10.07.2010 02:31
yeqin iqtidar cevrilishden qorxur.

Kimdən: rentgen Haradan: həyatdan
10.07.2010 01:35
Bu kameralar, yəni yüksək texnologiyalı kameralar iki ildir ki, küçe ve keçidlerde quraşdırılıb, bizler deyəsən yeni aylmşıq, sadəcə bu texnologiyanın təsir dairələri böyüyür. Bu texnologiya hele yaşadığımız evlərə də daxil olacaq, yeni texnologiyalı telefon xətləri, kabelləşdirilən internet, sputnik televiziya verlişlərin telefon xətlərlə ötürülməsi bunlar hamısı bir texnologiyanın qollarıdır.
3-4 il öncə bir amerikalı ile söhbet edirdim deyir evde oturub söhbet edirdik, bir de qapı döyüldü ve bizi apardılar, söhbətimizde devlətə əks fikirlərin səsləndiyini söylədilər. soruşdular ki, ne xoşunuza gəlmir. və s. və i. a. Yəni deməyim odur ki, bu bir məhsuldar yüksək intelekt texnologiyalı əmək ələtdir, baxır bu alətden necə istifade olunacaq . Məsəl üçün balta da əmək alətidir bildiyiniz kimi köhnə kustar texnoloji bir əmək aləti. Bu gözəl alətlə faydalı əməklə də məşğul olmaq olar, ancaq bundan insana faydası olmayan işlər də görmək olar, yəni ən təhlükəlisi onunla adan da vurub öldürmək, kəsib doğramaq olur necəki , ibtidada istifade edilib. yəni döyüş aləti kimi. Mən bu iki əmək alətinin oxşarlığını söyləməkdə fikrim odur ki, yəni balta bu gün de bazarda, dükanda satılır ona pis demək olmaz, baxır ondan kim istifade edir və necə istifade edir, yəni bu hər iki gözəl alətin kimin əlinde olmasından asılıdır.
Yeni bu inkişaf edtmiş bir yeni texnologiyadır buna pis qiymət vermək olmaz. Ancaq bu alət dövlətin, və onun xalqının nəzarəti altında istifade edilməlidir.
Yeni loru dilde belə aydınlıq gətirdim, və şəxsi fikirlərimi söylədim.

Kimdən: sakin Haradan: Baki
10.07.2010 00:17
bir sozle, normal olkelere emin amanlig getiren bu kameralar bizim bashimiza oyun acacagdir!!

Nece ki, Naxchivand achir!!

Baki da olacag ele Naxchivan!

Hunerin var kuchede arvadini op, seherisi gun polis gelib seni biyabir edecek!

Yox eger nishanlini opsen ve nishanlinin bir tanish bilishi, gohum egrabasi gorse vay senin halina!
Səhifə (2)
    Növbəti