Şənbə, Fevral 04, 2012 Bakı vaxtı 08:14

Verilişlər / Kontekst

Rəssamlar passajdan didərgin salınıb

Bakının Nizami küçəsində bir il əvvəlki kimi hay-küylü deyil
x
Bakının Nizami küçəsində bir il əvvəlki kimi hay-küylü deyil

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
Camaat arasında Torqovı kimi tanınan Bakının Nizami küçəsində, rəsm əsərlərinin satıldığı yer bir il əvvəlki kimi hay-küylü deyil. İndi burda əvvəllər olduğu kimi yerli sakinlər, əcnəbilər müxtəlif janrlarda çəkilmiş rəsm əsərlərini ala, rəssamlarla məsləhətləşə, sifariş verə ya da bir əsərin qarşısında dayanıb baxa bilmir. Bir neçə gündür ərazinin təmiri başa çatıb. Küçə camaatın üzünə açılsa da, rəssamların üzünə bağlıdır.

FLORENSİYA, PRAQA, PARİS, MADRİD...VƏ BAKI...

«Mən Florensiyanın rəssamlar meydanını görmüşəm, Praqada Kral körpüsündə əsərlərimi də satmışam. Parisdə Monmartırı, Madriddə rəssamların toplaşdığı yerləri görmüşəm. Gürcüstanda rəssamlar üçün yüksək səviyyəli, birinin isə uzunluğu 1 kilometrə qədər olan üç məkan var. Yəni bunun bir mənası var. Olmasaydı Parisdə Monmartır indiyə qədər qalmazdı. Bu təkcə satış deyil, estetikadır, mədəniyyəti yaymaqdır».

Uzun illər burda əsərlərinin satışı ilə məşğul olan rəssam Azər Zamanlı deyir ki, burda rəssamlar təkcə özlərini iqtisadi cəhətdən təmin eləmirdilər, həm də mənəvi cəhətdən qidalanırdılar.

İCRA HAKİMİYYƏTİ İCAZƏ VERMİR

Rəssam Azər Zamanlı
İndi rəssamlar bura bir xəbər olacağı ümidilə gəlirlər. Onların sözlərinə görə, polisdən xəbərdarlıq alıblar ki, əvvəlki işlərilə məşğul ola bilməzlər, icra hakimiyyəti buna icazə vermir.

Rəssam Hacımurad Hacıyev deyir ki, ona görə də əsərləri emalatxanalara yığıblar, əlləri də işdən soyuyub:

«Təmir bir həftədir tamamlanıb. Polislər dedilər ki, bizə tapşırıq veriblər ki, burda heç nə olmamalıdır. Görürsüz də, bomboşdur. Əcnəbi turistlər də, yerli camaat da gəlir, əsərləri axtarırlar, tapmırlar. Həm də burda nə qədər adam ailəsini saxlayırdı».

KÖHNƏ BAKILI GÖZLƏRİNƏ İNANMIR...

Köhnə bakılı, indi Kanadada yaşayan Georgi Qatsitadze də doğulduğu şəhərə gələn kimi yolunu burdan salıb. Ancaq gözlərinə inanmayıb:

«Mən 20 ildir Kanadada yaşayıram. Dünyanın bütün şəhərlərində - Parisdə, Nyu-Yorkda, Berlində, Florensiyada rəssamların bu cür satış yerləri var. Bu həm mədəniyyət, həm də turizmin inkişafına xidmət edir. Mən buranı belə boş görəndə çox təəccübləndim. Yaşadığım Toronto şəhərinin mərkəzində də belə yer var. Onlardan vergi də almırlar. Bu cür yerlər turistləri cəlb etmək üçün əlverişlidir. Burda isə bağlayıblar, niyə, bilmirik».

Rəssam Hacımurad Hacıyev
Elə şəhər sakinləri də passajın indiki görkəminə öyrəşə bilmədiklərini deyirlər:

«İNDİ BURDA AYAQ SAXLAMAQ İSTƏMİRSƏN»

-Neçə illər idi rəssamlar burdaydı. Onlar şəhəri daha rəngarəng edirdi. İndi isə boşluqdur. Əvvəlki kimi ayaq saxlamaq istəmirsən.

-Rəssamların burda olması maraqlıydı. Heç olmasa gəlib baxırdıq. İndi quru-quru gəzirsən.

-Artıq Bakıda nostalji hissləri oyadan heç nə qalmayıb. Belə olmaz axı. Bu rəssamların kimə maneçiliyi var idi ki?

-Boşluqdur, əvvəlki qələbəlik yoxdur. Bu pisdir.

-Sankt-Peterburqda, Nevskidə rəssamlar üçün ərazi ayrılıb, öz işləri ilə məşğuldurlar. Burdakıları niyə yığışdırdırdılar, bilmirik.

RƏSSAMLAR QANUNSUZ KÜÇƏ TİCARƏTİLƏ MƏŞĞULDUR

Bakı şəhər icra hakimiyyətinin ticarət və xidmət departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyir ki, rəssamlar qanunsuz küçə ticarəti ilə məşğul olduqları üçün fəaliyyətlərinə son qoyulub:

İndi rəssamlar bura bir xəbər olacağı ümidilə gəlirlər
«Bakı şəhər icra hakimiyyəti başçısının göstərişinə əsasən, bütün bunlar qeyri-qanuni küçə ticarəti sayıldığına görə, yığışdırıldı. Bəlkə, alternativ bir yer ayrılacaq, ancaq hələlik elə bir şey yoxdur».

Sənətşünas Ziyadxan Əliyev deyir ki, belə ərazilər həm də qeyri-rəsmi mədəniyyət mərkəziləri sayıldığından onların bağlanması təəssüf doğurur:

SƏRGİLƏRƏ GETMƏYƏ İMKAN TAPMAYANLAR ÜÇÜN...

«Passaj deyilən yer, vaxtilə Azərbaycan rəssamlarının insanlarla canlı təmas məkanı əvvəlki yerinə qaytarılmalıdır. Adamlar çox vaxt muzeylərə, sərgi salonlarına getməyə imkan tapmırlar. Bu yer çox izdihamlı məkanda yerləşirdi. Oranı tamaşaçısız təsəvvür etmək mümkün deyil».

Rəssamlar İttifaqı sədrinin müşaviri Ənvər Qarayev isə bildirir ki, rəssamların ərazidən uzaqlaşdırılması onu da narahat edir:

«Yəqin ki, biz Bakı şəhər icra hakimiyyətinə müraciət edəcəyik ki, təzədən bərpa olunsun. Bu olmalıdır».

Rəssamlar isə darıxır, əvvəlki hay-küy üçün, başlarına yığılan adamlar üçün, ailələri üçün apara bilmədikləri qazanc üçün...
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: rushvetden bezmish Haradan: xarabdan
12.07.2010 18:44
ay allah, bu olkenin axiri nece olacag?? Guc -bele ile ozunu dolandiran, birteher balalarina chorek gazanan ishsiz ressamdan da "dolya" gozleyir bu hokumet. Bele de olke olar??
Cavab

Kimdən: Hökümət
17.07.2010 20:43
xoşun gəlmir köç get!

Kimdən: Samir Haradan: Bakı
12.07.2010 13:46
Ay camaat, nə qoyub nə axtarırsınız, hər şey pulun başındadır. Rəssamlar vergi vermirdilər, ona görə onları çıxartdılar. Məsələ bu qədər bəsitdir.

Kimdən: Bakılı Haradan: Bakıdan
09.07.2010 16:24
Bakı İcra Hakimiyyətinin "dahiyana" Başçısı "küçə ticarəti" adlandırdığı "Vernisaj" sivil dünyada qəbul olunmuş təsviri sənət əsərlərinin satışı üçün təşkil olunur. Sadəcə "Vernisaj"ın işini səliqə-səhmanla təşkil etmək lazımdır ki, əvvəlki antisanitar vəziyyət aradan qaldırılsın. Sənət - gözəllik deməkdir. Elə ona görə də sənət əsərlərinin istər sərgilənməsi, istərsə də satışı təmiz məkanda təşkil olunmalıdır.O ki qaldı "Vernisaj"ın yarada bildiyi səs-küyə, bu çox təbiidir. Axı BOŞALDILMIŞ şəhər kimə lazımdır? İcra Hakimiyyəti deyir ki, bu "birinci ledinin" təşəbbüsüdür ki, fəvvarələr meydanı tam boşaldılsın. Amma hamı bilir ki, cənub şəhərlərində küçə ticarəti: sular, meyvə şirələri, dondurma, qəlyanaltılar hər tin başında satılmalıdır. Həm də çox ucuz qiymətlə ki, maddi imkanları aşağı olan sakinlər satılanlardan yararlana bilsinlər. Yaranan vəziyyət isə ancaq cibi geniş olan restoran və kafe sahiblərinin onsuzda dolu olan ciblərini doldurmağa qulluq edir. İmkansız insanlar isə uğuna-uğuna gəzib feyziyab olmalıdırlar. Meydanın yeni arxitekturasına və dizaynına gəldikdə...dərindən A-HHHH! çəkirəm. Keçmişdə Bakı Baş Tikinti İdarəsi adlanan təşkilatın başında duranlardal biri Emil Axundov deyir ki, Fəvvarələr Meydanının rekonstruksiyasını görəndə özünü çox xoşbəxt hiss etdi. Sanki gözə görünməyən bir memar bu işləri öz boynuna götürərək, Bakını gözəlləşdirib. Emil Axundov hansı "memarı" nəzərdə tutur, hamı yaxşı başa düşür. Amma mən o memarın adını yazmıram, çünki onu memar saymıram. O ki qaldı Emil Axundova, Vallah, 70 yaşı atlamış, özünü tikinti sahəsində mütəxəssis sayan bu adamın yerinə mən utanıb-qızardım. Düşündüm ki, yəqin hakimiyyətə yaltaqlanmaqla o, fikirləşir ki "Bakı Baş Tikinti İdarəsi" bərpa olunacaq, onu da ora başçı təyin edəcəklər. Eh, Emil bəy! Bu işin axırı nə olacaq? İtirə-itirə gedirik. Sizi də belə itirdik! Siz deyildiniz göydələnlərin tikintisinin və bununla Bakının eybəcərləşməsinin əleyhinəə gedən? Necə diliniz döndü ki, bərba olunmuş Fəvvarələr meydanının yeni quruluşunu ağız dolusu tərifləyəsiniz? Bəlkə Qırmızı Fənərlər Alleyasını daha çox bəyənmisiniz?
Cavab

Kimdən: Sakin Haradan: Paytaxtdan
10.07.2010 00:03
Bizim xanım həm memardır, həm rəssamdır, həm talasemiya uzmanı, həm muğamşünas, həm ... daha nələr-nələr sadalamaq olar. Bircə onun adına yazdırılan diplom üzrə çalışmaq yada düşmmədi. Nəisə...

Kimdən: ex bakili Haradan: UK
09.07.2010 15:38
o yer, o kuche menim ve menim kimilerin Bakida yegane zovg aldigim ve kechmishimi xatirladan kuche idi..

Sen ne ish gorduyunu bilirsen Hacibala muellim??

Kimdən: Polis.Postovoy Haradan: Bazardan
09.07.2010 15:17
Biz hamisinnan hagg alirig.Semicka satannanda bunlar xeyr olag göyden gelibler ? Zehmet ceksinler hagg ödäsinler.

Kimdən: yorulmush bakili Haradan: xarabaya galmish yerden
09.07.2010 15:04
Hcibala muellim,

ne geder gec deyil aglini bashina yig. Ve bu yanlish addimi duzelt. Yoxsa bu mesele de shishib Azerbaycana daha bir uzgarasi getire biler.

Senin ne Azad ifade haglarini bogmaga ne de ki, eski Bakinin gorkemini oz bildiyin kimi kasiblashdirmaga haggin yoxdur!!
Cavab

Kimdən: İnsan övladı Haradan: Vətəndən
10.07.2010 00:10
Əzizim, olmayan şeyi heç Hacıbala da yığa bilməz. Ağlı var ki, başına da yığsın? Xəstəliyə gülmək qəbahətdir. Hacıbala Abutalıbov Leninqradda yaşadığı dövrdə xəstəxananın Psixiatriya şöbəsində müalicə alıb. Buna sözüm yox. Allah şəfa versin! Sözüm odur ki, müalicə olunsa belə diaqnozuna görə Hacıçbalanı gətirib bir şəhər ağıllı adamın başında qoyanların ağlı varmı?
Cavab

Kimdən: SHAXTABABA
10.07.2010 02:16
Insan ovladina@ Atalar deyib:gulag har gun bir shey eshidmasa kar olar.Hacibala dayinin xasta olmasina cox uzuldum.Deyirsan Allah shafa versin.Allah shafa vermak ucun balka dayini ziyarata gondarak?Sonrada olsun Haci hacibala

Kimdən: Arif Haradan: Bakı
09.07.2010 14:59
Rəssamları yerinə qaytarmaq lazımdır!

Kimdən: Mehmet Haradan: İstanbul
09.07.2010 12:57
Şaşırıyorum ya, ne biçim insanlar varmış. Abi, bu bir kültürdürç yasaklamak da ne demekmiş. Pes yani...

Kimdən: Bakini seven Haradan: ABS
09.07.2010 12:26
Icra hakimiyyetinin qanunsuz kuce ticareti olaraq adlandirdigi fealliyyet dunyanin butun sivil olkelerinde ifade azadligi (freedom of expression) olaraq qiyemtelendirilir. Ekser yerlerde kucelerde seyyar ticarete icaze verilmese bele bu qadaga ressamlara ve diger senet adamlarina shamil edilmir. Bele ki, benzeri mehdudiyyetler soz azadliginin mehdudlashdirilmasi kimi qiymetlendirilir. Misal ucun ressam ozunun cekdiyi senet eserleri ve yaxud da heykeltarash yaratdigi diger senet eserleri ile ozunu ifade edir. Amerikada kucede seyyar ressamliqla meshqul olmaq ucun TAX ID (yeni vergi kimliyi) kifayetdir ve bu seneddi sheher meriyasindan almaq bir saat veaxt cekir.

Belelikler qerib vetenmizde (qerib ona gore deyirem ki, insanin azad olmadigi her bir yer onun ucun qeribdir) yaziq ressamlarinda huquqlari pozulur.

Kimdən: Axmed Haradan: B..bakidan...
09.07.2010 11:35
beli gunden gune sakinlerinin gozunde kicilen Bakidan...o ki qaldi ressamlara...mesel var Pulum olsa hakime ele mehkemede s.....//// bu bizim bu gun ku gunun telebidir(tessuf ki )...Tak cto qardashlar memurlarin pullarini(Shapkasini ) vermeseniz ne medeniyyetimiz olacaq nede onu yaradanlar.
Səhifə (3)
    Növbəti