Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:52

Bloqlar / Qorxmaz Əsgərov

Demokratik mübarizənin məntiqi

Şriftin ölçüsünü dəyiş - +
Mübarizə mübarizədir, fərqi yoxdur hansı məsələ üstündə gedir, yaxud qarşıduran tərəflər kimdir. Qalib gəlmək istəyən tərəf qətiyyət, rəqibin basqılarına səbrlə sinə gərmək və sonadək ardıcıllıq nümayiş etdirməlidir.

Amma o da var ki, Azərbaycandakı mübarizə şərtlərinin öz özəllikləri var.

İki siyasi liderin sitatı ilə vəziyyətə aydınlıq gətirməyə çalışaq:

1. Musa peyğəmbər yəhudiləri səhrada 40 gəzdirəndən sonra bütün o regionda yeganə yeri tapdı ki, orada neft olmasın (İsrailin baş naziri Qolda Meyr).
İnsafən demokratik qüvvələr ciddidən-ciddiyə döyüşəndə ortada nailiyyətlər də olur. Son iki ay ərzində müxalifət altı etiraz aksiyası keçirib. Artıq Bakı Şəhər İcra Hakimiyyətinin qadağasının əvvəlki nüfuzu yoxdur

2. Əgər cəhənnəmin içi il yeriyirsənsə, addımlarını yavaşıtma, yoluna davam et (Britaniya baş naziri Uinston Çörçil).

Birinci sitat Azərbaycanın problemlərinin qaynağına işarə edirsə, ikinci sitat çıxış yolu təklifidir.

KLİNTONUN SƏFƏRİNDƏ NƏYİ QABARDAQ?

Hillari Klintonun Azərbaycana səfərini bir xeyli baxış bucağından şərh etmək olar:

«Bakıya gəldi, dedi ki, 18 il ərzində ölkə inkişaf edib» də demək olar, Heydər Əliyevin məzarı üstünə gül qoymaqdan imtina etməsini də qabartmaq olar;

«Ukrayna və Gürcüstandan fərqli olaraq Azərbaycanda müxalifət liderləri ilə görüşmədi», «demokratiyanın uzun bir yol olduğunu vurğuladı» da demək olar, «Azərbaycanda demokratiya ABŞ üçün əsas prioretlərdəndir dedi» də demək olar.

NƏ ŞİŞ YANSIN NƏ KABAB

Reallıq isə budur ki, ABŞ dövlət katibi Azərbaycanda avtoritarizmi açıq dəstəkləyəcək bir səviyyəyə düşə bilməzdi və düşmədi də, lakin demokratik düşərgənin hazırkı qüvvəsinin ölkədə hakimiyyəti dəyişmək üçün yetərli olmadığını görübən Əliyev hökumətinə açıq müharibə də elan edə bilməzdi və bunu zatən etmədi də. Səfər «nə şiş yansın, nə kabab» ruhunda keçdi. Bəs elə isə bu səfərdən nə nəticə hasil olur?

MÜXALİFƏT İSTƏDİYİNİ EDİR

Sualın cavabını Çörçil verib: Çətindir, ağırdır, amma yola davam etməkdən başqa çarə yoxdur. İnsafən demokratik qüvvələr ciddidən-ciddiyə döyüşəndə ortada nailiyyətlər də olur. Son iki ay ərzində müxalifət altı etiraz aksiyası keçirib. Artıq Bakı Şəhər İcra Hakimiyyətinin qadağasının əvvəlki nüfuzu yoxdur. Müxalifət istədiyi yerdə, istədiyi vaxt öz etiraz aksiyalarını təyin edir və keçirir. Bu nümayişləri dağıdırlar, insanları həbs edirlər, amma bir anlığa indiki vəziyyəti məsələn 2007, 2008, yaxud lap elə 2009-cu illə müqayisə edin. Fərq ortadadır.

17 İLİN SÜSTLÜYÜNÜ 2 AYA ARADAN QALDIRMAQ

Hələ ki, müxalif düşərgənin aksiyaları cəmiyyətin siyasi süst hissəsini prosesə cəlb edə bilməyib.

Lakin nəzərə alsaq ki, bu süstlük 17 ilin süstlüyüdür və müxalifət cəmi iki aydır ki, indiki aktivliklə işləyir, bunu da başa düşmək olar. Demokratik qüvvələr öz mübarizələrində, öz aksiyalarında ardıcıl olduqca daha çox insanın proseslərə qoşulması sadəcə bir zaman məsələsidir. Hələliksə... Çörçilin sitatına bir daha nəzər salmaq pis olmaz: Əgər cəhənnəmin içi ilə yeriyirsənsə, addımlarını yavaşıtma, yoluna davam et.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Maharram Goyushoglu Haradan: qazax
12.07.2010 15:37
teshekkurler, Qorxmaz bey, dogru tehlil idi.amma mence bu sustluk daha cox 2003-2005-ci illerden hakim kesildi cemiyyete ve siyasete.

Kimdən: Nabatəli Qulamoğlu
07.07.2010 16:03
Hər bir məqalə versiyadır- bu aksiomdur. Lakin hər dəfə Qorxmaz bəyin yazısını oxuyanda belə fikirdən daşınırsan.

Kimdən: biteref Haradan: uae
06.07.2010 20:34
yaxshi bir atalar sozu var.qonshuya umid olan shamsiz qalar.ay filankes gelib bizi qurtaracaq.bu gun Klintondu sabah kimi gozleyeceyik.......

Kimdən: Dovlet_adami Haradan: Baki
06.07.2010 18:55
Hillari Klinton bashqa bir dovletin resmi numayendesidir ve o tebii olaraq hansisa bir dovleti idare eden hokumeti yixacaqi ile bagli bir-basaha mesaj vere bilmezdi. Diqqetli oxucukar fikir verseler, Hillari Klintonun demokratiya ve vicdanli, edaletli idareerme haqqinda hetta cox keskin ve birbasha mesajlari oldu. Diplomatikcesine o demokratlara destek vereceklerini, bundan otru onlarin sebrli ve oz islerinde davamli olmalarini istedi. "Bu menim ilk seferim deyil ve men bir daha bura gelecem ve bizim butun catishmazliqlari muzakire etmeye hele cox vaxtimiz olacaq" cumlesi az sey demir, bir nov sizi yoxlayirama oxsayir. Sizin qarshiniza qoydugunuz meqsede ne qeder sadiq qalmaqiniz bizim size destek verib-vermemeyimize adekvatdir demek isteyir. Cunki agli bashinda olan her kes bilir ki, edaletli idareetme, vicdanli, sosial problemsiz heyat, demokratik prinsipler hetta ABS kimi olkelerde bele boyuk cetinlikler hesabina elde edilib. Klinton bizim bu cetinliklere hele bundan sonra da ne qeder dozumlu olacaqimizi ve yeni duzen ucun hansi fedakarliqlara qatlana bileceyimizi yoxlamaq isteyir. O, olkede olan siyasi-ictimai problemleri olduqca dolgun qabarda bildi, genclerle gorushu xususi olaraq vurgulamasi o demek idi ki, AZERBAYCAN GENCLIYI desteyinde ABS kimi fovqel guce arxayin ola biler, Klinton xususile gencleri toparlanmaqa, demokratik herekata qosulamaqa sesleyirdi bununla. Butun bunlar Hillari Klintonun shexsinde ABS administrasiyasinin Azerbaycanda deyisiklikleri heqiqeten arzuladigini gosteren impulslar idi. Cemiyyetin hereketverici quvvesi kimi GENCLER bu mesaji anlamali, toparlanmali, boyuk bir guce cevrilib dovleti idare eden ve bundan sonra da idare edecek hokumetlere dovletin esas bir sutununu xatirlatmalidirlar ve bunun tam zamanidir. ABS ve onunla eyni prinsipleri bolushen AVROPA bu isde genclere boyuk destekdir. Bunu iki bloggerin hepsine az qala butun demokratik olkelerin hokumet ve parlament uzvlerinin etiraz dalgalari da subutdur. ALLAH HEC KESE SEBR VERMESIN..!!!

Kimdən: Nizami
06.07.2010 18:34
Qorxmaz bəy təşəkkürlər obyektiv təhlül üçün.

Kimdən: Elcin Haradan: Baki
06.07.2010 17:32
Tesekkurler Qorxmaz bey deiqi analizdir. Biz gozumuzu Amerikaya timekle sehv edirik esas is burada gorulmelidir

Kimdən: Anonim
06.07.2010 17:15
Yaxsi olar di ki, bizim muxalifet, demkoratik birlik oz aktivliyini seckiden sonra da azaltmasin, aksiyalarina davam elesin, amma bu bele olmur. Seckide iqtidar saxtakarliqla qalib gelir, seckiden once super aktiv olan muxalifet, seckiden sonra qefleten sonur ve yox olur, bir iki dene qetname qebul edir ki, beli, secki saxta idi, biz bunu tanimiriq ve sair. Vessalam, bes sonra? Hani sizin etiraz aksiyalariniz, hani sizin sona qeder, olene qeder mubarizeniz? Sohbet Cercilin sozlerinden gedirse, onda o sozlerin menasi ele budur, axira kimi getmek, neyin bahasina olursa olsun, seckilerin neticesine baxmadan, saxtakarliglara baxmadan, mehz ele o saxtakarliglara qarsi chixmaq ucun ve onlarin qarshisini alamaq ucun Mubarizeni dayandirmaq OLMAZ!. XALQ ve DEMOKRATIYA NAMINE! Bunu Muxalifet ede bilse, millet qeflet yuxusndan oyanar, o zaman istenilen meqsede catmaq mumkun olar. Eks teqdirde, bu sonukluk esirlerle davam ede biler.

Kimdən: biteref Haradan: uae
06.07.2010 17:05
bu polislerin azerbaycanli olub olmadiqina shubheyle yanashiram . mitinqi daqitmaqcun getirilen polisleri haradan getirirler?ne qadin bilirler,ne yashli

Kimdən: Novruzun kicik oglu. Haradan: Almaniya
06.07.2010 16:46
Gorxmaz Bäy tesekkür edirem sizä . Sizin fikirlerinize mende serikem.