Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:08

Siyasət

Bu qız kimdir?..

Şriftin ölçüsünü dəyiş - +
Hillari Klinton əri və qızı ilə birlikdə, 1997

İyulun 3-də ABŞ Dövlət katibi Hillari Klinton Bakıda rəsmi səfərdə olacaq. Qərara gəldik ki, xanım Klintonu sizə daha yaxından tanıdaq.

...23 yaşlı Hillari özü Billə yaxınlaşır: «Əgər siz gözünüzü məndən çəkmirsinizsə və mən də sizə baxmaqdan özümü saxlaya bilmirəmsə, gərək ən azı bir-birimizin adımızı öyrənək - Mənim adım Hillari Rodemdir».

Hillari və Billin toyu, 1975
ABŞ-ın indiki Dövlət katibi Hillari Klinton özünün həyat yoldaşı - keçmiş prezident Bil Klintonla Yel Universitetinin Hüquq fakültəsində belə tanış olur.

Bir müddət sonra Bill Hillariyə evlənmə təklifi edir: «Sənin xoşladığın evi aldım. Orada tək yaşaya bilmirəm, yaxşı budur gəl evlənək».

1975-ci ildə onlar evlənirlər... 23 il sonra isə Billin Hillariyə xəyanətindən bütün dünya danışanda da, Hillarinin reaksiyası gözlənilməyən olur. Bu haqda bir azdan.

Hillari Klinton 1947-ci ildə İllinoys ştatında, Çikaqoda doğulub. Yel Universitetini bitirib.
Bill Klintonla evlilikdən Çelsi adlı qızları dünyaya gəlir. Gənc ana karyerasını da unutmur, Arkanzasda yaxşı vəkil kimi ad çıxarır. 1977-ci ildə artıq onu nüfuzlu Hüquqi Xidmətlər Korporasiyasının idarə heyətinə seçirlər, çox keçmir ki, bu qurumun sədrlik kürsüsünü də ona tapşırırlar.

Bill Klinton Arkanzas ştatının qubernatoru olduğu dövrdə Hillari Arkanzas Təhsil Standartları Komitəsinə sədrlik edir, Arkanzas Uşaq və Ailə Vəkilliyinin əsasını qoyur, Uşaq Müdafiə Fondunu
Bill və Hillari qızları Çelsi ilə, 1980
yaradır.

1992-ci ildə Bill Klinton ABŞ-ın prezidenti seçilir. Ölkənin birinci xanımı ictimai fəaliyyətini davam etdirir və ailə, uşaq problemlərin aradan qaldırılmasına yardım edir. Övladlığa götürülmə, yeniyetmə hamiləliyi hallarının azaldılması ilə bağlı islahatların aparılmasına nail olur.

Hillari Klinton insan haqları və demokratiya haqda çıxışları ilə də yadda qalır. O, həmin illərdə Dövlət katibi işləyən xanım Madlen Olbraytla birlikdə hökumətin «Vital Voices Democracy Initiative» təşəbbüsünü irəli sürür. Bu təşəbbüs dünyada qadın liderlərin yetişdirilməsini nəzərdə tutur.

2000-ci ildə Hillari Klinton ABŞ Senatına seçilir. Amerika tarixində birinci hadisə idi ki, 1-ci xanım Senata üzv olurdu.

Hillari və Bill, 1976
Senator kimi o, daha çox iqtisadi imkanların artırılması, keyfiyyətli tibbi yardım kimi məsələləri dəstəkləməsi ilə yadda qalıb.

1998-ci ildə Hillarinin ailəsindən az qala bütün dünya danışmağa başlayır. Ağ Evdə təcrübə keçən 22 yaşlı Monika Levinski ilə Bill Klintonun romantik münasibətləri haqda bütün media danışır. Hillari rəsmi şəkildə bəyan edir ki, o, ərini dəstəkləyir və bu hadisənin Billi gözdən salmaq üçün qurulduğuna inanır.

2006-cı ildə Hillari Klinton yenidən Senata seçilir və 2007-ci ildə prezidentlik uğrunda mübarizəyə başlayır. O, digər namizəd Barak Obama ilə birlikdə praymerizə qalır, Barak Obama prezident seçiləndən sonra o, da Dövlət katibi olur.

Hillari Klintonun memuarı və uşaqlar haqqında yazdığı «It takes A Village» («Bir qəsəbə lazımdır») adlı kitabları bestsellerdir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: sosiolog
05.07.2010 13:54
guzguye@

sizin de "maraginiz" varsa lap yashi! Tegdirelayig haldir!

Yegin ki, bundan sonra hech kesi "maraglarina" gore ittiham etmeyeceksiniz. Sadece olarag bir sheyte teessuflendim ki, bir chox insanlar "marag" sozunu tam menasi ile anlaya bilmirler ve normal maraglari anormal maraglardan da ayira bilmirler.

Umumiyyetle ise men "hirsli adam deyilem. Sherh genish oxucu kutelsinin yaxshi "hezm ede bilmesi" ucun bir az loru formatda yazilib ve emosional tesir bagishlayir. Mexaniki ve texniki sehvler ise sherhlerin telesik yazilmasinin ve kemiyyet choxlugunun gostericisidir.
P.S. menim shexsi "maraglarimla" tanish olmag maraginiza ve diggetinize gore teshekkur edirem!;-)

Kimdən: renat Haradan: baku
05.07.2010 11:14
Xnım Klinton eravanda bəyan edib ki Türkiyə sərhədi açsın .Bu çox yaxşı. Bəs niyə bəyan etmirki ermənistan işğal etdiyin Azərbaycan torpaqlarından cıxmalısan. Onda mən deyərdim afərin belə xanıma..... !
Cavab

Kimdən: solmaz hagverdiyeva Haradan: Hollandiya
05.07.2010 14:48
renata@

xanim Klinton mehkeme ve ya konfliktolog deyil ay agilli, o Dipllomatdir, Diplomat!!

Kimdən: Bilal Klinton
04.07.2010 18:19
Bu artıq qız deyil,O,indi dünyanın 1 nümrəli xod gedən XANIMAĞASIDI
Cavab

Kimdən: shikayetsi Haradan: bazarbaycandan
05.07.2010 13:06
bilal klintona@

sen deyesen sehv saldin , "xanimaga" bizdedir. Gebuluna getmek istesen, polis gelib senin gulagini keser!

Kimdən: Mətanət Haradan: Bakı
04.07.2010 12:38
Azərbaycana-Bakıya çox siyasətçilər gəlib və gedib.Bu da həmçinin gəlib-amma nə ilə getməsini sonra biləcəyik....Kişinin papağını kişi özü goruyar
İvan,Andrey,.Con bizim torpağın mənafeyini güdən deyil...

Kimdən: aqrqdespul Haradan: elish
03.07.2010 16:12
beh beh beh birce bu xanimin yeri eksik idi. gelsin gorek bu ne deyir: qarabagimizi ala bilecekmi .qarabagin alinmasi ucun ARVADLARA umid baglayiriq. halbuki ozleri ishgalci bir olkediler
Cavab

Kimdən: xanim
04.07.2010 01:52
he, sen evde yat gozle! Xanimlar gelib sene "Garabagi" alib vermelidirler! hem de senin bashga problemlerini, huguglarini, sosial haglarini da berpa etmelidirler!

Kimdən: güzgü Haradan: Bakıdan
03.07.2010 02:21
Hillarini tanımıram, ancaq bu qız onda cəsur bir amerikalı gəncin gələcək. bəlkəıdə artıq sevgilisi idi. O dövrlərdə gənc sabit Bill Klinton Vyetnama müharibəyə getməkdən imtina etmişdi. səhv etmirəmsə gərək ki. cəzalandırmışdı da. səhv etmirəmsə Kasus Kley (Məhəmməd Əli) də bu hərəkatı ondan evəl etmişdi.
Ona görə bu qıza həyatda. şanslı olmağında və öz iş fəaliyyətindəki bacarığına görə Billdən geridə qalmadığını , həyatda sübut etdi.
Bunlar hər ikisi ər və arvaq gözəl amerikalıdırlar. və öz ölkələrinin demokratik dəyərlərini sevir, və Amerika uğrunda çalışıb vuruşurlar.
Omların hakimiyyətdəki durumları, fəaliyyətləri Azərbaycanın maraqları ilə üst-üstə düşməsə də öz dövlətlərinə sadiq insanlardır, bu yondən bu qıza qiymət vermək olar.
Bu ər arvad nə qədər gücl demokratiya tərəfdarı olsalarda, onlar hakimiyyətdəki fəaliyyətləri devrində, dünya demokratiyasının yox, amerika demokratiyasına , amerikanın siyasətinə sadiqdirlər.
Ona görə onlar hakimiyyətdə olarkən onlardan, Azərbaycanın xeyrinə heç nə ğözləmək olmaz, çünki onlar Azərbaycanın yox Amerikanın maraqlarını qoruyurlar və əsl AMERİKALIDIRLAR.
Cavab

Kimdən: sosiolog
03.07.2010 15:01
guzguye@

evvela tanimirsansa oxu, axtar, tedgig ele ve tani. Bele ki ictimai insanlari tanimag ve gorduyu ishlere nezer salmag chox acandir.

Ikinciside her kesin "oz maraglari", ve her dovletin, siyasetchinin de hemchinin "oz maraglari" var!

Ele menim de "maraglarim" var!! Ve her kesin de "maraglari" olmasa o menasizlashar ve mezmunsuzlashar.

Kul o adamin bashina ki, "maraglari" yoxdur ve ya "maraglar" sozunun hegigi ve saglam menasini basha dushmur!

Bildin?
Cavab

Kimdən: güzgü Haradan: Vətəndən
05.07.2010 04:46
sosiolog müəllim yada yəqin müəllimə (çünki yazılarınızda "kül başına" k\əlməsi işlədirsiniz) Hillari Klintonu 10 ildən çoxdur artıq dünya siyasətçiləri tanıyırlar, yəni bu xanım siyasətçi kimi özünü çoxdan göstərmişdir.Ədəbiyatı görünür zəif bilirsiniz, mən tanımıram sızünü məcazi mənada yazmışam, yazıdan da görünür ki, onun haqqında məlumatım vardır.
"Maraq" söhbətinə gəldikdə mən şəxsən Gənc Klinton Vyetnama getməkdən imtina etmişdisə mən əksinə inistitda öxuyarkən ( artıq həbiçi atilerist zabit idim, 20 yaşım var idi, yüksək rütbəli müəllim zabiylərimiz o devrlərdə Vyetnamda hərbi təlim keçirdilər) Vyetnema Amerikalılara qarşı vuruşmağa, SSRİ hərbi nazirinə ərizə yazmışşdım, yəni onda mənim maraım var idi , bu gündə mənim marağım vətənimizin maraqlarını qorumaqdır. Sizin də "sosioloq" olmağınıza baxmayaraq yazınızda maraqlarınızı açıqlamamısınız, ancaq öz marağınızın olması haqda yazırsınız.Açıqlasanız oxuyanlarda maraqlanardı.
Xahiş edərdim ki, təkrar mənim və özünüzün yazınızı təkrar oxuyun, özü də yazanda əsəbi hisslərlə yazmayın, sağlamlığınıza fikir verin.
Azərbaycanca yazanda yazınıza fikir verin "güzgü" ilə "guzgu"nun hüç bir əlaqəsi və oxşarlığı yoxdur.Kiçik hərflərlə cümlə başlamaz.

Sizin sonda yazdığınız "Bildin?" frazasını heç anlamadım, nəyi bildirmək istəyirdiniz, heç olmasa bir iki kəlmə ağıllı fikir yazardınız, bilərdim nə demək istəyirdiniz.

Kimdən: Musteqil Haradan: Baki
02.07.2010 23:21
Allah saxlasin,gözel qizdir.Azerbaycana gelir xosh gelir.Qonaq Allah qonaqidir.Bu bizim adetimizdir, qonaqi guleruzle qarishlamaq.Qonaqi guler uzle yola salmaq.Lakin gelirdi hec olmasa bir milyon dollar onun ucun ne idir getirib,Azerbaycanda sosial veziyyei agir olan,xeste ushaqlara,valdeyini olmayan ushaqlara yardim ederdi.Oho bu Klinton isteyirmish,1 milyon dollar getirmeye,lakin Obama icaze vermemish.Ona göre ki,Obama söylemish Azerbaycan hakimiyyetinde ele akulalar var ki, o 1-milyon dollari o deqiqe udacaqlar. Ushaqlara catmayacaq.
Yaxshisi budur elibosh get,eli dolu gel.Bax bele
Cavab

Kimdən: rushvetden bezmish
03.07.2010 01:55
mustegile@

yaxshi zarafatdir amma heyf ki, dilenchilik missiyasi ve motivleri uzerinde koklenib. Yene de "getirmek", "vermek"," aparmag" ve s.

Ne geder ki, bu mentalitet ve dushunceler bu uslubda koklenib biz ele dilenci gununde galacagig..
Cavab

Kimdən: leonid brejnev Haradan: sanktpeterburq
03.07.2010 09:21
Allah sizden razi olsun bu millete de iman insaf versin bir zamanlar Uca Allah Musani ve qovmunu denizi asharaq Firondan xilas etdi ve dedi O sheherde sizinchun mesken var gedin savashin ve sheheri ele kechirib orada meskunlashin onlar dediler ey Musa sen ve Rabbin gedin savashib orani alin biz burada gozleyirik Allah da sonunda 40 il onlari o sehrada terk oedi indi biz de o yehudilerin misali kimi terk olunmushuq ne zaman Rabbimize yonelerik o zaman biz haqq uzere qalib olacagiq inshaAllah zefere dogru inshaAllah uzulme ogullar var milletin ichinde.

Kimdən: K O M M U N İ S T Haradan: GiZLi BAKI
02.07.2010 10:18
Mən tərcumeyi hallara inanmıram,əsas əməldir,əməlinizi isə dunya İraqda və Əfqanıstanda nədən ibarət oldugunu yaxşı gorur.Mənim ucun siz İMPERİALİZMİN kuklasısız vəssalam....
Cavab

Kimdən: elis
03.07.2010 16:14
ehsen bu meselede seninle raziyam.
Cavab

Kimdən: imperialist
02.07.2010 21:03
gemuniste@

ciliz maraglara malik olub insanlari iyrendirmekdense boyuk imperiya maraglarina sahib olmag daha yaxshidir!!
Cavab

Kimdən: esl kommunist
02.07.2010 16:32
Sen adini kommunist goyub esl kommunistlerin adini lekeleyirsen. Senin yazilarindan bele görünür ki, sen anarxistsen. Senin kimiler ancag kommunistliyin üz garasidir.
Cavab

Kimdən: kechmish gemunist
02.07.2010 11:34
bes. bu koku silinmekde olan yararsiz gemunistler imperialist deyildiler??

Kimdən: Seyran Haradan: Ukrayna
02.07.2010 01:38
Mehriban Eliyeva Hillariden qat-qat yuksek uqurlu nailiyyetleri var.Hem de Hillariden gozeldi,erine sadiqdi,isguzardi ve sadalamaqla qurtarmaz. Amma ne edek ki,bizim dovlet balacadi ona gore de az yerde taninir.Men onunla fexr edirem !!!
Cavab

Kimdən: elish Haradan: ir
03.07.2010 16:20
az sen allah etimizi tokme sen de lap bey terifi vurdun. ishguzarligi dovlet pulunu yemekden ibaretdir.
Cavab

Kimdən: Anonim
03.07.2010 00:28
Haqlısan! Mehriban həm gözəl həm də ağıllı qadındı.
Cavab

Kimdən: pis gunda ,,,,,,,
02.07.2010 19:38
ela bu sozlariviza gora bu gundasiz da ay millat
Cavab

Kimdən: e-furious Haradan: Bakı
02.07.2010 09:39
Ətin tökülsün...
Cavab

Kimdən: shikayetchi Haradan: xarabazardan
02.07.2010 03:21
yaman "ishguzardir"!! Gebuluna geden shikayetchiler hech evleine chatmamish polisler terefinden "blokadaya" alinir!!

Gonderilen shikayetler ise "dang" edib tepemize tokulur!!
Cavab

Kimdən: maral
02.07.2010 02:26
seyrana@

yaman gozeldir! O geder plastik emeliyyat etse nenem de gozel olar!!

Kimdən: oxucu
02.07.2010 00:55
sherhimi niye vermediniz??
Səhifə (2)
    Növbəti