Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:48

Siyasət

Tomas De Val Xankəndində nə eşitdi?

Şriftin ölçüsünü dəyiş - +
«Siz bizdən danışmırsınızsa, biz niyə sizlə danışmalıyıq».

Bunu Dağlıq Qarabağda bir erməni Tomas De Vala deyib. «Siz» deyəndə dünya, «biz» deyəndə Dağlıq Qarabağ erməniləri nəzərdə tutulur.

Məşhur «Qara Bağ» kitabının müəllifi Tomas De Val iyun ayında Dağlıq Qarabağda olub. Onun nəzərinə ən çox çarpanlardan biri o olub ki, yerli ermənilər bu təklənmə dövründə özlərinə daha çox qapanıblar və danışmaq istəmirlər. 14 il əvvəl isə xarici görəndə çox həvəslə danışırdılar.

Britaniyalı Qafqazşünas onu da yazır ki, kiminsə Dağlıq Qarabağa getməsinə Azərbaycanın necə həssas olduğunu bildiyinə görə və hörmət əlaməti olaraq Azərbaycanın Xarici İşlər Nazirliyinə getməmişdən qabaq məlumat verib.

Hazırda Amerikada «Carnegie Endowment» təşkilatında işləyən ekspert özünün səfər təəssüratlarını «Foreign Policy» jurnalında çıxan «Qafqaz qarşıdurması» məqaləsində yazıb:

«Qara Bağ» kitabını hazırlayanda Qarabağa çox getmişəm. İlk dəfə 1996-cı ildə gedəndə Xankəndi tam dağınıq idi. Bircə dənə də dükan yox idi. İndi isə Xankəndi tamamilə yenidən qurulub. Burdakı məktəb, xəstəxana xaricdəki erməni diasporunun verdiyi pullarla işləyir. Qarabağın 200 milyon dollarlıq illik büdcəsinin böyük hissəsini isə Yerevan verir».

GERİ QAYITMAQ HƏLƏLİK REAL GÖRÜNMÜR

Tomas De Val yazır ki, Dağlıq Qarabağ on minlərlə azərbaycanlının evidir. İndi onlar Azərbaycanın müxtəlif yerlərində qaçqındırlar.

O öz məqaləsində sual verir ki, azərbaycanlılar öz evlərinə qayıda bilərlərmi? De Val özü öz sualına «yox» cavabını verir. Yazır ki, indi bu mümkün görünmür. Onun söhbət etdiyi Qarabağ ermənilərinin demək olar ki, hamısı bunun əleyhinədir.

Tomas De Val yazır ki, hazırda sülh təklif olunsa, Qarabağdakı ermənilərin güzəştsiz mövqeyi bu sülhə çətin ki, şans verə.

Ancaq De Val Bakını da səhv addımdan çəkinməyə çağırır. O yazır ki, ildə 2 milyard dollar hərbə pul xərcləyən Azərbaycan bir gün Qərbdən və Qərbin arqumentlərindən uzaq düşüb səhv istiqamətdə səhv addım ata bilər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Hay-huy
08.07.2010 11:53
HƏRBÇİ və TƏRCÜMƏçiyə
Sizin kimi oğullari olan vətən heç vaxt basilmaz,sizin kimilərin gorxusundan heç bir düşmən bizim ləyagətimizi təhgir etməyə cürət etməz!Goy Azərbaycan sizin kimi oğullari ilə fəxr etsin! Keçəl Həmzələrin , Yalinciglarin işi bu gün də yaşamagdadir! Ona görə də Babəklərə ,Cavanşirlərə,Koroğlulara,Nəbilərə hələ ki,meydan yoxdur.Belə düşüncə tərzi ilə gəhrəman azəri xalgi İrəvani,Dərələyəzi,Zəngəzuru,Göyçəni verib,indi də sizin kimilərin hesabina Garabaği verib dərindən nəfəs alar!
Cavab

Kimdən: garabag doyushchusu
10.07.2010 18:23
ay hay-huy, adeten senin kimi hay-kuy salanlar , "guyrugu" berke dushende ve ya muharibenin sert "havasi" burnuna deyende ermeniye dayi deyir...

Sen ozunu Koroglu, Babek hesab edirsen??

Kimdən: herbchi
05.07.2010 14:14
hay-huya@

bes sene, nece herbchi lazimdir? Asib-kesen, populist ve hay-huylu?

Kimdən: herbchi ve tercumeci;-) Haradan: bazarbaycandan
05.07.2010 14:07
kochegara@

ermeniye "xeber gondermek" lazim deyil, ay kochegar! O senin evinin icini de bilir cholunu de. Sadece, culunc herbe zorbalar onlari daha da eylendirir, daha da guldurur.

"Ermeni dozse de, dozmese de" bir shey deyishen deyil. Ermeni aldigini alib, verdiyini verib artig.

"Herbchi ve tercumechi" ise "gabagda getmez" chunki, bilir ki, arxasinda hap-gopdan bashga bir shey yoxdur.

"Uzune tupurulen adam" ise, o zaman "cavab verir " ki, cavabdan sonra axmag ve gulunc yerde galmamasindan emindir.

Kimdən: Mesedi Ibad
04.07.2010 19:00
Meger 2 mlrd hamsi orduya xerlenir? 2mlrd sadece olaraq budceden silinir

Kimdən: baba Haradan: yardimlidan..
04.07.2010 12:43
torpagi qanla vermiwik. qanlada almaq lazimdir..
ay millat bizda birlik yoxdur .....
biliyimiz olsa qarabagi,iravani borcalini,darbandi va tabizida alariq.....
Birliyimiz sozda yox amalda olmalidir..
Cavab

Kimdən: realligdan
04.07.2010 17:18
bashindan boyuk danishma! Tebrizi alanima bax!! Ele bu fikirlerle Tebrizin hendeverine getsen seni goturub, hulgumundan asarlar!!

Kimdən: rushvetden bezmish
02.07.2010 21:18
zahire@

sen lap bosh gab kimi sesler chixarirsan.

Senin en 1-ci hell olunasi problemin normal olkeye sahib olmagindir. Normal, gayda -ganunlu olken olandan sonra bashga "problemlerle" de ugrasha bilersen.

Ozunde, ordun da, arvad-ushaginda korrupsiya ve ozbashinalig icinde birteher olmusan. Amma muharibeden ve boyuk amallardan dem vurursan. Bu lap "toyug ve dari" meselesine oxshayir.

Bedir de, day bu geder de populizm olmaz axi!!
Cavab

Kimdən: Rusvetden iyrenmis Haradan: Rusvetstan
03.07.2010 14:43
Rusvetden bezmis, men senin yerine olsaydim, zahire ikinci cavabi yazmazdim, cunki o cox aydin sekilde seni "ne prav" cixardi... O aydin sekilde yazib ki, muharibeni o vaxt elemek lazimdir ki, qelebeye tam inanaq... O da aydin sekilde yazib ki, bu olkede korrupsiya var ve bununla mesgul olanlar Qarabag ucun mesuliyyet dasiyirlar... O cox mentiqli sekilde deyir ki, Qarabag problemini o biri problemlerden ayirmaq olmaz...
Sen ne deyirsen? Sen deyirsen ki, basqa problemlerle mesgul olmaq lazimdir, Qarabagla mesgul olmaq lazim deyil? Yani Qarabagla mesgul olmamaq ne demekdir? Yazanda agilli bir sey yaz, ya da agilli seyler yazanlara soz atma...
Cavab

Kimdən: koçegar
04.07.2010 14:12
TƏRCÜMƏÇİYƏ

Düzdü gagaş,lap düppədüzdü...Erməniyə xəbər göndərək ki "ay erməni,bir az gözlə,başim garişigdi.Goy evin içində səligə-sahman yaradim,sonra gör sənin başina nə oyun açacam".
Yaxşi,birdən erməni gözləmədi,onda nə olsun?Əh,onda da hərbçi ilə tərcüməçini verərik gabaga ki,"demirdiz hələ tezdi?İndi gedin cavablarin verin."
Bunlar nə özləri başa düşür,nə də başa salan da yoxdu ki,"ay bala,agliniz olsun,üzünə tüpürülən adam başga şey hagginda fikirləşməz,tüpürənin cavabini verər..."
Cavab

Kimdən: tercumechi
04.07.2010 01:46
rushvetden iyrenmishe@

sen yegin ki, "rushvetden bezmishin" sherhini basha dushmemisen. Men lap loru dilinde basha saliram:

Birinci get ozunu zibilin icinden chek chixart, ondan sonra ermeniye "xox" gel! Indi basha dushdun?
Cavab

Kimdən: hay-huy
03.07.2010 01:34
ay rüşvətdə bezen,senin movgeyini başa düşmek olmur.Ya sənə çox rüşvet verib bezdiribler,ya da sən çox rüşvet yeyib bezmisen.İkisinde de özün künahkarsan.Ona-buna şər yaxma.Zahirin fikirleri daha mentigli ve inandiricidir.Teslimçilik movgeyi milleti məhvə aparir.Mübarize aparib bu torpaglarin sahibi oldugumuzu sübut etmeliyik.
Cavab

Kimdən: hay-huy
04.07.2010 13:59
Sənin kimi hərbçisi olan millətin düşmənə ehtiyaci yoxdu. " Ağasi gülüm olanin başina külüm olar!!! "
Cavab

Kimdən: herbchi
04.07.2010 01:42
ay agilli, "chox rushvet alan" hech vaxt bezmez!1 Eksine yeyib-icher shellener, dubayda evler alar, Kemaleddin muellim kimi negmeler yazar ve s.

Eger muharibe isteyirsense get ele. Bu agillla ve bu populizmle sen ele 1-ci gun o dunyalig olarsan.

Kimdən: norge Haradan: avropa
02.07.2010 16:58
Onsuzki geci tezi muharibe qacilmazdir.Amma qalib geleceyikmi,onu deye bilmirem,cunki hal-hazirki veziyyet bu meseleye subheli yanasmaga serait yaradir.Sulh dansigi deyende bunlar sadece oyundur,Men hetda turkiyyenin D kanalinda bundan nece il evvel Arena verilisinde Koceryanin danisigina qulaq asanda bunu tam olaraq anlamisamki muharibesiz mumkun olmayacaq.Cunki o Qarabagda boymus ermeni digasi Koceryan aciq sekilde demisdiki qanla alinan torpaq tekce qanlada qaytarila biler.Ona gorede bizim tek yolumuz var aodaki muharibe.Amma onuda indi basarmariq,cunki ordumuz cox asagi seviyyededir,cunki biz orda ermeni ordusuyla yox rus ordusuyla vurusmali olaciyiq.Eger biz muharibeni ermenilerle etmis olsaq 5 gune Irevana catariq,hal-hazirki ordumuzla.Amma rus ordusuyla vurusmaq ucun hele biz o seviyyede deyilik,Once gerek Azerbaycani ve ordusunu rusvetden qurtaraq.Korrupsiya oldugu yerde guclu,qudretli ordu ola bilmez.Esasida gerek milletde milli ruh oyansin 91-92-93 ci illerdeki kimi.
Cavab

Kimdən: kechmish doyushcu
02.07.2010 21:12
norgeye@

avropada oturub yaman gan-gan deyirsen!!

Lap bizim burnundan uzagi gormeyen populistler kimi!

Kimdən: Zahir Haradan: Baki
02.07.2010 10:27
Men bir seye inaniram. Biz muharibe eleyib torpaqlarimizi almaliyiq. Bugunku veziyyetde bize teklif olunan sulh danisiqlari bizden boyuk guzestler teleb edir, cunki bizim cox boyuk erazilerimiz isgal altindadir ve onlari sulh yolu ile almaq ucun ilk novbede biz guzestler etmeliyik.
Tom de Vala hormetim olsa da, men onun FP-deki meqalede yazdigi "hec kim muharibeni udmayacaq" fikri ile razilasmiram. Biz baslamaliyiq ve udmaliyiq ve bunu qelebe elde etmeye tam inananda etmeliyik. Bunun ucun bize BMT xartiyasinin 51 maddesi tam huquq da verir...
Bir mesele var ki, demokratik islahatlar ve korrupsiya ile mubarize bu isde bize cox komek gostere bilse de, teessuf ki, bu sahelerde boyuk problemlerimiz var... Bu o demekdir ki, korrupsionerler ve avtoritar rejimi yaradanlar gelecekde Qarabagin elimizden getme tehlukesine gore birbasa mesuliyyet dasiyirlar...
Cavab

Kimdən: rushvetden bezmish
02.07.2010 11:41
sen hele get problemlerini hell ele. galsin muharibe etmeyin. Senin kimi avanturistler bu milleti lap avara edib.
Cavab

Kimdən: Zahir Haradan: Baki
02.07.2010 12:52
Ay avanturist olmayan, deyirsen ki, "get problemlerini hell ele"... Yani bu o demekdir ki, senin ucun Qarabag meselesi problem deyil... Yazanda mentiqle yaz.
Senin ucun olmasa da, bu millet ucun Qarabag problemi var...
Sen ve senin kimiler ne teklif eleyir bu olkenin esas problemini hell etmek ucun? Belke torpaqlarimizi verek ermenilere, sonra da senin kimi qocaqlar getsin onlarin kirvesi olsun, bir 30-40 il sonra Naxcivani istesinler... Sen de kirveliyin xatirine Naxcivani da veresen onlara ("oyrenmise tovbe yoxdur" devizi ile) ve sair ve il axir...
Sen rusvetden bezmisen? Bes ele bilirsen, senden basqa hec kes rusvetden bezmeyib? Senin haqqinda danisdigin problemler menim ucun Qarabagdan imtina elemeye esas vermir ve men evvelki postumda gosterdiyim kimi, bunlar bir-biri ile bagli meselelerdir...
Olkesinin 20 faizi isgal olunmus ve dusmeni ermeni kimi bir xeste millet olan (eminem ki, men ermenilerle senden cox gorusurem ve onlarin ne fikirlesdiyini ve ne istediklerini senden de yaxsi bilirem) bir milletin ermenilerin indiki halda teklif elediyi sulhden danismaga haqqi yoxdur...
Sen orda-burda sulh haqqinda nese esitmisen, ele bilirsen ki, sen esitdiyini biz esitmemisik, ve yaxud senin ozun ucun tehlil elediyini biz tehlil elememisik...
Bir de ki, yaxsi olar ki, sen de menim kimi adini gosteresen, ola biler ki, sen meni taniyirsan, men de isterdim ki, senin kim oldugunu bilim...

Kimdən: memur
02.07.2010 02:42
sherhimi niye yediniz?

Kimdən: Xeyyam Haradan: Baki
01.07.2010 19:05
gerek ordumuz torpaqlari geri alsin,sonra baxariq gorek ermeniler nece naraziliq ederler.