Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:11

Eynulla Fətullayev son sözlə iyulun 2-də çıxış edəcək

Eynulla Fətullayev
x
Eynulla Fətullayev
Şriftin ölçüsünü dəyiş - +
İyunun 30-da Qaradağ rayon məhkəməsində narkotik maddə saxlamaqda ittiham olunan jurnalist Eynulla Fətullayevin işi üzrə növbəti məhkəmə proses keçirilib.

Dövlət ittihamçısı Elçin Nağıyev cəzasını ciddi rejimli cəzaçəkmə yerində çəkməklə jurnalistin 3 il az adlıqdan məhrum edilməsini tələb edib.

Dövlət ittihamçısı bu tələbini kimyəvi ekspertizanın yekunları ilə əsaslandırıb. O deyib ki, ekspertiza müttəhimin narkotik maddə qəbul etdiyini təsdiqləyib. O, həmçinin ekspertizanın keçirilməsi üçün 70 manat həcmində xərcin Fətullayevin üzərinə qoyulmasını xahiş edib.

Eynulla Fətullayev isə prokurorun çıxışını hakimiyyətin onu həbsdə mümkün qədər çox saxlamaq cəhdi adlandırıb. Vəkil İsaxan Aşuov isə deyib ki, ittiham sifarişli olduğu üçün Eynulla Fətullayevə bəraət verilməlidir.

Eynulla Fetullayev iyulun 2-de son sozle chixish edecek.

«Realnı Azərbaycan» və «Gündəlik Azərbaycan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev ilk dəfə 2007-ci ildə xocalıların şərəf və ləyaqətini təhqir etmək ittihamı ilə 2 il 6 aylığa həbs olunub. Daha sonra vergidən yayınma və terrorçuluğu qızışdırma ittihamları ilə onun cəzası 8 il 6 aya çatdırılıb.
Ötən il dekabrın 29-da isə 12 saylı Cəzaçəkmə Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapıldığı iddia olunurdu. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu işi əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirirlər.

Avropa İnsan Haqları Məhkəməsi aprelin 22-də Eynulla Fətullayevin dərhal azadlığa buraxılması və Azərbaycan hökumətinin ona 25 min avro təzminat ödəməsi qərarı çıxarıb. Beynəlxalq hüquq müdafiə təşkilatları da Azərbaycan hökumətindən onu dərhal azad etməyi tələb edirlər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Akif Haradan: Bakı
01.07.2010 01:59
Eşq olsun Eynulla Fətullayevə, ki hakimiyyətə əyilmədi! Azərbaycan xalqının belə müdrik və prinsipial oğlan və qızları çox olsa onda bu hakimiyyətdən hamımızın canı qurtarar.

Kimdən: Tənqidçi
30.06.2010 22:45
Eynulla səninlə bir gün bütün Azərbaycan xalqı fəxr edəcək! Səndə olan şir mərdanəliyi və dərin düşüncə tərzi təki bütün Azərbaycan xaıqında olardı

Kimdən: SHAXTABABA
30.06.2010 12:57
Tutalim Eynulla Fatullayevin ustundan hagigatanda heroin tapilib,yaxshi bas o heroini icari kecirmaya komaklik gostaran shaxslar kimlardir?Ay kishilar imaniniz olsun,vicdaniniz olsun,Allaha neca cavab veracaksiniz?Bunu balaca ushagda bilir ki,sizin ucun adami cazalandirmag catin ish deyil.Butun narkotik ela mamurlarin aliyla satilmirmi?Onsuzda butun dunyada biabir olmusunuz,ama iyranc amallarinizdan al cakmirsiniz.Unutmayin ki,sizdanda bir gun hesab sorulscag!
Cavab

Kimdən: Qaqa Haradan: Qervend
30.06.2010 14:43
Men bilen Eynulla bey YAP-in gencler teshkilatinin uzvu olub.Bax butun meselelerin bashinda bu dayanir.Hakimiyyet demek isteyir ki,bize "xeyanet" eden keslerden intiqam alacagam.Bashqalarina ibret olsun deme.
Cavab

Kimdən: media
30.06.2010 15:45
ona galsa men de YAP-da uzv olmusham. Menden niye almir bu intigami?

Eynulla fikirlerinin, usyanchi xarakterinin ve yazilarinin gurbanidir.

Kimdən: AXCP.Uzvu Haradan: Turkiye
30.06.2010 12:47
Eger sehfini basa dusubse men de bu qanunla razi. Yox basa dusmeyibse onda o vaxta qeder uzadilsin ki, sehfini basa dussun...

Hormetle
Cavab

Kimdən: Ramil Haradan: Baki
30.06.2010 20:57
Bu adam yenə də parazitlik edir. AXCP-nin adından yazır. Azadlıq radiosu isə yenə də məsuliyyətsizlik edib buna şərait yaradır. Şərhlər üstündə ara qızışsın deyə.
Cavab

Kimdən: R.E.M Haradan: BAKI
30.06.2010 15:14
Yaxshi ki, sen hakimiyetde deyilsen ,yoxsa hamini nedese sehv cixarib dama basardin.Ne sehv, hansi sehv? Heqiqet var,onu da senin kimiler sevmirler

Kimdən: Dr.-Ing. Haradan: Berlin
30.06.2010 12:38
Avropanin burada ne maragi var?

Yaxshi olar ki, gedib ermenilere qarshi qerarlar verib 70 Milliard Euro vurduqlari zereri odetdirsin.

Gedib Iraqda yetim qoyduqlari 5 Million ushagin qaygisina qalsin.
Cavab

Kimdən: Dr. President aparati
30.06.2010 22:39
Drş_ing. Qardaş öz aramızdır sən deyəsən Berlində yox prezident aparatında oturmusan axı! Özü də kiminsə orda köməkçisi felansan!

belə səviyyəsiz şərhlərin hətta adi nazirliklərdən gəlməsinə inanmiram!
Cavab

Kimdən: Dr.-Ing. Haradan: Berlin
30.06.2010 23:21
Bes senin seviyeli sherhin necedir. Yaz deyerlendirek
Cavab

Kimdən: Camal
30.06.2010 14:16
Avropada yashayasan ve avropadan bu qeder xebersiz olasan. Sen neyi neye qarishdirdigini bilirsen?? Avropa Insan Haqlari Mehkemesi ne Avropa birliyi demek deyil, ne de ki onun chixardigi qerarlar Avropa birliyinin maraqlari deyil. Sen bunu basha dush, sonra bu suali ve novbeti suallarini ver. Suallarini da ele terzde vermisen ki, sanki boyuk bir keshf elemisen.
Cavab

Kimdən: Dr.-Ing Haradan: Berlin
30.06.2010 16:21
Yalan danishirsan!!!

Senin avropa mehkemen ele birinci gerek buradan bashlaya!!! Bashlamirsa demeli...