Şənbə, Fevral 04, 2012 Bakı vaxtı 08:45

Verilişlər / Oxu zalı

“Öncə "Şeytan ayələri”nin çapını dayandırmağa razı olduq, indi fikrimizi dəyişirik"

Eldəniz Elgün
x
Eldəniz Elgün

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
“Öncə "Şeytan ayələri”nin çapını dayandırmağa razı olduq, indi fikrimizi dəyişirik".

Bunu Azadlıq Radiosunun "Oxu zalı"na müsahibəsində "Unikal" qəzetinin baş redaktoru Eldəniz Elgün deyib.

Onun sözlərinə görə, hər həftənin bazar günləri çıxan "Unikal"da üç nömrə dalbadal qalmaqallı Britaniya yazıçısı Salman Rüşdinin "Şeytan ayələri" romanının tərcüməsini çap ediblər, amma heç kim buna reaksiya verməyib.

Amma sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitsindən ona müraciət edilib:

"Bizdən xahiş etdilər ki, əsərin çapı dindarların kəskin reaksiyasına səbəb olar və bizə tərcümənin çapını dayandırmağı tövsiyə etdilər.

Biz əvvəlcə bu tövsiyə ilə razılaşdıq, amma bundan sonra İslam Partiyası və bir neçə QHT bizimlə bağlı etiraz bəyanatı verdilər. Biz anladıq ki, onları üçün Salman Rüşdinin romanı bir bəhanədir.

Sonuncu sayımızda həm də Bakıda İranın gizli şəbəkəsi haqda araşdrma çap etmişdik.

Belə anladıq ki, İranmeylli qüvvələri qıcıqlandıran məhz həmin yazıdır. Bizə Azərbaycanın həqiqi islamçıları yox, irançılar etiraz edir. Buna görə də mən romanın çapını davam etdirmək qərarına gəldim".

E.Elgün deyib ki, onda olan məlumata görə, romanın çapı davam edərsə, gələn həftənin birinci günü bir neçə QHT və özünü dindar kimi təqdim edən bir qrup Sumqayıt sakini qəzeti məhkəmə verməyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini yumurta atəşinə tutmağı planlaşdırır.

Salman Rüşdi
Onun dediyinə görə, belə bir plan Bakıda "Ocaq Nicati"nin nəzarətində olan məscidlərin birində cızılıb.

"Keçən həftənin bazar günü bayram günlərinə düşdüyü üçün qəzetimizin son nömrəsi çıxmayıb, belə təsəvvür yaranıb ki, biz əsərin çapını dayandırmışıq.

Amma əsərin davamını bu həftə çap etdirməyi düşünürük, amma bunun üçün dini komitəyə, daxili işlər, milli təhlükəsizlik nazirliklərinə, Prezident Aparatına, Qafqaz Müsəlmanları İdarəsinə müraciət edəcəyik ki, bizə izah etsinlər, bu kitabı çap etmək Azərbaycanda qadağandırmı? 

Mən əminəm ki belə bir qadağa yoxdur.

Mən əlimi Qurana basaram ki, qəzetə etiraz edənlərin heç biri "Şeytan ayələri"ni oxumayıb.

Salman Rüşdi İslamı təhqir yox, tənqid edib. Azərbaycanda da həmin əsəri dövlət heç bir qara siyahıya salmayıb.

Əgər yaxın günlərdə dövlət orqanlarından müraciətimizə heç bir cavab verilməsə, bizi bununla bağlı müzakirələrə dəvət etməsələr, onda əsərin davamını çap edəcəyik".

"BU, GÖSTƏRİŞ YOX, TÖVSİYƏ OLUB"

İyunun 29-da Dini Qurumlarla İş üzrə Dövlər Komitəsinin təmsilçisi Gündüz İsmayılov Azadlıq Radiosunun “Oxu zalı”na bildirmişdi ki, onlar dindarlardan daxil olan şikayətləri nəzərdən keçiriblər və məsələni "Unikal" qəzetinin rəhbərliyi ilə müzakirə etmək qərarına gəliblər.

Gündüz İsmayılov
“Biz dini ictimaiyyətin narahatlığını qəzet rəhbərliyinə çatdırdıq, bu cür nəşrlərin dindarlar arasında ciddi reaksiya doğurduğunu onlara dedik və romanın tərcüməsinin davam etdirilməsinin məqsədəuyğun olmaması ilə bağlı onlara tövsiyəmizi verdik. Onlar da tövsiyəmizə əməl etdilər”.

Dövlət orqanının qəzetdəki yazının çap edilib-edilməməsi ilə bağlı məsələyə müdaxilə etməsinin söz azadlığına nə dərəcədə uyğun olması ilə bağlı sualın cavabında G.İsmayılov deyib.

“Bu göstəriş yox, sadəcə tövsiyə olub”.

Bəs dini komitə "Şeytan ayələri" ilə bağlı ekspertiza aparıbmı? G.İsmayılov buna "yox" cavabı verib və bildirib ki, onlar dini ədəbiyyatla bağlı ekspertiza keçirirlər.

QƏZET XARİCİ QÜVVƏLƏRƏ XİDMƏT EDİR?

“Unikal” qəzetindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə şikayət edən Islam Partiyasının Ağsaqqallar Şurasının üzvü Hacı Hacıağa Nuriyev müxbirimizlə söhbətində deyib ki, Salman Rüşdinin “Şeytan ayələri” kitabının Azərbaycan dilinə çevrilib çap edilməsində gizli məqsədlər görür.

“Təkcə Azərbaycandakı müsəlmanlar yox, bütün dünya müsəlmanları bu kitaba etiraz edib və edir. O, müqəddəs “Quran”ı “şeytan ayələri” adlandırıb və İran İslam İnqilabının dahi rəhbəri, mərhum İmam Xomeyni onun barəsində ölüm hökmü verib.

Azərbaycan 1,5 milyardlıq müsəlman dünyasının bir hissəsidir.

Yəqin kimlərsə, hansısa qüvvələr Azərbaycanı İslam aləmi ilə üz-üzə qoymaq, onun beynəlxalq imicini korlamaq istəyirlər.

Biz dövlət orqanlarına müraciətimizdə tələb etmişik ki, bu məsələ araşdırılsın, məlum olsun ki, bu qəzetin arxasında hansı xarici qüvvələr dayanır. Bu ermənipərəst qüvvələr də ola bilər”.

Hacı Hacıağa bu qadağanın söz azadlığı ilə bağlı olmadığı qənaətindədir.

Hacıağa Nuriyev
“Söz azadlığı o demək deyil ki, Azərbaycan xalqının milli-mənəvi hissləri təhqir olunsun. Beynəlxalq qanunlarda dinlərin toxunulmazlığı prinsipi var, yəni heç bir dini təhqi etmək olmaz”.

Əsəri oxuyub-oxumadığına gəlincə, İslam Partiyasının yetkilisi deyib ki, “vaxtilə həmin kitab oxunub və ona qiymət verilib”.

“Bir kitabın adında ki, “Quran ayələri” “şeytan ayələri” adlandırılır, buna necə haqq qazandırmaq olar?”

"Şeytan ayələri" ilk dəfə 1988-ci ildə çap edilib və bir sıra İslam ölkələrində kəskin etirazlara səbəb olub. 1989-cu ilin fevralında İranın ali dini lideri Ayətulla Xomeyni onun barəsində ölüm fitvası verib. \

Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılıdan məsələyə münasibətini soruşduq. 

"Dünyada Salman Rüşdinin əsərləri ilə bağlı böyük səs-küy olsa da, qorxuram ki, Azərbaycanda "Şeytan ayələri"ni oxuyan çox azdır.

Əgər insanlar bununla bağlı fikir yürütmək fikrinə düşsələr, sözsüz ki bunu oxumalıdırlar. Oxumadan kimisə ittiham etmək olmaz.

Ümumiyyətlə mən hesab edirəm ki, əgər o romanda dini ayrı-seçkiliyə çağıran, dini hissləri açıq-aşkar təhqir edən, çox ciddi qarşıdurmaya yol açacaq bir məqam yoxdursa, bunun çap olunması heç də o fikirlərin bölüşdürülməsi kimi başa düşülməməlidir. Bu, sadəcə kiminsə fikirlərinin çatdırılmasıdır.

İnsanların o fikirlərlə tanış olmaq hüququ olmalıdır, bunsuz söz azadlığından danışmaq olmaz".

R.Hacılı deyib ki, indiyəcən romanı oxumaq imkanı olmasa da, bunu etmək istərdi. 

Həmçinin oxu
Salman Rüşdi daha qorxmur
Salman Rüşdi gizləndiyi illərdən əsər yazacaq 
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: ali Haradan: baki
09.07.2010 16:03
Bu kitabi gundeme getirmek Islam dinine xeyanetdir.Ister Sunni olsun ister Sie,hamimizin peyqamberi Muhemmed(s.a.s.)dir.Bu kitab ise onu tehqir edir.Bu kitabi yazan ve yayan muselman ola bilmez.

Kimdən: Anar
04.07.2010 10:08
Istenilen halda, dunyaca meshur bir kitabin dilimze tercume olunmasi algishlanmalidir. Qoy oxuyub hare ozune gore netice cixarsin, Kitabdan, ichindeki fikirlerden "qorxmaq" yalniz zeifliyi gosterir. Eger dininizden bu qeder eminsinizse etiraz etmek neye gerek?
Biz Iran deyilik, islam dovleti de deyilik. Bu neshr hem de iranperestlerin - Ilqar Ibrahomoglu ve terefdarlarinin - ideologiyasina gozel bir "sille" olar. :)
Cavab

Kimdən: hilal Mammadov Haradan: Baki
05.07.2010 18:53
Oxucu@

Əziz dost, bəzi dünyəvi və dini fikirayrılıqlarımıza baxmayaraq, bunu da qəbul etməyə borcluyuq ki, dərin ensiklopedik, dini-fəlsəfi və dünyəvi biliklərə malik bir alim-tədqiqatçı və xətib-ilahiyyatçı kimi, İlqar İbrahimoğlu müasir ictimai-siyasi-sosial həyat normalarımıza dair müvafiq şərhlərini (və hətta fetvalarini) vermək hüququna malikdir. Amma, bu o demək deyildir ki, o, öz fikirlərini zorla bizə “sıramaq” istəyir, əsla yox, İslamda zorakılıq yoxdur – hətta Allahi da kimsə qəbul etməyə bilər, din – insanın VİCDANi məsələsidir! Amma, heç kimin digərini təhgir etməyə, lağa qoymağa, istehza etməyə, böhtan atmağa və i.a. haqqı yoxdur, məhz o rəzil rüşdi İslam peyğəmbərinin ailəsinə belə iyrənc mövge tutmağıyla nəinki islam aləmində, hətta xristian aləmində də ciddi qınaqlara tuş gəlmişdir. İndi özün de, belə bir əbləhin o təhqiramiz cızma-qarasını azəri-tütkcəsinə tərcümə edib, az qala hər tərəfdən qaşinan xəstə cəmiyyətimizin qaşınmayan bir yerini axtarıb taparaq oradan qan çıxartmağa ehtiyac varmı? Onsuz da dünya (bəlkə də Allahın özü də!) bu ölkədən üz döndərməkdədir... Daha da artiq nifrəti qazanmağa ehtiyac varmı? Yaxşı, İranı qoyaq bir kənara, bəs, çoxlarımızın heç olmasa dildə qardaş qəbul etdiyimiz, az qala yeganə ümid yeri saydığımız ən demokratik müsəlman məmləkəti sayılan Türkiyə əhli (lap ən qatı kafirləri belə) sabah bizə nə deyər? Məgər orda belə bir tərcüməyə yol verərlərmi? Bu gün mübarizəmizi dini-imanı belə səhih bəlli olmayan bir qrup zalım zümrənin haqsızlıqlarına qarşı yönəltməyə borclu olduğumuz halda, Kainatın Sahibinə və onun Peyğəmbərinəmi üsyan edək? 1400 il öncəki ailə problemlərinəmi qarışaq?
Bax, qismən bunları demək istəyirdim əvvəlki postlarımda...
Cavab

Kimdən: hilal Mammadov Haradan: Baki
05.07.2010 15:29
Anar bəy, əgər aşağıdakı qeydlərimizə nəzər yetirsəniz (yəqin ki oxumamisınız), bu sual və fikrinizə cavab taparsınız. Əlavə onu deyə bilərəm ki, İslam – yalnız İranın yox, cəmi bəşəriyyətin (o cümlədən, dünyəvi Azərbaycanın) mənəvi sərvətidir. İlqar İbrahimoglu isə iranpərəst yox, HƏQQpərəst teoloq-alimdir. Kiminsə “İranpərəst” olmağına gəldikdə, bu da bir qəbahət olmayıb, həm tarixi, həm mənəvi, həm cografi, həm milli-etnik, həm dini və i.a. yaxınlıq baxımından “Türkiyəpərəst” olmaqdan daha yaxındır cəmi Azərbaycan xalqına!
O nəşrin və onun təbliğinə gəldikdə isə, bu kimi hallar - “iranpərəst” ya “turkiyəpərəst” ya “islampərəst” ya... i.a. deyil, bu və ya digər şəxslərin ailə-namus (illah ki peyğəmbərlərin) məsələlərinə iyrənc formada müdaxilə olub bir gün bilavasitə onların öz üzlərinə vurulacaq “sillə” ilə nətilənəcəyinə qətiyyən şəkk yoxdur!
Cavab

Kimdən: oxucu
05.07.2010 16:47
hilala@

hilal muelleim, isteyir iranperest olsun, isteyir, fransaperest bu onun oz ishidir. Ve bunun bize ele bir dexli yoxdur. Amma oz sechimini, isteyini bize sirimasin hormetli Ilgar muellim. Biz oxumag ve analiz etmek isteyirik! Kiminse diktesi bize lazim deyil!

Kimdən: zeka
03.07.2010 17:01
hilal memmedova@

ne geder gec deyil, burax bu sheytanin guyrugunu ve yarim-vehsi bedevi ereblerinine xitaben tertib olunmush dede-baba "prinsiplerini".

Gozunu ach dunyaya bax, yeniliyi gebul et ve mutereggi ol. Yoxsa gec olar..Genc yashinda artig "dede-babalasharsan". Bashinda buxara papag, elinde de tesbeh, ozun de doggazin gabaginda..

O, 7-ci esrden galma yazi-pozu ve tovsiyyeler ise ancag beyni inkishafdan galmish, analitik dushunceden mehrum ve ya dushunce sistemi, beyni atrofiyaya ugramish insanlarin "ruhunu oxshaya biler" hal-hazirda.

Kimdən: dindar oxucu
02.07.2010 20:57
gafgazliya@

eger senin dunyagorushun 7-ci esre goredirse ve 7-ci esrde yazilan yazilar seni gane edirse bu senin oz ishin ve oz sechimindir. Biz ise yeni ve muasir dovrle sesleshen nesneler gormek, eshitmek ve oxumag isteyirik!!!

Imkan ver secimimize nezer salag!

Kimdən: mutereggi muselman
02.07.2010 12:15
ay bedbex, arxaik t ve gilinc muselmanlari!!

kitab ve alternativ fikirler hemishe maraglidir ve insanlarin zehni inkishafina ve analitik imkanlarinin inkishafina xidmet edir.

Buraxin bu zor yolunu!! Zor yolu ile islam sevdirmek olmaz ay zavallilar!!
Siz islami daha da nuxuzdan salirsiniz!!

Kimdən: hilal Mammadov Haradan: Baki
01.07.2010 01:35
Ey “unikal” zavallı insan! Bəlkə, elə güman edirdin ki, peyğəmbəri və aiələsini təhqir edən bir əbləhin əsərini tərcümə edib çap etdirməklə hansısa İran müctehidinin növbəti ölüm fetfasıyla onun kimi “məhşurlaşacaq”, Avropa və Amerika hüquq müdafiəçilərinin dillər əzbərinə çevriləcəksən???

Nə Allah, nə peyğəmbəri, nə İslam pariyası, nə A.Paşazadə, nə Dini Qurumlar komitəsi, nə MTN, nə DİŞ,..., nə əhli-iman sahibləri, nə kafirlər, nə mürtədlər,... sənin bu “unikal” küfründən bir ziyan görməzlər, ziyan sənin özünə dəyə bilər bir gün... Többə et (heç olmasa öz vicdanın qarşısında!), nə qədər gec deyil, bəlkəm xilas olasan...
Cavab

Kimdən: zeka
02.07.2010 21:01
hilal memmedova@

senin beynin 7-ci esr prinsipleri ile ishleyir. Yasha o prinsiplerle amma bizim zehlemizi aparma!
Cavab

Kimdən: hilal Mammadov Haradan: Baki
03.07.2010 14:37
Ey, nikine qeyri-müvafiq ZEKA bəy,

Əgər, bu son 14 əsrdə peyda olan 14 milyard “unikal” xarakterli prinsiplərin heç birinin həmin 7-ci əsrin bəxş etdiyi o əsl demokratik prinsipilərin bir nöqtə- vergülünə belə xələl gətirməyibsə və diri ya rəhmətlik 17 trilyard ata-babalarımızın ruhunu bu gün də oxşayırsa, çətin ki, bundan sonra da kimlərinsə zəhləsini aparar... Odur ki, nikinə müvafiq ZEKAli ol, sən də şeytanı qəlbindən qov və tövbə et ki, bəlkəm xilas olasan... Yoxsa, gec olar sonra...
Cavab

Kimdən: Shah Ismayil Haradan: Sankt Peterburq
01.07.2010 15:02
Men demokratiya seven insanam.Her zaman istediyim odur ki, yurdumuzda da azad,edalerli,demokratik seckiler kecirilsin ve bu seckilerden sonra demokratiya deyerleri cemiyyetimizde berqerar olsun.O baximdan men Eldeniz beyi oz vicdaninin ixtiyarina buraxiram.Mene qalsa men bunun tam elehineyem.Ancaq demokratik deyerleri ozum ucun her sheyden ustun tutugumdan, etiraz etmirem. Yaxshi olardi ki,"Sheytan eyeleri"-den once, memleketimizdeki sheytan xisletli,haqqi-edaleti ayaqlar altina atan,Azerbaycanin servetlerin menimseyen, geleceyimizi mueyyenleshdiren tehsilimizin acinacaqli durumuna getirib cixardan,Qarabagimizla bizden uzaqlashdiran,vetendashlarimizin intiharinin sebebkarlarindan yazaydi.

Kimdən: Məhərrəm AĞALAROĞLU Haradan: Bakı
01.07.2010 00:59
Mən Eldəni Elgünün savadlı konfiliktoloq olduğunu eşitmişdim və onu da bilirdim ki, hadisələri dəqiqliklə zmanlamağı yaxşı bilir. Bu gün bir daha şahid oldum ki, Eldəniz bəy kimi konfliktoloq Azərbaycanda yox səviyyəsindədir. Çünki bir yazı ilə həm "UNİKAL" qəzetini pulsuz reklam etdi, həm də millət arasında dini haçalanma yartdı. İndi məşurlaşmaq istəyən qüvvələr də bundan yararlanacaq və maraqlı olan hər kəs bundan qazanacaq. Həm yerli, həm də xarici qüvvələr. İran Azərbaycanı lənətlənmniş müsəlman adlandırıb təzyiqlər göstərəcək, Qərb Azərbaycanda söz azadlığının pozulduğunu bildirərək hakimiyyətə təzyiq edəcək, Azərbaycan səviyyəsində tanınmaq istəyənlər tanınacaq, "UNİKAL" isə satış faizlərini artıəracaq. BRAVO ELDƏNİZ BƏY.... SİZ HƏQİQƏTƏN DƏ DAHİ KONFLİKTOLOQSUNUZ!!!
Cavab

Kimdən: pante Haradan: xeyyamın cenneti
02.07.2010 06:37
Hacı Hilal qardaşıma. Allahın adı ile! Qardaşım meger olmuş hadiseleri mentiqle yorumlamaq gunahdı? Onda ozunnen soruş ki indiye qeder niye bize islamı orgedenler bezi şeylerde ixtisara gedibler. Şeytan ayetleri quranın tamamına aid bir şey deyilki. Onsuzda bunu yazan adam Quranın aliliyine inanmırki onun şeytannan geldiyine de inana bilsin. Şeytan ayetleri Lat Uzza menat olmaq uzere 3 tanrıcanın hakkında Peygember efendimizin dediklerile baglıdır. Hec bir kitabı oxumaq istemirsense get ya Quranı yada Islam tarixini oxu. Bizim dinimiz alidirse ona Salman neyleyebilerki. Ki biraz araştırsan gorersenki Yaiş,Belam,Cebr, Salman Farisi kimileridehecne eliye bilmiyibler.Alilikden her halda=)
Yuxarıda dedim bize nelerden danışmayıblar 1-2 numune verim sencun.
Bize Efendimizin 12 xanımı oldugu deyilmiyib
Xanımlarından birisinin oz ogullugu Zeydin xanımı oldugu deyilmiyib.
Efendimize quranda evlilikle elaqeli oz xalası qızları,dayısı,emisi, bibisi qızları, qulları ve cariyeleri halal qılınıb.
Efendimizle Ebubekirin birbirlerinin qaynatası ve yeznesi oldugu deyilmiyib?
ve birsuru bele şeyler varki sadece insanlar bunları duşunmek isteyir. Burda hamısını yaza bilmirem. Eger birileri oxuyub araştırmaq isteyirse bundan size ne.Sen oxuma da gardaş. He bu numunelere inanmasan Azhaf suresine bir nezer sal.
Cavab

Kimdən: hilal Mammadov Haradan: Baki
03.07.2010 15:08
Ey “Xeyyamın cennetinden” mesaj göndərən Pante bəy,

Bu gün öz ailədaxili etik-əxlaqi problemlərinin dəryasında boğulan rüşdipərəstlərin 1400 il öncəki peygəmbər və ya əshabələrinin ailəsi barədəki hər hansı bir irad və ya təhgirləri nə İslam, nə də ki dünyəvi əxlaqa müvafiq deyildir!!! Sənin yuxarıda qeyd etdiklərinin tarixi-fəlsəfi şərhi barədə isə kifayət qədər məlumat verə bilərəm, əfsus ki, mövzuya müvafik deyildir! O “şeytan ayələrinin” Rusiyadakı çapina icazə verilməməsində bir azəri qardaçımızın (o heç dindar da deyildi) fədəkarlığı barədə də yəqin məlumatınız olar... Sabah, bizim o zavallı “unikal” təcüməçinin də qarşısına o ya digər fədakarın çıxmayacağı da istisna deil...
p.s. ruşdinin şeytani cızma-qarasına da bələdəm, qoy, o bədbəxtlər bir dönüb özünün və xanım-qızlarının da intim həyatına da nəzər salsınlar, 1400 il əvvəl peyğəmbər və xanımlarına tərəf dönəndə...

Kimdən: Anonim
30.06.2010 21:34
Ay burda kitab oxumaq isteyenler eger sizde dogurdanda bele bir istek olsaydi kitabi coxdan tapib oxumusduz. Elleriizde olan kitabi oxumayib nese basqa bir seyin ardinca dusursuz. Eger sizlerede kitab esqi olsaydi Quran-i oxuyardiz. Hec dimirem bir musalman kimi sadece bir kitab oxuyan kimi oxumaq esqiyle. Ne ise oz ozunuzun ne qeder semimi oldugunuzu ozunuz qiymetlendirin.
Cavab

Kimdən: dindar oxucu
01.07.2010 18:00
kitabi tapmag olar. Amma bashga dillerde. Azerbaycan dilinde olsa lap yaxshi olar. Hech olmasa bed ayagda rus dilinde.

Guran ise chox eski kitabdir. 7-ci esrde yazilib ve gunun bezi aktualliglarina cavab vermir. Tekmilleshdirilmeye ise arxaik fikirli muselman-mollalar imkan vermir, bir never yenilikchi de tapilmir ki, gabaga dushub bu ishi gorsun.

Bir deki, zaman zaman tedigatchilar guran hagda melumatlar verib, ayeleri tedgig edirler. Teessuf ki, bu tedgigatlar ne geder musbet shekilde etrafa tegdim olunsa da, bu tedgigatlardan da arxaik ve mecburedici goxular gelir..

Bu ise mutereggi insanlari Islamdan uzaglashdirir, besit tefekkurlu, despot insanlari bu dinin cengine salir..
Cavab

Kimdən: Qafqazli Haradan: Qafqazdan
02.07.2010 13:17
Kiminse dunya gorushune gore bu gunku aktualliga cavab vermeye biler. Bu sadece dunya gorushune goredeir. Cavab vermeye geldikde ise o eski kitab menim dunayay baxisima gore meni tam qane edir. "Mollalar" "din xadimleri" her zaman Islamdan, Qurandan elm menbeyi kimi yox pul qazanmaq ucun istifade edirler o uzdende cemiyyetde oxumadiqlari bir din haqqinda menfi fikir formalasir. Burda serf yazanlarin ekseriyyeti efsuski, Islam haqqinda fikri bele "mollalardan" gorub ve fikir formalasdiriblar. Eger insan neyin pis neyin yaxsi olamasini oyrenmek isteyirse birinici oxumalidir. Ellerinde olani oxumayib onun eksi yazilani oxuyanlara semimi insan sayila bilermi?. Onlar oxumadan oyrenmeden hardan bile bilerler??????????

Kimdən: Narmin Haradan: Baku
30.06.2010 19:36
Ilham adlı comment yazan, əgər burda Like işarəsi olsaydı, sizin commentinizi Like edərdim.

Nəşrinə davam etməyinizi alqışlayıram. Məhkəməyə versələr ki, bu ola biləz. Olsa, məhkəmədə qəşəng bir çıxış edə bilərəm sizin müdafiənizə.

Kimdən: Dinsiz Haradan: Baki
30.06.2010 17:05
Unikal qezetine coxsagol dushur.
Novbeti saydan baslayaraq her hefte alacam.
Rus dilinde kitabi oxumusham, maraqli kitabdir.
Kitabi oxuyan adam kimi deya bilaram ki, burada tehqirden sohbet geda bilmez.
Bu etir sadece xomeyniperest azeriletin etirazidir. Bu qeder.
Səhifə (2)
    Növbəti