Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:13

Dünya

«Aqressivlikdə Rusiya kəşfiyyatının rəqibi yoxdur»

Amerika əks-kəşfiyyatı Amerikanın 6 şəhərində Rusiyaya işləyən 10 adam tutulub
x
Amerika əks-kəşfiyyatı Amerikanın 6 şəhərində Rusiyaya işləyən 10 adam tutulub
Şriftin ölçüsünü dəyiş - +
Rusiya kəşfiyyatının Moskvadakı qərargahından Amerikaya belə bir mesaj gedib:

«Siz Amerikaya uzun müddətə göndərilmisiniz. Sizin təhsiliniz, bank hesabınız, şəxsi maşınınız bir məqsədə xidmət edir - əsas missiyanı yerinə yetirmək - Amerikanın siyasətini müəyyən edən dairələrlə əlaqə axtarmaq və yaratmaq və bizə məlumat vermək».

Amerika əks-kəşfiyyatı bu mesajı ələ keçirəndən sonra Amerikanın 6 şəhərində Rusiyaya işləyən 10 adam tutulub, biri də axtarılır. Amerika hökuməti həmin adamları «uzun müddət və tam gizli şəkildə» Rusiyaya işləməkdə günahlandırır.

Tutulanlardan 2 nəfəri birbaşa Rusiya kəşfiyyatına casusluqda ittiham olunur. Qalanlar Rusiyanın qanunsuz agentləri hesab olunur.

Amerika qanunlarına görə, xarici hökumətə işləyən istənilən şəxs Amerikanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir.

Tutulanlardan iki nəfərinə çirkli pul yumaq ittihamı irəli sürülüb.

Maraqlıdır ki, xarici hökumətə qeyri-qanuni işləməyə Amerika qanunu 5 il, çirkli pul yumağa isə 20 il həbs cəzası nəzərdə tutur.

Rusiya Amerikanın ittihamlarını rədd edir və izahat gözlədiyini deyir.

AMERİKADA RUSİYA CASUSU ÇOXDURMU?


2005-ci ildə «Time» jurnalı Amerika əks-kəşfiyyatının yüksək vəzifəli rəsmisinə istinadla yazırdı ki, Amerikada necə deyərlər,
Vladimir Putin Baş Kəşfiyyat İdarəsində
rəsmi «tavan» altda işləyən Rusiya casuslarının sayı 100-dən çoxdur.

«Rəsmi tavan» deyəndə səfirlik nəzərdə tutulur.

«Casuslar: KQB-nin Amerikada yüksəlişi və enişi» kitabının müəllifi professor Harvey Klehr deyir ki, Rusiya kəşfiyyatçısı Vaşinqtonda Rusiya səfirliyinin, Amerika kəşfiyyatçısı Moskvada Amerika səfirliyinin tavanı altda işləyir. Bu, razılaşdırılmış oyun qaydasıdır.

İndiki hadisənin qeyri-adiliyi ondadır ki, tutulanlar səfirlik işçisinin diplomatik pasportunun arxasında gizlənə bilmirlər.

«İndi tutulanların diplomatik toxunulmazlığı yoxdur. Bunlara «qeyri-qanuni» casus deyirlər. Başqa tərəfdən, bu tutulanlar Amerika əks-kəşfiyyatının səfirliyə nəzarətindən kənar olduqlarına görə, onların daha böyük kəşfiyyat məlumatı ola bilər».

GÖRƏSƏN, AZƏRBAYCANDA NƏ QƏDƏR RUSİYA CASUSU VAR?


Bu suala əsas verən təkcə o deyil ki, vaxtilə hətta Azərbaycan prezidentinin Bakı hava limanında danışıqları Rusiyanın lehinə dinlənilirmiş. Çexiya nümunəsi göstərir ki, harda enerji var, ora Rusiyanın diqqətindədir.

RUSİYA ÇEXİYADA NƏYƏ CASUSLUQ EDİR?

Bu günlərdə Çexiyanın əks-kəşfiyyat orqanı olan BİS məlumat yaydı ki, «əməliyyatların sayına, aqressivliyinə görə Rusiya kəşfiyyatının Çexiya ərazisində rəqibi yoxdur».

Rusiya Xarici Kəşfiyyat İdarəsinin binası
«Rusiya kəşfiyyatının diqqət göstərdiyi əsas sahələr elmi texnologiyalar və enerji sektorudur».

Çexiyada neft və qaz yoxdur, Rusiya hansı enerji ilə maraqlanır?

Əks-kəşfiyyatın məlumatına görə, Çexiyanın böyük nüvə potensialı var və Çexiya elektrik enerjisi ixracında Avropanın ən böyük oyunçularındandır.

Çexiyada Rusiya kəşfiyyatının necə işləməsi və nə etməsi sualına da BİS cavab verir:

«Rusiya kəşfiyyatı Çexiya elitasına xüsusi diqqət yetirir, həm indiki elitaya, həm də gələcəkdə elitaya daxil ola biləcək gənclərə».

«Rusiyaya işləyənlərin Çexiyada yüksək vəzifələr tutması üçün Rusiya kəşfiyyatı ciddi cəhd göstərir».

Görəsən Azərbaycanda Rusiya kəşfiyyatı necə işləyir? Maraqlı fikirləriniz olsa, bizimlə bölüşün.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Ramiz
30.06.2010 15:16
Meni shexsen hech ne qorxutmur bize olan olub.Bunun chixish yolu yalniz oz milliliyimize qayidib,milli maraga xidmet etmekdedir....gelin biz oz yolumuzu gedek cehennem olsun rusu da o birisi de.

Kimdən: Murad Haradan: Bakı
30.06.2010 09:50
Bax buna deyərəm dövlət! Halal olsun, Dünyda FSB, Mossad, MKİ kimi güclü kəşfiyyata malik olmaq dövlətçiliyin bir göstəricisidir. Yoxsa bəzi "dövlətlərdəki" alverxanalar yox.....

Kimdən: mesum Haradan: Raßwetga
30.06.2010 03:24
Rusiyani ayaqda tutan onun kesfiyyatidir.Rusiya dünyanin gedisatina tesir eden en böyük gücdür.Amerikanin son müharibelere girisine Rusiya bilerekden start bayragi gösterib ve hadiselere bir az "uzaqdan"baxmali olub.Post sovet respublikalari Rusiyanin tampun bölgeleridir.Elcibeyin vaxtinda rusiya qosunlari ölkeden cixarildi evezinde Qarabag Azerbaycandan cixarildi.Warsawa paktina daxil olan ölkeler Rusiyaya qarsi cox ehtiyatli davranirlar,tek ehtiyatsiz davranan Polsa olub.Indi onlar da agilli davranmagi öyrenendiler.Karl Marx deyib ki:meni heyrete salan rusiya generallari deyil onun yeritdiyi xarici siyasetdir.

Kimdən: Ели Haradan: Москва
30.06.2010 02:17
Мегер Азербайчанда агенте ехтийач вар?довлет мемурларынын 50%-нин ханымлары русдур.озлери исе гайнаталарына садигдирлер......Унутмайаг ки, *умуммилли лидеримиз* де рус КГБ-нин генералы иди.....
Cavab

Kimdən: ASSONSİON
30.06.2010 16:53
Onu düz dedin vallah. Elə Qalkin Bakıya gələndə konserdtə məmurlarımızın rus xanımlarına fikir vermək kifayətdir.

Kimdən: Lazım dayı
29.06.2010 23:38
Çeçenlərin Bakıda necə ustalıqla öldürüldüklərin nəzərə alsaq Rusiya Kəşfiyyatı çox gözəl işləyir burada.

Kimdən: Yurdsever
29.06.2010 23:37
Internetde Google vasitəsilə Sudoplatovun xatireleri var, tapin oxuyun: peshman olmazsiniz.
NKVD-nin, MGB-nin nece islediyi hansi casus shebekesine malik oldugunu goreceksiniz.
Ştazi de chox guclu ishleyirdi FRG-ye qarşı, təəccüblü deyil. Gestaponun bütün əməkdaşları müharibədən sonra Ştazi-də "əməkdaşlığa" cəlb olunublar.

Kimdən: akif Haradan: baki
29.06.2010 23:05
vaxti ile cccp i nin keshfiyatinin bashcisi qeneral heyder eliyev olub bu ondan xeber verir ki azerbaycanlilarin bu elm uzre tam menada bacariqlidirlar indide oqlu ilham eliyev hakimiyetde olmaqina baxmayaraq etrafindaki kamanda onun(heyder eliyevin) kamandasidir ( ondan ders aliblar),rusiyanin bash nazirine o rehmetlik ders kecirdi ki rusiyani bele idare et.

Kimdən: ELÇİ BEY-eskeri Haradan: AZERBAYCANın Quzeyi Bakı
29.06.2010 18:57
Azerbaycanın Quzeyinde Rusiya keşviyyatına ehtiyac yoxdur.

Kimdən: Müəllim Haradan: Bakı
29.06.2010 17:23
Azərbaycanın bütün hakimiyyət elitası Rusiyaya işlədiyi halda "Rusiya kəşfiyyatı Azərbaycanda necə işləyir?" sualı bir az qəribə səslənir.
Cavab

Kimdən: Keşmiş bakılı
29.06.2010 23:40
Elədir müəllim.

ne çoxdur "ya moskviç" deyənlər