Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:37

Dünya

Dünyanın ən böyük qəpiyi

Şriftin ölçüsünü dəyiş - +
İyunun 24-də Avstriyanın paytaxtı Vyanada keçirilən hərracda dünyanın ən böyük qızıl qəpiyinə 3,27 milyon avro sayan tapılıb. Qəpiyi İspaniyanın bir qiymətli metal ticarəti şirkəti alıb.

Qəpiyin ağırlığı 100 kq, diametri 53, qalınlığı 3 sm dir. Kanadada istehsal olunub. Hərraca potensial alıcılardan və jurnalistlərdən başqa demək olar ki, heç kim gəlməyib.

Qəpik indiyə qədər «AVW Invest» Şirkətinə məxsus olub, bu ilin mayında şirkət iflasa uğrayıb və idarə heyətinin sədri tutulub, şirkət də qəpiyi satmağa məcbur qalıb.

«AVW Invest»in əlinə bu qəpik Böyük Britaniya Birləşmiş Krallığının kraliçası Elizabetanın da üzv olduğu bir klub vasitəsilə keçmişdi. Qəpiyin bir üzündə Elizabetin surəti həkk olunub.

«AVW Invest» qəpiyi bir müddət Vyananın «Kunsthistorisches» muzeyində özünün qəpik kolleksiyasında saxlamışdı.

Qızıl qəpiyin saflığı 99.999 faiz qiymətləndirilir. Bu, bazarda təklif olunan ən saf tərkibdir.

Kanadanın pul istehsalçısı «Royal Canadian Mint» bu qəpiyi 2007-ci ildə dünyanın ən böyük qəpiyi kimi təqdim etmişdi. O vaxta qədər Ginnesin «Rekordlar» kitabında ən böyük qəpik 2004-cü ildə Avstriyada istehsal olunmuş 31 kq-lik, 100 min avroluq qəpik hesab olunurdu. /Reuters/
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Qaqa Haradan: Qepik Cahidgilin mehlesi
28.06.2010 03:47
Dogrudan soz de,mesel de oz keserini itirir.Meselen qabaqlar deyirdiler ki,qepiyinin qedrini bil.Qepiyi-qepik ustune qoyanda manat edir.Indi bu qepiyin ustune o qepikden birin de qoysan,eleyer 6,54 milyin avro.Uyy daad.Qepikdeki ferasete bax ey.