Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:09

Siyasət

Herkel: «Məni günahlandırdılar ki...»

Şriftin ölçüsünü dəyiş - +
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyunun 24-də keçirilən iclasında «Azərbaycanda demokratik institutların fəaliyyəti» adlı qətnamə qəbul olundu. Həmin sənədin müəlliflərindən biri - Azərbaycan üzrə keçmiş həmməruzəçi Andres Herkel AzadlıqRadiosunun suallarını cavablandırır.

- Cənab Herkel, qətnamədə deyilir ki, Azərbaycanda sonuncu bələdiyyə və prezident seçkilərində irəliləyiş olub. Söhbət hansı irəliləyişdən gedir?

- Seçkilərin qiymətləndirilməsi mənim səlahiyyətim deyil. Bu qiyməti Avropa Şurasının seçkiləri izləyən müşahidə missiyaları verirlər və biz də qətnaməyə həmin ifadəni əvvəlki sənədlərdən götürüb qoymuşuq. Bu qətnaməyə bir başqa ifadə salınmışdı – «seçkilərdə əhəmiyyətli irəliləyiş əldə olunub». «Əhəmiyyətli» ifadəsini həmkarım - o biri həmməruzəçi və Monitorinq Komitəsinin başqa üzvləri təklif etmişdilər. «Əhəmiyyətli» sözü yalnız seçki gününə və administrativ tədbirlərə aid edilə bilər. Seçki isə daha geniş anlayışdır və keçən seçkilərdə plüralizm və azadlıq müəyyən formada çatışmırdı. Odur ki, biz kompromis variant kimi «irəliləyiş olub» ifadəsini seçdik. Mənim fikrimi soruşsanız, deyərdim ki, bu irəliləyiş ancaq administrativ mənadadır və hələ də Azərbaycanla bağlı çoxlu narahatlıqlar var. Bu, daha çox söz və toplaşmaq azadlığı ilə bağlıdır.

- Düz başa düşdümsə, dediniz ki, «əhəmiyyətli» sözünün daxil edilməsi həm də o biri həmməruzəçinin təklifi idi. Yəni, Cozef Debano Qrexi nəzərdə tutursunuz...

- Xahiş edərdim ki, bu məsələnin üzərində köklənməyək. Əsas odur ki, həmin söz yekun qətnamədən çıxarılıb. İndi günahkar axtarmaq düzgün deyil. Bir çox adam bu fikrin tərəfdarı idi. Müzakirələrdən sonra biz yekun qənaətə gəldik və «əhəmiyyətli» sözünü çıxardıq.

- «Turan»a müsahibənizdə deyirsiniz ki, Azərbaycan nümayəndə heyəti islahatlar əvəzinə AŞPA-da lobbiçilik fəaliyyətinə köklənib. Nəyi nəzərdə tutursunuz?

- Əslində, bu, daha çox Komitədəki birinci müzakirədən əvvəl baş vermişdi. Sessiya vaxtı o qədər də çox müşahidə olunmurdu. Amma Azərbaycan nümayəndə heyəti ölkənin mövqeyini çox fəal şəkildə müdafiə edir. Əslində, mən sonuncu qətnamədə daha çox düzəlişin edilməsi üçün təkliflər gözləyirdim. Amma bu dəfə Azərbaycan nümayəndə heyəti bir dənə də düzəliş təklifi qaldırmadı.

- Sizcə, bu qətnamə ölkədəki real situasiyanı əks etdirirmi?

- Qətnamədən az-çox razıyam. Bəzi ifadələr var ki, kompromisin nəticəsidir. Amma ümumi şəkildə vəziyyəti ifadə edir. Məni müzakirələrdə günahlandırdılar ki, həmişə eyni sözləri təkrarlayıram, deyirəm ki, plüralist demokratiya yoxdur Azərbaycanda. Bir opponentim dedi ki, ölkədə bu mühiti təmin etmək müxalifətin məsuliyyətidir. Mənim cavabım isə bu oldu ki, plüralizm azadlığın nəticəsidir. Azadlıq olduqca, bu problemlər həllini tapacaq.

- Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov iclasdan sonra deyib ki, ölkədəki real prosesləri düzgün təhlil edən insanların sayı artır və həmin prosesləri nəzərə almamaq mümkün deyil. Sizcə də bu, belədirmi?


- Səməd Seyidov bu fikri tez-tez deyir. Mən müzakirələrə qatılanlara təşəkkür edirəm. Amma bəzən təəssüf edirəm ki, Azərbaycan haqda müzakirələrdə daha çox Azərbaycanın özündən, Ermənistan və Türkiyədən olan spikerlər danışırlar. Mən isə daha çox deputatın danışmasını istəyərdim. Xüsusilə də həbsdəki jurnalist Eynulla Fətullayev və bloqqerlərin işi ilə bağlı. Əgər onlar doğrudan da seçkiönü vəziyyətin dəyişməsini istəyirlərsə, bu üç nəfərin buraxılması çox mühümdür. Mən demirəm ki, Azərbaycan hökuməti hər bir şeyi yanlış edir. Amma mənim qaldırdığım konkret problemlər var. Hansısa deputatın Azərbaycanın yanında, yoxsa onu tənqid mövqeyində olmasını demək bir az şişirtmə olardı. Mən həmişə Azərbaycanın tərəfindəyəm, hətta tənqidi fikirlər səsləndirəndə belə. Parlament Assambleyasında Azərbaycan hökuməti yönümlülərin sayının artıb-artmadığını demək mənim səlahiyyətim xaricindədir. Nəticə budur ki, qətnamə qəbul olundu.

- Cənab Herkel, Sizin yerinizə təyin olunmuş həmməruzəçi Pedro Aqramunt Font de Mora haqqında nə deyə bilərsiniz?

- O, uzun müddətdir ki, parlamentdədir. Kifayət qədər aktivdir. Onun işinin səmərəsini zaman göstərəcək.

- Onun monitorinq təcrübəsi varmı?

- Bəli, var, Mərakeşdə monitorinq aparıb.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: T.famil Haradan: Avropanin göbeyinnen
29.06.2010 22:13
Mene ele gelir ki bu defede iktidarin gönderdiyi rüsveti Səməd Seyidov
ünvanina hgamisini catdirmayib.Yarisini cibine goyub .

Kimdən: Akif Haradan: Bakı
27.06.2010 14:50
Hamıya bəllidir ki, Azərbaycanlı olan şəxsson 17 ildə o qədər rüşvətə və korrupsiyaya vərdiş edib ki, AŞPA kimi mötəbər beynəlxalq təşkilatda da bu siyasətlə ümid edirlər. Halbuki, hər il bizim nümayəndə heyyəti daim AŞPAdan bülə sövdələşməyə nail ola bilmir. Amma eyni zamanda belə addımlarla xalqımız barədə mənfi rəy yaradırlar. Çox heyf! Səməd Seyidov və onun rəhbərlik etdiyi nümayəndə heyyətdə yaxşı olar ki, AŞPAdakı tənqidlərdən düzgün nəticə çıxarsın və ölkə daxilindəki antidemokratik mühitin dəyişdirilməsi üçün dövlət başçısına təkliflərini versin.

Kimdən: reallig
27.06.2010 13:49
chox maraglidir, yazig Azerbaycanin yarisini, Azerbaycandan kenarda olan bir para kesleri pulla satin alan Azerbaycan hokumeti Avropa Shurasinin birce deputatini da satin ala bilmir ki, bilmir!!!

Buna deyerler, azad mekan, azad deputat, azad insan!! Yene de ne gorurler onu da yazirlar!!!

Halal olsun bele gurulushlara ve bele prinsipial insanlara!!

Lap hesed apariram bele cemiyyetde yashayan insanlara!

Kimdən: Murad Haradan: Bakı
27.06.2010 08:37
Bu qətnamə bir daha onu sübut etd ki, Qərbə demokratik Azərbaycan lazım deyil! Görəsən səməd seyyidovlar, rəfael hüseynovlar, qənirə paşayevlər və onlar kimilər bircə dəfə dəolsun vicdanlarının səsini eşiblərmi? Adam da bir qarın çörəyə vicdanını, mənliyini satarmı?
Cavab

Kimdən: sual
27.06.2010 13:44
bes ne lazimdir gerbe?? Hayasizlashmish Azerbaycan memurlari ile xoruz doyushdurmek? ?

Herkel kishi bu boyda meruze hazirlayib, oxumadin bes??

Kimdən: bezmish Haradan: xaraba bazarbaycandan
27.06.2010 01:52
Herkel yazigin cani gurtardi bizim hayasiz deputatlarin, firildagchi hokumetin, ish veren muzdurlarin ve ele hamini ucdantutma ginayan besit dushunceli insanlarin elinden!

Goresen bizim canimiz ne vaxt gurtaracag bu churuk sistemden??


Kimdən: hilal Mammadov Haradan: Baki
27.06.2010 00:53
Şübhəsiz ki Azərbaycanda demokratiyanın bərqərar olması yolunda Andress Herkelin və Andreas Qrossun zəhmətlərii böyükdir. Onlar imkanları çərçivəsində vicdanla işlədilər ölkəmizdə... Şəxsi bir maraq güdmədilər... Amma, əslində özlərinin də etiraf etdikləri kimi, satın alınmış bir qisim yerli və xarici parlament dəllallarınin açıq-aşkar həyasızlıqları nəticəsində bəzi kompromisslərə getməyə məcbur oldular... Buna baxmayaraq belə, onların əvəzsiz xidmətləri gec-tez öz müsbət nəticəsini verər, inşallah...

Kimdən: Haciali Salayev Haradan: Norvech
26.06.2010 20:58
Cenab Herkelde bilir ! Azerbaycanda ne geder ki, Aliev rejimi hakimiyyetdedir, demokratiyanin inkishafini gozlemek absurddur.Indiye geder Azerbaycan hagda gebul ounan hesabatlar,getnameler, Herkelin dediyi kimi, kompromis xususiyyetini dashiyir.Bu achig etirafdir.
Cavab

Kimdən: Solmaz Hagverdiyeva Haradan: Britaniya
27.06.2010 00:44
haciali slayeve@

bunu neinki, Herkel butun dunya bilir.

Bir tek Azerbaycanda olan ehalinin hamisi bilmir, ona gore de millet hele yatishir!

Kimdən: Solmaz Hagverdiyeva Haradan: London
26.06.2010 19:32
«, Azərbaycan nümayəndə heyəti islahatlar əvəzinə AŞPA-da lobbiçilik fəaliyyətinə köklənib"----chox duzgun ve mudrik deyilmish sozlerdir.

Azerbaycan deputatlari islahatlardan danishmag evezine, siyasi hayasizlig salir, gah lobbiden, gah konflikden danishib arani gatmaga chalishir.

Bax budur Azerbaycan igtidarinin siyaseti.. Siyasi avantura..Bash gatma, ara garishdirma. Ama ish gormek yox!