Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:56

Verilişlər / İslam və demokratiya

İslam futbola və başqa oyunlara necə baxır?

Qətər-İran matçı, 28 dekabr 2009
x
Qətər-İran matçı, 28 dekabr 2009

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
İslam yarananda futbol yox idi, elədə haradan bilək ki, futbol halaldır, ya haram? Bəs futbolda kimin udması ilə bağlı mərc gəlib, pul qoymaq necə? Azərbaycan idmançıları arasında islamın yayılması idmana mane olmur ki? Bütün bu sualların cavabları AzadlıqRadiosu və «İnternyus-Azərbaycan»ın «İslam və Demokratiya» verilişində müzakirə olunub.

Verilişin qonağı, ilahiyyatçı Kəbleyi Sübhi deyir ki, İslam dini yaranmışların hamısını hərəkətə dəvət edir. Və bu din idman oyunlarının hamısını bəyənir. Onlar sırasında haram olanı yoxdur.

«Düzdür, o vaxt futbol olmayıb. Amma o demək deyil ki, o zaman olmayan şeylər indi yaranıb deyə, haram olmalıdır. İslamda yalnız qumar qəti qadağan edilib. Hz. Peyğəmbərdən qabaqkı zamanlarda istifadə olunan, qumar üçün istifadə olunan kartlar var idi ki, onları pulnan da oynasan haramdır, pulsuz oynasan da. Amma nərd, domino, boks və müxtəlif idman növlərinin haramçılığı yoxdur».

1 STƏKAN ÇAY ÜÇÜN OYNANILAN NƏRD HARAM OLA BİLMƏZ


Kəbleyi Sübhinin sözlərinə görə, istənilən idman növünü qumar halına salmaqla onu haram etmək olar. Amma gərək pul oyun daha geniş kütləni əhatə etsin:

«Əgər məhəllədə oturub bir stəkan çaya nərd, ya domino oynayırsansa, bu, haram sayılmaz. Kimsə çempionatda iştirak edib mükafat qazanırsa, bu da haram deyil».

RƏŞAD SADIQOV: «İSLAM MƏNƏ HƏR ŞEYİ ÖYRƏTDİ»

«Qarabağ» futbol komandasının kapitanı, milli komandanın üzvü Rəşad Sadıqov neçə illərdir ibadətlə məşğuldur. Deyir ki, İslam onun peşəkar fəaliyyətinə çox yardımçı olub:

«Quranda da ayə var ki, cinləri və insanları yaratdım ki, mənə ibadət etsinlər. Mən də onun əmrini yerinə yetirirəm. Tək peşəkar fəaliyyətimdə yox, bütün həyatımda mənə dəstək olub Düzgün yaşamağı, ata-anaya hörməti, qonşuya, dosta, dövlətə-millətə hörməti öyrədib. Bunların hamısı İslamdan keçir və hamısını bizə öyrədir və daha da möhkəmləndirir».

HACI MƏHƏMMƏD: «ALLAH MƏNİM QAPIMI AÇDI»


Kəbleyi Sübhi
Tanınmış idman ustası Hacı Məhəmməd isə İslama üz tutandan sonra nailiyyətləri daha da çoxalıb. Milliyyətcə rus olan və əvvəllər Vitali Apuşkin adını daşıyan bu idmançı 50 yaşında ikən gördüyü yuxudan sonra müsəlman olmağa qərar verib. İslamı qəbul edəndən sonra müxtəlif beynəlxalq yarışlarda veteranlar arasında dünya və Avropa çempionu adını qazanıb.

«Mən müsəlman olan kimi namaza gəldim. Allah mənim üçün qapını açdım. 61 yaşında cüdo üzrə Avropanı udmuşam. Qəbul edən kimi allah mənə güc verdi, şəfa verdi. İslama gəldim. La-ilahə illəllah deyib müsəlman olmadım, necə lazımdır eləmişəm. Mən əvvəl içki içirdim siqaret çəkirdim söyüş söyürdüm».

«BƏZƏN FUTBOLÇU ORUC TUTDUĞUNA GÖRƏ ZƏİF OYNAYIR»

İdman yazarı Coşğun Eldaroğlu isə idmançıların dinə meylli olmasının onların karyerasına mane olduğunu düşünür. Onun sözlərinə görə, bəzi idmançılar önəmli oyunlardan öncə məşq toplantıları zamanı öhdəliyi yerinə yetirmirlər. Çünki diqqətlərini ibadətə yönəldirlər:

«4-5 il bundan əvvəl Azərbaycan yığması Bakıda Bolqarıstanla oynayırdı. O vaxt milli komandanın kapitanı Rəşad Sadıqov oruc tutduğuna görə zəif çıxış etmişdi. Hətta deyirdilər ki, komanda rəhbərliyi ona oruc tutmamağı məsləhət görsə də, o dinləməyib. İndi milli yığmanın məşqçisi Berti Foqs almandır, ona belə şeylər anlayan deyil».

C. Eldaroğlu deyir ki, artıq idmançılar arasında da məzhəblə bağlı problemlər var. Bir sıra tanınmış futbolçuları sələfilərə yaxın olmaqda ittiham edirlər:

«Mən özüm bəzi futbolçuların toyunda iştirak etmişəm. Orada qadınların iştirakına icazə verilmirdi, süfrədə içki yox idi. Deyilənlərə görə, bu idmançılar sələfi məzhəbinə qulluq etdiklərinə görə belə etmişdilər».

YARIŞA GÖRƏ ORUCU TƏXİRƏ SALMAQ OLMAZ


Qadınlar istənilən növ oyunda iştirak edə bilər. Amma bir şərtlə ki, dinin tələbinə uyğun geyinmiş olsunlar
Kəbleyi Sübhi isə deyir ki, İslamda kiminsə idmançı olduğuna görə ona güzəşt nəzərdə tutulmayıb:

«Oruc tutmaq İslamın əmridir. Amma İslam demir ki, sən oruc tut zəiflə. Zəifləyirsə, həkimə müraciət etməlidir. Amma orucu başqa bir vaxta keçirmək olmaz».

KOMANDANIN UDMASI ÜÇÜN DUA EDİB, NAMAZ QILAN DA VAR


İlahiyyatçı hesab edir ki, azarkeşlər sevdikləri komandanın qalib gəlməsi üçün Allaha dua etməli deyillər.

«Mən özüm də futbol həvəskarıyam. Komandam məğlub olanda dua etməmişəm ki, İlahi ona qələbə qazandır. Allah o qədər gözəl və ədalətlidir ki güc hansındadırsa qalibiyyət də onun olacaq. Elələri var ki, komandasının qalib gəlməsi üçün iki rükət namaz da qılı. Bu, düzgün deyil. Bəzi adamlar deyir ki, mən namazı qoyub futbola baxmaram. Bu, düz deyil. Namaz vaxtı fikri futbolun yanında qalacasa, onu qılmasa yaxşıdır».

QADIN BAŞI VƏ BƏDƏNİ BAĞLI HALDA OYNAYA BİLƏR

Qadın idmançılara gəlincə, qonaq deyir ki, İslamda bununla bağlı istisna ola bilməz. Qadınlar istənilən növ oyunda iştirak edə bilər. Amma bir şərtlə ki, dinin tələbinə uyğun geyinmiş olsunlar.

«İslam dinində qadının bütün üzvləri örtülməlidir. Başıbağlı və bədəni örtülmüş şəkildə bütün idman növlərindən istifadə edə bilər. Hətta bu qadınların oynadığı futbola kişilər baxsa belə, onun haramçılığı yoxdur».
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: Şərqşünas
24.04.2011 23:24
Məşhur İslam alimi Abdul Sələfi ibn Hemfer ibn Mossad öz "İslam tarixi" əsərində qeyd edir ki:

" müsəlmanlara idmanla məşğul olmaq olmaz. Çünki idman sağlamlıqdır.. Müsəlmanlar isə sağlamlığa meyilli deyillər.. çünki onlar boş vaxtlarında daha çox bir-birinin ətini yeyir..
Çox ət yeyən də çətin sağlam olsun"..

Bu haqda ətraflı məlumat üçün digər məşhur islam alimi Rafizi ibn Abdullah İbn Saab ibn Yəhudinin "İslamın əsasları" kitabını da oxumaq olar..







Kimdən: AbuAmmar Haradan: darul kufurden
22.03.2011 16:56
Resad sadiqova sual vermek isterdim kisinin ovretini basqa kisiler gore biler?(Ovret:Gobeyden diz Qapagina kimi )qaldiki qadinlar.birde haci mehemmedin sozu xosuma geldi ." La-ilahə illəllah deyib müsəlman olmadım, necə lazımdır eləmişəm.yeni " La-ilahə illəllah" muselman olmaz" esas sertleri yerine yetirmek lazimdir/

Kimdən: Hekari Haradan: Bakı
19.07.2010 15:19
Uzun uzadı yzıları oxumağa vaxtın yoxdursa heç olmasa Nur surəsində ki nu ayələri oxu başa düş ki qadın bu halda hansı kişiinin qabağına "məqalədə deyildiyi kimi" oynaya bilər və kişi hansı qadına baxa bilər.

30- (Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!
31 - Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)

Kimdən: ses
15.07.2010 11:54
ay hekari,

bele uzun-uzadi boshbogazliga luzum yoxdur. Bura yasxana merasimi deyil ki, vaxti bele uzunchulugla olduresen.

Gisa ve aydin yaz gorek, ne demek isteyirsen.
Cavab

Kimdən: Hekari Haradan: bakı
17.07.2010 20:36
gözün ağrayır oxuma!

Kimdən: Hekari Haradan: Bakı
13.07.2010 22:54
2-ci hissə
Yuxarıdakı hədisdən də gördüyümüz kimi Şəriət qadınların və kişilərin bir-birinə qarışmasını qadağan edir, kişilərin cərgələri qadınlardan nə qədər uzaqdıdırsa -bir o qədər yaxşıdır, nə qədər yaxındırsa bir o qədər pisdir, bir o qədər ehtiyatlı olmaq gərəkdir. Anoloji hal qadınlara da aiddir.
Əgər bu ehtiyat tədbirləri insanın Allaha ibadətdən başqa ağlına demək olar ki, heç bir şey gətirmədiyi məcidlərdə görülürsə, onda əziz müsəlmanlar, özünüz düşünün, məsciddənkənar həyatda biz nəfsimizi, imanımızı qorumaq, Allahın qəzəbinə düçar olmamaq üçün gərək min dəfələrlə daha ehtiyatlı olaq.
Əbu Useyd əl-Ənsari (Allah ondan razı olsun!) rəvayət edir ki, o Peyğəmbərin (səlləlləhu aleyhi və səlləm) qadın və kişilərin məsciddən evə qayıdarkən, bir-birinə qarışmış halda yolla getdiklərini gördükdə, qadınlara belə müraciət etdiyini eşitmişdir:"Yol verin (kənara çəkilin), yolun ortası ilə getmək sizə uyğun deyil."Bu hadisədən sonra qadınlar divara o qədər yaxın şəkildə gedirdilər ki, palatarları ora (divara) sürtünürdü"
Əbu Davud, "Kitab əl-Ədəb min Sunanihi".

Kədərli haldır ki, qadın və kişilərin eyni məkanlarda qarışması günümüzdə ticarət mərkəzlərinin, xəstəxanaların, təhsil ocaqlarının və s. bunun kimi zəruri ehtiyacların ödəndiyi məkanların ayırılmaz hissəsidir. Lakin bu halda belə müsəlmanlar fitnəyə səbəb olmasınlar deyə belə məkanlarda aşağıdakı qaydalara riayət etməlidirlər:
- Əgər müsəlmanların öz zəruri ehtiyaclarını ödəmək üçün iki yaxud daha çox yolu varsa, onların içindən fintədən daha uzaq olanını seçməlidir;
- Qarışıq məkanlarda maksimum ehtiyatlı olmaq, yad qadınlara (kişilərə) toxunmamağa çalışmaq gərəkdir. (Əgər imkan varsa) qadınların və kişilərin ayrı-ayrı qapılardan, vaqonlardan, otaqlardan, cərgələrdən və i. istifadə etməsini təşkil etmək daha məsləhətlidir. Əgər bu mümkün deyilsə, onda birinci növbədə çıxış (giriş) qadınlara(uşaqlara) verilməldir. Təhsil ocaqlarında, xəstəxanalarda qadınlar və kişilər ilk növbədə öz həmcinslərinə müraciət etsələr daha yaxşı olar. O cümlədən gələcəkdə digər müsəlmanların çətinlikləri olmasın deyə müsəlman qızların (halal şəkildə) müəllim və həkim peşəsinə yiyələnməsinə bütün müsəlmanlar bacardıqları qədər kömək etməlidirlər;
- Belə məkanlarda müsəlman öz səs tonuna, danışıq ədəbinə, lüzumsuz baxışlara maksimal tərzdə hakim olmalıdır.

Kimdən: Hekari Haradan: Bakı
13.07.2010 22:50
Hətta bu qadınların oynadığı futbola kişilər baxsa belə, onun haramçılığı yoxdur».
bu sözə şərh olaraq
Bəlkə qey edəsiniz hansı kişilər? məhrəmi olan kişilər ya yad kişilər?
Qadın və Kişilərin qarışıq məkanlarda iştirak etməsinə islam dini öz mövqeyini bildirib.
1- ci hissə
Bir-birinə yad (naməhrəm) olan kişilərin və qadınların eyni məkanlara, eyni qələbəliklərə toplaşması Şəriətə görə qadağandır. Bu qadağanın səbəbi belə məkanların fitnəyə (günaha aparan yola) səbəb olması, nəfsin oyanması və İslam baxımından qeyri-etik davranışların meydana gəlməsidir.
Gəlin bu məsələni ilk əvvəl ilkin mənbələrə (Quran və Sünnəyə) nəzər salaraq, dərindən araşdıraq:
Uca Allah Qurani Kərimdə kişilərə müraciətlə belə buyurur:
"Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun (evlərinə daxil olmayın). Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər..."
(Quran, Əzhab, 53)
İbn Kəsirin (Allah ona rəhmət etsin!) təfsirində bu ayə belə izah olunur:"Burda "pərdə arxasından soruşun" o deməkdir ki, evə daxil olub, yad qadınlara baxmaq ümumiyyətlə qadağandır. Əgər onlardan nəsə götürmək yaxud nəsə soruşmaq lazmdırsa, bunu onlara baxmadan (pərdə arxasından) etmək lazımdır".
Allah Rəsulu (səlləlləhu aleyhi və səlləm) qadın və kişilərə insanın ibadətdən başqa ağlına bir şey gətirə bilməyəcəyi ən hörmətli məkan olan məscidlərdə belə bir-birinə qarışmamağı əmr etmişdir. Belə ki, məhz bu məqsədlə kişilərə camat namazlarında ön cərgələrdə, qadınlara isə onlardan sonrakı crəglərdə dayanmaq buyurulmuşdu. Məhz bu səbəbdən Peyğəmbər (səlləhu aleyhi və səlləm) namazdan sonra, qadınların onlar üçün ayırılmış xüsusi qapıdan çıxmağı üçün imkan yaradaraq, kişilərə gözləməyi əmr etmişdi. Bu barədə səhih Sünnədəki aşağıdakı hədislərə baxaq:
ÜmmSələmə (Allah ondan razı olsun!) rəvayət edir ki, Allah Rəsulu (səlləlləhu aleyhi və səlləm) namazın sonunda təsilimi(2 dəfə "ƏsSələmu əleykum və RəhmətuLLah) dedikdən sonra qadınlar qalxıb gedərdilər. O isə bir az gözlədikdən sonra məscidi tərk edərdi. İbn Şihabın fikrincə Peyğəmbərin(səlləlləhu aleyhi və səlləm) belə etməyi qadınların kişilərdən əvvəl məsciddən çıxmağa imkan tapmağına görə idi."
Buxari 793, Əbu Davud 876 ("Qadınların namazdan sonra kişilərdən əvvəl məsciddən çıxması babı")
İbn Ömər (Allah ondan razı olsun!) rəvayət edir ki, Allah Rəsulu buyurmuşdur:"Biz (məscidin) bu qapısını qadınlar üçün qadınlar üçün saxlamalıyıq". Naafi bildirir ki, İbn Ömər (Allah ondan razl olsun!) ölənədək bir də o qapıdan keçmədi"
ƏbuDavud, 484.
Əbu Hüreyrə (Allah ondan razı olsun!) rəvayət edir ki, Allah Rəsulu (səlləlləhu aleyhi və səlləm) buyurmuşdur:"(Namazda) kişilər üçün ən əfzəl sıralar birinci, ən pis sıralar sonunculardır və qadınlar üçün ən əfzəl sıralar sonuncu, ən pis sıralar birincilərdir."
Müslim, 664.

Kimdən: Elchin Haradan: Almaniya
12.07.2010 19:24
«Oruc tutmaq İslamın əmridir. Amma İslam demir ki, sən oruc tut zəiflə. Zəifləyirsə, həkimə müraciət etməlidir. Amma orucu başqa bir vaxta keçirmək olmaz».
Bunu deyen adamda agil var? Elbette ki hekim ona deyecek ki zeiflemeyivin sebebi oruc tutmagdi!! Bele primitiv insanlarin din baresinde danishmasin din uchun biyabirchiligdi!

Kimdən: Hekari Haradan: Bakı
06.07.2010 00:12
4-cü hissə
Həmçinin başqa bir şey də var, bu oyun və ya buna bənzər basketbol oyunu kimi kafirlərin oyunu olduğundan onların adətləri kimi onu xüsusi geyimlər, qısa və övrəti örtməyən və şəriətə müxalif olan geyimlərlə oynanılır. Bu paltar baldırı açıq qoyur. Peyğəmbərdən (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) səhih varid olan hədisə görə isə: «Bud övrətdir.» Ona görə də oynayanlar təcürbəli olsalar belə, başqalarına qarşı oynasalar belə bu qısa geyimi geymələri caiz deyildir. Şəriətin dilində -Ərəb dilində- buna tuman deyilir və tuman da qısa şalvara deyilir. Bəzi ərəb ölkələrində isə buna şort deyilir. Bilmirəm siz nə deyirsiniz? Həmçinin, yəqin bu İngilis sözüdür. Ərəbcə ismi belədir əzbərlə onu! Çünki alçaq olan bir şeyi xeyirlisi ilə əvəz etmək islamdandır. İngilis sözünü ərəbcəyə çevirmək. Əcnəbi sözünü qaldıraraq yerinə ərəb sözü qoyaq. Çünki Bu Qurani Kərimin dilidir.
Bu tuman adlı libası müsəlmam arvadından başqa heç bir kəsin qarşısında geyinə bilməz. Ona görə də bu oyunu insanların qarşısında bu gür oynamaq haramdır. Oyunun özünə görə yox, onu əhatə edən şəriətə müxalif olan libasa görə. Buna görədə bizim üçün bu cəhətdən xas oldu. Necə ki, bəzi namazlar şahmat oyununun qadağası üçün xas olduğu kimi.
Ikinci də budur ki, libas gərək övrəti örtən olsun!
Üçüncü də oyunun adı bu günlərdə düzgün olmayan ad verildiryi kimi İdman ruhu kimi adlanmasın. Deyirəm ki bu ad düzgün yerinə qoyulmayıb. Çünki kafirləri demirəm, hələ oynayan müsəlmanlar arasında baş verən davalar, vuruşlar buna uyğun deyil. Qərbdə isə daha da böyük ölümlə nəticələnən problemlər baş verir. Onlar belə zənn edirlər ki, bununla onlar idman ruhunu qaldırırlar. Qəsdim budur ki, insan təbii halı ilə əgər kiminsə onu həqiqətən məğlub edəcək və ya qarşı tərəf onu məğlub edib deyə hiss etdikdə bu onu həsədə, nifrətə yönəltməsin. Müsəlman müsəlmana nifrət, həsəd etməz. Bu oyun əxlaqın pozulması üçün səbəb olması caiz deyildir.
Deməli belə fərz etsək ki, bu oyun bu şərtləri əhatə etsə və əvvəldə dediyimiz iki şərti əhatə etsə, yəni namazları hədər etməsə, övrət açmasa və bu şəriətə müxalif ona iki zahiri qadağalardan uzaq olarsa və niyyət oynayanların nəfsi və bədən cəhətdən möhkəmlənməsi qəsd olunarsa, həsəd, paxıllıq, nifrət batilcə qarşı tərəfi məğlub etməkdən uzaq olarsa onda deyə bilərik ki, bu oyunu oynamağa icazə verən ümümi səbəblərdən sayıla bilər.
Deməli əsl budur ki; müxtəsər olar zikr edirəm:
İnsanların əyləndiyi bu əyləncələrin əsli Cabirin (Allah ondan razı olsun) hədisində istisna olanlardan başqa hamısı batildir. Müsəlmana bu kimi şeylərlə vaxtını boşa keçirməsi yaraşmaz, yalnız niyyətini düzəldərsə! Ən az isə bu niyətdə nəfsini dincəltmək qəsd edərsə. Bütün bunlar yuxarıda qeyd olunnan şərtlərlə birgə. Bu yaxın məclislərin birində mənə verilmiş bu sualın cavabında deyə biləcəyim bu qədərdir.»
Cavab

Kimdən: Azeri ooglu Haradan: Baki
13.07.2010 13:46
HEKARİ qardaş sen yazdiqlarini hec ozun oxuyub başa duşursen.Gah haram deyirsen gahda halalş Vallah senin kimi MOLLALAR di da yasda merasimde qeliz qeliz danışıb dini gozden salirlarz Ne olar Peygenber efendimizin yazdiqlari kimi sade ve deqiq yaz bu milletde oxuyanda 1 şey başa duşsün.
Cavab

Kimdən: Abdussaməd Haradan: Bakı
07.07.2010 14:35
Əlhamdulillah, əlhamdulillah, əlhamdulillah.

Allah razı olsun qardaş.

Kimdən: Hekari Haradan: Bakı
06.07.2010 00:11
3-cü hissə
Bundan sonra isə ikinci şərt gəlir.
Buda bu oyunu oynayan kəs oyunun quluna çevrilməsin! Bu oyun onu Allaha aid Haqq qulluğdan çəkindirməsin. Onu ona vacib olan fərz əmməllərdən çəkindirməsin. Dediyimiz fərzlər təkcə beş namaz və cammatla namaz qılmaq deyildir.
Yəni: deyə bilmərik ki, şahmat oynamaqda qadağa yalnız beş namaz və cammaatla namaz qılmaq kimi vacib olan əmmələrdən məşğul etmirsə caizdir. Əksinə, bu kimi vaciblərə həmçinin Allahın fərz buyurduğu bütün əməlləri də aid etməliyik. Misal üçün ailənə və övladlarına qarşı buyurulan vacib olan şeylər, həmçinin qardaşlarına qarşı olan vaciblər. Deyə bilmərik ki, şahmat oyunu bu növ günahlardan uzaq olarsa hər bir şeyin əsli bəraət qazandırır deyə caiz olur. Çünki hər bir işin əsli mübahdır, ta ki, dəlil gəldikdə bizi bu hökümdən nəql edənin əhatə etdiyi haram və ya məkruh hökmünə nəql etməsin. Bu iki misal insanların əylənmək üçün bəlaya düçar olduqları və vaxtlarını boş-boşuna itirdikləri bir misaldır. Onlardan birbaşa qadağan olmuş və mütləq surətda caiz olmayanı nərddir. Ikincisi isə haqqında xüsusi qadağa varid olmayan şahmat oyunudur ki, onun haqda höküm ətrafında olan qadağa və günahlara görə hesab edilir və bu kimi qadağalardan və günahlardan uzaq olduqda nəfsi dincəltmək fəslindən onu oynamaq caiz olar. Deyildiyi kimi əgər bu iki misalın hökmünü bildikdən sonra qayıdaq sualımızın cavabına:

Bu da futbol oynamaqdır. Şəkk yoxdur ki, bu oyunda günümüzdə bilinən – yalnız nadir halda bilinməyənlərdən başqa – bütün oyunlar kimi əsli əcəmi oyunlardandır. Nərd oyunu Fars oyunu olub adı Nərdəşirdir. Şahmat oyunu isə zənnimcə Çin və ya başqa ölkədəndir. Dediyimdə qəsd həmçinin də futbol və əsrin bidəyi (yeniliyi) də bizə qərb ölkəsindən gəlmədir.
Müsəlmanlar bu oyunu oynamaq istədiklərində ilk öncə güclənmək niyyətini qəsd etməlidirlər. Allah Təlanın düşmənləri ilə yaxın və ya uzaq əhdlərə qarşılaşdıqlarında bədənləri güclü olsun deyə hazırlaşmağı qəsd etsinlər. Buna görə də bu halda bədənləri bərkisin. Allahın düşmənlərinin qarşısında sabit olsunlar. Səhih hədisdə Peyğəmbərin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə dediyi varid olmuşdur: «Güclü mömin zəif mömindən Allaha daha sevimlidir və hər birində xeyir vardır.»
Mömin imanında zəif olsa belə xeyirdən uzaq deyildir. Bu onu «O gün Cəhhənnəmə doldunmu?» dedikdə və onun cavabı ziyadə (əlavə) «yenə varmı?» cavabını verdikdə ola bilsin ki, xilas etsin! Deməli qüvvət müsəlman üçün rəğbətlənirsə onda bu cür saleh niyyət ilə bu oyunu oynamasında bir qadağa yoxdur, bəlkə də onun üçün müstəhəbdir.
Həmçinin Səhihdə ayənin; «(Ey möminlər) Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri (münafiqləri) qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və (cihad üçün bəslənilən) döyüş atları tədarük edin.» (əl-Ənfal, 60) təfsirində Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: «Həqiqətən qüvvət ox atmaqdır. Həqiqətən qüvvət ox atmaqdır. Həqiqətən qüvvət ox atmaqdır.»
Ona görədə qədimdə ox atmaq müsəlmanlara əziyyət olmasın deyə şəhərdən çıxmağı tələb edilirdisə futbol oyununda bu yoxdur. Bu oyundan müsəlmanlar üçün şahmat oyununda işarə etdiklərimizdən qorxulu bir şey yoxdur. Ona görədə bu cür şərtlərlə icazə verilməlidir. Diqqət etmək lazımdır ki, bəzi oyunlar xüsusi ilə iki dəstə arsında olan yarışlar, baxmayaraq ki, müsəlmanlar olsa da belə görürsən ki, onlar Allahın qoyduğu hüdudlara fikir vermirlər. Oynayanlar bəzən Əsr namazı kimi namazların vaxtını hədər edirlər. Bu da oyun Əsrdən və ya Məğribdən qabaq başladıqda və ya Əsrdən sonra məğribə az qalmış bir vaxtda başladıqda olduğu kimi.
Bu Şərt də əvvəl zikr etdiklərimizə əlavədir.

Kimdən: Hekari Haradan: Bakı
06.07.2010 00:10
2-ci hissə
Amma ikinci misal biraz əvvəl dediyimiz kimi şahmat oynamaqdır. Şahmat oynamağı açıqca qadağan edən səhih bir hədis yoxdur. Yaxşı, bəs bunun hökmü nədir? Biz onun haram olduğunu deyə bilmərik. Çünki bu haqda dəlil varid olmayıb, həmçinin də onun mütləq mübah olduğunuda deyə bilmərik. Çünki o, birinci hədisin hökmü daxilindədir.

«Adəm övladının əyləndiyi hər bir əyləncə batildir. Bundan yalnız qadını ilə (zövcəsi ilə) mazaqlaşması, atı ilə oynaması, oxunu atması və üzmək istisnadır.» Bu hədisə ad verərək Cabir İbn Abdullah əl-Ənsarinin hədisini deyək.
Cabirin hədisi ümumi mənasında bütün oyunları batil adlandırır. Ona görə də bu oyunlardan olan şahmat da batildir və bu batilə də baxış onu əhatə edən münkərlərin onu qaldırıb haramlar sırasına və yaxud da mübahlar sırasına qoymağı kimi olamalıdır.
Elə isə bu günlərdə oynanılan bu şahmat oyununda bəzi timsallar var, məsələn: fil, at və şah kimi bilinən timsallar.
Mən bu oyunu oynamıram, lakin eşitdiyim və oxuduqlarımdan bunları bilirəm. Şəkk yoxdur ki, sizlərin bildiyi və yaxud da sizə gəlib çatan bəzi kəslərin şəkilin haram olması haqqında sünnəyə muxalif olan rəyləri gəlib çatmışdır. Onların bəzilərinin iddiasına görə qadağan olmuş şəkillər əxlaqa zərər verən şəkillərdir. Şahmat oyununda isə olan bu heykəllərin əqidəyə heç bir zərəri yoxdur. Həmçinin belə iddia edirlər ki, Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) bu şəkilləri Tovhidi Əshabın qəlbinə salmaq üçün və şübhələri onların qəlbindən çıxarmaq üçün və Tovhidin onların nəfislərində mükəmməl yer tapması üçün fəsadları dəf etməkdən ötrü müvəqqəti olaraq qadağan etmişdir. Artıq şəriətin bu hökmü: şəkil çəkmək və şəklin əldə olunmasının şiddətli qadağan olunmasının hökmü bitmişdir. Bu kimi şübhələri dini dərk etməyən kəslərdən çox eşitmişik. Lakin bu haqqda çox uzun danışmaq istəmirəm, sadəcə bunu deməyim kifayətdir ki, şəkil çəkmək hər bir növü ilə, istər qələmlə olsun, istər lələklə, istər yağla, istər quru boya ilə, fərq etməz, hazırda mövcud olan hansı alətlə olur olsun, baxmayaraq ki, bu alətlər çoxdur, lüğəvi cəhətdən nə qədər ki, bu rəsmlər şəkil adlanır onları çəkmək qadağandır. Həmçinin də, bu şəkilləri əldə etmək də ümumi işarə etdiyimiz və edəcəyimiz hədislərin hökmü daxilindədir. Necə ki, Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə demişdir: «Hər bir şəkil çəkən oddadır.»
Həmçinin şəkil əldə etməyi qadağan etməsi haqda Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə demişdir: «İçərisində şəkil və it olan evə mələklər daxil olmaz.»
Belə olduqda nə qədər ki, bu timsallar şahmat oyununda açıq-aydın zahirdir onu oynamaq olmaz. Ona görədə bu oyunu oynamq üçün ilk öncə bu timsalları yox etmək lazımdır.
Səhifə (3)
    Növbəti 

Azərbaycanda dini tolerantlığı səviyyəsindən razısınızmı?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun fikrincə, "Azərbaycan dünyaya yalnız neft deyil, özünün milli-dini tolerantlıq nümunəsini ixrac edə bilər". Sən necə düşünürsən?

5 şərh

Anonim: heç hənanın yeridi? davamı