Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:52

Rubrikalar / Təbriz Ekspress

Son bir ayda İranda azı 45 azərbaycanlı fəal həbs olunub

Onların nə üçün tutulduqları isə məlum deyil
x
Onların nə üçün tutulduqları isə məlum deyil
Şriftin ölçüsünü dəyiş - +
Son günlər İranın müxtəlif şəhərlərində 3 azərbaycanlı jurnalist - İbrahim Rəşidi, Heydər Kərimi və Əkbər Azad həbs olunub.

Sərhədsiz Reportyorlar təşkilatı bildirir ki, jurnalistləri təhlükəsizlik nazirliyinin əməkdaşları həbs edib. Onların nə üçün tutulduqları isə məlum deyil.

«Ulduz», «Bulud» nəşriyyatlarının müdiri olmuş İbrahim Rəşidin qardaşı Calal Rəşid AzadlıqRadiosuna onun 8 gündür Ərdəbildə həbsdə olduğunu bildirib.

Əkbər Azad Azərbaycan dilli «Varlıq» jurnalı və gündəlik «Yarpaq» qəzetinin əməkdaşıdır.

Heydər Kərimi isə ötən ilin dekabrında İran rejimi tərəfindən bağlanmış «Sina» qəzetində işləyib.

Bu arada milli kimlik uğrunda mübarizlərdən olan tanınmış jurnalist Əlirza Sərrafini də iyunun 22-də ifadə vermək üçün Tehran məhkəməsinə çağırıblar.

Son bir ayda İranın 15 şəhərində ən azı 45 azərbaycanlı fəal həbs olunub.

Bu barədə İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sözçüsü Yaşar Həkkəkpur məlumat verib. O, 17 nəfərin hələ də həbsdə olduğunu, 28-nin isə girov müqabilində azadlığa buraxıldığını bildirib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Milliyetci Haradan: Baki
26.06.2010 23:43
Men burdan Cenubi Azerbaycanda yashayan Azerbaycanlilara salam gonderir ve onlarla fexr edirem

Kimdən: GÜLBALA Haradan: BAKI
25.06.2010 16:55
Mən iranda yaşıyan AZERBAYCANLILARLA fex edirem.

Kimdən: Yurdsevər
24.06.2010 20:20
şərəfsiz molla rejimi, sizin de sonunuza az qalıb.
Göstərdiniz dünyaya islam demokratiyası nədir.

Kimdən: atilla Haradan: tehran
23.06.2010 18:22
35000000 guney azerbaycan qani, azerbaycanin ozgur yashamag ugrunda tokulsebile, fars shovonisti hech qalat eyliya bilmez. axir milletimiz ayaqa qalxib
yashasin ozgurluk, yashasin azerbaycan.