Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:21

Verilişlər / Xüsusi reportaj

«Müvəqqəti arvadlığa veririk...»

Multimedia

Səs
Şriftin ölçüsünü dəyiş - +
Hacı Sultanəli məscidi. Foto: Abbas Atilay
ƏVVƏLİ BURADA

ALLAH MÜBARƏK ELƏSİN

Siğə barədə Hacı Sultanəli məscidində sövdələşəndən və mollanın guya siğə etdirdiyim qadının «razılığını» telefonla alması ilə iş bitmirdi.

Siğəyə girən qadının – «Kamilə xanım»ın roluna girmiş həmkarım dəstəyi asandan sonra molla Emin bildirdi ki, mən siğə etdirdiyim qadına hansısa simvolik hədiyyə verməliyəm. Buna da razı olduğumu bildirəndən sonra biz molla Emin ilə birgə Hacı Sultanəli məscidinin axundu Hacı İbrahimin yanına getdik.

Qısa sorğu-sualdan sonra axund siğə duasını oxumağa başladı. Duanı həmkarım da telefonla dinləyirdi.

Ərəbcə bir dəqiqəyə yaxın çəkən, içində «Maarif ibn Çingiz» (yəni Maarif Çingizoğlu) və «Kamilə bin Vahid» (Kamilə Vahidqızı – ad da, ata adı da uydurmadır) duanı oxuyub bitirdikdən sonra molla «Allah mübarək eləsin, xeyirli olsun» nidası ilə mərasimin başa çatdığını bildirdi.

DUA BİTƏN KİMİ SİĞƏ QÜVVƏYƏ MİNİR

Ərəb dilini bilmədiyim üçün axunddan oxuduqlarının mənasını soruşdum:

«Müvəqqəti arvadlığa veririk bir ay müddətinə Kamilə Vahid qızını, Maarif Çingizoğlu üçün. Yəni bunun mənası budur. Bunu eləyəndən sonra siz bir-birinizə ər-arvad kimi halalsınız və bir ay müddətinə buna görə siz məsuliyyət daşıyırsız. Uşaq olsa o da sizin adınıza yazılır. İstəsəniz, sonra gəlib kəbin kəsdirə bilərsiniz».

Sonda «Kamilə xanım» axunddan siğə duasının nə vaxtdan qüvvəyə mindiyini də soruşdu.

Axundun dediyindən aydın oldu ki, elə dua bitən andan siğə qüvvəyə minir.

ON MANATLIQ SİĞƏ DUASI – ENDİRİMLƏ DƏ VAR

Bundan sonra axundun stolunun üstünə 10 manat qoyub otağı tərk elədim.

Siğə duası mənə 10 manata başa gəldi.

Emin mollanın dediyindən aydın oldu ki, siğə duası yazdırmağa gələn tək mən deyiləm, bu məqsədlə məscidə gələnlər son vaxtlar xeyli çoxalıb.

Digər məscidlərə də baş çəkdim. İmam Hüseyn məscidində məni qarşılayan molla da dedi ki, siğə ilə bağlı heç bir problem yoxdur. O əvvəlcə özü bu məsələni həll etmək istədiyini bildirdi. Amma nə oldusa fikirini dəyişib, məscidin axunduna zəng elədi.
İmam Hüseyn məscidi
Axundla söhbətdən qayıdan molla növbəti gün müraciət eləməyimi məsləhət gördü.

Digər məsciddə siğə üçün 10 manat verdiyimi deyəndə isə həmsöhbətim başını buladı. Dedi ki, onlarda bu iş daha ucuz başa gəlir.

SİĞƏ TALAĞINA MONOPOLİYA – ANCAQ TƏZƏ PİRDƏ

İmam Hüseyn məscidində həmsöhbətim mənə onu da dedi ki, siğə əksər məscidlərdə olsa da onun geri oxunması – «talaq» yalnız Təzə Pir məscidində mümkündür.

Təzə Pir məscidində də siğə ilə bağlı gəldiyimizi biləndə təəccüblənən olmadı. Qapıda duran dindarlardan biri məni arxayın etdi ki, bununla bağlı heç bir problem yoxdur. Hətta tanınmış din xadimlərindən birinin adını çəkib bu iş üçün ona müraciət etməyi də məsləhət gördü. Amma tünlük olduğunu nəzərə alıb Təzə Pir məscidində təkrar siğə elətdirmək fikrindən vaz keçdim.

Məscidlərdə kəbin kəsdirən cütlüyə yazılı bir kağız verilsə də, siğə zamanı ortada yazılı heç bir şey olmur. Hər şey, molla Eminin dediyi kimi, elə oxunan dua ilə bitir. Doğrudur, bəzi dindarların dediyinə görə, əvvəllər siğə sənədinin verilməsi praktikası olubmuş.

NƏ? SİĞƏ?

Qafqaz Müsəlmanları İdarəsində isə məscidlərdə siğə ilə bağlı deyilənləri nağıl adlandırırlar. İdarənin şöbə müdiri Qəmər Cavadlı deyir ki, Qafqaz Müsəlmanları İdarəsinin 2002-ci ildə bu məsələ ilə bağlı verdiyi fətva var, nikah, siğə, kəbin məsələləri hamısı qanunlarla tənzimlənməlidir. Qəmər Cavadlıya görə, əgər siğə eləyən məscid və dindar varsa onlar cəzalandırlmalıdır. Şöbə müdiri deyir ki, o məscidlərdə siğə ilə bağlı məlumatı birinci dəfə bizdən eşidir:

Təzə Pir məscidi. Foto: Abbas Atilayındır
«Hələ bu vaxta qədər mən eşitməmişəm, mən birinci dəfədir sizdən bu məsələni eşidirəm. Siz deyirsiz gəzmisiz, faktdan danışırsız, amma mən bunun ancaq nağılını eşitmişəm, faktını eşitməmişəm. Əgər əlinizdə elə bir fakt varsa, həmin o, adam haqqında məlumat verin, idarə ölçü götürəcək».

Qəmər Cavadlı Təzə Pir məscidi ilə bağlı dediklərimizi isə ümumiyyətlə yaxına buraxmaq istəmədi. Amma həm də araşdıracaqlarını bildirdi.

BİR KƏLLƏ QƏND, ÜÇ MANAT PUL VƏ BİR TELEFON ZƏNGİ

Binəqədi Dini İcmasının sədri Mirpaşa Bayramov deyir ki, Quranın «Nisa» surəsində siğə - yəni müvəqqəti nikahla bağlı məsələ olsa da, Azərbaycanda bunun şərtlərinə əməl olunmur:

«Tutaq ki, peyğəmbərin hədislərində deyilir ki, siğə edən şəxs, siğə etdiyi qadına siğə müddəti bitənə qədər o qadının qeyrətini, namusunu öz həyat yoldaşı qədər qorumalıdır. Bu gün kim siğə elədiyi qadına öz həyat yoldaşı kimi baxır. Əlbəttə, müəyyən gözlə baxır».

Mirpaşa Bayramov hesab edir ki, indi Azərbaycanda müvvəqqəti nikah məişət pozğunluğu halını almaqdadır:

«Yəni hər hansı bir kişi xoşuna gəldiyi bir qadınla görüşür və bu əməllərini halala çıxartmaq, elədiyi əmələ bir don geyindirmək üçün bir cümlə dua oxunmaqla guya hər şeyin şəriətə uyğun olduğunu düşünür».

Mirpaşa Bayramov deyir ki, bu gün Azərbaycanda müvəqqəti nikah bir yana, gənclər ailə quranda uzunmüdətli nikahı telefon zəngi ilə həll edirlər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (10)
    Növbəti 
Kimdən: Guardian Haradan: Bakı
02.07.2010 10:41
Əziz Müsəlman bacı və qardaşlar...Dünənki xəbəri eşitdiniz...Faransa Parlamentosu artıq həddini aşıb...Hicabı qadağa edirlər..Deyilənə görə bu Hicab Fransa mədəniyyətinə ziddi..

Hamınızdan xahiş edirəm..Artıq bu Siğə məsələsini dəyandıraq..Mən izah etmişəm ki Siğə var...Ancaq yaxşı olarki Siğəyə getməyin..Bir az olsa dözün...Əlbətdə Allah səbr edənləri sevir...Heç kimə Lənət oxumayın..Nə bilirsiz bəlkə İslamda qüsurları olan möminləri Allah bağışlayıb...Hə nə bilirsiz...Bəlkə sizin zənninizdə Siğə haramdı bəlkə Allah bunu halal edib nə bilirsiz..

Allah sizə Qurana deməyib ki İxtilafda olduğunuz məsələlər barəsində sizi məlumatlandıracağıq...Artıq nə istəyisiz..Gpözləyin səbr edin....Bu Gün bizi başqa məsələlər maraqlandırmalıdı...Bu gün həm Sünnülər həm də Şiələr birləşməlidi..Bu kimi mənasız söhbətlərimiz inanın İslamın Vəhdətini pozur...Hər kəs nə edirsə onnda cəzasını alacaq..Şəxsən İslam Alimi deyir Siğə olar ancaq mən görürəm mənim dövlətim buna siğəyə ait deyil etmirəm...Sizə Allah ağıl verib..Düşümək qabiliyyəti verib...Alimə canımızda qurban ancaq bizim ölkədə Halal kolbasa deyilən bir şey varmı...Əgər şüphə edirsənsə yemə..etmə...

Qəzza bölgəsində Qarabağda ümumilikdə nə qədər şəhidlər vermişik və bu durmadan artıq və bizlər hələdə bu mənasız söhbətləri edirik...

Allah xatriinə söyləyin...Nəyi bölüşə bilmirsiz...Allah səbr edənləri sevir...Siqə edn qadına kişiyə də zinakar deməyin...Buraxın Allah özü qərar versin...

P.s Artıq bu məsələyə bir son verək..!!!
Cavab

Kimdən: Firdovsi_İbrahimoğlu Haradan: Bakka
02.07.2010 16:06
Ismi ilə Allahın - Rəhmanın , Rəhimin.
Hamınız Fransaya inteqrasiya meyillisiz, niyə indi Fransadan gileylənirsiz? Fransa hicabı qadaga edir. sən isə birbaşa Allahın haram buyurduğu zinaya meyillisiz və onu halal edirsiz. Bəli bu mədəni fahişəlikdir. Razı olarsanmı sənin ananı, bacını , qızını- müvəqqəti (3-4 günlük) nikah etsinlər?? Bəs sonra bundan olan uşağın atası kim olacaq??? Müvəqqəti bununla. müvəqqəti onunla.... məgər bu uşaq bicbala, vələdizna deyilmi? Sonra deyirsiz ki alimlərə canımiz qurban- məgər sizə bu şeyləri öyrədən alimlər deyilmi? Alimlər Alimi Allah haqq öyrədir. Məgər islamı bu günə çıxardan alimlər deyilmi? Gözəl el məsəli var- alim olmaq asandir- adam olmaq çətin. Müraciət edirsizki sünnilər və şiələr birləşsinlər. Çox gülüncdür- özünüzü peyvənd olan ağaca bənzədirsiz. Məgər Allahın Vahid dini calaq dindirmi? Allah isə Quranda deyir necə birləşmək:
«Imran ailəsi» surəsi (3) (103).Yapışın ip ilə Allahın cəmiyyən və firqələnməyin! Zikr edin nemətini Allahın üzərinizə sizin! Onda oldunuz ədavətli və ülfət yaratdı arasında qəlblərinizin və isbat etdi sizə nemətilə Onun qardaşlıq. Və oldunuz üzərində uçurumun oddan və xilas etdi sizi ondan. Belə, bəyanlayır Allah sizin üçün ayətlərini, olasız hidayətlilər!
(95).De: «Sadiqdir Allah! Tabe olun milləti Ibrahimə - faydalıdır və olmadı o, müşriklərdən!»
«Inək» surəsi (2) (130).Kim rəğbətsizdir millətindən Ibrahimin ancaq kim ki, səfeh etdi nəfsini Əlbəttə, Biz seçdik onu dünyada və həqiqətən, o axirətdə salehlərdəndir.
«Qadınlar» surəsi (4)125).Və kim yaxşıdır dinnən kimdən ki, təslimə vəchini Allah üçün və o yaxşılardandır və tabeliyi milləti Ibrahimə hənifdir? Və götürdü Allah Ibrahimi xəlil!
Deyirsiz ki ixtilafda olan məsələlər barəsində Allah bizi məlumatlandırmayacaq, bəs 4cü surənin 59cu ayəsini Allah bizim üçün göndərməyibmi??
«Qadınlar» surəsi (4) (59).Ay o kəslər ki, inanırsınız! Itaət Allaha və itaət rəsula və ulu əmirlərə sizdən! Və əgər çəkişsəniz şeydə və rəddi onun tərəfinə Allahın və rəsulun, əgər oldunuz inananlar Allah ilə və günü ilə axırın! Bu, xeyirdir və yaxşı təvilnən.
Bəli . nə gədər ki sizlər Allahın diri rəsulunu qəbul etməyəcəksiniz daima ixtilafda olacaqsiniz. Bilin ki bügün Allahın rəsulları çoxdur. Bu bəşərin xeyirinədir.Alimlərə istinad edərək deyirsiz ki. siğə edən kişiyə və qadına zinakar deməyin.
«Nur» surəsi (24)(3).Zinakar kişi ancaq zinakar, ya müşrikə qadınla nigah edə bilər. Və zinakar qadını zinakar, ya müşrik kişi nigah edə bilər və bu, haram oldu inananlara
Allahın bu ayəsinə istinadən siğə edən kəslərə hansı adı vermək olar??

Həmd Allah üçündür- Rəbbidir aləmlərin!
Cavab

Kimdən: miri Haradan: miristan
02.07.2010 15:51
a kishi gozel danishirsane..fitneye sebeb vermek istemirsene..bu yaxshi..barisiga cagirirsane..bu da yaxshi..ama arada sozuvu araya salib
demeki SIGE halaldi..ok?ay qafil quran ayesi olan yerde ALLAH bunu qadagan eliyen yerde,rasulullah (s.a.v) bunu bize catirandan sonra alim kimdi???he???yoxdu sige!fahiselikdi bu!!ama o birsi movzularda raziyiq senle cunki musulmanlara birbasha aid olan meselelerdi.sige ise yox!bu fahishelikdi!!

Kimdən: Yalchın İbrahimoğlu Haradan: bəkkə
01.07.2010 23:02
Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Siğə-mədəni fahişəlikdir! Allahin qanunlarına zidd,Quranın ayələrini təkzib edən əməldir. «Qadınlar» surəsi (4)(27).Istəyir Allah qayıda üzərinizə sizin və istəyirlər o kəslər ki, tabe olurlar şəhvətə, döndərsinlər sizi döndərməklə əzəmətli. Siğəni düzəldənlər Allahin dinini əymək istəyənlərdir.Əlləri ilə kitab ,risalələr yazıb Allah yoluna sədd çəkənlərdir! Hansı İslamdan danışırsız?Sünnülükdən və ya Şiəlkdən ???Qorxun Allahdan!Haqq olan Din Qurandadır! Gedin Qurandan yapışın!Firqələrə bölünməyin!«Imran ailəsi» surəsi (3) (105).Olmayın o kəslər kimi ki, firqələrə bölündülər və ixtilaf etdilər ondan sonra ki, gəldi onlara bəyanat. Həmin onlar üçün əzəmətli əzab var. Həmd Allah üçündür – Rəbbidir aləmlərin!

Kimdən: azer Haradan: baki
30.06.2010 22:53
Sige-nin Islam gayda-ganununa uyghun olub olmamasini muzakire etmekle hech bir netijeye gelinmeyejek, sadeje bosh vaxt itkisidir. Bu bir problemdir ve koku daha derin meselelere chixir.

Anjag bir sheye inaniram ki, Sigeni gebul etmek ve ya etmemek insanin Islama olan baghlilighinin isharesi deyil. Ona gore Maarif ve ya digerlerini siga meselesine gore geyri-musalmanligda gunahlandirmag mentigsiz gorunur.

Men ozum Sigeye etiraz edirem, yalniz bir sebebe gore. Men istemezdim ki, menim GIZIM ve ya BAJIM sige ile kiminlese sige etsin ve Allahin halallighinin aldughunu dushunsun. Eger Sigani duzgun sayanlar varsa demdek onlar hech bir shubhe olmadan oz baji, ovlad ve gohumlarinin Siga ile bashga kishiler ile munasibet gurmalarina etiraz etmirler, etmemelidirler, eger bu Allahin emridirse.
Cavab

Kimdən: ekoman
01.07.2010 01:40
sana bir sual.qadin qerar vermakda azaddir .qebul edirsenmi? eger qebul edirsenmi,birinin eri olerse o qadinin digeri ile evlenmeyine nece baxirsan?meselen tutaq ki atan rehmete gedib ananin digeri ile evlenmeyine nece baxirsan ve yaxud diger mesele anan olub atanin digeri ile evlenmeyine nece baxirsan ve yaxud atan ikinci arvadla evlenir.butun bu meselelere baxisin necedir. butun bu meseleler islamda aciqlanib ve duz buyurulur.
Cavab

Kimdən: mississauga Haradan: canada
01.07.2010 07:31
Ekoman gardash, anlamagda chetinlik chekirem ki, evlilik ile sigenin arasinda fergi hegigeten anlamirsiz ve ya idealoji sebebler uzunden bunu tam fergli istigamete yoneldirsiz ?!!! Belke de menden de yaxshi bilirsiz ki, normal bir gadin hansi sebebden asli olmayarag (eri olub ve ya boshanib) ere gedirse evliliyinin evveljeden hansi tarixde leghv olunajaghini dushunmur. YALNIZ jinsi ehtiraslarini ve ya muveggeti pul teleblerini odemek uchun bunu eden gadini siz neje ANA ve Bajilarimizla mugayise edirsiniz??? Bezi hallarda sehv olmaghi, xususile de bu jur hessas meselelerde yanlish olmaghi gebul etmek chox zeruridir. Arzu etmezdim ki, kiminse anasi, bajisi ve gizi muveggeti NEYINSE xatrine kishiler ile munasibetde olsun ve sonra da bunu evlilik adlandirsinlar, xususile de Allahin rizasi olan evlilik.

Kimdən: Ilkin Haradan: Baki
30.06.2010 17:28
Gorunushe baxilirsa movzu hamida pis reaksiya dogurub. Islam kimi elm denizinde damla qeder de elmi olan gol qeder de elmi olan, qlanlarini elmsizdikde savadsizdiqda...gunahlandirir...
Her Halda Yeri ve goyu Yaradan her bir behse gozel bir sonluq verib.
Yeqin ki Hami razilashacaq ki, Dinimizde...qiyamet gunu haminin yalniz ve yalniz ozune gore Allah qarshisinda cavab vereceyini...aciq aydin qeyd edir. Ne valideyn ovlada, ne ovlad valideyne, ne qardash qardasha ne baci baciya ...hec kim hec kime gore cavab vere bilmeyecek, ve hetta hec kim hec kimin gunahini uzerine goture bilmeyecek...
Odur ki kimi se qinamaq, kimese agil vermek, Men shieyem yaxshiyam o sunnidi pisdi... ve ya men Sunniyem yaxshiyam o shiyedi pisdi... Bunlarin ne menasi var. Jurnalistdi onun da ishi cemietin icindeki natemizliyi uze cixartmaqdi... eger kimse deyir se ki sige duasi var, lap yaxshi. ona inanirsa ve istifade edirse ondan da yaxshi. Molla bu dua oxumaga gore pul alirsa o da lap yaxshi. duz du se Allah biler duz deyilse Allah bilen meslehetdi...

Kimdən: ceyhun Haradan: Baku
30.06.2010 13:48
Islamda sige deyilen shey yoxdur....
Cavab

Kimdən: Anonim
30.06.2010 16:10
muslman olan adam bele seyleri yazmaz bu nu yazain musulmaniqdan uzaq olan adamdi . Sige duasi var !!!!
islami gozden salmayin millet size baxir
Cavab

Kimdən: to anonim
30.06.2010 18:09
ay adam ehli sunnenin delillerini yaxsi-yaxsi oxu dushun ve tefekkur ele.basha dushersen ki yoxdu sige(fahiselik)!!!

Kimdən: ateist Haradan: baki
29.06.2010 23:52
atin bu bos-bos seyleri, bir az elmi arasdirmalar aparib onlarin neticelerini yazin.

Kimdən: Elza xanım Haradan: Bakı
29.06.2010 13:38
Bele sheyleri oxuyanda Sovet hokymetine dua oxuyuram - tehsili tehsil, səhiyyəsi səhiyyə, ishi ish. Hər shey daghildy, jamaat da cashdy - buyurun bu da numunə

Kimdən: Fuad IBrahimli Haradan: London
29.06.2010 12:35
Indi Burda bu movzunu acmaqla guya yaxsi is gorurler..sadece insanlari dinen meciden uzaqlashdirisiz..Sadece gedib sige haqqda maraqlansaydiz size etrafli cvb verediler..day ozunzu eziyete salib 1qadini atmisiz qabaqa basdhayirsiz yalan dansmaqa..bele yalan dasnan inasanin hec 1 kelmesinede inanmaq lazim deyil..Bele dinin qaygisna qalirsiz ac qurani oxu..Yaxsidida Islama catanda hami dindar olur her seyi bil..AYIL EY CAHIL AXIR ZAMANDI AYILMASIN AXRIN YAMANDI

Kimdən: ekoman
28.06.2010 22:22
salam, hormetli Maarif Cingizoglu.
Siz yeqin ki muselmansiniz.size bu muselmanciliginiza gore bir dusundurucu sual vermak isteyirem.Amma xahis edirem cox dusunesiniz.bu sualin ferqi diger suallardan ferqlidir.cunki burada sual verana cavab vermak esas sayilmir.burada bu suala insanin oz vicdaninin cavabi gerekdir.
Siz muselmanciligin butun şertlerine emel edirsiznizmi?(namaz,oruc,xums,zekat,cihad,Allah dusmeni ile dusmen,Allah dostu ile dost,insanlari yaxsiliga devet etmak,insanlari pislikden cekindirmek)
elave olaraq movzunu acdiginiz sige meselesi sige adlanmir,mute nigahi adlanir.Onun şertlerini islam mecellesinden oxusaniz size bu nigahin qayda-qanunu ve cemiyyet ucun xeyirlerini bilersen ve bilersen ki, bu kebin senin derk etdiyin kimi deyil.İslam qayda-qanunlarini bir jurnalist kimi duzgun cemiyyete catdir neinki islam haqqinda kuduret yaradasan.

Kimdən: Anti vehhabi
28.06.2010 17:21
Bu vəhhabilər savadsız dindən xəbərsizlərin reaksiyasından istifadə edib əhli beyt tərəfdarlarını(şiələrini) müvəqqəti nigah məsələsinin Peyğəmbər sünnəsi olması fikrinə görə təhqir edirlər.Buna aid hədislər də var və ondan qüvvətli olan Quran ayəsi də var.Amma nə isə onlar onu inkar edirlər və bir fakt da görəndə çıxış yolu kimi bunu deyirlər ki filan mənbəni saxtalaşdırmısız,flan mənbə rafizilərindi.Nə İSƏ öz qabiliyyətlərinə görə hökm yürüdürlər.Elə bilirlər hamı onlar kimidi.
Qardaşlar Səudiyyə Ərəbistanında MİSYAR dövlət səviyyəsində həyata keçirilir və o da müvəqqəti ailə həyatıdı.Siğədən bir fərqi var ki doğulan uşağa görə nə məsuliyyət daşınır nə də uşaq mirasa malikdi.
www.msyaronline.com
www.almysiar.com
www.mesiarksa.com ----------buyurun baxın şiələri ittiham edənlərin özləri də ondan istifadə edirlər
Cavab

Kimdən: Sefer Haradan: Baki
01.07.2010 07:47
Bu shie ve sunni meselesi deyil menje. Bu gadinlarin exlag ve namus meselesidir. Bunu hansi menbeye esasen qeyd edirsiniz ki, Islamda 2 esas istigamet var: Shie ve Vehabbi... Yagin Vehabbi deyende Ehli Sunneti nezere alirsiniz. Yanlish dushunkedir. Vehabiler ara garishdiran ve Islami mehv etmek namine yaranan bir sheydr. Menje Vehabiler umumen goturende Shielere daha yaxin adetlere malikdirler.
Səhifə (10)
    Növbəti