Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:01

Verilişlər / İslam və demokratiya / Azərbaycanda İslam

Bakıda siğə sövdələşmələri

Mollanın mənə yazıb verdiklərindən məlum oldu ki, siğə etdirəcəyim qadının öz ərindən boşanmasından ən azı 3 ay 10 gün vaxt keçməlidir
x
Mollanın mənə yazıb verdiklərindən məlum oldu ki, siğə etdirəcəyim qadının öz ərindən boşanmasından ən azı 3 ay 10 gün vaxt keçməlidir

Multimedia

Səs
Şriftin ölçüsünü dəyiş - +
21-ci əsrdə Bakının mərkəzində bir kişi bir qadını özünə siğə, yəni müvəqqəti arvad etdirə bilərmi? Mən də inanmırdım. Siğələrlə bağlı redaksiya tapşırığı alanadək.

Paytaxtda - metronun Nizami stansiyasının yanındakı Hacı Sultanəli məscidində bir molla ilə siğə sövdələşməsinə başlayanda məlum oldu ki, mənim bir qədər sıxıla-sıxıla və asta səslə danışdığım məsələni həmsöhbətim çox adi qarşılayır. Mən bu şəhərdə bu məscidə bu məsələ ilə müraciət edən nə birinciyəm, nə sonuncu.

Mən ona yad bir qadınla Türkiyəyə 10 günlük səfərə gedəcəyimi və elə bu səbəbdən də onu siğə etdirmək istədiyimi dedim. Həmsöhbətim dərhal məni sual yağışına tutdu - O qadın ailəlidirmi?, neçə yaşı var, səni çox istəyirmi, onunla aranız açıqdırmı, boşanıbsa, nə vaxt boşanıb, intim münasibətdə olmusunuzmu və s.

Sualların çox olduğunu görüb Emin adlı molladan bəzi şərtləri mənə yazıb verməsini istədim.

Əvvəlcədən qurduğumuz ssenariyə uyğun olaraq bu şərtləri Kamilə Məhərrəmova adı altında molla ilə danışacaq həmkarıma verməli idim.

Mollanın mənə yazıb verdiklərindən məlum oldu ki, siğə etdirəcəyim qadının öz ərindən boşanmasından ən azı 3 ay 10 gün vaxt keçməlidir. Bir də ailə quranda kəsdirdikləri kəbin geri oxunmuş olmalıdır. Maraqlıdır ki, mənim evli olduğumu deməyim molla Emində heç bir sual və etiraz doğurmadı. Heç guya siğə etdirəcəyim qadının razılığını qiyabi – telefonla alacağı da problem deyildi. Molla mənə izah etdi ki, qadın məscidə gələ də bilər, gəlməyə də.

Şərtləri yazılı şəkildə molladan alandan sonra həmkarıma zəng edib suallara hansı cavabları verəcəyimizi razılaşdırdıq. Bundan sonra məscidə qayıdıb molla ilə qadını telefonla calaşdırmalı idim.

MOLLA QADINI SİĞƏYƏ NECƏ RAZI SALDI?

- Alo!

- Eşidirəm.

- Kamilə xanım, bu qardaş bizə müraciət elədi, sizin haqqınızda danışdı, siz qabaq evli olmusuz?


- Hə..

- Siz nə vaxt boşanmısız?


- Yanvar ayında…

- Boşanmısız? Yəni gəlib oturmusan öz evində?


- Hə..

- Sizin kəbininiz var idimi qabaq?


- Kəbinim var idi, elə kəbinlə də boşanmışıq.

- Talaq vermisiz də?


- Hə vermişik.

- Kim verib, hansı məsciddə verilib?


- Bilmirəm. Onu yoldaşım elədi.

- Dəqiq bilirsən, xanım?


- Hə dəqiq bilirəm.

- Bu elə bir şeydir onunla oyun oynamaq olmaz, bu dəqiq olmalıdır.
Dəqiq - yoldaşınız “talaq” verib, yəni molla yanında kəbini geri oxutdurub?

- Dəqiqdir.

- Hansı ayda olub bu?


- Yanvar ayında.

- Yanvar ayında boşanmısız və elə həmin vaxt da kəbin geri oxunub?


- Ondan əvvəl ayrılmışdıq, amma kəbin yanvar ayında geri oxunub.

«YOLA ÇIXMAQ ÜÇÜN, ƏLİNDƏN TUTMAQ ÜÇÜN»

- Kamilə xanım indi bu qardaşla fikriniz ciddidir?

Sualların çox olduğunu görüb Emin adlı molladan bəzi şərtləri mənə yazıb verməsini istədim
- Necə?

- İndi bu qardaş gəlib, sizi siğə etdirməyə sizin fikiriniz bu adama qarşı ciddidir də?


- Bilmirəm. Amma mən evlənmək istəmirəm, mən ərə getməkdən bir az qorxuram.

- Yox ərə getmək deyil, siğə elə bir şeydir ki, həm sizin aranızdakı münasibətdə halallıq olmalıdır, həm də sizin xasiyyətinizin bir birinə uyğunlaşması deməkdir, yola çıxmaq üçün, əlindən tutmaq üçündür. Üzr istəyirəm siz qız olsaydınız mən bunu eləməzdim, artıq siz bir dəfə evlilik həyatını keçmisiniz, buna görə siğə olunursunuzsa, fikriniz ciddi olmalıdır.


- Ciddidir hə. Mən günah işlətmək istəmirəm.

- Ay sağ ol! Deyirsiz fikiriniz ciddidir, İndi inşallah neçə aylıq olsun siğə, iki-üç ay yazaq heç olmasa?


- Nə bilim, onu ondan soruşun.

- Onda oğlan necə desə, sən onu qəbul edirsən də?


- Hə.

BAŞINDA PAPAQ, ÜZÜNDƏ TÜK

- İndi qulaq asın, indi sizin aranızda bir halallıq, hədiyyə, pul olmalıdır, sən ondan nə istəyirsən hədiyyə kimi?

- Mən ona hədiyyə almalıyam?

- Yox, oğlan sənə hədiyyə almalıdır, sən ondan nə qəbul edərdin? Bilirsiz siz siğə olandan sonra onu incitməməlisiz, artıq siz siğədən sonra ər-arvad kimi olursuz.

- Yəni nə desə məcburam eləyəm?

- O sənə nə isə verməlidir, gülmü, qızıl üzükmü, o sənlikdir, sən nə istəyirsən onu yazaq.


- Nə istəsə alsın. Gül alsın.

- Artıq siğə oxunan gündən siz ər-arvad sayılırsız. Bildiniz?


- Hə əgər Allahın rizası varsa…

- Bilirsiz, Allah rizası deyəndə ki, əgər sizin kəbininiz geri oxunubsa, artıq hər şey sizlikdir. Siz hazırsınızmı biz siğəni oxuyaq.

- Bəli, hazıram …

- Onda gedək oxuyaq?

- Amma mən nə bilim ki, siz mollasız?

- Xanım bura məsciddir, qardaş məscidə gəlib və istəsəniz siz də gələ bilərsiniz, Hacı Sultanəli məscididir mən də mollayam da. Molla başında papaq olur, üzü tüklü olur, daha mən sənə nə deyim (gülür).

«ƏSAS MƏSƏLƏ DUANI OXUMAQDIR»

- Mənə bir kağız yazın verin.

- Əgər kəbin olsaydı sizə kağız göndərilərdi, bu siğədir, burda kağız olmur. Çünki biz müvəqqəti bir şeyə kağız vermirik.

- Amma mən İranda yaşayan qohumlarımızdan soruşmuşdum, orda kağız verirlər.

- Xanım İran başqa bir şeydir, İranda hakimiyyət islam hakimiyyətidir. Orda sığortalanırsan və s. Amma bizdə bunlar yoxdur. Bizdə bir dənə kəbinə kağız verilir. İndi siğə olunandan sonra ola bilər bir-birinizə öyrənişəsiz, ondan sonra ola bilsin gələsiniz sizə kəbin kağızı verək. Burda əsas məsələ duanı oxumaqdır. Allah yanında əsas məsələ oxumaqdır, bu sübutdur.

- Bilirsiz, o İrandakı qohumumuz mənə deyib ki, əgər siğədən sonra qadın uşağa qalsa, siğə kağızı uşaq üçün çox vacibdir, yəni uşaq qeyri-qanuni olmasın.

- Elə olanda uşağın məsuliyyətini ata daşıyır.


Hacı Sultanəli məscidi
- Mən başa düşürəm, amma...

- Bilirsiz İranda ZAQS yoxdur, ona görə evlənənlərə kəbin kağızı verilir.


«GEDİN, GƏLİN, KƏBİNİNİZİ DƏ KƏSİM»

- Başa düşürəm, amma mənə kağız verməsəniz, mən onu necə sübut edəcəm?

- Gələrsiz kəbin kəsdirərsiniz.


- Birdən o razılaşmadı?

- Kim?


- Maarif.

- İndi onu siz özünüz bilərsiniz.


- Yəni mən onun sözünə inanmalıyam, eləmi?

- Onu sən tanıyırsan, mən tanımıram, o da gəlib məscidə, bizə müraciət edib. Biz də ona bunun yolunu demişik, indi də səninlə danışırıq.


- O kağızı niyə yazmaq istəmirsiniz ki?

- Bizdə ümumiyyətlə siğə üçün kağız verilmir.


- Heç vaxt vermirsiz o kağızı?

- Yox heç vaxt, ay xanım niyə inanmırsan, bura Allahın evidir.


- Sizə görə yox, amma nə bilim...

- İstəyirsiz bir aylıq siğə kəsdirin, gedin gəlin sonra fikirləşərsiz kəbin kəsdirəsiniz. Gedin, qol-qola gəlin bura biz də sizin kəbininizi kəsək verək.


- Yaxşı onda öz bildiyiniz kimi edin...

ARDI BURADA
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (14)
    Növbəti 
Kimdən: Hekari Haradan: Bakı
03.07.2010 00:48
Men helem Ahli Sunneden delil getirmirem bunlar yalniz sizin kitablarnizdandir.


Artiq Admin qardashdan xaish edim ki bunu "siqe meselesini baqlasin" cunki artiq hershey deyildi, kim istese netice cixarda biler.

ve hecbir qeyretli insan istemez ki, onun aile uzvunden kimse bir-iki gunluk, veya bir nece saatliq bir kishi ile evlensin, goresen nefsine uyan insanlar niye oz fitretlerine qarshi geliler, (yeni oz qeyretlerine qarshi)?

onlar yoxsa bashqasinin ailesine ozune halal gorub ozunkune qeldiyi zaman bunu haram bilirler?!

burda iki varyant var

ya siqe halaldir
yadaki yox.

Eger he deyene sual olunsa ki, senin ailedeki qadinlarla siqe etseler sen buna razi olarsanmi?!,

eger o he dese o artiq oz qeyretsizliyini gosterer, cunki muselmanin qeyreti buna yol vermez!

eger yox dese ona bele bir sual ortaya cixr yaxshi bashqasinin ailesini hallah bilirsen ozun kunu yox?

..Mence artiq hecne demeye qalmir (eger Bu yazdiqim sozlerede "XETAM VARSA" buna gore Allahdan baqishlanma dileyirem!)
Xaish edirəm göndərdiyim tərtib ilə yerləşdirin!

Kimdən: Hekari Haradan: Bakı
03.07.2010 00:46
Əmmar bin Mərvan rəvayət edir ki, imam Cəfərdən müvəqqəti nigah bağlayarkən qadının ona belə dediyi kişi haqqında soruşurlar: “Mən, yalnız o şərtlə sənə gedərəm ki, sən istədiyin yerə toxuna və baxa bilər, kişilərin öz arvadlarından aldıqları istənilən həzzi məndən ala bilərsən, yalnız bir şeydən başqa,- sən mənim uşaqlıq yoluma toxunmamalısan, mən biabırçılıqdan qorxuram». İmam deyir: “Sənə yalnız şərtləşdiyiniz şeylərə icazə verilir” (“Vəsail-əş Şiə”,15/45; Yusif əl-Bəhrani, “əl-Hədaiq ən-Nadıra fi Əhkam əl-İtra ət-Tahira”, 24/197).

İshaq rəvayət edir ki, o, imam Cəfərdən soruşub: “Bizim Kufədə bir əxlaqsız qadın yaşayır. Mən onunla evlənə bilərəmmi?”. O soruşur: “O, bayraq asıb (özünün zina ilə məşğul olduğunu bəyan etmək üçün)?”. Mən dedim: “Yox. Əgər o bayraq assaydı sultan onu həbs edərdi”. Bu zaman imam dedi: “Onda onunla müvəqqəti evlən”. Sonra o nökərinə tərəf əyilib ona nə isə dedi. Sonralar mən o nökəri görüb ondan soruşdum: “O sənə nə demişdi?”. Nökər dedi: “O, mənə dedi ki, əgər qadın bayraq assa da, onunla evlənməkdə günah yoxdur. Axı sən bununla onu haramdan qurtarıb halala təhrik edirsən” (“Vəsail əş-Şiə”, 14/454-455, fəsil 9).

Bu fətvanı təsdiq edən cəfəri alimlər çoxdur (“Hədaiq ən-Nadıra”, 24/133; “Cəvahir əl-Kəlam”, 30/159-160; əl-Məclisi, “Mulaz əl-Əhyar”, 20/35; əl-Xomeyni, “Təhrir əl-Vəsilə”, 2/261; İbn İdris əl-Hulyi, “əs-Sərir əl-Hava li təhrir əl-Fətava”, 2/621).

Qazi əl-Məqribi (Şiə-ismaili) kitabında Əli bin Əbu Talibin -radıyAllahu anhu- sözlərini xatırladır: “Gəlinin vəlisi və iki şahid olmasa nigah bağlamaq olmaz. Bir və ya iki dirhəmə, bir və ya iki günlük nigah bağlamaq olmaz. Bu - əxlaqsızlıqdır və nigahda əvvəlcədən heç bir şərt ola bilməz” (əl-Məğribi, “Daaim əl-İslam”, 2/227-229, hədis 858).

Şeyx Məhəmməd ət-Tusi (cəfəri-şiə) özünün kitablarında, həmçinin rafizi (cəfəri) alim əl-Hur əl-Amili “Vəsail əş-Şiə” kitabında Amr bin Xalidin Zeyd bin Əlidən onun atası imam Əlinin -radıyAllahu anhu- belə dediyini göstərən hədis rəvayət edib: “Rəsulullah -səllAllahu aleyhi və alihi və səlləm- Xeybər günü ev eşşəyinin ətini və müvəqqəti nigahı qadağan etdi” (Məhəmməd ət-Tusi, “əl-İstibsar”, 3/142 və “Təhzib əl-Əhkam”, 2/186).

Zeydi şiələrin kitablarından “Musnəd imam Zeyd ibn Əli”ni göstərmək olar ki, burada onun atasından və babasından imam Əlinin -radıyAllahu anhu- belə dediyini göstərən hədis verilir: “Rəsulullah -səllAllahu aleyhi və alihi və səlləm- Xeybər günü müvəqqəti nigahı qadağan etdi” (əs-Siyaqi, “ər-Raud ən-Nadir şərh məcmu əl-Fiqh əl-Kəbir”, 4/23)

Kimdən: Hekari Haradan: Bakı
03.07.2010 00:45
İslama qədər ərəblər günah və namussuzluq çirkabında çapalayırdılar. Bununla əlaqədar Müdrik Allah öz şəriətini tədricən, pis şeyləri bir-bir qadağan edə-edə göndərirdi. O zaman insanların imanı hələ o qədər güclü deyildi ki, bütün günahlardan birdən-birə əl çəksinlər. Məhz buna görə şəriət qanunlarının çoxu Mədinədə, Məhəmmədə -səllallahu aleyhi və alihi və səlləm- peyğəmbərlik veriləndən 13 il sonra, öz əshabələri ilə birlikdə köçdüyü şəhərdə nazil edilmişdir. Bu, Cahiliyyə dövrüdə geniş yayılmış müvəqqəti nigaha da adiddir. Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- bu pozğun əlaqəni İlahidən hökm gəlməyincə qadağan etmirdi. Bu, Xeybər günü baş verdi. Peyğəmbər -səllallahu aleyhi və alihi və səlləm- bundan sonra bir dəfə də- Məkkənin fəthi günü- bunun Allahın iradəsiylə Qiyamətə qədər qadağan edildiyini e'lan etdi. Amma bu əməl içki kimi geniş yayılmamışdı və buna görə də bunun qadağan edilməsi haqda xəbər bütün insanlara çatmamışdı, çünki əshabələr bu barədə az-az danışırdılar. Bə'zi müsəlmanlar Əbu Bəkrin və Ömərin -radıyallahu anhum- dövrlərində də bilməyərək müvəqqəti nigah bağlayırdılar. Bu barədə Müslümin (1405) «Əs-Səhih»ində xəbər verilir. Amma bu xəlifə Ömərin -radıyallahu anhu- vaxtı kütləvi hal aldıqda, xəlifənin özü və Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- Əli bin Əbu Talib, Abdullah bin Ömər, Abdaullah bin Zübeyr -radıyallahu anhum- kimi böyük əshabələri bunun icazə verildiyini deyənlərə qarşı kəskin mübarizəyə qalxaraq müsəlmanları bu cür dərin yanlışdan qurtardılar.

Beləliklə, biz qeyd etdik ki, müvəqqəti nigah müqəddəs Qur'ana, Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- hədislərinə, onun əsahabələrini, o cümlədən Əli bin Əbu Talibin -radıyallahu anhu- yekdil fikirlərinə, mö'min müsəlman alimlərin baxışlarına və sağlam insan təfəkkürünə ziddir.

Huseyn Ashiqi eger yuxardakini oxumaq istemesen bunu oxu kifayet eder!

Qulaq asın görün ki, rafizi şeyx Muhsin əl-Əmin “Əayan əş-Şiə” kitabında (səh.159) nə yazır: “Bütün şiə aləmi, xüsusilə Nəcəf əhli hesab edir ki, müvəqqəti nigah icazə verilmiş, amma eyni zamanda da biabırçı bir şeydir”.

Kimdən: Hekari Haradan: Bakı
03.07.2010 00:44

SAĞLAM DÜŞÜNCƏ BİZƏ NƏ DEYİR?


Biz, müəyyən bir müddətə bağlanan nigahın həm Qur'anda, həm də Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- hədislərində qadağan olunmasına dair çoxlu dəlil gətirdik.

İslam - Allahın kamil dinidir. Başqa dinlərdən o, bununla fərqlənir. Qur'an və Sünnənin ehkamları məntiqə və sağlam təfəkkürə uyğun gəlir. Buna görə də müvəqqəti nigah məsələsini bu nöqtəyi-nəzərdən araşdırmaq məqsədə uyğun olardı.

Uca Allah nigahı insanlara öz heyvani ehtiraslarını ödəmək üçün deyil, mə'nəvi, sosial və iqtisadi ne'mətlər naminə vacib bilmişdir. Buna görə də İslam sağlam müsəlman ailəsinə sağlam müsəlman cəmiyyətinin özəyi (rəhni) kimi baxır.

Əgər kişi yalnız öz cinsi istəyini ödəmək naminə qadınla əlaqə yaradırsa, o öz mə'nəvi simasını itirir. Qadın isə bu zaman onun üzərinə qoyulmuş ən böyük vəzifəni yerinə yetirə bilməyib, öz ailəsinin qayğısına qala bilmir. O, yalnız əldən-ələ ötürülərək, pulla alınıb-satılan bir alətə çevrilir. Belə əlaqələr nəticəsində doğulan uşaqlar normal ailədən, valideyn məhəbbətindən və düzgün tərbiyədən məhrum olurlar.

Tanrı istəyir ki, ailə ər-arvad üçün sülh və əmin-amanlıq məkanı olmaqla, uşaqların ruhunu özünə cəlb edən bir yer olsun. Hörümçəyin yuvası kimi müvəqqəti olan nigahda birləşən insanlar isə bundan məhrumdurlar. Axı yalnız bir cinsi akt na'minə «öz bədənlərini birləşdirib», sonra ola bilər ki, pulu çatmadığına görə üzünü qadından çevirməli olan kişidən və qadından nə gözləmək olar?

Əgər belə bir «nigah» zinakarlıq deyilsə bəs nədir? Məgər kişi qadına onunla cinsi əlaqəyə girməyi təklif edərkən ona pul təklif etmir? Məgər bu cür nikah zinakarlıq qədər ziyan gətirmir? İnsanlar öz atalarını və uşaqlarını görəsən necə tanımalıdırlar?

İranın “əş-Şira” jurnalında (N 684, səh. 4) deyilirdi: «Rəfsancani qeyd etmişdir ki, müvəqqəti nigahlar ucbatından bu gün İranda 1/4 milyon atılmış uşaq var».

Görəsən uşaq, özünün belə biabırçı şəkildə doğulmasına icazə verən dinə qarşı hansı hisslər keçirə bilər? Hər hansı müvəqqəti nigah həvəskarı özünün həyata bu cür gəlməsi ilə razılaşa bilərmi? Bəs kim razı olar ki, öz anası və ya bacısı kiməsə müvəqqəti arvadlıq etsin? Kim əmin ola bilər ki, anası ilə bir çox illər qabaq müvəqqəti nigahından doğulan və anasının yolunu tumuş öz doğma qızıyla «nigah» bağlamayacaq? Nə vaxtsa öz atasıyla ola bilən qadını bəs kim almaq istər?

Qulaq asın görün ki, rafizi şeyx Muhsin əl-Əmin “Əayan əş-Şiə” kitabında (səh.159) nə yazır: “Bütün şiə aləmi, xüsusilə Nəcəf əhli hesab edir ki, müvəqqəti nigah icazə verilmiş, amma eyni zamanda da biabırçı bir şeydir”.

“Vəsail əş-Şiə” kitabında (14/437) deyilir ki, Adbullah bin Umeyr, Məhəmməd əl-Baqirin yanına gəlib deyir: “Mən səni sevindirəcəyəm: sənin arvadların, qızların, bacıların və qohumların bunu edirlər (yə'ni özlərini müəyyən müddətə pula satırlar)”. Bunu eşidən imam üzünü çevirir. Görəsən belə hərəkət nə deməkdir? Məgər o sevinirdi? Məgər mö'min imam, Allahdan qorxan bir müsəlman istəyirdi ki, onun qadın qohumları kiminsə ehtirasını ödəmək üçün özlərini pula satsınlar? Məgər mö'min, özünə qıymadığını qardaşına arzu edə bilərmi? Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- deyib: “Özünə istədiyini qardaşına arzu etməyincə heç kəsin imanı kamil olmayacaq” (Əhməd, ən-Nəsai, İbn Macə, ət-Tirmizi, əl-Albani, “Muxtasar Muslim”, 24; “Silsilə əl-əhadis əs-Səhihə”, 73).

Həqiqətən, bu və digər suallara cavab yoxdur və ola da bilməz. Bu şər yol - müsəlmanın mə'nəvi simasını dağıdır. Müvəqqəti nigahla əxlaqsızlıq arasında heç olmasa bircə fərqli cəhət göstərə bilərsinizmi?

Kimdən: Hekari Haradan: Bakı
03.07.2010 00:40
Diqqət yetirin ki, rafizi (cəfəri) toplularında göstərilən hədislərin çoxu «hansısa adamlardan» rəvayət olunur. Bu, o deməkdir ki, onları danışan mə'lum deyil. O, yalançı, hətta İslamın düşməni də ola bilər. Sünnü alimlər bu cür hədisləri qətiyyən qəbul etmirlər.

Qur'ana əsasən arvadını xəyanətdə günahlandıran kişi, bu barədə dörd dəfə and içməli və haqlı olduğunu təsdiq etmək üçün bir dəfə yalan danışına lə'nət deməlidir.

«Arvadlarına zina isnad edib özlərindən başqa şahidləri olmayanların hər biri sözünün doğru olduğuna dair dörd dəfə Allahın adı ilə (Əşhədu billəhi - Allahı şahid gətirirəm, deyə şəhadət verməlidir). Beşinci dəfə: “Əgər yalan deyirsə, Allah ona lə'nət eləsin!” (- deməlidir). Qadının da (hakimin hüzürunda) ərinin yalan deməsi barədə dörd dəfə Allahı şahid tutması əzabı ondan dəf edər. Beşinci dəfə: “Əgər yalan deyirsə, Allah ona lə'nət eləsin!” (- deməlidir)» (ən-Nur, 6-9).

Bunlar müvəqqəti nigaha aid deyil.

İbn Əbi Yafur rəvayət edir ki, imam Cəfər deyib: “Müvəqqəti nigahda olan kişi və qadın günahsız olduqlarını təsdiq etmək üçün xüsusi and içməməlidirlər” (əl-Hulyi, “Şərai əl-İslam”, səh 2/306; “Cəvahir əl-Kəlam”, 30/189 və s.)

Qur'an arvadlarını analarına oxşadaraq bununla onlardan imtina edən şəxslər bərədə bə'zi qaydalar müəyyən edib.

«Sizdən öz qadınları ilə zihar (qanuni nigahlarını özlərinə haram edib) edən kimsələrin zövcələri (əslində) onların anaları deyillər. Onların anaları ancaq özlərini doğan qadınlardır…» (əl-Mücadələ, 2).

Ayədə ondan danışılır ki, kişi öz arvadını özü üçün anası kimi toxunulmaz e'lan edir. İslama qədər bütpərəstlər məhz belə boşanırdılar. Uca Allah deyib ki, bu cür hərəkət edən hər kəs, arvadıyla qovuşmazdan qabaq, bir qul azad etməli və ya iki ay fasiləsiz oruc saxlamalıdır və ya əgər bunu bacarmasa, 60 kasıbı yedizdirməlidir.

Bu da, həmçinin müvəqqəti nigaha aid deyil.

Əl-Fudalın dediyinə görə kimsə (!) ona agah edib ki, imam Cəfər belə deyib: “Öz arvadını anasına oxşadan ondan boşanmış olur”. “Vəsail əş-Şiə” kitabının 16-cı fəslində deyilir: “Öz arvadlarını analarına bənzədənlər haqqında olan qərar müvəqqəti nigaha şamil edilmir” (“Vəsail əş-Şiə”, 19 və 20-ci fəsillər; “Cəvahir əl-Kəlam”, 30/189; Abdullah Niam, “Ruh ət-Təşəyyu”, səh. 460).

Qur'an kişinin üzərinə arvadıyla yaşadığı müddətdə və boşandıqdan sonra gözləmə müddətində onu saxlamaq mə'suliyyətini qoyur.

«Kişilər qadınlar üzərində ixtiyar sahibləridirlər. Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir…» (ən-Nisa, 34);

«Varlı-karlı olan öz varına görə (südd haqqı) versin. İmkanı az olan isə Allahın ona verdiyindən versin…» (ət-Talaq, 7).

Kişi icarəyə götürdüyü qadının qayğısını çəkməyə məcbur deyil.

Hişam bin Səlim rəvayət edir ki, imam Cəfər müvəqqəti nigah haqqında deyib: “Sən onun saxlanılmasına heç nə xərcləməməli və İDDƏ-ni gözləməməlisən” (“Vəsail əş-Şiə”, 14/495-496, hədis 1; “Cəvahir əl-Kəlam”, 30/303).

Qur'an cinsi münasibətləri yalnız cinsi orqanlar vasitəsilə qurmağa icazə verir.

«Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: “Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!…”» (əl-Bəqərə, 222).

İcarə edilmiş qadın intim münasibətdən imtina edə bilər.

Əmmar bin Mərvan rəvayət edir ki, imam Cəfərdən müvəqqəti nigah bağlayarkən qadının ona belə dediyi kişi haqqında soruşurlar: “Mən, yalnız o şərtlə sənə gedərəm ki, sən istədiyin yerə toxuna və baxa bilər, kişilərin öz arvadlarından aldıqları istənilən həzzi məndən ala bilərsən, yalnız bir şeydən başqa,- sən mənim uşaqlıq yoluma toxunmamalısan, mən biabırçılıqdan qorxuram». İmam deyir: “Sənə yalnız şərtləşdiyiniz şeylərə icazə verilir” (“Vəsail-əş Şiə”,15/45; Yusif əl-Bəhrani, “əl-Hədaiq ən-Nadıra fi Əhkam əl-İtra ət-Tahira”, 24/197).

Kimdən: Hekari Haradan: Bakı
03.07.2010 00:36
4) İyas bin Sələmə atasının belə dediyini rəvayət edib: “Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- döyüş illərində üç dəfə müvəqqəti nigaha icazə verdi, sonra isə bunu qadağan etdi” (Müslim, 4/131 və Əhməd, 4/55).

5) Bir dəfə Ömər bin əl-Xəttab -radıyallahu anhu- xəlifə olarkən xütbə zamanı deyib: “Həqiqətən, Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- bizə üç dəfə müvəqqəti nigaha icazə vermişdi, amma sonra o, bunu qadağan etdi. Allaha and olsun ki, kim evli olaraq müvəqqəti nigah bağlayıb Rəsulullahın -səllallahu aleyhi və alihi və səlləm- bunu qadağan etdikdən sonra yenidən icazə verdiyini təsdiq edən dörd şahid gətirməsə, mən onu daşqalaq (zinaya görə cəza) edəcəm” (İbn Macə, 1963).

6) Səlim bin Abdullahın rəvayətinə görə Abdullah bin Ömərə -radıyallahu anhu- deyiblər ki, İbn Abbas -radıyallahu anhu- müvəqqəti nigaha icazə verir. İbn Ömər -radıyallahu anhu- deyir: “Subhənallah! Güman etmirəm ki, İbn Abbas belə edə”. Adamlar bunu təsdiq edirlər. Onda İbn Ömər -radıyallahu anhu- deyir: “Rəsulullahın -səllallahu aleyhi və alihi və səlləm- sağlığında İbn Abbas hələ uşaq idi. Allahın Rəsulu -səllallahu aleyhi və alihi və səlləm- bunu qadağan etdi və biz zinakar olmadıq” (Abdur-Rəzzaq, “əl-Müsənnəf”, 7/502).

7) Cüveyra Malikin ona Əli bin Əbu Talibin -radıyallahu anhu- İbn Abbasa -radıyallahu anhu- belə dediyini rəvayət edib: “…Allahın Rəsulu Xeybər günü bizə müvəqqəti nigahı və eşşək ətini haram buyurdu” (Müslim, “əl-Cami əs-Səhih”,1407).

Rafizilər bu hədislərlə razılaşmır və öz növbəsində bunun əksini göstərən çoxlu hədis gətirirlər. Onlar böyük əshabə və imam Əli bin Əbu Talibə -radıyallahu anhu- əsaslanırlar. Amma gəlin görək bu hədislər elə onların özlərində qəbul olunmuş hədis elminə əsasən səhih sayıla bilərmi?

Əl-Kuleyni “əl-Kafi”də İbn Miskənin Abdullah bin Süleymandan nəql olunan belə bir hədisini rəvayət edir ki, imam Cəfər deyib: “Əli deyib: “Əgər məni İbn Xəttab qabaqlamasaydı ən bədbəxtlərdən başqa heç kəs zina etməzdi”.

Hətta rafizilərə (cəfərilərə) görə bu, qondarma hədisdir. Əl-Məclisi kitablarında bunu namə'lum adlandırıb (Əl-Məclisi, “Mulaz əl-Əhyar” 12/29, hədis 5; və “Mirat əl-Uqul”, 20/227, hədis 2).

Əl-Məclisi “Bihar əl-Ənvar” kitabında Mufaddal bin Ömərdən imam Cəfərin belə dediyini göstərən uzun bir hədis rəvayət edir:
“ … Bəli. Mö'minlərin əmiri Əli deyib: “İbn əl-Xəttaba lə'nət olsun! Əgər o olmasaydı ən bədbəxtlərdən başqa heç kəs zina etməzdi, axı müsəlmanlarda böyük ne'mət - müvəqqəti nigah var idi». Bu, qondarma hədisdir (Əl-Məclisi, “Bihar əl-Ənvar”, 103/105).

Şiə alimi ən-Nəcaşi hədisləri rəvayət edənlər haqqında “Ər-Rical” kitabında əl-Mufaddal (yuxarıdakı hədisin rəvayətçisi) haqqında yazır: “Onun baxışları qüsurlu, hədisləri isə dolaşıqdır, onlara əhəmiyyət vermək lazım deyil” (ən-Nəcaşi,“Ər-Rical”, 2/359-360).

Əl-Kahbai “Məcmuə ər-Rical” kitabında onun barəsində yazır: “O, hədislərə çox şeylər əlavə edir və həddini aşır. Onun hədislərini rəvayət etmək olmaz” (Əl-Kahbai, “Məcmuə ər-Rical”, 6/131).

Kimdən: Hekari Haradan: Bakı
03.07.2010 00:35
QURAN VƏ SÜNNƏDƏ HÖKMÜ



Müvəqqəti nigah

Rəhmli və Mərhəmətli Allahın adı ilə!

Həmd olsun Allaha - aləmlərin Rəbbinə! Yerə, nuru Qiyamətə qədər sönməyəcək haqq bir tə'lim gətirən Məhəmməd Peyğəmbərə, həmçinin onun ailəsinə və mö'min əshabələrinə Allahın salamı və salavatı olsun!

Ailə - müsəlman cəmiyyətinin vacib hissəsidir və buna görə Allahın şəriətində ona xüsusi yer ayrılıb. İnsan şəriətə uyğun nigah sayəsində öz təbii ehtiyaclarını ən gözəl şəkildə ödəmək imkanı qazanaraq sakitlik və əminamanlıq əldə edir, nəslini davam etdirib Allahın mükafatına sahib olur, öz həyatını nizamlayır, onda öz ailəsinə və uşaqlarının tərbiyəsinə görə mə'suliyyət hissi oyanır. Amma öz həyatını başqa insanın həyatı ilə bağlayarkən gərək bunu ömürlük edəsən.

Bütün dünyada müsəlmanlar müvəqqəti nigahı qəbuledilməz hesab edirlər. Bununla yalnız rafizilər (cəfərilər) razılaşmır.



İXTİLAFLARIN SƏBƏBİ NƏDƏDİR?



Rafizi alimlər öz baxışlarına Məhəmməd Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- nəslinə, bə'zi imamların adına yazılan hədislərlə bəraət qazandırırlar. Onlardan yalnız bir misal göstərək:

Əhməd bin İsa rəvayət edir ki, Əbu Basır imam Əbu Cəfərdən -radıyallahu anhu- müvəqqəti nigah barədə soruşduqda o deyib: “Qur' anda ayə var: «… İstifadə (yaxınlıq) etdiyiniz qadınların mehrlərini lazımı qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!» (ən-Nisa, 24).

Bu hədisi əl-Kuleyni “əl-Kafi”də 5/448, ət-Tusi “Təhzib əl-Əhkam”da 2/186, əl-Məclisi “Bihar əl-Ənvar”da 103/315 təqribən 20 hədis və bir çox başqa rafizi alimlər bildirmişlər.

Rafizi ədəbiyyatında belə hədislər çoxdur, amma isnad - yə'ni bu hədisi bir nəsildən o birisinə ötürən alimlər zəncirinin heç biri Allahın Rəsuluna -səllallahu aleyhi və alihi və səlləm-, hətta onun əshabələrinə belə gedib çatmır. Buna görə də əhli-sünnə fəqihləri bu cür hədisləri qəbul etmir, səhih hesab etmir, hətta çox vaxt onları sadəcə uydurma hesab edirlər. Ona görə ki, müsəlman icmasında Uca Allahdan vəhy alan və Onun şəriətini yerdə bərqərar edən yeganə insan Məhəmməd Peyğəmbər -səllallahu aleyhi və alihi və səlləm- idi. Onun tə'limini onun öz dilindən qəbul edib Allahın Qur'anda təsdiq edilmiş razılığını qazanan insanlar isə Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- mö'min əshabələridir. Əhli-sünnə hədis alimləri yalnız Qur'ana və Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- özünün dediklərinə əsaslanırlar. Buna bir neçə misal çəkək:
1) Məhəmməd bin Əli Əli bin Əbu Talibdən -radıyallahu anhu- bunu eşidib: “Allahın Rəsulu -səllallahu aleyhi və alihi və səlləm- Xeybər günü müvəqqəti nigahı və eşşək ətini yeməyi qadağan etdi” (əl-Buxari 5/172; Müslim 4/134-135 və 6/63; Malik, səh 335; ət-Tirmizi 1121 və 1794; ən-Nəsai 6/125; Əhməd 1/79; əd-Darimi 1996).

2) Ər-Rabi bin Subra əl-Cuhani atasının belə dediyini rəvayət edib: “Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- Məkkə fəth olunan il müvəqqəti nigahı qadağan etdi” (Müslim 4/133; Əbu Davud 2072-2073; ən-Nəsai “əl-Kubra”da 3809; Əhməd 3/404; əd-Darimi 2202).

3) Ər-Rabi bin Subra əl-Cuhani rəvayət edir ki, onun atası Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- belə dediyini eşidib: “Camaat, mən sizə qadınlarla müvəqqəti nigah balamağa icazə vermişdim. Həqiqətən, indi Allah Qiyamət gününə qədər bunu qadağan etdi. Əgər sizlərdən kimsə bu cür nigahdadırsa, o qadını buraxsın və ona verdiyini geri almasın” (Müslim və İbn Macə rəvayət ediblər. Bax, “Müxtəsər Müslim”, 813 və şeyx əl-Albani “Səhih əl-Cami əs-Saqir”, 7887).

Kimdən: İştirakçı
02.07.2010 13:55
As Salamu Aleykum

Mənə elə gəlir ki foruma kifayət qədər material göndərilib – və Allahın izni ilə sübut olunub ki “Müvəggəti nigahın”
Qiyamət gününə qədər qadağan olunub, Dünyanın 85% müsəlmanları onu bilir, yalnız Sıyğə əhli nəfslərinə uyaraq onu icazəli hesab edirlər. Buda onu göstərir ki onlara nə qız vermək yada onlardan qız almaq olmaz “ИСПОЛЬЗОВАННЫЙ МАТЕРИАЛ”
ola bilər, qoy özləri özlərinə qız alıb versinlər, Bir sözlə bu əqidə bəllidir – nə özünüz, nədə camaatı o əqidəyə dəvət edin.
Sizin fikrinizlə bu gün anaları, bacıları, qızlarını, 1-2 saatlıq verənlər sabah Qarabağımızı azad etməyə gedəcəklər ? nəysə
bununla yekunlaşmaq istəyirəm, haradasa hətta etmişəmsə birinci Allahdan sonra sizlərdən Haqqınızı halal edin deyirəm
Azadlıq radiosuna öz dərin minnətdarlığımı bildirirəm – O cür insanların iç üzlərini açdınız

As Salamu Aleykum Va Rəhmatullahi və Bərəkətuhu

Kimdən: Info
02.07.2010 01:10
Şeyx Muhsin əl-Əmin “Əayan əş-Şiə” kitabında (səh.159) nə yazır:
“BÜTÜN ŞIƏ ALƏMI, XÜSUSILƏ NƏCƏF ƏHLI HESAB EDIR KI, MÜVƏQQƏTI NIGAH ICAZƏ VERILMIŞ, AMMA EYNI ZAMANDA DA BIABIRÇI BIR ŞEYDIR”.
Bu kəlmələr onu göstərir ki, “müvəqqəti nigahın” Qurandan heç bir əlaqəsi yoxdur- ona görə ki “müvəqqəti nigah” haqda Quranda ayyə olsaydı etiraz edərək Şeyx “BIYABIRÇI” sözünü işlədməzdi – çünki bu Küfrdür

Kimdən: İştirakcı
02.07.2010 00:02
2-ci Hiss'

Bə'zi adamları ayədə istifadə olunun “istəmtə'a” fe'li çaşdırır ki, mə'nası – “həzz almaq, istifadə etmək” deməkdir. Bu söz “təmattə'a” (müvəqqəti nigah bağlamaq) fe'li ilə eyniköklüdür. Rafizilər hesab edirlər ki, bu, müvəqqəti nigahı bildirən şəriət terminidir. Amma bu belə deyil. “İstəmtə'a” fe'li Qur'anda başqa mə'nalarda da işlədilib. Uca Allah xəbər verir ki, kafirlər ona bu sözlərlə müraciət edəcəklər: «EY RƏBBIMIZ! BIZ BIR-BIRIMIZDƏN BƏHRƏLƏNDIK (“ISTƏMTƏ'A”) VƏ BIZIM ÜÇÜN MÜƏYYƏN ETDIYIN ƏCƏLIMIZ GƏLIB ÇATDI!» (əl-Ənam, 128). Bu sözə həmçinin «ət-Tövbə» 69-da və «əl-Əhqaf» 20-də rast gəlmək olar və burada da bunlar müvəqqəti nigah mə'nasında deyil.
«Ən-Nisa» surəsində istifadə olunan bu fel həm də onu göstərir ki, kişi öz qadını ilə birgə həyat sürdüyü müddətdə ondan zövq alır. Cəfəri məzhəbinə mənsub olan əs-Səbzəvari və Məhəmməd əl-Məşhədi, uyğun olaraq “əl-Cədid fi təfsir əl-Quran əl-Məcid” və “Kənz əd-Dəqaiq” əsərlərində məhz bu haqda yazırlar. Beləliklə, bu ayədə “istəmtə'a” felinin sevinc, zövq, həzz ifadə etdiyi görünür ki, bunu da insana daimi nigah verir və heç kimin haqqı yoxdur ki, uyğun həzzin müvəqqəti nigahla alınması iddiasında olsun.
Rafizilər “istəmtə'a” felinin təfsirini qadına mükafatın kişinin həzz almasından sonra verilməsi kimi Allahın xatırlatması ilə əsaslandırırlar. Axı müvəqqəti nigah zamanı göstərdiyi xidmətin sonunda qadına haqqı ödənilir. Amma daimi nigah zamanı isə qadına ailə həyatından əvvəl mehr verilir. Bu heç də tutarlı sübut deyil. Bundan əlavə, bu ümumiyyətlə dəlil sayılmır. Çünki Uca Allah buyurur: «EY IMAN GƏTIRƏNLƏR! NAMAZA DURDUĞUNUZ ZAMAN ÜZÜNÜZÜ VƏ DIRSƏKLƏRLƏ BIRLIKDƏ ƏLLƏRINIZI YUYUN…» (əl-Maidə, 6). Bu vaxta qədər heç kim bəyan etməyib ki, dəstəmazı namaz qılan şəxs məhz namaza başlayarkən almalıdır. İş orasındadır ki, ərəb diləndə belə ifadə tərzi mövcuddur.
Rafizilər həm də onu dəlil gətirirlər ki, ayədə mənası “mükafat”, “əvəz” olan “əcr” (“ucur”) sözündən istifadə olunub. Məlumdur ki, daimi nigah zamanı qadın mükafat deyil, mehr alır. Onlar unudurlar ki, Uca Allah Quranda bir neçə yerdə mehri “əcr” (“ucur”) adlandırıb:
«…NAMUSUNU QORUYAN, ZINAKARLIQ ETMƏYƏN VƏ AŞNASI OLMAYAN CARIYƏLƏRLƏ SAHIBLƏRINDƏN ICAZƏ ALIB EVLƏNIN VƏ ONLARIN MEHRLƏRINI QƏBUL OLUNMUŞ QAYDADA VERIN! …» (ən-Nisa, 24);
«… MÖMINLƏRIN, HƏMÇININ SIZDƏN ƏVVƏL KITAB VERILMIŞLƏRIN AZAD VƏ ISMƏTLI QADINLARI MEHRLƏRINI VERDIYINIZ, NAMUSLU OLUB ZINA ETMƏDIYINIZ VƏ AŞNA SAXLAMADIĞINIZ TƏQDIRDƏ SIZƏ HALALDIR…» (əl-Maidə, 5);
«YA PEYĞƏMBƏR! MEHRLƏRINI VERDIYIN ZÖVCƏLƏRINI, ALLAHIN SƏNƏ QƏNIMƏT OLARAQ VERDIKLƏRINDƏN SAHIB OLDUĞUN CARIYƏLƏRI…» (əl-Əhzab, 50);
«… KAFIR QADINLARI ÖZ KƏBININIZ ALTINDA SAXLAMAYIN. (HƏMIN QADINLARA) VERDIYINIZ MEHRI (ONLARIN ƏRƏ GETDIYI KAFIRLƏRDƏN) ISTƏYIN…» (əl-Mumtəhinə, 50).
MƏŞHUR ŞIƏ ALIMI ƏT-TƏBRISI ALLAHIN «YA PEYĞƏMBƏR! MEHRLƏRINI VERDIYIN ZÖVCƏLƏRINI, ALLAHIN SƏNƏ QƏNIMƏT OLARAQ VERDIKLƏRINDƏN SAHIB OLDUĞUN CARIYƏLƏRI…» (əl-Əhzab, 50)
ayəsini təfsir edərək yazır: “Bu mehrdir. Çünki mehr intim yaxınlığın mükafatıdır.”
Ərəb dilini və Quranın stilistik xüsusiyyətlərini bilmək, qətiyyətlə bəyan etməyə imkan verir ki, bu ayənin müvəqqəti nigahla heç bir əlaqəsi yoxdur. Odur ki, müqəddəs Quranda müvəqqəti nigaha aid Peyğəmbər -səllallahu aleyhi və alihi və səlləm- onu qadağan edənə qədər və ondan sonra icazə verən heç bir ayə yoxdur.

Hətta müqəddəs ayələri təhrif etməklə, - insan öz əməllərinə haqq qazandırmaq üçün nələr etməz -rafizilər sonuncuya əsaslanırlar.

Dahi sünni alimlərinin hədis toplularında İslamın ilk dövrlərində bəzi müsəlmanların müvəqqəti nigah bağladıqlarını bildirən hədislər verilir. İmam Müslim bu barədə bir çox hədis rəvayət edib.
Lakin onlar bu toplularda icazənin sonralar qadağan edildiyini bildirən bir çox səhih hədislərin olmasının üstündən sükutla keçirlər.

Onlar “təməttə'a” felinin həmçinin “ümrədən sonra həcc etmək” (“təməttə'a”- həccin bir növüdür- tərc.) mənasını bildirdiyini iddia edirlər.

Səhifə (14)
    Növbəti 

Azərbaycanda dini tolerantlığı səviyyəsindən razısınızmı?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun fikrincə, "Azərbaycan dünyaya yalnız neft deyil, özünün milli-dini tolerantlıq nümunəsini ixrac edə bilər". Sən necə düşünürsən?

5 şərh

Anonim: heç hənanın yeridi? davamı