Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:10

Bloqlar / Qorxmaz Əsgərov

Siyasi diaqnoz, yoxsa mərsiyə?

x
Şriftin ölçüsünü dəyiş - +
Tənqid ictimai təkamüldə mühüm rol oynayır. Analogiya aparsaq, istənilən ictimai tənqid toplumun hiss etdiyi bir ağrıdır. Bu ağrının əsasında ictimai problem müəyyənləşdirilir və cəmiyyət bu siyasi diaqnoza uyğun olaraq öz cavab addımını tapıb problemi aradan qaldıra bilir.

İnkişaf etmiş cəmiyyətlərdə siyasi müxalifətin və azad medianın mövcudluğu məhz bu funksiyaya xidmət edir. Nəzəriyyədə bu belədir. Praktikada isə... Müxtəlif ölkələrdə bu proses müxtəlif çalarlar alır. Üçüncü dünya ölkələrinin çoxunda tənqid-diaqnoz-çarə zəncirini qırıq zəncir həlqələri əvəzləyir və cəmiyyət disfunksional bir topluma çevrilir.

TƏNQİD YOXSA MƏRSİYƏ


Bu mənada Azərbaycan da istisna deyil. Hər il Qarabağ müharibəsində itirilmiş rayonların işğalı günü qəzetlər siyasi mərsiyələrlə dolur.

28 Mayda Rəsulzadə və itirilmiş respublika üçün ağı deyilir, 4 iyun və 15 iyunda yıxılan demokratik hakimiyyət üçün eyni stilli «mərsiyələr» səslənir – qəzetçilərin, ictimai xadimlərin, siyasi liderlərin və ziyalıların dilindən.

Ola bilsin ki, Azərbaycanla ABŞ-ın müqayisəsinə tez-tez müraciət edirəm. Amma Azərbaycan mətbuatında çap olunan tipik siyasi-şikayət stilində bir materialı Amerika mətbuatında təsəvvür etməyə çalışıram. Bir şey alınmır. Amerikada belə yazmırlar, belə düşünmürlər.

«POZİTİV DÜŞÜNCƏ»

«Pozitiv düşüncə» məfhumu var bu cəmiyyətdə və amerikalılar problemi tənqid yolu ilə müəyyənləşdirən kimi çıxış yolları axtarırlar. Bu yollar müxtəlif insanların düşüncələrində ağıllı, yaxud səfeh şəkildə özünü büruzə verir. Amma vacib olanı bu deyil. Əhəmiyyətli məqam ondadır ki, cəmiyyət oturub ağlamır. Yol axtarır, iri problemi xırda hissələrə bölüb onu çözməyə çalışır və ən çətin problem də bu prosesin qarşısında duruş gətirə bilmir, əvvəl-axır öz həllini tapır.

Azərbaycandakı problemlərin əhəmiyyətini kiçiltmək olmaz. Lakin problemlərin böyüklüyü əvvəldə qeyd etdiyim pozitiv düşüncənin əhəmiyyətini bir az da artırır ki, onu azaltmır.

28 Mayda Rəsulzadə və itirilmiş respublika üçün ağı deyilir, 4 iyun və 15 iyunda yıxılan demokratik hakimiyyət üçün eyni stilli «mərsiyələr» səslənir – qəzetçilərin, ictimai xadimlərin, siyasi liderlərin və ziyalıların dilindən
Demokratiya azad və təşəbbüskar insanların cəmiyyətidir. Azərbaycan cəmiyyəti nə vaxtsa azad olacaqsa, bu öz taleyini özü həll etmək istəyən insanların gücü hesabına baş verəcək.

BƏLKƏ ŞİƏ TƏFƏKKÜRÜ?

Hələ ki, Azərbaycanda bütün cəmiyyəti bürümüş kimi görünən bir ağlaşma müşahidə olunmaqdadır. «Bizim hüquqlarımızı pozurlar», «sərvətlərimizi talan edib xarici banklara yığırlar», «torpaqlarımızı tutublar», «özümüzünkülər evlərimizi başımıza uçurur», «dolana bilmirik», «beş-on nəfərin əlində əsir qalmışıq», «seçkiləri saxtalaşdırırlar», «saqqalımızı güclə qırxırlar», «döyürlər», «tuturlar» və s. bu kimi nalələr Azərbaycan ictimai müzakirəsində özünə yer tutub. Bu belə də olmalıdır. Lakin bütün ictimai-siyasi proses sanki bu nalələrlə də elə məhdudlaşır.

Azərbaycan cəmiyyətinin məhz bu notlarda ilişib qalmasının səbəblərinə dair ancaq spekulyasiya etmək olar. Məsələn, demək olar ki, Azərbaycandakı bu siyasi fenomen müəyyən mənada İslam şiəliyinin mədəni təzahürüdür.

Əzabın, ağrının fetişləşdirilməsi, ağlaşma, haqq yol uğrunda vuruşub qalib gəlmək yox, uduzub əzabkeş olmaq və ağlamaq bu mədəniyyətin tərkib hissəsidir. Bəlkə də. Lakin xristian dinində də İsanın çarmıxa çəkilməsi məqamı məzmunca eyni şeydir, lakin bu, Qərb cəmiyyətlərində fatalizmin insan düşüncəsinə hakim kəsilməsinə gətirib çıxarmır.

YOXSA «AĞ ATLI OĞLAN» ÜMİDİ?


Yaxud, daha sadə səbəb tapmaq olar və iddia etmək olar ki, problemlərin əzici ağırlığı insanlarda bir çarəsizlik hissi yaradır və bütövlükdə cəmiyyətin siyasi proseslərə reaksiyası həmin problemin törəməsidir.

Xəstəliyin insan orqanizminə təsiri haqqında ABŞ və Avropada maraqlı araşdırmalar aparılıb. Həmin araşdırmalara görə, xəstəlik zaman keçdikcə insanın mübarizə əzmini qırır və insanı bütövlükdə çəkdiyi ağrıların əsirinə çevirir. Bir müddət sonra insan çəkdiyi ağrıdan başqa heç nə barədə ciddi düşünə bilmir və nəticədə həmin insan sağlam qərarlar qəbul etmək qabiliyyətini itirir və çıxış yolunu kənarda axtarır. Sonuncu məqam isə insanın həkimə sadəcə bir tibbi professional yox, həm də «xilaskar», «kahin» kimi baxmasına gətirib çıxarır. Xəstə insan da öz ağ atlı oğlanını gözləyir. Bu izahı ağır problemli cəmiyyətlərə tətbiq edib eyni nəticələri çıxarmaq olar. Lakin bu səbəblərin heç bir əhəmiyyəti yoxdur.

SUDA BOĞULAN ÖZÜ XİLAS OLMALIDIR

İstənilən halda, yıxılan adam özü ayağa qalxmalıdır, ağlayan özü öz göz yaşlarını silməlidir və zülmə məruz qalan özü ona edilən zülmə son qoymalıdır. Həddən ziyadə nəzəri səslənir, deyilmi? Gəlin, bu deyilən fikirlərin praktikada təzahürlərinə baxaq.

Müxalifət düşərgəsində öz gücünə görə seçilən iki oturuşmuş partiya – AXCP və Müsavat var ki, onlar Azərbaycanın bütün bölgələrində bu və ya digər dərəcədə təmsil olunurlar. Bu partiyalar onların ümumi fikirləri ilə həmfikir olan xeyli sadə vətəndaş, ziyalı və ictimai-siyasi xadimlər tərəfindən tənqidə məruz qalırlar. Həmin partiyalar da eyni fikri dəfələrlə səsləndiriblər: Kiminsə fərqli yolu varsa, buyursun meydana, öz istədiyi kimi iş aparsın. Niyə fərqli düşünənlər ortaya bir fəaliyyət qoymurlar?

ANCAQ MÜXALİFƏTMİ?


İqtidar düşərgəsində Heydər Əliyevə loyal olub iqtidarın indiki xəttində islahatlar görmək istəyən xeyli adam var. Heydər Əliyevin yaxın silahdaşları var o insanların içində. Şikayət edirlər. Niyə siyasi iradə göstərib öz siyasi təşkilatlarını qurmurlar? Niyə o insanlar özləri kimi düşünən beş-on nəfəri başlarına yığıb bir iş görmürlər?

İctimai xadimlər, ziyalılar, gənclər şikayət edirlər ki, cəmiyyətlə düzgün iş aparılmır, maarifləndirmə işi getməlidir və s. Niyə beş-on nəfər bir araya gəlib bu istiqamətdə işləməsin?

Qarabağ itkisindən danışan xeyli sayda insanlar var. Niyə görə bu problemi Azərbaycan üçün ən ümdə problem hesab edən beş-on nəfər, məsələn, Qarabağ Azadlıq Təşkilatı 17 ildir ki, işğal altında qalan Azərbaycan torpaqlarının geri qaytarılması üçün barmağını tərpətməyən Azərbaycan hökumətindən hesab sormur? Hanı onların fəaliyyəti? Onlar öz piketlərini ATƏT-in, Avropa ölkələri səfirliklərinin yoxsa Azərbaycan hökumətinin qarşısında keçirməlidirlər?
Qarabağ itkisindən danışan xeyli sayda insanlar var. Niyə görə bu problemi Azərbaycan üçün ən ümdə problem hesab edən beş-on nəfər, məsələn, Qarabağ Azadlıq Təşkilatı 17 ildir ki, işğal altında qalan Azərbaycan torpaqlarının geri qaytarılması üçün barmağını tərpətməyən Azərbaycan hökumətindən hesab sormur? Hanı onların fəaliyyəti? Onlar öz piketlərini ATƏT-in, Avropa ölkələri səfirliklərinin yoxsa Azərbaycan hökumətinin qarşısında keçirməlidirlər?

Azərbaycanda xeyli sayda QHT var ki, sırf iqtisadi sahədə ixtisaslaşır və Azərbaycandakı korrupsiyanın səviyyəsini ölçüb cəmiyyətə öz tənqidi rəylərini çatdırırlar. Niyə bu tənqidlərin əsasında bir nəfər də olsun Azərbaycan məmuru barədə məhkəməyə müraciət edilmir?

BİR İŞ GÖRƏNƏ NEÇƏ TƏNQİDÇİ DÜŞÜR?

Siyahını istənilən sahədə uzatmaq olar. Lakin ümumi mənzərə budur ki, Azərbaycan cəmiyyətində əksər insanlar öz fəaliyyətlərinin gücünə inanmırlar.

Ayrı-ayrılıqda götürsək, doğrudan da hər bir fərd iri bir problemi təkbaşına həll edə bilməz. Lakin problemlərin həllinə o zaman nail olmaq olar ki, hərə öz bacardığı müstəvidə cəmiyyətdə baş verənlərlə bağlı nəsə etsin. Ayrı-ayrılıqda bu işlər kiçik və bəzən mənasız görünsə də, bir hərəkat kimi bu proses iri bir fəaliyyət selinə çevrilə bilər.

Hər kəsdən ummaq olmaz ki, siyasi partiya qurub fəaliyyət göstərsin. Lakin bu cəmiyyətdə bu gün bunu edə bilən insanlar var və onlar bu işi görmürlər. Hər bir adamdan tələb etmək olmaz ki, beş-on nəfəri başına yığıb bir ictimai fəaliyyət qursun. Lakin bu cəmiyyətdə bu gün bunu edə bilən insanlar var və onlar bu işi görmürlər. Hər kəsdən gözləmək olmaz ki, Azərbaycan əhalisi içində maarifləndirmə işi aparsın. Amma ... yenə həmin nəticə.

Təbii ki, bütün deyilən sahələrdə real işlər görən dəyərli insanlar da var. Lakin bir iş görənə ən azı bir neçə tənqid edib iş görməyən düşür. Niyə görə insanlar öz inandıqları ideyaların reallaşması uğrunda çalışmasınlar?

AZƏRBAYCANLININ ESTONDAN FƏRQİ


Azərbaycanın başına gələn bəlalarda xarici dövlətləri suçlamaq olar. Amma suallar da var: Azərbaycanda olan hökumətdən Polşada da ola bilərdimi? «Allah mənim ömrümdən kəsib prezidentin ömrünə calasın» ifadəsini estona da dedizdirmək olardımı? Bu suallara müsbət cavab verənlərə sözüm yoxdur. Amma həmin suallara mənfi cavab verənlərə bir sualım da var: Nədir azərbaycanlının həmin o polyakdan, estondan fərqli edən cəhət?

Bəlkə elə məhz bu siyasi mərsiyələr?

Məqalədəki fikirlər müəllifin şəxsi düşüncələridir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: mığı Haradan: bakı
07.07.2010 11:04
mən başa düşə bilmirəm ki, nə istəyirsiz bu dövlətdən. qoyun rahatca cibişdanlarını doldursunlar, yerə tökülənləri də biz yığarıq da . pisdir ki? hər halda onların cibində yerə qəpik-quruş tökülməz, əllilik , yüzlük tökülər. ayda bir məmurun cibindən ən azından filan qədər tökülər ki, onunla bir neçə rayonun sosial müdafiəsinə sərf olunan maliyyədən çoxdur. nəyi pisdir bunun?

Kimdən: Meherrem Goyusoglu Haradan: Qazax
26.06.2010 14:17
Deyerli, Qorxmaz bey, sozunuzun quvveti, bu tenqid mersiyesi ta dovru qedimden var,chixish yolu deyenleri de hemishe laga qoymagi, ona da bir qulp qoymagi bacarir bu millet. Mence bize sok effekti veren bir olay lazim,ya da biz de her 20-30 ilden bir mueyyen pozitiv qabarmalar olur,ona hazir olmaq lazim.Mersiyye kimi cixmasin amma,
bizde genel olaraq, dunya gorushu dardi,
-coxumuz Rusiyadan basqa bir olke gormemisik,
-Demokratiyani son 17 ilde o qeder ele saldilar ki, insanlar gormeden ondan da bezdi,
-Toplumda Iman problemi var, insanlarin imani zeifdir, bu da inamsizliga getirir,
rehmetlik Ataturkun bir sozu var "Zafer Zafer benimdir deye bilenlerindir" mence biz hale bunu deye bilmirik, bununda "zamana ehtiyaci var"

Kimdən: Ramil Haradan: Qazax
21.06.2010 10:48
Chox duzgun tehlil edibsiz Qorxmaz bey.Sadece ozunuz demishken Siz her zaman muqayise edirsiz,lakin Azerbaycan cemiyyetinin ekseriyyeti Sovetler donemile muqayise edir,ve ona gorede bele amorfni veziyyetdir.Menim Azerbaycani benzetmede bir subyektiv fikrim var- bizim olke ABS 30cu illerini xatirladir,yeni ki her sheye bizness adi vermek(ichinde terif olmaq shertile)-DEMOKRATIYANIN ise- quru QANUN donemidir, tam raziyam ki here ozunden bashlasin sonra ise topluma kechmek. Butun Vetendashlarimiza ugurlar bu sepkide ...

Kimdən: panax.
20.06.2010 18:02
bu gun Azerbaycan televiziyalari, cemiyyetin uzune baqlidir. Efir bu gunku realliqin aynasidir. ahali ozunu aynada gore bilmirse, hakimiyyetde saxta gorkemde ,Aq atli kimi xalqa sirinirsa, umumilikde cemiyyetde hadiseleri analiz etmek qabiliyyeti yoxdursa , yeni siyasi medeniyyetin asaqi seviyyede olmasi , hecde ahalinin oz problemlerine bigane kimi qiymetlendirilmemelidir. ne ise edilmelidir ki, ahalini mariflendirmek mumkun olsun.

Kimdən: muxalifetci Haradan: totalitar rejimden
20.06.2010 16:12
Ne herliyirsen ey.Oturmusan super ABSH-da,herden yazilarini oturursen(adamin uste Allah ver yzilarina soz ola bilmez) cemiyyete,doshuyursen-doshuye bildikce.Adin Qorxmazdir,ozunde qormazsanmi? Ele ise buyur gel,cixish yolun yurdumuzda ariyaq. Kenardan cetin ish asan gorsendiyi kimi, yaxindan da asan ish cetin gorunur. Umumiyyetle sizi de qinamaq yersizdir.Memleketimizde alem qarishib bir-birine.Bir meselde oldugu kimi,it yiyesin,deli qiz erin tanimadigi kimi.

Kimdən: Temir Haradan: Baki
20.06.2010 15:58
Haqqucune bu muellif maraqli ve aktual movzulu meqaleler yazir, hercend men bir oxucu olaraq bu tip yazilarin sonuna vurulmush "elan"i hec anlamiram - "Məqalədəki fikirlər müəllifin şəxsi düşüncələridir". Elbette eledir, bu yazilmasa da her bir normal oxucu bunu anlayir, hetta qebul edir, bashqa variant yada da dushmur.
Ama men bu "elan"a niye toxundum? Maraqli ve bezen tukurpeden yazilar yazan Qorxmaz beyin bu meqalesinin ruhuna uygun olduguna gore. Belke de ona bir cavab oalraq. Beli, beli.
Hamiya ele gelir ki, ESAS ISHI O OZU YOX, bashqasi gormelidir, QOY ONU BU ISHLERE qatmasinlar, yaxud da tam qatmasinlar.
Mene ele gelir, Qorxmaz bey bu yazisyla gunahkar axtarishinda dovreni qapamaga calishib. Yani Azerbaycandaki veziyyete kenarda hec kes - ne ABS, ne Qerb olkeleri mesuliyyet dashimirlar, gunah xalqin shiye ezabkeshliyindedir - duzdur, bu fikirlerde ve demek olarsa, bu ittihamlarda heqiqet payi da yox deyil, zira son gelishmeler, xususen, ABS-Azerbaycan munasibetlerindeki "Qeyts gedishi"nden sonra bele ittihamli mulahzielerin oratya cixmasinin ayqin ki, konkret sebebleri de var.
Bu sebebler haqda yaqin ki, Hillari Klintonun seferinden sonra daha aciq danishmaq ve onu hiss etmek mumkun olacaq.
Qorxmaz beyden ise daha sanballi ve semimi yazilar gozleyirem.

Kimdən: Rza Haradan: Baki
20.06.2010 15:47
Ele bu yazinin ozu de bir mersiye deyilmi. Bu gun Bakida mitinq vaxti 10-15 nefer hebs olunub. Amma en azi 50-60 koshe yazisi taparsiz ki, desin muxalifet zeifdir, etiraz etmir....

Kimdən: qarabagli Haradan: talan olmush yurd
20.06.2010 15:02
Ele sizinde yazinizi mersiyenin muasir formasi hesab etmek olar.Qarabag Azadliq Teshkilatini misal cekirsiniz.Bunu tebii qebul edirik.Cunki Qarabagla bilavasite meshgul olan teshkilat QAT-dir.Ancaq tenqid edende ele tenqid etmek lazimdir ki,bu teshkilatda 17 ilini keciren mubariz insanlarin qelbine toxunmasin.Onsazda cemiyyetimiz xeste insana benzeyir.Hami deyinir,hami hamidan shikayet edir.Mubarize aparan,mubarizeden kenar qalib irishenlerden daha cox qinaga tush gelir.Yazini oxuduqca Prezident aparatina yurush vaxti al-qana bulashmish QAT uzvleri yadima dushur.Hebs olunmush insanlarla aksiya vaxti nece reftarin,bolmede nece yaziq gorkem almish polisler yadima dushur.Bolmede etiraf edirler ki,sizin tutdugunuz yol duzdur,ancaq bizlere tapsgiriq budur.Nazirler Kobinetinin,Mudafiye Nazirliyinin,Baki Meriyasinin,Heyat otelinin,Avropa otelinin,Xarici Ishler Nazirliyinin qarshisindaki doyulen,hebs edilen insanlar ne tez unudulur? Azerbaycanin ilk Milli Qehremani Shahin Tagiyevi eks"mitinq" Cinqiz Memmedovun zerbeyle vurub yere yixdigin.deyesen hec kim gormeyib? "Biz evimize qayitmaq isteyirik" shuari altinda Shushya yurush teshkil eden QAT uzvulerinin hansi merhumiyyetlerle qarshilashdigin,deyesen hami yadindan cixardib? Metroya jiton pulu tapmayan QAT uzvulerinin dolanishigi ile hansi ozunden deyen Azerbaycan kishisi(cox az sayda vetenperverleri cixmaq shertiyle) maraqlanib? Belke mersiyenin yanina bir unutqanliqda elave edesiniz hormetli Qorxmaz qardashim. Omrunun genclik illerinin ahil yashina kecidini hebsxanalarda,"dubinka" altinda,yekeqarin polislerin tepiyi,yumurugu altinda,hedeler altinda,ishinden qovulmaqla,merhumiyyetlerle adlayan Akif Nagiya budurmu ziyali qiymeti? Belke Qarabag ancaq dediyiniz bu besh-on nefere aiddir? Niye bir defe yazilarinizda haray cekib ozune ziyali deyenleri,kreslolarda qocalan memurlari,harinlamish rejimin qul-becelerini Qarabagla bagli bir araya gelmesini yazmirsiniz? (Nece illerdi Vetenden kenardayam.Qeribcilikde kecen her ilim uc-besh ile beraberdir.Kash mende Qarabagda SHEHID olaydim bu qinaqlari eshitmeyeydim) ( eger sherhimde size toxunacaq bir fikir varsa,bu bashdan uzur isteyirem)
Cavab

Kimdən: aglashmahi xoshlamayan
21.06.2010 01:59
Goresen Azrbaycandan bashqa hansi olkede agi var?
Cavab

Kimdən: Aglagan
23.06.2010 13:02
Var. Neinki islam aleminde, xristian olkelerinde de var. Amma orta esrlerde qalib