Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:15

Verilişlər / Kontekst

Attestat bazarı

Şriftin ölçüsünü dəyiş - +
- Məktəb elə bil bazara çevrilib. Hər il bir qiymət qoyurlar. Keçən il qardaşımdan 50 manat aldılar. Bu il də bizdən 80 manat istəyirlər. İmtahandan kəsilən uşaqlardan lap çox alırlar.

- Nə qədər istəyirlər?

-100 manat, 200 manat, baxır da...

Aytən bu il Gəncədəki 22 saylı məktəbi bitirib. Böyük həyəcanla həkim olmağa hazırlaşan Aytənin qayğılarına biri də əlavə olunub. Deyir ki, orta təhsil haqqında attestatı almaq üçün onlardan böyük məbləğdə pul tələb edilir. Gəncənin orta məktəblərində şagirdlər attestatın müxtəlif qiymətlərə «satıldığını» deyirlər:

DƏRSƏ GƏLƏNLƏ GƏLMƏYƏNİN QİYMƏTLƏRİ FƏRQLİDİR

- 24 nömrəli məktəbdə oxuyuram. 70 manat pul istəyirlər. Biz də narazılıq edirik, sinif rəhbərimizə demişik, amma baxan yoxdur. Dərsə gələnlə gəlməyənin qiymətləri fərqlidir.

Gəncədəki 24 saylı məktəbin direktoru Şərafət Məmmədova deyir ki, uşaqlar böhtan atır, məktəbdə pul söhbəti gedə bilməz:

UŞAQLAR QƏLƏT EDİRLƏR

- Uşaqlar qələt edirlər, gəlib mənə desin, görüm kim ondan pul istəyir? Qətiyyən ola bilməz.

Nadir 8 saylı məktəbdə oxuyur. Mikrofona danışmağa çəkinir, amma deyir ki, valideyni ilə məktəb direktoru attestat qiymətində razılaşa bilmədikləri üçün mübahisə ediblər. Nadir attestat alacağına və ali məktəbə sənəd verə biləcəyinə ümidsizdir.

GETSİN PROKURORLUĞA DESİN

Etibar Əliyev
Məktəblərdə attestat alveri ilə bağlı Gəncə şəhər Təhsil Şöbəsinin rəis müavini İsmayıl İsmayılovla danışdıq. İsmayıl İsmayılov bu barədə məlumatsız olduğunu dedi:

- Mənim məlumatım yoxdur, kimdən istəyirlər, getsin prokurorluğa desin.

BU MƏSƏLƏ KÜTLƏVİ XARAKTER DAŞIYIR

«XXI Əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev də deyir ki, attestatlara görə orta məktəblərdə böyük məbləğdə pul tələb olunur və təşkilata bu barədə müraciətlər daxil olur. Etibar Əliyev ötən il Goranboy rayon Təhsil Şöbəsinin direktorunun rüşvət tələb etdiyinə görə həbs edilməsinin məktəblərdəki vəziyyəti təsvir edən ən bariz nümunə olduğunu deyir:

- Bizim təşkilata da siqnallar daxil olub. Bu məsələ kütləvi xarakter daşıyır və qarşısı alınmır. Hiss olunur ki bu, mərkəzləşmiş şəkildə təşkil olunur.

Etibar Əliyevin sözlərinə görə, son vaxtların təcrübəsi sübut edir ki, valideynlər hüquq-mühafizə orqanlarına şikayət etsələr belə nəticə olmur. Odur ki, valideynlər tələb olunan pulu verməyə məcbur qalırlar.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Maximus Haradan: Ganja
23.06.2010 16:47
Attestati pulnan alan ushaqdan da geleceyin dovlet qulluqcusu olacaq. Tebii ki, bele adam da en qati rushvetxor olacaq ve ola bilsin ki, bu Azadliq Radiosunda hemin insanin pis emelleri haqqinda hansisa yazar meqaleler yazacaq, bizler sherhmizde yazacayiq ki, "nece de vicdansiz insandir bu memur"", amma dushunmeyeceyik ki, bu memuru hele mektebi bitirerken, bizim etiraz elemediyimiz, Televiziyalarda meddahliq etdiyimiz rejim pozmushdur. Nece deyerler "Ne tokersen ashina, o da cixar qashigina " Eshq olsun su(rushvet)VEREN Azerbaycana...............

Kimdən: Xortdan Haradan: Cəhənnəm
21.06.2010 12:43
Çox maraqlıdır, əgər doğum haqqında şəhadətnaməyə, öləndə qəbir yerinə rüşvət veririksə attestata niyə verməyək? Attestatdakı qiymət cədvəlinə "rüşvət və onun sirrləri " fənni əlavə edilsə daha gözəl olar.

Kimdən: Aslan Haradan: Baki
20.06.2010 17:36
Gorunur i.eliyeve gelecekde savadli memur ve mutexesiz gerek deyil,cunku malbahs,korrupsioner,rushvetxor memurlari idare etmek asan ve mesuliyyet teleb etmeyen bir ishdir.Yadinizdadirsa Eli insanovun hebsinden sonra m.merdanovunda hebsi barede soz-sohbet gedirdi.Hebslerden bir nece gun sonra m.merdanov televiziyaya cixarilaraq hiss olnurdi ki,qorxu hissi keciri eynen bu sozleri dedi,mene bundan artiq vezife gerek deyil,merdanovu televiziyaya cixaran o quvveler merdanovun butun ishlerinden xeberdardilar.BU gun Axerbaycanda neinki tehsil butun saheler merdanovlarin yox eliyevlerin ucbatindan acinacaqli durumdadir.

Kimdən: qara yusif
19.06.2010 16:34
Artiq bu memlektde her sey ola bileceyine sekkim bele qalmayib.Usaqlar ise narahat olmasin.Emiler (valdeyn usagi cezalandira bilmez) qerarini qebul etsin,onda lap kef olacaq.Qizlarimizi dizden iki qaris yuxari geyindirenden sonra,bu qerar lap yerine dusur.
Amma basimiza das yagarsa,elimizi-obamizi su basarsa,zelzeleler olarsa onda demeyin biz ne gunah sahibiyk.Onda demek onsuzda fayda vermeyecek.

Kimdən: Meherrem Goyusoglu
19.06.2010 13:21
Tek Gencede bele deyil ki, butun olkede Atestat alveri gedir, bu kecen ilden beledir,Allah bazar vermesin!

Kimdən: Valeh Mirze Haradan: Baki
19.06.2010 12:28
Men mektebi bitiren ushaqlara yalniz ALLAHDAN yardim isteyirem... Bilirem ki bashqa cur mumkun deyil,ALLAH komeyiniz olsun,ugurlar haminiza...He birde Butun tehsil shobe mudirlerine ve bashda hormetli nazirimiz Misir Merdanov cenablarina ALLAH insaf versin...

Kimdən: KOMMUNIST Haradan: GiZLi BAKI
19.06.2010 10:28
He indi sovet tehsil sisteminin qedirni bilersiniz.!!!!

Kimdən: kengerli
18.06.2010 23:33
Gedin ay Genceliler Allaha shukur edin ki sizin pulunuzu alib ishinizi gorubler .Celilabadda 100 manat pul almishdilar ve shagirdelre deyibler ki,hec ne vurmuyun ozumuz vurariq.sonra bu plan alinmadiqindan pullarini qaytarib ozlerini de kesibler.Bu planin alinmamasinin sebebi de tehsil shobe muduri Edalet Esgerovun hemin shobede ishleyen bacisi oqlu Reshadin narkotikle tutlmasi olubdur.Bashi qarishib bacisi oqluna bu ishleri de bashqa boynuna goturen yoxdur.O ki, qaldi shikayet etmeye hara qalmiyib shikayyet etmeyek hec vaxt neticesi olmayib .Pullari var 20 ildir hec kim onlara bir shey etmiyib edede bilmeyecek

Kimdən: lezzet
18.06.2010 19:12
Men bunlari oxuyanda lezzet aliram artiq.Bize hele bu da azdir.Elcibey kimi bir dahinin qedrini bilmeyen,qorxaq,yalanci,yaltagliqda butun dunyani geride qoyan,Allaha qarsi cixan bir milletin aqibeti nece olmalidir ki,???
Cavab

Kimdən: Alverci Haradan: Bazarbaycan
19.06.2010 17:29
Bu millete verdiyin qiymet mene de lezzet eledi...