Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:25

Rubrikalar / Mətbuat icmalı

«Göygölü İlham Əliyev zəbt edibmiş»

Şriftin ölçüsünü dəyiş - +
«Göygölü İlham Əliyev zəbt edibmiş». «Demokrat» qəzetinin baş yazısı belə adlanır. Məqalədə deyilir ki, ölkənin az qala bütün səfalı rayonlarında İlham Əliyevin min hektarlarla torpağı və dəbdəbəli imarətləri var:

«Əlimizə keçən faktlar sübut edir ki, xalqın sərvəti olan Göygöl yalnız bir nəfərin istifadəsinə verilib. Göygölü də İlham Əliyev zəbt edibmiş. Ölkə başçısı burada özünə iqamətgah tikdirir.

«Göygöldə İlham Əliyev üçün tikilən nəhəng villanın inşasında çalışan 150 fəhlə girov saxlanılır. Bura sanki konslagerdir. Heç kəsi nə içəri, nə də çölə buraxırlar. Artıq beş aydır ki, fəhlələrin və ustaların əməkhaqqı verilmir. Səsimizi eşidən, tələblərimizə məhəl qoyan yoxdur. İş o yerə çatıb ki, fəhlələrdən biri özünü yandırmaq istədi. Onun əlindən benzin «butılka»sını zorla aldıq».

Qəzet yazır ki, bu məlumatı redaksiyaya Göygöldə İlham Əliyev üçün inşa edilən iqamətgahda işləyən fəhlələrdən biri verib. Fəhlə redaksiyaya iqamətgahın fotoşəkillərini və videomateriallar təqdim edib.

«Yeni Azərbaycan» qəzeti isə yazır ki, prezident İlham Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Memarlıq və İnşaat Universitetinin binasının əsaslı təmiri və yenidən qurulması üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Təhsil Nazirliyinə üç milyon manat məbləğində vəsait ayrılıb.

«Azərbaycan» qəzetinin baş yazısı da prezident haqqındadır. «135 illik tarixin salnaməsi – Azərbaycan mətbuatı» adlanan məqalədə deyilir ki, İlham Əliyev dövalət başçısı kimi fəaliyyətə başladığı ilk aylardan dünyəvi demokratik dəyərlərə, o cümlədən söz və mətbuat azadlığına özünün sədaqətini nümayiş etdirdi.

«Azadlıq» qəzeti isə yazır ki, Silahlı Qüvvələrə Yardım Fonduna məcburi pul yığılmasına heç bir qurum aydınlıq gətirmək istəmir. «Silahlı soyğun» tapşırığını kim verib?» sərlövhəli yazıda büdcə və özəl təşkilatlardan Silahlı Qüvvələr Yardım Fonduna məcburi şəkildə pul yığılmasının davam etdiyi bildirilir. Məqalədə deyilir ki, bu məqsədlə büdcə təşkilatlarında çalışanların əməkhaqlarından 1 faiz tutulur. Özəl sektorda çalışanlardan isə 40-200 manat tələb edilir.

«Yeni Müsavat» qəzeti isə sabiq səhiyyə naziri Əli İnsanovun planlarından yazır. Qəzet bildirir ki, İnsanovla müxalifəti təmsil edən qüvvələr arasında danışıqlar başlayıb. Cənab İnsanov demokratik düşərgə liderlərinə «narazı elektoratı birləşdirin» mesajı göndərib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Veydəddin Pirəliyev Haradan: Xırdalan
20.06.2010 22:25
Mən, şəxsən bu deyilənlərə inanmıram.Bu İlham Əliyevin adı ətrafında növbəti qalmaqal yaratmaq üçün atılan addımdır.Bütün Azərbaycana rəhbərlik edən, quruculuq işləri ilə məşğul olan şəxsin haqqında bu cür uydurmalar yazmaq, ən azı,insafsızlıqdır.Gəlin onda, tikilən olimpiya komplekslərini, diaqnostika mərkəzlərini, təhsil obyektlərini və s. başqa tikililərində ona aid olduğunu söyləyək.Yox...Bu məntiqsizlikdən başqa bir şey deyil.
Bəli!..Korrupsiya,rüşvətxorluq,qanunsuzluq və başqa neqativ hallar mövcuddur.Bunlar isə tamamilə fərqli məsələlərdir.Odur ki, irəli sürülən ittihamla heç cür razılaşmıram.

Kimdən: vuqar Haradan: london
20.06.2010 08:55
ilhama bu mesaj catacey. Sene bele muraciet edirem ilham pulunun sayi hesabi yoxdur buqeder pul yeyirsen camaata hec xerclemirsen yediyin bes deyil hele camaati surundurursende. nolarki bu camaatada yaxi bax qoy atanin ruhuna duaci olsunnar. ALLAHIN huzurunda ne cavab vereceksen?! QALDIKI AZERBAYCANA AZERBAYCAN BUNLARIN BAZARIDI DOVLET DEYILKI.KIME HARANI ISTIYIR VERIR OZUDE ZEPT EDIR. Ay cmaat menim gozel xalqim sebr edin herseyin bir sonu var.bilirem sebr tukenib ama sebr edin!

Kimdən: Vetendash Haradan: VETEN
20.06.2010 02:06
bir Geygel olsaydi..........SHUSHANI ermeniler alib, GEYGELU, XANBULANCAYI, ....ise.... MENE, SADE VETENDASHA NE FERQI VAR KIM ZEBT EDIB? MEN VE MENIM USHAQLARIM NE SHUSHAYA GEDE BILIR, NE DE GEYGELE. yekatrinburqda bir tanishima uzden iraq bir ermeni tehlukesizliyini temin etmek sherti ile KELBECERE GETMEYI TEKLIF EDIB. AZERBAYCANDA BIR OQUL VARMI, TEHLUKESIZLIYIMI TEMIN ETMEK SHERTI ILE MENI GEYGELE APARSIN????????????

Kimdən: KOMMUNIST Haradan: GiZLi BAKI
20.06.2010 01:34
GOY-GOL inqilabdan evvel beylerin,agalarin mulki idi,kendlinin,qara camaatin agzi ne idi bu torpaqlara ayaq basaydi.Sonra kommunistler bu erazileri musadire edib etdiler UMUMXALQ mulkiyyeti,her kesin istifadesine ve istirahetine verildi.Indi yeniden agalarin devrani qayitdi goy-gol QAPALI zona elan edildi ,indi o sadece bir aileye mexsusdur.

Kimdən: mesum Haradan: Azar-bezar-can
20.06.2010 01:04
Bu adam bütün Azarbezarcani zebt edib.Göygöl meger basqasinin erazisidir?

Kimdən: Alverci Haradan: Bazarbaycan
19.06.2010 15:41
Lenkeranda da Xanbulancayi alib etrafindaki meshe zolagi ve SSRI dovrunden qalmish butun infrastrukturuqarishiq. Erazide 40-50 adamdan ibaret briqada 2 il ishledi, mermerden, qranitden neler yaratdilar. Indi lenkeranlilarin vaxtile bashqa yerlerden gelen qonaqlari aparib gezdirdikleri hemin erazi Ilhamindir, etrafini tikanli meftillerle baglayiblar, yerli camaat hec hendeverine dolasha bilmir... desem deyerler ag eledin, hendeverinden kece bilirsen, amma icerisi gorunmur ki. Cox gozel yerler idi, amma hayif, daha xalqin deyil, Ilham muellim ona da yiyelendi... Biz de ayda ilde bir defe vetene gedende, uzaqdan baxib ah cekirik... Elcatmaz oldu cennetimiz, eynen Qarabag ermenilerde qalan kimi. Ne ferqi var ki?

Kimdən: Valeh Mirze Haradan: Baki
19.06.2010 12:41
Nemrudu eshitmisiz yeqin,onunda cox boyuk qalasi var idi ama ne fayda...ALLAH vurdu bashindan... Ey insanlar hec bir halda zulme boyun eymeyin... Bu mesumlarimizin sozudur...

Kimdən: Dəyərsiz
19.06.2010 09:00
Əvvəlindən salan olsaydı əgər başə bizi,
Cəhlimiz salmaz idi bunca dağa-daşə bizi.

Azacıq elmimiz olsaydı, əgər əsrə görə,
Boyun əydirməz idi qonşuya, yoldaşə bizi.

Nə hünər var, nə biligmiz, nə də ki dövlətü mal
İtə atsan da yeməz, misl eləməz laşə bizi.

Şübhəsizdir, tüpürər surəti-idbarımıza,
Göstərən olsa bu sima ilə nəqqaşə bizi.

(Ə.Vahid)

Sizə mən nə deyim ki ay AZADLIQ qışqıranlar?
azadlıq baş əydirdi cayıla tirpaşa bizi

əllərədə gəzənlərə şövqlə sənətkar deyirik
pərəstiş etdirdilər hər cürə külbaşa bizi

nə Yaxşı ki Vahid sən görmədin bu günləri
keçirlər üstümüzdən tapdayıb birbaşa bizi
Cavab

Kimdən: Dəyərsiz
19.06.2010 18:25
bağlayib məscidləri açırlar hərəmxanalar
get-gedə döndərirlər qumarbaz alkaşa bizi
dəyərin varmı Dəyərsiz?dəyərin yoxmu sənin?
başımı itirmişəm salıblar caş-başa bizi

Kimdən: Hemid Haradan: Gence
18.06.2010 23:21
Hormetli hemvetnlilerim!Menimde bu iqtidarin cox ishlerinden xoshum gelmir! Amma gelin bir sheyide unutmayaqki Sovet Dovleti 20 ildir yoxdur-YOXDUR! Siz her deqiqe bashinda yoxsulun ushaqlarini dolandira bilmemesini arqument kimi ortaya qoyursunuz! Bu yoxsul niye ayaqini yorganina gore uzatmir?Kim onun ilde bir dunyaya getirdiyi ushaqlarini yedirib-geydirmeye borcludur?!Adama deyerler ay sefil senin harana yarashir ilde bir ushag ekirsen!?Sonrada deyirsenki bes menim ekdiklerimi dolandiran yoxdur! Bu ne qeder davam edecekdir!?Baxirsanki yemeye coreyi gucle tapir, bashini soxmaga daxmasi yioxdur gedir ozu kimi bir acini arvad edir ve ilde bir ushag dunyaya getirirler!! Besdir!! Bir heya edin!!Utanin!!Imkanin yoxdur evlenme! Imkanin yoxdur bir ushagdan artig goyma olsun!! Axi onlar ya xeste olacaglar ya ogru-guldur neticede turmeleri dolduracaglar! Oki qaldi hakimiyyetin yaxshi-pis olmasina = kor atin kor nalbendi olar + atalar deyir.Bizim kimi milletin bundan ferqli hakimiyyeti olmayacagki? Sen oz ailende gelirine gore dolanishigini planlashdira bilmeyende senin emin oglun dovletin dolanishini nece planlashdirsin?Bir bunu yaxshi-yaxshi fikirlesh!!

Kimdən: rufat Haradan: baki
18.06.2010 21:46
bir iqametgahin da yerini men deyim.Gencede Gulustan qesebesinde.Inanmirsiz gedin baxin.Amma fikirleshirem ki lap yaxshi elyirler.Bu millete bu da azdir.Azerbaycan xalqi dozumlu xalqdir. KUL BU MILLETIN ZIYALILARININ BASHINA.
Cavab

Kimdən: Rəhim Abbasov
20.06.2010 05:13
Gəlin milləti pisləməyək bu millətin gözəl oğullarının yaratdığı dövlət 1918 ci ildə olub və oğullarda yenədə var yaşıyır.Mən əminəmki o cür demokratik respublika yenidən qurulacaq! AMİN!
Səhifə (2)
    Növbəti