Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 07:00

Verilişlər / Qaynar xətt

Qıfıllanmış lift

x

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
«2006-cı ilin sonundan liftimiz işləmir. Lift idarəsinə dəfələrlə getdik, dedilər elektrik kabellərini siçovul yeyib, təzə xətt çəkdirin. Keçən ay özümüz 150 manat yığdıq, «Bakıelektirikşəbəkə»dən usta gətirib 50 manat da ona verib kabelləri təzələdik. Sonra lift idarəsindən gəlib lifti işə saldılar. 3 gün sonra isə gəlib liftin düymələrinə nə ediblərsə, qapı açılır, ancaq lift yuxarı qalxmır. Lift idarəsindən deyirlər ki, 2006-cı ildən 2010-cu ilə qədər borclarınız yığılıb, verməsəz açılmayacaq. Lifti özümüzə düzəltdirib qapısına qıfıl vururlar, sonra da işləməyən illərin haqqını istəyirlər».

AzadlıqRadiosunun qaynar xəttinə bu şikayəti Bakının lap mərkəzində – Azadlıq prospekti, 151a ünvanda yaşayan Solmaz Fərəcova deyir.

Bu bina 6 qatlı bina ötən əsrin yetmişinci illərində o zamankı Dövlət Təhlükəsizliyi Komitəsinin işçiləri üçün tikilib. Elə indi də binada yaşayanların çoxu Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarıdır.

Ancaq bina artıq Bakı şəhər İcra Hakimiyyətinin balansındadır. Solmaz Fərəcova deyir ki, yuxarı mərtəbələrdə yaşayanlar həddən artıq əziyyət çəkir:

«Mənim 73 yaşım var. 6-cı mərtəbədə yaşayıram. Bu istidə bu 6 mərtəbəni çıxana qədər əldən düşürəm. Lift idarəsinə gedirəm deyirlər ki, gedin 2006-2010-cu il üçün borclarınızı gətirin, bu dəqiqə açaq».

- Lift İdarəsində nə qədər borcunuz olduğunu deyirlər?


«150 manat. Qonşular da etiraz edir. Axı bu lift işləməyibsə, biz nəyin pulunu verməliyik? İşləyən aylar üçün blokda yaşayan 12 qonşudan heç birimizin borcu yoxdur. Əlimizdə qəbzimiz var».

Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamentinin rəisi Sabit Qəribov bu məsələdə vətəndaşları özbaşınalıqda qınadı.

Onun fikrincə, bina sakinləri lifti düzəltmək üçün «Bakıelektrikşəbəkə»dən elektrik çağırmaqla böyük özbaşınalığa yol veriblər:

- Niyə onlar kənar şəxsin ora daxil olmasına imkan yaradıblar?

- Sakinlər deyir ki, liftin qapısını da, şaxtasını da sizin idarənin işçiləri açıb.


- Bütün hallarda sakinlər ora başqa qurumun əməkdaşını buraxmamalı idilər. Şikayətləri var, bizə bildirsinlər.

- Sakinlər deyir ki, 2006-cı ildən lift işləmir, ancaq onlardan pul tələb olunur. Bu məsələ necə nizamlanacaq?


- Mən bilmirəm o lift haçandan işləmir. Ancaq borc varsa, mütləq ödənməlidir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Asif Haradan: Bakı
17.06.2010 21:52
Yenə məmur özbaşınalığı,aşağı təbəqədən olan insanların incidilməsi,onlara yuxarıdan aşağı baxmaq.Bütün bunlar Azərbaycan reallığıdır və nə qədər ki bu iqtidar var düzələn də deyil.

Kimdən: soyulmush Haradan: xaraba azerbaycan
17.06.2010 14:21
bu olkede, kim kimi soydu, soydu. Bajarirsan soy getsin(tebii ki dovlet seviyyesinde, dovlet memuru olarag)!

Ishig nece geldi soyur, gaz nece geldi soyur, su yoxdur amma pul girir, lift, jek, ve s. Kim ne geder istese soya biler..

Kimdən: Elnare Haradan: Almaniya
17.06.2010 14:11
Neftden millete ne xeyr olacaq 17 ildir Azerbaycanin neftide talanir milyardlarida bir talanchi tayfa xalqin qanini ichir milletde buna susur

Kimdən: azer Haradan: baki
17.06.2010 13:12
allah sizin bashiniza dash salsin ,puldan bashqa bidiyiniz var ki?

Kimdən: Üsyançı Haradan: Barrikadalar
17.06.2010 12:22
Buna deyirlər ölkənin İlham əliyev metodu ilə idarə edilməsi! hakimiyyəti zəbt etmiş bir qrupun "ümumi millilider"inin yolunun mahiyyəti budur!
Cavab

Kimdən: Qaqa Haradan: Shahbulaq
17.06.2010 14:23
Qifillanmish liftin acilmasi ,qifillanmish dillerin acilmasindan kecir.( meni qinamayin atalar misalina oxshadi)

Kimdən: Shultz Haradan: Bonn
17.06.2010 12:17
Ay musalman azyat chakma.
5 mandatdan yigin, liftinizi duzaldin.