Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:19

Rubrikalar / Mətbuat icmalı

«İşlərin necədir, «Neftçi»?

x
Şriftin ölçüsünü dəyiş - +
«Neftçi» futbol klubunun Baş Məşqçisi Əhməd Ələsgərovla müsahibə «Kommunist» qəzetinin 1980 –ci il 9 avqust sayında dərc olunub:

- Ötən il «Neftçi» birinci dövrəni 9 xalla sonuncu yerdə başa vurmuşdu. Bu il isə çempionatın «ekvator xəttini» keçərək komandanın 13 xalı var və o, yarış cədvəlində 14 – cü yeri tutur. Bu irəliləyiş sizi qane edirmi?

- Qələbənin rəqibdən asılı olmayaraq necə çətin qazanıldığı hamıya məlumdur. Əlbəttə, turnir vəziyyətimiz nə bizi razı salır nə də futbol həvəskarlarını. Amma nə edəsən, «Neftçi»nin bu günkü imkanları daxilində yüksək pillə iddiasına düşmək olmaz.

- İlk başdan elə görünür ki, «Neftçi»nin əsas və əvəzedici heyəti arasında elə bir sərhəd yoxdur.


- Doğrudur, bəzi futbolçular hər iki heyətdə çıxış edirlər. Amma əsas heyətdə möhkəmlənmək çox çətindir. Xüsusilə «Neftçi» də. Bizdə futbolçuların əksəriyyəti eyni səviyyədə oynayır.

- İndi ki, söhbət əvəzedici heyətdən düşdü, Komandanın ehtiyat qüvvəsi haqqında fikriniz?

- «Neftçi» də perspektivli futbolçular çoxdur. Gənclər yaxşı oynayırlar. V. Baxmalov kollektivimizin ən məhsuldar oyunçusudur. Ümumiyyətlə «Neftçi» yaxşı gələcəyə malik komandadır.

«UZUN İLLƏRDİR VİDEOMAQNİTOFON ALA BİLMİRİK»

- Əsas çətinliyiniz nədən ibarətdir?

- Uzun illərdir videomaqnitofon ala bilmirik. «Neftçi» güclülər dəstəsində videomaqnitofonu olmayan yeganə komandadır. Bu, təlim – məşq işimizi çətinləşdirir. Keçirdiyimiz oyunları hərtərəfli təhlil edə bilmirik.

- Hər oyundan sonra qəzetlərdə hesabatlar dərc olunur. Bu hesabatları oxuyub, müzakirə edirsinizmi?


- Əlbəttə. İdman jurnalistlərinin bəzi fikirləri karımıza gəlir. Lakin açığını deyim ki, bir sıra hesabatlarda məsələyə ixtisaslı yanaşılmır. Hərə oyuna öz bildiyi kimi qiymət verir. Uzağa getməyək, «Ararat»la son oyunu götürək. Bəzi qəzetlərdə «Neftçi»nin müdafiədə zəif çıxış etdiyi göstərilirdi. Mən isə bütün müdafiəçilərə yüksək qiymət vermişəm. Bu cür fikir ayrılığı ümumi işimizə ziyan vurur.

«TAMAŞAÇILAR TRİBUNADAN NALAYİQ SÖZLƏR DEYİRLƏR»


- Tamaşaçılara sözünüz?

- Sağ olsunlar ki, çıxışımızı diqqətlə izləyir, bizi ruhlandırırlar. Ancaq bəzilərindən narazıyıq. Onlar oyun zamanı tribunalardan nalayiq sözlər deyir, adi intizam qaydalarına riayət etmək istəmirlər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: KOMMUNIST Haradan: GiZLi BAKI
14.06.2010 10:32
Nefitcinin stadionlara yigdigi azarkesi,bu gun 20 klub ve milli yigma komanda toplaya bilmir.Deyinki son 20 ilde Tofiq Behramov stadionu miqyasinda bir idman kompleksi yaradilib.O ki qaldi videomaqnetofona siz indiki devre gore yanasmayin,o dovurde sozugeden apparaturalar cox baha idi...

Kimdən: kəmsavad
14.06.2010 00:31
indi necə olacaq?
bir dənə videozəhyirmara görə ümummilli liderin 80 ci illərdə futbola göstərdiyi "qayğını" unudaqmı deyirsiniz?

küncü bucağı yaxşı axtarsınlar, ola bilməz ki, ulu öndərin atalıq qayğısı futboldan yan keçə.
tapmasalar da yerinə bir şey tapıb qoysunlar.

Kimdən: Pronobis Haradan: Napoli
13.06.2010 22:45
Neftci, flaqman, serefli tariximiz ve diger nagillar. 13 xala sevinen bir komanda olub olub de hemise.....

Kimdən: YAp-ci
13.06.2010 18:23
Menim yadima gelir ki,o vaxtlar Isa Qemberiydi hakimiyyetde.Dovleti yeyib dagidirdilar.Bir dene vidiomaqnitafon ne idi ki,onu Nefciye cox gorurduler.Yaxshi ki,15 iyun qurtulush gunu oldu.Onlarin hakimiyyetine son qoyuldu.Ax Isa bey,Isa bey.
Cavab

Kimdən: SHAXTABABA Haradan: GARGIZIN YANINDAN
13.06.2010 22:02
Isa bay bu gun hakimiyyatda olsaydi yaginki ona yagli tariflar yagdiracagdin ha?YAP-ci olub neylamisiniz?Xalgin guzaranimi dizalib,torpaglarin bir garishimi alinib,rushvata sonmu goyulub?
Cavab

Kimdən: AXCP.Uzvu Haradan: Turkiye
14.06.2010 01:50
Eger xalq Isa beyi secse onda men isa beyin siyasetini destekleyerem. Isa bey bacarsa idi olardi. Olani da qebul etmeliyik. Hay kuynen hakimiyyete gelmek olmur. Xalqin qarshisinda haminiz acizsiniz.

Yashasin Dovlet - Xalq birliyi! Redd olsun stol davasi aparib xalqi esarete surukleyenler!!!

Cavab

Kimdən: norge Haradan: avropa
13.06.2010 21:25
Ay yap ci senin ne gozun kordu,nedeki ozuve nece serf edir ele yazirsan.Hansi dovurde goren yeyib dagidanlar cox olub,indi ya onda?Senin kimiler movcud olduqca biz millet ola bilmeyeceyik,senin kimilerin uzunu gormemek ucun ordan qacmisam.Hec olmaya imkan verin burda rahat oturaq.Onuda deyimki birden dusunersenki muxalifetsiyem,yox hec bir partiyaya hec vaxt qulluq etmemisem.Ne zamana kimi yaltaqlanaraq corek yeyeceksiniz axi?Yeni gormursenki bu gun nece milletin haqqini yeyirler,butun Azerbaycan bir nece neferin sexsi emlakina cevirilib?Haqqin var biz normal millet olsaydiq icimizden senin kimiler cixmazdi.
Cavab

Kimdən: Dr.Niyameddin Haradan: Berlin
14.06.2010 01:53
Xahish edirem yazilariniza ve bashqalarinin yazdigina hormetle yanashib burokratiyadan el cekesiniz!!! Eger bu adam bu gun xalqa xidmet edib azerbaycan coreyi yeyirse, sen gedib avropada kimin coreyini yeyib kime calishdigin da melumdur. Imperialistlerin saplayib xalqa qarshi tulladigi küt baltalarin biz ziyalilar qarshisini alacagiq!!!
Cavab

Kimdən: Elcin327 Haradan: Baki
13.06.2010 20:45
Yap-ci sohbet 1980-ci ilin 9 avqust tarixinden gedir sen de lap kefsen eee
Cavab

Kimdən: YAP-ci Haradan: QeribÖlke
14.06.2010 15:35
Bu YAP-ci deyil!!! YAP-in adini lekelemek ucun yazir ve gostermek isteyir ki YAP-cilar savadsizdir. Yeni shantaj edir.
Cavab

Kimdən: Anonim
14.06.2010 15:12
hay kuyu sevirsiniz eeeeee
E gormursunuz ki YApci laglagaynan yazib yazini... ironiya ile?
Cavab

Kimdən: jo
14.06.2010 15:02
YApci adli shexsin meseleye istehza ile yanasmagini basa dusmediz deyesen. 1980ci ilde Isa Qember ne gezirdi :) durub hele ciddi ciddi cavab da yazirsiz.
Cavab

Kimdən: Dr.Niyameddin Haradan: Berlin
14.06.2010 01:54
Mene de qeribedir?

Kimdən: AIDS Xestesi Haradan: USA
13.06.2010 17:23
Neftcinin Videomaqintafon ala bilmemesi hec de SSSR qurlushunun pis olmasi demek deyildir. Bu yalniz teshkilati bacariqsizliq idi.

SSSR-i dovrunde budcemizde her zaman pozitivlik olub!!!

Amma hal hazirda musteqilolandan sonra her zaman neqativdir. Sebeb imperialistlerin oyunu!!!
Cavab

Kimdən: KOMMUNIST Haradan: GiZLi BAKI
14.06.2010 01:21
LAP UREYIMDEN XEBER VERDIN,SAG OL !!!