Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:29

Verilişlər / İslam və demokratiya / İslam nə deyir?

İslama görə cahillik nədir?

«İslam dini özündən əvvəlki toplumu cahil toplum adlandırırdı. İslam bilgisizliyin düşmənidir»

Multimedia

Səs
Şriftin ölçüsünü dəyiş - +
Bu yaxınlarda Səudiyyə Ərəbistanında hökumətin çıxardığı qərar bütün dünya mətbuatını dolaşdı. 8 il əvvəl dini məktəblərdən birində yanğın baş verən zaman orda təhsil alan 15 qız başı bağlı olmadığına görə onlara binanı tərk etmək qadağan olunmuşdu və qızlar həlak olmuşdular. Yalnız 8 il sonra yerli hökumət qərara alıb ki, bu cür hallarda qızlar başı açıq olsa da, həyatlarını xilas etmək üçün çölə çıxa bilərlər.

Bakı Dövlət Universitetinin tələbəsi Bəhram bunu cahillik kimi qiymətləndirir. Onun fikrincə, bir çox ölkələrdə din dövlət başında oturanların əlində silahdır:

DİN ALƏTDİR

«Normal məntiq sahibi olan bir insan dini kitabları araşdırsa, onların ciddi mahiyyətinin olmadığını aşkar edər. Din iyerarxiya pilləkənində yuxarı təbəqədə olanların aşağıdakıları əzməsi üçün alətdir».

Son vaxtlar Azərbaycanda da hansısa mövzuda dini fikirlər səsləndirəndə bunu cəhalət kimi qiymətləndirirlər. Əksər hallarda da bəzi dini tələblərə riayət etməyi cahillik adlandırırlar.
Ramin Xəlilov
Əslində cəhalət nədir, cahil kimdir - bu suallara «İslam və demokratiya» proqramının növbəti buraxılışında cavab axtarılıb.

CAHİL – BİLMƏYƏN İNSANDIR

İlahiyyatçı ekspert Ramin Vəkilov cəhalətin özünün İslamdan gəlmə termin olduğunu bildirir. Onun sözlərinə görə, İslamda cahil – bilməyən insan kimi qəbul edilir:

«İslam dini özündən əvvəlki toplumu cahil toplum adlandırırdı. İslam bilgisizliyin düşmənidir. Burda söhbət həyatı, insanları və təbii ki, Allahı bilməkdən gedir. «Qurani-Kərim» bilməyənlərlə bilənlərin eyni olmadığını vurğulayır».

Filosof Ağalar Məmmədov isə əmindir ki, dindarlara görə cahillik İslamdan xəbərsizlik deməkdir. Onun fikrincə, din üçün cahil olmaq problem törətmir:

«Belə qəbul edirlər ki, miladi təqvimin 610-cu ilindən əvvəl hər şey cəhalətdir. «Quran»dan, şəriətdən xəbərsizlik cahillikdir. Nədən danışırsınızsa, danışın – istər Nitşşe nəzəriyyəsi olsun, istər Mirzə Fətəli Axundov - onlara da savadsız və cahil deyəcəklər. Hədislərdə deyilir ki, elm Çində olsa da, dalınca gedin. Amma Darvinin nəzəriyyəsi də elmdir. Amma ondan danışsanız, bunu da cahillik sayacaqlar».

ELƏ BİLİRLƏR Kİ NAMAZ QILMAQ KİFAYƏTDİR

A.Məmmədov hesab edir ki, cahil deyəndə «dünya haqqında elmi təsəvvürü olmayan insan» nəzərdə tutulmalıdır. Onun fikrincə, İslam regionunda bir milyarddan artıq insanın cəhalət içində çapalaması bu baxımdan şəriət ölkələrində vəziyyətin necə olduğunun göstəricisidir:

Ağalar Məmmədov
«Kimsə oxumur, namaz qılır və fikirləşir ki, bunun kimliyi, dünya haqqında təsəvvürü var. Halbuki əsl cahil odur. O, gedib elmlə məşğul olsa, cəhalətdən qurtula bilər. Bu gün Azərbaycanda təhsilin dünyəviləşə bilməməsinin bir səbəbi də insanların dini cəhaləti özləri üçün kompensasiya kimi qəbul etməsindədir. Kimsə fikirləşir ki, namaz qılır, imamların adını, şəriət qaydalarını bilirsə, kifayətdir».

CƏMİYYƏTİMİZDƏ DİNİN YERİ BOŞDUR

Ramin Vəkilov isə İslamla bağlı əksər məsələlərdə dindarlarla dinin yerinin səhv salındığını deyir. Bu cür fikirlərin yayılması İslamın yox, müsəlmanların günahıdır:

«Halbuki, bəzən müsəlmanlar öz dinini, İslamın əmrlərini, sosial-ictimai vacibatlarını düzgün anlamırlar. Özü də məgər dindarlıq Azərbaycanda mənfi mənada o qədər yayılıbmı ki, insanları təhsildən ayırır? Azərbaycanda boşluq olan sahə varsa, o da dindarlıqla bağlı boşluqdur. Bu gün ölkədə qurulan cəmiyyətdə dinin yeri boşdur. Əsl dinin insanlara o formada təsir eləməsi mümkün deyil».
Şərhləri sırala
Yaz (158)
Səhifə (7)
    Növbəti 
Kimdən: ad Haradan: mad
24.12.2011 19:15
Islama gore cahillik nedi bilmirem, bilmeye de hevesim yoxdu. Amma MENE GORE CAHILLIK DINE ALUDE ILMAQDI. vessalam

Kimdən: hekari Haradan: baki
27.01.2011 21:06
Zebani çox qəribə suallar verirsiz halbuki bu sadəcə bir kralın əməlidir.Bu sualları kralın özünə versəz daha konkret cavab almaq şansınız var.Həm bunun mövzu ilə heç bir əlaqəsi yoxdur.Cəhalət üzrlü sayılır ancaq o halda ki, haqqqı bildiyi halda inkar etməsin,haqdan üz döndərməsin.İnsanlar hətta İslam haqqında sadə şeyləri bilmədikləri halda Allaha şərik qoşmadan ibadət edirlərsə bu artıq cəhalət deyildir.

Kimdən: Zebani Haradan: Cehennem
29.12.2010 17:58
Hemd olsun müsəlmanam. Ancaq b ərəb kralı da özündən nə hoqqa çıxardır? Əgər bir insan yanırsa başı açıq olanda nə olar qaçıb canını qurtarmlıdırda. Bu ərəb karlı özü vəhabidir amerikalılara işləyir indi özünü tükülüyə qyub guya ki dindar insandır. Ona deyən lazımdır ki İraqa dərman və ərzaq daşınanda niyə icazə vermədi ki lazimi malları onun ölkəsindən aparsınlar. Bunlara görə ateistlər belə şeyləri əlində bayraq edirlər!

Kimdən: hekari Haradan: baki
21.12.2010 09:51
"Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər!" ("əl-Bəqərə" surəsi, 269.)
Elmsiz insan sükanı nasaz maşina bənzəyir. Sükansız maşını idarə etmək qeyri-mümkün olduğu kimi, elmsiz də bu dünyada yaşamaq çox çətindir. Elmsiz söylənilən fikir çox zəif və təsirsizdir. Uca Allah hətta peyğəmbərlərinə belə elmsiz fikir söyləməməyi tövsiyə etmiş və belə buyurmuşdur:
"Həqiqi hökmdar olan Allah (hər şeydən) Ucadır! Həm də sənə tamam-kamal vəhy olunmadan əvvəl Quranı oxumağa tələsmə və: "Ey Rəbbim! Mənim elmimi artır!"- de". ("Ta Ha" surəsi, 114) "Əgər bilmirsinizsə, zikr əhlindən (alimlərdən) soruşun!" ("əl-Ənbiya" surəsi, 7.)
Islam elmlərə yiyələnməyi təkcə tövsiyə etmir, bunu hətta insanlardan tələb edərək yollarını da izah edir. Bu səmavi din elmsiz, elm isə bu dinsiz təsəvvür edilməzdir. Elmli insanla cahil arasında çox böyük fərq olduğunu önə çəkən Uca Allah belə buyurur:
"De ki, heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?" ("əz-Zumər" surəsi, 9.)
Uca Allah belə buyurur:
"Bil ki, Allahdan başqa ilahi yoxdur" ("Məhəmməd" surəsi, 19.)
Cahil Allahdan qafil olandır.Öz Yaradanını tanımayan insana İslamda cahil deyilir.Əbu Hüreyrədən (r.ə.) rəvayət edilən hədisdə Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - belə buyurur: "Kim elm öyrənmək üçün yola düşərsə Allah da onun üçün Cənnətə gedən yolu asanlaşdırar. Və o qövm ki, Allahın evlərinin birində yığışıb Onun kitabını oxuyar və öz aralarında onu araşdırarsa onlara Allah tərəfindən sükunət nazil olar, Allahın rəhməti onları bürüyər, mələklər onları əhatə edər və Allah onları Öz dərgahında olanların yanında xatırlayar". (Muslimin "Səhih" əsəri 6793.)Hüreyrədən (r.a.) rəvayət olunan digər bir hədisdə isə Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - belə buyurur: "Adəm övladı vəfat etdikdən sonra əməl dəftəri bağlanır. Yalnız üç şeydən başqa: (Yəni vəfatından sonra da bu üç şey ona savab qazandırır) Ardı kəsilməyən sədəqə (yol çəkdirmək, su quyusu qazdırmaq, və s.), fayda verən elm və valideyn üçün dua edən əməlisaleh övlad". (Muslimin "Səhih" əsəri 1631.)

Kimdən: Anonim
24.06.2010 15:09
Islam olkelerinin bes bele geri qalmasinin sebebi nedir?

Tebii elmleri, resm, bir dene elm sahesinde inkisaf etmeyibiler.

Bunun da esas sebebi islamdir. Inskishafi tormozlayan islamdir.

Xahish edirem, mene Ibn Sinani ve Michael Jackson-u misal getirmeyin.
Cavab

Kimdən: Zebani Haradan: Cehennem
29.12.2010 18:01
Səndə bizə fərli bir misal gətir. İslam dinin sizin kimilərin əlinə verən elə bu axmaq ərəb karlıdır.
Cavab

Kimdən: Anonim
26.06.2010 01:32
Ehhh Osmanlı, Sultanahmet kompleksi. Qərblilərin kənar müdaxilələri nəticəsində Osmanlı mövcud olmasa da, ƏLHMDULiLLAH ki Sultanahmet kompleksi hələ də mövcuddur...

Kimdən: kəmsavad
22.06.2010 02:55
@Abdussamad,
bilirsən ki, İsa əlinə qılınc almayıb. Onun yerinə qılıncı Roma imperiyası götürdü, İsanı ağaca mıxladı, xristianlığı da üzü şimali qərbə doğru yaydı. Sonra portuqal-ispan-fransız-ingilis imperiyaları silah gücünə amerikada, asiyada, avstraliyada xristianlığı yaydılar.
Gələk Məhəmmədə. İsadan fərqli olaraq onun əli qılınc tuturdu. Və qılıncın hesabına sağlığında Ərəbistan yarımadasını müsəlmanlaşdırdı. Sonra Əməvilər, Abbasilər, Səlcuqlar, Osmanlılar qitə qitə hər yeri islamlaşdırdılar. nəisə.
Sizə görə islam qılıncın, doğuşun hesabına yayılmayıb. insanlar nəğməylə, şeirlə, deyə gülə islamı qəbul ediblər toplum halında.
Sual: Islam dini belə sevilməli bir dindirsə internet yayımı vasitəsi ilə bunu kütlələrə çatdırıb sayınızı niyə hər ay milyonlarla artırmırsınızki? Yoxsa qulaqlarınız qalıb bir iki hollivud çatlaqlarının ağızlarında. Şaron Stone müsəlman oldu, Al paçino kəlmeyi şəhadət gətirdi nə bilim daha nələr.
P.S. Zalıma yazırsan ki, guya o sifarişlə yazır və Azadlığın exspertlərindən biridir.
Abdussamad, mənə də bir həftə qabaq belə bir iftira etdin. Qardaşım, mən Allah zad tanımasam da, kimə sə iftira atmağı şərəfsizlik sayıram. Siz necə insanlarsınız, Allah-Allah deyib qarşınızdakına böhtan atıb, sonra özünüzə hörmət-izzət istəyirsiniz. Sənə bu haqda bir link də verdim. Heç maraqlanmadın da. Bir də göndərirəm. Bax. 1:33 dəqiqədən sonra. 3-4 dəqiqəlik qısa bir videodur.
http://www.youtube.com/watch?v=K417wMO4WIk&feature=related




Cavab

Kimdən: Qızılüzən Haradan: Bakı
27.06.2010 11:54
Əzizim Kəmsavad, dediklərində həqiqətdən müəyyən pay var. Ancaq adını çəkdiyin o dövlətlər islamın yalnız adından sitifadə edərək, dini yaymaq adı altında öz hakimiyyətlərini yayıblar. Axı sən İndoneziyaya, Malayziyaya, Qanaya, nə bilim, Sudana, Nigeriyaya islamın qılıncla yayıldığını iddia edə bilməzsən. Bu gün dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziya heç vaxt əli qılınclı ərəb və ya türk görməyib axı. Bəs bunu necə iza edərsən?
Cavab

Kimdən: Abdussaməd Haradan: Bakı
22.06.2010 07:43
Postumu diqqətlə oxuyun ondan sonra cavab verin. Mən heç kəsə iftira atmamışam. Mən sadəcə qənaətimi yazmışam. Amma deməmişəm ki, siz eləsiniz, beləsiniz. Əksinə o iftiraları siz və bir neçə həmfikirləriniz atır. İslam dininə, müsəlmanlara iftira atırsınız, adını da qoyursunuz tənqid. Tənqidi əsaslandırmaq lazımdır, siz isə söz atırsız ortaya sonra deyirsiniz ki, sübut elə ki, elə deyil. Nə isə onsuz da sizinlə söhbətin mənası yoxdur. Sizinki diskussiya deyil, əks təqdirdə mənim təklifimi qəbul edərdiniz.

P.S. Mən sizə artıq bir dəfə digərlərinə yazdığım şərhlərə cavab yazmamağı xahiş etmişdim. Görünür siz o xahişi ya başa düşməmisiniz və yaxud da ki, özünüzü o yerə qoymursunuz.
Cavab

Kimdən: kəmsavad
24.06.2010 18:44
şəxsən mən heç kimin dinini, inamını, inancını sorğu suala tutmamışam.
mənim sorğuladığım şey Quranın ayələridir ki, onu da sorğulayan kimi, qarşınızdakını cin şeytan kimi görürsünüz. Səmavi kitablar dediyiniz bütün kitabların məzmunu əksikliklərlə doludur.
Uşaq nağıllarından belə bir əhvalat yadında qalmış olar.
Əjdaha suyun başını kəsir. Camaat ona hər dəfə bir qız aparır aparır ki, əjdaha suyu camaata versin.
İbrahim də oğlunu rəbbinə qurban verir. Son məqamda rəbbi qurbanı geri çevirir.
Qardaşım bu orta doğu nağıllarının kökü eyni deyilmi. Nə zamana qədər özünüz özünüzü aldadacaqsınız. Uşaqlr ağıllandı, böyüklər hələdə nağıllar aləmindədir.

Kimdən: Abdussaməd Haradan: Bakı
21.06.2010 13:28
Zalim adlı şəxsə:

Harada İslam dininin adı çəkilir, Sizi orada tapmaq olar. Atalar demişkən harada aş orada baş. Maraqlısı da odur ki, sizin yazılarınızda nəinki yeni metod, heç bir yeni ifadəyə də rast gəlmədim. Eyni şeyləri "proqramlaşdırılmış robot" kimi təkrar edirsiniz. O dırnaq arasındakı ifadə boş yerə yazılmayıb. O ifadə iki şeyi göstərir:
1. Sizin biliyiniz bura qədərdir. Bunda da təəccüblü bir şey yoxdur. Çünki insan işini gücünü atıb bütün günü internetdən bu şəkildə istifadə edərsə, onun biliyi artmaz əksinə azalar.
2. Siz sifariş əsasında yazırsınız. Böyük ehtimal siz "Azadlıq radiosu"nda çıxış edən ekspertlərdən birisiniz. (Bu dəqiq qənaətim deyil.)

P.S. Ayrıca sizə və sizin kimilərə müsəlmanlara əks cəbhədə dayananların nə qədər aciz olduqlarını göstərdiyiniz üçün xüsusi minnətdarlıq hissimi ifadə edirəm. Allah sizin kimilərin vasitəsilə bizləri həm sınağa çəkir, həm də imanımızı artırır.
Allah bütün müsəlmanların imanını və elmini artırsın, onlara səbr versin.

Kimdən: Elcin Haradan: İskenderiyye
19.06.2010 19:47
Salam zalim.necesen?hec omrunde 1defe de olsun Islamin qaynaq kitablarindan ne ise oxumusan.meselen fiqh,hedis.deyirsen qilinc gucu bele geldi,zorakiliq bele getdi ve s....Islamda muharibenin wertlerinden xeberin var?ve ya deyirsen Iran zor gucune muselman oldu.Onu kim dedi?hansi ktab yazib onu.hec olmasa Omarin Qudsun acarlarini tehvil aldigi bolmeni derinden olmasa da telesik oxu.(Qaynaqlardan).bu barede sohbeti uzatmaq istemirem.amma oxuyanda insafli,vicdanli ol.menimle yuzlerle avropadan telebe var.atasi anasi muxtelif dinlerin numayendeleri.bes bunlari Islama celb eden goren nedir?sen dediyin uydurmalar.yoxsa?
Cavab

Kimdən: zalim
20.06.2010 10:43
Banu Quraysa döyüşü həmin şərtlərə cavab verirdi? İslam müharibələr hesabına yayılıb, bu tarixdə var, indi onu ədalətli müharibə kimi təqdim etmək istəyirsiz, ancaq mənə maraqlıdır ki, Ərəbistan yarımaadası cəhənnəm, bəs Qafqazda, Orta Asiyada, Şimali Afrikada, Avropada ərəblərin nə işi vardı, onları kim dəvət eləmişdi.Qeyri-müsəlmanlara tətbiq olunan cizyə nə vaxtdan ədalətli olub. İslam mənbələri bu məsələdə yetərli qaynaq deyil, çünki çox zaman faktlar təhrif edilir, məsələn Babəkin mübarizəsinin təsvirində olduğu kimi, lakin bununla belə həmin mənbələrdə də İslamın əsl mahiyyəti barədə yetərli faktlar tapmaq olur. Məsələn peyğəmbər müharibədə əsir düşmüş qızlarla evlənir ( Reyhanə, Səfiyyə). Bir də İskəndəriyyədə yaşayırsan, Ömərin oranın zəngin kitabxanasını işğal zamanı yandırması da məlumdur.
Cavab

Kimdən: ahmad
06.07.2010 23:23
Banu qurayzadan danishirsansa onlarin etdiyi xeyanetin dereceseni muqavileni nece pozmaqlarindan danish. Sadi ise Mehemmed peyghember(sallalahu aleyhi va sallam) yox yehudiler teyin etdi, cizye yalniz gucu yetenden alinirdi. ve zekat cizyeden az deyildi.Muselmanlar tutdughu erazilerini ehalisi ile chox yaxshi maraqlanirdi evvelki sistemlerden chox ferqli olaraq .Hetta bir defe shamda bizansin qoshunlarinin muselmanlar tutduqan sonra hucumu bash veren zaman onlaran alinan cizye geri qaytarilir ki, biz artiq sizi qorumaq iqtidarinda deyilikve ehali muselmanlarin qalmasini isteyir. Tebii ki sistemin edaletine gore.Sasanilere hucuma geldikde ise bundan evvel onlar muselmalari chox hedeliyrdiler.Ona gore onalrin hucumu qachilmaz idi. Islam senin dediyinden ferqli olaraq tam ferqli bir idarechilik sistemi getirdi ve chokdurdukleri imperiyalarda idarechilik sistemini tam deyisdhiler.bu senin islam fiqhi(qanunvericiliyi) barede elementar melumatinin olmamasindan ireli gelir. Safiyyeye geldikde ise bu peyghemberin birbasha ve derhal teklifi ile olmayib.O keniz kimi bashqasini payina dushub ve onlar da peyghembere teklif edibler ki o qiza en layiqli munasibet yalniz qovmun bashchisinin onunla evlenmesiyle ola biler.Yani ozunu alchalmish hiss etmesin deye.Safiyye mecburiyyetle evlenmeyib.Bu onun razilighiya olub.Safiyyenin qovmu ise oz xeyanetlerinin cezasini alib.Sonra muselmanlara qonshu dovletlerden (sasani ve bizans) daima tahdidler gelirdi Bu dovletlerin muselmalara hucumlari qachilmaz idi. Neticede muselmanalrin qonsu dovletlerin erazisini tutandan sonra inkishafin ferqi achiq ashkar gorundu(islam intibahinda)Tarixden azaciq melumati olan bunu chox gozel bilir.Menim dediklerim ele tarixin ve faktin ozudu.Tarixde her shey o qeder achiqdi ki bunu yozmagha ehtiyac yoxdu.Sadece muselman tarixchilerinin qaynaq eserlerini oxumamisan.
Cavab

Kimdən: zalim
30.06.2010 13:08
Banu-Quraysa döyüşündə bir tayfa məhv edilib. Kişilər qul edilib, qadın və uşaqlar qul kimi satılıb. Qərarı Səd verib, onu da Məhəmməd təyin edib.
Təsəvvür elə Azərbaycanı işğal edirlər üzərinə vergi qoyurlar sonra deyirlər ki, sizi qoruyacağıq. Müsəlmanlara qoyulan zəkat cizyədən çox deyildi, bir də cizyə sosial vəziyyətinə əsasən fərqləndirilərək bütün kişilərdən alınırdısa, zəkat yalnız imkanı olan şəxslərdən alınırdı. Müsəlmanlar nə etdiyi işğala uğramış qeyri-müsəlman əhalini niyə maraqlandırmalıdır ki.
Ərəblər Sasanilərə niyə hücum etdilər. İslam heç bir idarəcilik sistemi gətirmədi. ərəblərin ümumiyyətlə idarəçilik təcrübəsi yox idi. ona görə də çökdürdükləri imperiyalardakı idarəçilik mexanizmlərini dəyişmədilər. Səfiyyə ilə bağlı dediklərin isə məntiqsizdir. Peyğəmbərin arvadı az idi ki, hələ bir Səfiyyəyə evlənmək təklif edirdi. Peyğəmbər onu yaxın adamlardan biri ilə evləndirə bilməzdi. Sən qadının ailəsini məhv et, bir gəl o da razılıq verməsin. Bu qədər də yozmaq olmaz. tarix var, faktlar var. Yox bir sizi torpaqları ona görə tuturam ki, sizi qoruyacam.
Cavab

Kimdən: ahmad
27.06.2010 14:02
zalim adli shexse. banu qurayza doyushu dini yaymaq mesesine aid deyildi. chunki bu islami onlara guzle eaqelendirmekle elaqelidise onda peyghemberin (sallallahu alayhi va sallam) medineye geldiyi ili olardi bu qeder muddet gozlemezdi. banu qurayza meslesi bu qebilenin ehldlerini pozdughuna gore idi. ve onlarin oldurulmekleri hokmunu peyghember ozu vermemshidi. onlardan sorushdu ki siz kimin hokmunu isteyirsiz onlarda bir neferin adini chekdi. vo shexs de bu hokmu verdi. erebstandan xaricde ise islamin yayilmasina ise mecbureyyet olmayib.yalniz dovleti idare edenlere qarshi doyush olub kim yehudi ve ya xristian ve ya ateshperest olubsa ele yashayib. ve bu idarechilik sistemlerinin daghilmasi ehlini xeyrine olub.bu qeyri muselman tarixchilerin dedyinden gorunur. chunki islamin getirdiyi sistem mutereqqi idi. qeyri muselmanlara tetbiq olunan ciziyenin miqdari ise musalmanlara teyin olunan zekatda chox az olub. ve bunun muqabilinde muselmanlar onlara qorumaq ohdeliyi verib.babekin mubarizesi barede ise bu barede her ese her shey aydin oldughuna gore bu barede danishmagha ehtiyac yoxdu.peyghemberin esir dushen qizlarla evlenmek meselsine ise. meseln safiyyeyele o yehudi feodallarini birinin qizi ve heyat yoldashi idi. bunu peyghembere bezi muslemnalar meslehet gorubler ki eger safiyye omru boyu rifahda yashayibsa ona oan alyiq munasibet gostermek lazimdi.ve peyghember onu qullluqda azad edib ve ona evlenmek teklif edib ve burda qizin razilighi olub.qisasi senden istenilen budu ki bilmediyin sheylere girishme. camaat senin yazdighlarini oxuyur.ordan burdan eshitdiklerini yazma

Kimdən: zalim
19.06.2010 12:47
Cavan və Abdullaha
Ali-İmran7-ni göstərmisiniz.Qaranlıq, aydın olmayan ayələrin mənasını yalnız Allah bilərsə, niyə onu insanlara göndərib. Burda da məntiq qırılır. Təsəvvür edin bu ayəyə görə nədənsə şübhələnən, sual verən fitnə yayan hesab olunur. Tipik dini münasibət. Bu ayəni qısa cümlə ilə belə xarakterizə etmək olar. Düşünmədən inan və yaxud din məntiq və elmdən üstündür. Nəsə məntiqsizdirsə, dumanlıdırsa, onu qəbul etmək şəxsin öz işidir. Daha onu başqalarına sırımağın adı nədir. Dediyiniz kimi aydın olmayan kitabı başqalarının qəbul etməsi üçün aparılan müharibə nə dərəcədə məntiqlidir.Qəbul edirsən öz işindir, daha onun təbliği, tənqid edənlərə, qəbul etməyənlərə qarşı sərt münasibət nəylə bağlıdır. Bu ayədən belə nəticə çıxarmaq olar ki, dinin təbliği məntiqsizliyin təbliğidir. Məqaləyə uyğun şəkildə desək, cahillik din elə özüdür.
Cavab

Kimdən: Mehdi Əsgəri
19.06.2010 19:38
@Zalım
Əmioğlu materialistsənsə özün bilərsən get işində ol.Quranı inkar edirsən özün bilərsən.Amma sənin materiyanın bir hissəsi olan Azərbaycanı bu gün dağıdırlar.Niyə gedib onlara mane olmursuz?Niyə səsinizi çıxartmırsız.?Bir söz deyim ki bu Azərbaycan materiyasını dağidan elə materialist olan hakimiyyətimiz sizlərdən yox elə dindarlardan ehtiyyat edir.Çünki sizin əqidə müvəqqəti olan materiyadı və bu onlara qorxu törətmir amma dindarların əqidələrinə sadiqliyindən qorxurlar və bilirlər ki bu səbəbsiz də deyil.
Nə bilim materialist olmaq çox anlaşılmaz məsələdi.Heyvan da ,digər şeylərdə elə insan nəcisi də materiyadı .bunu özünə əqidə seçmək nə dərəcədə doğrudu bilmirəm?
Cavab

Kimdən: zalim
20.06.2010 16:43
Mehdi əsgəri
Talaq-4
(Yaşa dolmaqla) heyzdən kəsilmiş qadınlarınız (onların gözləmə müddəti) barədə şübhə etsəniz, (bilin ki) onların və həmçinin (yaşları müsaid olmadığı üçün) HƏLƏ HEYZ GÖRMƏMİŞ OLANLARIN (heyz görməmiş gənc övrətlərinizin) gözləmə müddəti üç aydır (bu müddət başa çatdıqdan sonra başqası ilə evlənə bilərlər). Hamilə qadınların gözləmə müddəti isə onlar bari-həmlini yerə qoyduqda başa çatır. Kim Allahdan qorxsa, Allah onun işini (dünya və axirətdə) asan edər.
Bəqərə-228
Boşanan qadınlar üç dəfə (heyz görüb təmizlənincəyə qədər başqa ərə getməyib) gözləməlidirlər. Əgər (o qadınlar) Allaha və qiyamət gününə inanıblarsa, Allahın onların bətnlərində yaratdığını (uşağı) gizlətmək onlara halal olmaz. (Bu gözləmə müddəti içərisində) ərləri barışmaq istərlərsə, onları geri almağa (hər kəsdən) daha çox haqlıdırlar. (Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər (daha artıq əziyyətə qatlandıqları üçün) onlardan bir dərəcə üstündürlər. Allah yenilməz qüvvət, hikmət sahibidir.
Əhzab-49
Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənib onlara toxunmadan əvvəl talaqlarını versəniz, artıq onlar üçün sizə gözləmə müddəti saymağa ehtiyac yoxdur. (Onları evlərinizdə saxlayıb gözləmə müddətini başa vurmağa məcbur etməyin. Aranızda yaxınlıq olmadığı üçün nə vaxt istəsələr, o vaxt da başqasına ərə gedə bilərlər). Belə olduqda onlara bir şey (mehrin yarısını və ya bir az mal) verib gözəl tərzdə sərbəst buraxın!
Deməli, Bəqərə-228-ə əsasən qadın boşanırsa 3 ay gözləməlidir. Əhzab-49-a əsasən bu qayda əri ilə yaşamayan qadınlara şamil edilmir. Talaq 4-də isə aybaşı (heyz) olmayan azyaşlı qızların da 3 ay gözləməli olduqları yazılır. Yəni Quran nəinki azyaşlı qızlarla evlənməyi, hətta evləndikdən sonra onlarla cinsi əlaqədə olmağa da icazə verir. Bu sənin əqidəndir?
Materializm əqidə deyil, fəlsəfi görüşdür və çox geniş anlayışdır. Mən özümü tam materialist saymasam da, bu mövqe mənə yaxındır. Sənin mövqeyin isə eqoizmdir, bütün bəşəriyyətin Adəmin uşaqlarının bir-biri ilə evliliyindən yarandığını deyən, azyaşlı uşaqlarla evlənməyə və cinsi əlaqədə olmağa icazə verən Qurana əsaslanır.

Kimdən: Mehdi Esgeri
18.06.2010 20:26
Ay millət axı nə gündəsiz! Əlinizdə az-maz yarımçıq halda dininiz qalıb onu da bəzi avanturistlər əlinizdən almaq istəyirlər.Axı kimdi sizin Ağalar bəy.Axı kimdi o Tusinin,İbn Sinanın,Nizaminin,Fərabinin,Əl Xarizminin,İbn Xəldunun,Xəyyamın yanında?Məgər uzun əsrlərdən bəri öz elm və ziyaları ilə günümüzə işıq saçan bu insanlar Ağalardan savadsız oldular ki İslamdan imtina etmədilər? Hətta dini hökmləri yerinə yetirməyən müasirimiz Lütfizadə də Allahın varlığını,İslamı inkar etmir.Azadlıq radiosunda qalmaqllı ,qıcıq yaradan fikirlərin bildirməklə özünə bir iki tərəfdar qazanan Ağalar bundan artıq nə edə bilib.?Əgər bu gün baş verənləri dinsiz oliqarx və korrupsionerlər yox xalqın İslama olan inancına
aparıb bağlayırsa,deməli o,burnundan uzağı görə bilmir
Səhifə (7)
    Növbəti 

Azərbaycanda dini tolerantlığı səviyyəsindən razısınızmı?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun fikrincə, "Azərbaycan dünyaya yalnız neft deyil, özünün milli-dini tolerantlıq nümunəsini ixrac edə bilər". Sən necə düşünürsən?

5 şərh

Anonim: heç hənanın yeridi? davamı