Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:39

Verilişlər / Kontekst

Şagirdlər məktəbi niyə tərk edir?

x

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
Gəncənin 22 saylı məktəbinin 9-cu sinfini bitirən Günay deyir ki, onun üçün son zəng çalınmayacaq.

O, bu il oxuduğu məktəbdən çıxıb sənədlərini texniki kollecə verəcək.

Məktəbi 9-cu sinifdən tərk edən təkcə Günay deyil. Onun sinif yoldaşları da, hətta məktəbdə paralel oxuduğu əksər şagirdlər də məktəbdən çıxır.

Gəncənin 2, 9 və 21 saylı təhsil ocaqlarında söhbətləşdiyim şagirdlər də kütləvi olaraq məktəblərini tərk etmələrinin müxtəlif səbəblərini danışırlar:

İMTAHANDAN QORXURLAR

«9-cu sinfi bu il bitirdim. İmtahanlar çox çətindir, ona görə sənədlərimi kollecə verəcəyəm. Bizim sinifdə hamı çıxır. Sinifdə 15 nəfər var, 13-ü çıxır kollecə gedir. Onlar da mənim kimi imtahanlardan qorxurlar. Pul yığırlar, şəhadətnaməyə 20 manat istədilər, verdik».

«9-dan çıxıb kollecə verəcəyəm işimi. Məcburam, təhsil çətinləşib. Oxumağa nə verirlər ey? Oxumaqla deyil. Bizim sinifdə hamı çıxır. 4 nəfər qalır. Məktəbimizdə 3 sinif var, 9-dan hamı çıxır, 19 nəfər qala, ya qalmaya».

«Bizim sinifdə 19 nəfər var, hamı çıxır».

«İstərdim məktəbi bitirim, amma çətinləşir imtahanlarımız ona görə də kollecə verəcəyəm».

- Bəlkə, siz oxumursunuz?

«Yox oxuyuruq, qiymətlərimiz yaxşı, müəllimlər razıdır».

«Sinifləri təmizlətdirməyə jurnallar gətirirlər. Biz heç yerdə işləmirik, amma onu verməyə borcluyuq».

SƏBƏB PEŞƏ TƏHSİLİNƏ MARAQDIR

Şagirdlərin bəziləri buraxılış imtahanlarının çətinliyində qorxduqlarını, bəziləri də pul verməkdən bezdiklərini deyirlər.

Gəncə şəhər Təhsil İdarəsinin rəis müavini İsmayıl İsmayılov da deyir ki, əvvəlki illərlə müqayisədə 9-cu sinifdən sənədlərini kollec və peşə məktəblərinə verənlərin sayı artıb. Səbəbi peşə təhsilinə marağın artması ilə bağlıdır. O ki qaldı imtahanlarda sualların çətinliyinə, İsmayıl İsmayılov deyir ki, ötən tədris ilində 450 şagird imtahandan keçməyib, yəni attestat almayıb.

«Keçən tədris ilində 3400-ə yaxın şagird məktəbi qurtarıb. Onlardan 85 faizi orta təhsil haqqında attestat aldılar. Keçən il 450-dən artıq məzunumuz attestat ala bilmədi. Bu il onlara imkan yaradılıb ki, 11 nömrəli məktəbdə mərkəzləşmiş qaydada ancaq kəsildikləri fəndən imtahan versinlər».

2 saylı məktəbdə müəllimə işləyən Vəsilə Ələkbərova da deyir ki, suallar keçilən dərslərdən salınır, sadəcə, uşaqların ümumi fənlərdən savadı azdır.

İMTAHAN SUALLARININ TƏRTİBATINDA PROBLEMLƏR

Vaxtilə təhsil naziri işləmiş Firudin Cəlilov isə deyir ki, suallar tərtib olunanda məktəblilərin yaş həddi və psixoloji durumları nəzərə alınmır, həddən artıq qəliz və çaşdırıcı suallar yazılır.

«İndi uşaqların elə yaş həddidir ki, onları sıxmaq olmaz. Psixoloji təzyiq eləmək olmaz. Suallar həddən artıq istiqamətverici qurulmalıdır. Tapmaca kimi yox. Amma sualları elə tərtib edirlər ki, həmin sahənin müəllimi də sual oxuyur, başa düşmür. Dolaşıq, çətin suallar salırlar. Testləri o vaxt gətirdik, xəta eləmədik ki? İndi ümumi hazırlığı yoxdur uşaqların».

Firudin Cəlilov deyir ki, valideynlər uşaqlarını rüşvətin olmadığı, savadlı müəllimlərin çalışdığı özəl məktəblərə, kolleclərə yönəldirlər.

Keçmiş təhsil naziri əlavə edir ki, təhsilə investisiya qoyulmasa, müəllimlərin maaşı artırılmasa, savadlı şagird tələb etmək mümkün deyil.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: KOMMUNIST Haradan: GiZLi BAKI
12.06.2010 01:24
Yazin ezizlerim yazin men desem deyersizki yene basladi kapitalizmi soymeye,mence sizin bu yazilariniz kapitalizmi yaxsi ifsa edir.Indi belke SOVET MEKTEBININ qedirni bilesiniz.Burada turkiyeye hesed aparana demek isteyiremki,hele 1957-ci ilde AzSSR-ide 700 min sagird tehsil alanda Turkiye,Iran.Iraq kimi boyuk muselman devletlerinde birlikde bundan az sagird var idi.O,zaman muselman olkeleri icinde en cox sagird ve telebe kontingenti SOVET AZERBAYCAN-inda olub.
Amma kapitalizme kecid gorun bu kicik,ama bir zamanlar Serqe numune olkeni nece cehalete surukleyir.

Kimdən: Qerib Haradan: Qeriblikden
11.06.2010 14:29
Ay ezizlerim,mektebde bir chox biliklere sahib olmaqla yanashi,hem de hayata alishmish oluruq.Sozumun mustafasi ondan ibaretdir ki,eger shagird hele mektebde iken min bir behane ile pul yighimlarinin shahidi olursa,o shagirdin geleceyini nece musbet tesvir etmek mumkun ola biler axi?Deyek ki,mektebi bitirdi,lap Ali mektebede bir teher qebul oldu ve bir teher de surune surune orani bitirdi.Bashda bir shey olmasa da vezifede chalishan "dayi"si var.Onun vasitesile ya ixtisasina uyghun ya da aidiyyati olmayan bir ishde chalir ki,sonrasi da artiq hamiya melumdur bu gunki Azerbaycan ve xalqimizin "firavan" yashayishi.Bir senedin seriya nomresini kitaba duzgun vura bilmeyen adam Nazirlikde vezifede chalishirsa,menim daha sozum yoxdur! Men orta mektebde oxuyarken mektebimizin Tarix kabinetinde bir chox dahilerin chox gozel kelamlari var idi.Onlardan biri 13-cu esrde dunyani heyrete salmish Chingiz xanla baghlidir.Onun sozleri ise bizim bu gunki Azerbaycanla baghlidir. Chingiz xandan sorushurlar ki,nece oldu ki,siz dunyani feth etdiniz? - Quvvetli ordu ile deye cavab verir. Ordunu nece yaratdiniz? - Mohkem intizamla. Intizami nece yaratdiniz? - Edaletin komeyi ile. Edalete nece nail oldunuz? - "Her kese qabiliyyetine gore ish tapshirdim" deye cavab verir. Teessufler olsun ki,bizde de bu yoxdur.Uchuruma doghru gedirik.Sonumuzu Allah xeyre calasin.

Kimdən: bankrot Haradan: azerbaycan
10.06.2010 13:51
bizim mektebde 1000-e yaxin sagird var. amma direktoruumuz cox pul yigir.dehset derecede cox.bir ile 100-200 manat bulumuz cixir. direktor bankin ustunde oturur,sagirdler birazdan evdeki oboylari yeyecek.cox pis mektebdi.amma bize yaxindi deye getmeliyem.ne yazikki.he birde men 6,7 il turkiyede yasamisam.yeni turkem.
Cavab

Kimdən: lelin Haradan: Sankt-peterburq
11.06.2010 10:12
Ay tupoy, Turkiyede yasamagnan deyilki? Esas odu ki heqiqi menada insan olasan. Nolsun men 8 ildir ki Sankt-Peterburqda yasayiram. Amma yene de men azerbaycanliyam!!!

Kimdən: Gulshen Haradan: Baki
09.06.2010 15:07
suallar kecilen derslerden salinir hemisede bele olub oxuyan ucun ise cetin sual yoxdur mesuliyyetsiz sagirdlerin gunahi ne ucun muellimlerde olmalidir?savadi olan calismagi bacarmalidir,risk edilmese heyetda hec neye nail olmaq mumkun deyil.oxumaq isteyen kes savadsiz mesuliyyetsiz muellimin yaninda da oxuyar
Cavab

Kimdən: Bakili Haradan: Cexiya
09.06.2010 20:14
Gulshen xanim,men butun muellimleri gunahlandirmiram.Men ozum de muellimeyem.Amma sizin bir sozunuzle razi deyilem ki,oxuyan ushaq ucun ne savadsiz muellim. Bele cixir ki,daha biliyi olan, derrakesi olan shagirdler daha mektebe gelmesinler de. Bes nme ucun onda elaci shagirdler mektebden savayi kenar muellim yanina gedirler? Savadli muellim butun siniflerde shagird ucun lazimdir.Bir fakt misal cekim: men oxuduqum mektebde edebiyyat muellimemiz bir defe bele dedi: Ne ferqi var, "Olu canlar" eseri, ya da "Canli meyit".Savadsiz muellim faciedir.Savadsiz muellimler universitetlerde,institutlarda da coxdur.Duzdur, edebiyyat var,amma shagirdin, telebenin istiqametlendirilmesi ucun savadli muellimler vacibdir.Rehmetlik Eli Fehmi,B.Vahabzade ve bashqalari ki, hele de onlardan aldiqimiz bilikleri ehtiramla xatirlayiriq.Hormetle.

Kimdən: Esl Mamed
09.06.2010 14:38
16 ilden coxdur ki, nazir ishleyen Misir muellimin adi en uzun ishleyen nazir kimi Guinness in rekordlar kitabina dushmelidir. Men xalqimizin bu ogluna perestish edirem. Besheriyyetde hansi milletin numayendesi bu cur analoqu olmayan ugura imza ata biler?
10-11 ci siniflerde cemi 2-3 neferi ders vaxti sinifde tapa bilersiz. Bu o demek deyil ki, shagirdler dersden yayinir. Sadece olaraq butun bilikler ilahiden gelir. Her sheyi bilirler, derse girmeye ehtiyac yoxdur.
Bizim dovletimiz bir cinayetkarin turmede saxlanmasina 120-130 manat xercleyir, amma muellime 70-80 manat, hekime de 90-100 manat maash verir. Onlarin her birini potensail rushvetxora, o cumleden cinayetkara cevirmekle insanlarimizi seadete qovushdururuq.
Tarix boyunca elimize ilk defe normal dovletcilik shansi kecib, onu da bu cur ugurla heyata keciririk.
Bu mamedin de danishmaqdan bashqa elinden hec bir ish gelmir eee.

Kimdən: Bakili Haradan: Cexiya
09.06.2010 13:30
Firudin muellimle tam raziyam.Derslikler berbad haldadir.Neinki shagirdin, hec muellimlerin de tehlile gucu catmir.Vesile muellimeye ise onu deyerdim ki,gulunc danishmasin,"shagirdler savadsizdir".Siz muellimler savadli olsaydiniz,yetishdirdiyiniz nesil bu gune dushmezdi.Guya millet coreyi qulaqina yeyir, guya siz rushvet almirsiniz?Olkede, mekteblerde korrupsiya yoxdur.Ele bilirsiniz ki, M.Merdanov bir tedbir gorecek? Hem de,onsuz da ali mekteblere can atmaqin menasi yoxdur.Bakalavr demirem, magistr qurtaran da ishsizdir.Bir senet ucun oxuyun ve senetkar olun ki,bu kapitalizm dovrunde ac qalmayasan.

Kimdən: Kabus Haradan: Azerbaycan
09.06.2010 10:50
ŞAgirdlər ağıllı adamlardırlar ki, Misirin bərbad vəsizzətə saldığı "məktəb"ləri tərk edirlər. Bir məktəb ki, təhsil verməsin, orada oxumaq bəhanəsi ilə vaxt itirməyə dəyərmi?