Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:31

Rubrikalar / Mətbuat icmalı

S. Rüstəm, S.Vurğun və Müşfiqin Mərkəzi Komitəyə hesabatları

x
Şriftin ölçüsünü dəyiş - +
1932 –ci ildə Mərkəzi Komitə ölkədəki yazıçı və şairlərin üzərinə üç illik plan qoyur. Bəs yazıçı və şairlər bu planın hesabatını necə veriblər? Süleyman Rüstəm, Səməd Vurğun və Mikayıl Müşfiqin hesabatları ilə tanış ola bilərsiniz.

Kommunist qəzeti yazıb ki, 1932 –ci il 23 aprel ədəbiyyat və incəsənət təşkilatlarının yenidən qurulması haqqındakı mərkəzi komitənin qərarı günü şura ədəbiyyatı tarixində parlaq səhifələr açan bir gündür. Başda Stalin yoldaş olmaqla Lenin Mərkəzi Komitəsi üç il əvvəl ədəbiyyat cəbhəsinə iş planı verib.

S. RÜSTƏM: «YAXŞI YOLDAŞ»

Firqənin tarixi qərarı mənim yaradıcılığımda yeni bir dövr təşkil edərək ədəbi fəaliyyət göstərməyimə daha geniş bir cığır açmış «Yaxşı yoldaş» adlı pambıqçı zərbəçilərə ithaf edilmiş poemanı yazmışam.

S. Hüseyn yoldaşla birgə Qasım İsmayılov rayonunda yaşamış və xaincəsinə öldürülən inqilabçı Qatır Məhəmmədin (bu ləqəbi mülkədarlar istehza ilə ona vermişdilər) həyatına aid pyes yazacağıq.

Bütün bu işlər şübhəsiz ki, tarixi qərarın yaratdığı əlverişli ədəbi mərasimin məhsuludur.

S. VURĞUN: «KOMSOMOL POEMASI»

Şəxsən mən bu qərar əsasında yenidən qurulmuş oldum. Şer cəbhəsində dalğalanan ilham, yaradıcılığıma bir təkan verdi. «Komsomol poeması»nı da bu zamanda yazmağa başlamışam.

M. MÜŞFİQ: «ŞƏNGİL – MƏNGİL», «HUŞSUZ»

Sosialist vətəninə layiqli əsərlər uğrunda

Mən firqəmizin 23 aprel qərarından sonra yaradıcılığımda böyük təbəddülatın yarandığını görürəm.

Bu üç il ərzində mən bir çox həm lirik həm epik əsər yazmışam.

Şerlər məcmuəsi halında topladığım kitabda altı poema və 30 –a qədər xırda lirik şerim çap edilmişdir.

Cocuqlar üçün «Şəngil – Məngil», «Huşsuz» adlı iki əsər yazmışam və bunlar dərc edilmişdir.

Qardaş erməni şairlərindən Carensin dörd böyük poemasını tərcümə etmişəm.

Mənim yazmağa çox həvəsim var. Lakin mənim məlumatlılığımın azlığı həyatdan aldığım intibahlı hissləri öldürür. Mən hiss edirəm ki, böyük yazıçı olmaq üçün böyük siyasi və elmi biliyə sahib olmaq lazımdır. Əlbəttə mən bunu da qazanmağa haqlı və müqtədirəm. Q arşıda böyük planlarım var. Mən sosialist şura vətənimə, əməkçi xalqıma qəlbimin, beynimin qarışığından bir çox bədiələr vermək üçün çırpınıram. Mənim ən bədbəxt dəqiqəm şersiz keçən dəqiqədir.

Şura ədəbiyyatı və incəsənətin sosializm realizmi əsasında yüksək pillələrə!
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Zeynal Haradan: Bakıdan
27.06.2010 15:39
Keçmişi görmək istədiyimiz kimi yox, olduğu kimi qavramağı öyrənməyə çalışmalıyıq. Şərhlərdən açı bir nəticə görünür: keçmişdən dərs almağı bacarmırıq və kosmetik baxışla kifayətlənirik. Bunun daha acı sonucu da qaçılmazdır: Hər dəfə sıfırdan başlayacaq və Tarixin "ofsayt"ında qalacağıq. Təbii ki, bənzər qavrayışlardan əl çəkməsək...

Kimdən: Azərbaycan
10.06.2010 12:29
.....Cocuqlar üçün «Şəngil – Məngil», «Huşsuz» adlı iki əsər yazmışam və bunlar dərc edilmişdir.
Mənim yazmağa çox həvəsim var. Lakin mənim məlumatlılığımın azlığı həyatdan aldığım intibahlı hissləri öldürür. Mən hiss edirəm ki, böyük yazıçı olmaq üçün böyük siyasi və elmi biliyə sahib olmaq lazımdır. Əlbəttə mən bunu da qazanmağa haqlı və müqtədirəm. Qarşıda böyük planlarım var.....

Bu yazılar göstərir ki Müşviq hökuməti yola verib. Əsərlərindən də uşaqlar üçün yazdığı «Şəngil – Məngil», «Huşsuz»- un aını çəkir. Və digər qeyd etdiyim fikirləri də həmçinin. Müşviq əyilməyib. Və elə ona görə də şairi öldürüblər. Allah ona qəni qəni rəhmət eləsin

Kimdən: KOMMUNIST Haradan: GiZLi BAKI
10.06.2010 00:55
Musviq proletar sairi olub,onun serlerinde xelqlik var,onu "mey-meze"sairi seviyyesine endirmek ve bunu guya Musviqin xatiresine xidmet hesab edenler mehz sizin kimiler ele bele yazilariyla Musfiqin axirina cixdilar...

Kimdən: kilimcidən Haradan: buradan
09.06.2010 20:14
Görəsən Zəlimxan Yaqub 37-də "sag" olsaydı nə yazardı?

Kimdən: Azeri Turku Muselman Haradan: Baki
08.06.2010 02:05
Mence indiki yazicilar da hesabat verirler kimlerese.... Kimki vezifeye can atir, ya qohumunun,ya da oglunun vezifesini artmasini isteyir tez-bazar ulu onder adina 1-2 eser yazir. hem pulu artir, hem vezifesi, hem de dirnaq arasi hormeti. gelecek nesillere yazigim gelir. fikirlesendeki onlar kimlerin ve hansi eserlerini oxuyacaqlar adamin lap tuku irpenir. qaldiki M.Musviqe, mence onun 37-de gullelenmesi her seyi subut edir. Allah ona qeni-qeni rehmet elesi.

Kimdən: ehli Haradan: baki
08.06.2010 00:10
Sözsüz ki, burada ilk ünce gezetin adina digget yetirmek lazimdir. Bu gezet "Kommunist" gezetidir ve tutdugu yol da melumdur. Eminem ki, Müshfigin yazdigi mektuba elaveler edilib, sonra cap edilib. Bu elaveler Müshfig etirazmi ede bilerdi? Yox elbette ki. Müshfigin eserlerine baxmag kifayetdir ki, onun kim oldugunu bilesen, göresen. Onun türkcülüye bagli bir insan oldugunu yazishmalarindan görmek mümkündür. Müshfigin hebsi ve güllelenmesi de mehz türkcülükle baglidir. Azerbaycan xalgini edebiyyatini ruslashdirmaga calishanlar ücün Müshfig bir gözdagiydi. Süleyman rüstemler rahat yata, yaza bilmirdiler öz ettöken sherlerini, ne geder Müshfigin türkcülüyü terennüm eden danishigi, sherleri oxunurdu, eshidilirdi. Mence bu cür gezetin materiallari ancag ikrah dogurur. Ancag Süleyman Rüstemin, Semed Vurgunun kim olduglari hamiya melumdur. Xüsusile Semed Vurgunun Memmed Emin Resulzadeye xitaben "o veten xaini Memmed Emin" demesi Semed Vurgunun kim oldugunu üze cixarir. Ümumi götürsek gezet materiallari inandirici menbe deyildir ve sübut kimi istifade olunmasi tecrübesizlikden ireli gelir.
Cavab

Kimdən: Azer Haradan: Baki
09.06.2010 15:07
Mikayil Mushviq azerbaycan turkcesinde gozel eserler yazib... amma bunu sizin dediyiniz kimi "turkchuluyun terennumu" kimi qebul etmek duzgun olmaz... Yaxshi shair olmaq u4un turk4u olmaq esas deil... O mehebbet shairi olub onun partiya, Lenin, stalin baresindeki sherlerini oxuyanda hiss olunur ki bu sheerler onun lirik sherleri ile muqayisede heddinden artiq sonukdur... Bu da onun 37-de getmesinin en esas sebeblerinden olub, hemkarlari onu mehz bele "saxtakarliqda" ittiham edibler...
P.S.: Mushfiqin esli Xizidandir, daqlidir.

Kimdən: Bakili Haradan: Cexiya
07.06.2010 20:47
Guler xanim, S.Vurqunu ve S. Rustemi cixmaq sherti ile, M.Mushfiq dovrunun cox mehsuldar genc shairi idi ve sovetlerin yaltaqi deyildi.S.Vurqun, S.Rustem kompaniyasina qoshulmurdu.Onun six elaqe saxladiqi adamlar - H.Cavid, E.Cavad,Axundzade,S,Mumtaz ve bashqalari idi ki,tez-tez gizli olaraq, Axundzadenin evine( heyat yoldashi Dilberin emisi qizi gile) yiqishirdilar.Buna gore de,edebiyyatshunas Axundzade de hebs olundu.Mushfiq heczaman sovet rejimine bash eymeyib."Mushfiqli gunlerim" kitabini oxuyun.Rehmetlik Dilber xanim etrafli yazib. Teshekkur.

Kimdən: Bakili Haradan: Cexiya
07.06.2010 20:31
Repressiya qurbani olmush ediblerimize Allah rehmet etsin.Amma onlari indi meshel ayaqina cekmek mence, duzgun olmazdi. 37-nin qara kabusu insanlarin daxiline ele cokmushdu ki, o iller, eger indi olsaydi, bilmirem ki, muasir yazarlarimiz yashamaq ucun neler ederdiler.Bu, cox ince meseledir ve bunun ucun arxivlerde derin arashdirmalar gerekdir.Hormetle.

Kimdən: ƏMİRTEYMUR
07.06.2010 17:16
Hörmətli Gülər Qasımova vaxtı ilə Sovetlər Birliyində nələr baş verdiyi sürgünlər qarətlər və 37-nin REPRESİYALARI faciəvi şəkildə baş verdi.Lakin OLAN OLDU KECƏN KECDİ VƏ ARXADA QALMAQLA ağır zərbələr millətə dəydi. Bu gün artıq bunların yeri deyil.TARİX kecmişi ilə bəllidir.İndən sonrada bunlardan yazıb bildirsənizdə kecmiş nə geri qayıdan deyil nədə ki, adı cəkilənlər qəbirdən dirilib yenidən qayıdası deyil.Yaxşı olar bu günün baş verən haksızlıkları ilə araşdırmalarnızı aparıb həllini tapmayan problemləri həll edəsiniz. Bu gün qaldırılan TARİXİN iyrənc faktları tarixə yazılıb və bisavadda bilir ki, kecmiş sovetlər birliyinin insanlığa yaramayan əməlləri necə dövran edib. Belə faktların dəbərdilməsini mən təhqir hesab edirəm.

Kimdən: Yurdsevər
07.06.2010 15:39
"azerbaycan" sherinin original variantin, ve Semed Vurgunun Staline hesr olunmush sherlerin burada post etseydi oxucular chox minnetdar olardim.