Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:45

Rubrikalar / Mətbuat icmalı

«Redaktorda istedad»

x
Şriftin ölçüsünü dəyiş - +
«Kommunist» qəzetində tez-tez digər qəzetlərin əməkdaşlarının tənqidi ilə rastlaşmaq olar. Belə tənqidi məqalələrdən biri ilə tanış ola bilərsiniz. Məqalə 1950–ci il 9 aprel tarixində dərc edilib.

Redaktorda istedad


«İmişli kolxozçusu» qəzetinin məsul direktoru Hidayət Kazımov yoldaş H. Kazım imzası ilə tez – tez «orijinal» məqalələr dərc etdirir. Qəzetin 28 mart tarixli nömrəsində çıxan məqalə isə əvvəlkilərə bənzəmir. O, kollektiv surətdə yazılmışdır. «İmişli kolxozçusu» qəzetinin mətbəəsində çalışan işçilərdən birinin əli maşın altında qalaraq əzilir və dərisi soyulur. Onu təcili surətdə rayon xəstəxanasına apararaq müalicə edirlər.

Bu münasibətlə H. Kazım, Ç. Bayram və P. Zülfüqar imzası ilə «Cərrahda istedad» sərlövhəli bir yazı dərc olunur. Məlum olur ki, yaralını xəstəxanaya apardıqdan sonra «Cərrahda istedad» sərlövhəli yazının yuxarıda adlarını çəkdiyimiz müəllifləri də xəstəxanaya gedib ağ xalat geyir və cərrahlıq əməliyyatında şəxsən iştirak edirlər.

Onlar redaksiyaya qayıtdıqdan sonra qəzetdə yazırlar:

«Hamımız ağ xalatlıydıq. Cərrahiyyə otağında hər şey hazırlanmışdı. Cərrah Siyab öz sənətinə həvəslə hərəkət etməyə başladı. Biz onun mülayim rəftarına, incəlik və ehtiyatla, sürətlə işlədiyinə valeh idik».

«Sağaldın! Mətbuat işçisidir!»

Müəlliflər həkimin başının üstündə duraraq uca səslə ona deyirdilər:

«Görək doktor Rüstəmov! Sağaldın! Mətbuat işçisidir!»

Məqaləni imzalayanlardan birinin, yəni Ç. Bayramın qəzetin elə həmin nömrəsində «Partiya təşkilatçısı təsərrüfata operativ rəhbərlik etməlidir» sərlövhəli iki sütunluq yazısı buraxılmışdır. Müəllif partiya təşkilatçısının öz üzərində işləməmək və planla işləməyi bacarmamaqda ittiham edərək hədələyici sözlər yağdırır. Məqalənin bir yerində oxuyuruq:

«Həyatla ayaqlaşmır və indinin tələbatının öhdəsindən gələ bilmir».

Bu sözləri «İmişli kolxozçusu» qəzetində lüzumsuz yazılara yol verən məsul redaktor Hidayət Kazımov haqqında da demək olar.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Teymur
30.05.2010 21:11
Xanım Gülər Qasımova verdiyiniz məlumata görə təşkkürlər edirəm.O, vaxtlar MEDYAYA böyük hörmət vardı.Ştatdan kənar yazılara məqalələrə QANRAR DA VERİLİRDİ. SİZİN BU AZADLIĞNIZDA NƏİNKİ QANRAR QRAND VERMƏK AZAD SÖZƏ QƏTİ QADAĞALAR VƏ REDAKTORLARI HƏBS ETMƏKLƏ NƏTİCƏLƏNİR.Həqiqətən o, vaxtlar hər səpkidə yazı və məqalə dərc edilməsi qeyri mükün olduğu halda belə məqalələr cap edilirdisə jurnalistə mükafat təqdim edirdilər ki, cəsarətli jurnalistdir. İndi DİLİMİZDƏN YARANAN JURNALİSTKANI CAHANGİR MƏMMƏDLİ, BƏXTİYAR SADIQOV, AQİL ABBAS KİMLƏRİ AŞAĞILATMAQDAN BAŞQA HEC BİR İŞLƏRİ OLMAYIB. ALLAH RƏHMƏT ELƏSİN HƏSƏN BƏY ZƏRDABİYƏ NƏ YAXŞI Kİ, TƏBİİ OLARAQ QƏZET NƏŞRİNİN TƏMƏLİNİ TƏSİS EDİB BU MİLLƏTİ MƏTBUATIN NƏ OLDUĞUNU ÖYRƏDİB.YOXSA ADLARINI CƏKDİYM ÖZLƏRİNİ PEŞƏCƏ JURNALİST BAŞ REDAKTOR HESAB EDƏNLƏRİN ƏLİNDƏ JURNALİSTKA CINDIR GÜNƏ DÜŞƏRDİ Kİ, HEC KİMİN İXTİYARI CATMIR BU PEŞƏ İLƏ MƏŞQUL OLMAĞA. BUNUN TƏMƏLİNİ BİZ QOYUB YARATMIŞIQ. BAX BELƏ SƏVİYYƏSİZLƏR ƏLİNDƏ ƏSİR-YESİR OLAN ZAVALLI XALQIMIZDIR Kİ, CANLARI BOĞAZLARINA YIĞILIB. QARABAĞ KİMİ QARA QAYTAN OLUB ZAVALLI XALQIMIZIN BOYNUNDAN ASILIBLAR Kİ, DÜŞMƏK BİLMİRLƏR.