Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:55

Verilişlər / Kontekst

Azərbaycana gətirilən cins inəklər niyə ölür?

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
Artıq 2 ildir ki, Almaniya və Avstriyadan inəklər alınır. Ötən ildən fermerlərə paylanmış 760 baş inəkdən artıq 60-ı ölüb. Mütəxəssislər bu məhsuldar inəklərin tələfatını fermerlərin təcrübəsizliyi ilə izah edir.

İxtisasca aqronom olan fermer Tərbiyyə Məmmədova isə deyir ki, inəklərin ölməsi təkcə onların günahı deyil. Əsas səbəb inəklərin mühitə çox gec uyğunlaşmasıdır:

ALDIĞIM İNƏKLƏR 1 İL UYĞUNLAŞANA QƏDƏR ÇOX ƏZİYYƏT ÇƏKDİK

- İqlim şəraiti tamam başqadır, aldığım inəklər 1 il uyğunlaşana qədər çox əziyyət çəkdik. Heyvan da əziyyət çəkdi, arıqladı. Gəzməlidir 2 saat, bizim meşə zonamız yoxdur axı o gəzə. Bunların qüvvəli yemə böyük tələbatı var. Yerli cins inəklər 4-5 kilo yeyirsə, bunlar 8-10 kilo ilə doymur. Fermada nisbi rütubət az olmalıdır. Həddən artıq təmiz havada olmalıdır. İsti günlərdə günəş şüasının altına çıxarmaq olmaz. Dərisi nazikdir. Tövlə şəraitində baxılmalıdır.

Qərb bölgəsində fermerlərə nəzarət edən Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Ziyad Abbasov deyir ki, nisbətən imkanlı fermerlər bu heyvanları əldə etsələr də, bir çox problemlərlə rastlaşırlar. Qida rasionunu düzgün təşkil edə bilmirlər:

- Eyni zamanda cins mal-qaranın problemləri də var. Yem rasionları bizimki kimi deyil. Burada mikroelementlərlə, vitaminlərlə zəngin yaşıl yem üstünlük təşkil etməlidir. Bəzən mikroelementlərin çatışmazlığından başqa yem verildikdə xəstəliklər əmələ gəlir.

Almaniyada istehsal sahəsində təcrübə keçən Vüsal Mirzəliyev isə deyir ki, həmin ölkədə bu inəklər günə 45-50 litr süd verdiyi halda Azərbaycanda günə heç 30 litr də süd vermir. Bunun da öz səbəbləri var
BU İNƏKLƏR ƏSASƏN SOYUQ REGİONLARA UYĞUNLAŞA BİLMİR


Ziyad Abbasov deyir ki, bu ilin əvvəlindən qərb bölgəsində alınmış inəklərdən biri Daşkəsəndə, biri Göygöldə, digəri isə Goranboyda ölüb. İdarə rəisi bu qənaətdədir ki, bu inəklər əsasən soyuq regionlara uyğunlaşa bilmir.

Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun direktoru Məmməd Balakişiyev isə deyir ki, 760 baş heyvandan 60-nın ölməsi elə də böyük rəqəm deyil. Əsas odur ki, bu inəklərin gəlişi ölkədə bolluq yaradacaq, ət və süd məhsullarının qiyməti aşağı düşəcək:

BƏSLƏNMƏ ŞƏRAİTİNDƏ PROBLEMLƏR YARANIR


- 2009-cu ildə 760 baş, bu il də 300 baş gətirilib. Bu inəklərin gətirilməsi ölkədə bolluğun yaranması, südün, yağın, ətin qiymətinin aşağı düşməsiməqsədi daşıyır. Çox deyil, 60 başa yaxın tələfat var. Fermerlərin baxımsızlığı ucbatından olur, onlar hələ maariflənməyiblər. Bunun üçün də bəslənmə şəraitində problemlər yaranır. Biz özümüz də ezam olunub gedib onları başa salırıq.

İnstitutun direktoru deyir ki, gətirilən heyvanların balalaması ilə bağlı tədbir qabaqcadan görülüb və toxum bankı yaradılıb. Heyvanlar süni mayalanma yolu ilə artırlar. Bu yolya 1 ildə 150-yə yaxın bala əldə olunub:

- Baytarlarla əlaqəli işləyirik. Südün emalı problemləri də var. Bunun üçün artıq Nazirliyə müraciət olunub. Həmçinin heyvanların saxlanılması və uyğunlaşması üçün komplekslər tikilsin.

Almaniyada istehsal sahəsində təcrübə keçən Vüsal Mirzəliyev isə deyir ki, həmin ölkədə bu inəklər günə 45-50 litr süd verdiyi halda Azərbaycanda günə heç 30 litr də süd vermir. Bunun da öz səbəbləri var:

HANSI TƏSƏRRÜFATÇI PUL VERİRSƏ, HEYVAN ONA VERİLİR


- Keçən il gətirilən heyvanların 12 faizi tələf olub, bunun da səbəbləri müxtəlifdir. İlk versiya kimi onların daşınmasını göstərmək olar ki, onlar yük maşınları ilə daşınıb. Hansı təsərrüfatçı pul verirsə, heyvan ona verilir, amma belə olmalı deyil, normal yem bazası olan sahibkarlara satmalıyıq. Bu, həddindən artıq yem tələb edir. Yem bazasını təşkil edə bilmirlər, bunun üçün zootexniklər lazımdır. Mən hazırda Almaniyada istehsalat təcrübəsindəyəm, burada inəklər günə minimum 45 litr süd verir.

Heyvandarlıq İnstitutunun direktoru Məmməd Balakişiyev deyir ki, ölkəyə mühitə daha tez uyğunlaşan şvis, simmental, alaqara cinsləri gətirilir. Artıq bu il üçün ölkəyə 300 yeni cins mal-qara gətirilib və karantin müddətindədirlər. Yaxın günlərdə yeni sahiblərinə paylanacaqlar.

4-10 min manat arası qiyməti olan inəklərin alınmasında məbləğin 50 faizi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ödənilir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: fatime Haradan: baki
16.05.2010 22:21
yazig fermer, tutag ki, 3-5 min manat (ustegel nazirliyin shapkasi) verib inek aldi ve inek de oldu, onda yazig fermer neylesin? Kim onun pulunu gaytaracag?

Yazig inekler, onlar da Azerbaycanda acliga davam getirmeyerek olurler.. Meshe yox, ot yox, vitamin yox, gezmeye yer yox..

Kimdən: Rasim Haradan: buralardan
12.05.2010 21:57
MEN BILIREM, NIYE OLURLER, ONLARI BURA GETIRENDE ALDADIB DEYIBLER KI, BOL YASHILLIQ, BOL SULU OLAN YERE GEDIRSIZ, DEVLETIMIZIN VARI-DEVLETI ASHIB DASHIR, HAMI AZADDIR, BIR SOZLE ONLAR GORDUKLERINDEN DEHSHETE GELIB OLURLER, INEKLERIN BIRI QEZETE MUSAIBESINDE DEMISHDIR KI, BIZDE OKUZLERIN AYLIQ XERCI 500$, SIZDE PENSIONER 75 MAN ALIR BU DEHSHETDIR, BUNA OKUZ NEDIR HECH INEK DOZMEZ!
Cavab

Kimdən: adi vetendas Haradan: isvecden
13.05.2010 04:01
ay cox guldummmmmmmmmmm Allah sevindirsin seni.

Kimdən: Bakili Haradan: Cexiya
12.05.2010 14:12
Ali mektebi pulla bitiren mutexessis hardan bilecek ki, olkeye hansi dovletden qaramal almaq lazimdir.Heyvanin saxlama seraiti, yemi, qulluq meselelerini bilmek ucun savad ,hec olmasa, tecrube lazimdir.Bu da ki,yox. Bu qeder ineye xerclenen vesaite gelince ise, sexsi pulu deyil ki, qoy batsin da. Eger hokumet bele savadsizlari cezalandirib cerime etseydi, bele rusvayciliq bas vermezdi.

Kimdən: mesum Haradan: biabirciliq
12.05.2010 11:55
ele bilirlerdi Ineklerden günde 50 Litir süd sagib qaz vurub qazan dolduracaqlardi.Bu inekler bizim milletin geninden düzelmeyib ki rahat rahat sagilalar.Bu ineklerin qezebine dücar olacaqsiniz ve hec bir menasi olmayacaq.Hamisi tedricen ölüb gedecek nesil artimi filani olmadan.Bu inekler xüsusi texnika ile saxlanir ve cox uzun yasamirlar 5 ilden sonra dös xercengine tutulurlar,ve bu inekler xerceng tumoru böyümeden etliye gedir ve dösünü kesib atirlar hec neye istifade olunmur.Bu qeder teserrüfatsiz kend tesserrüfati olan bir ölke hele yerin dibinde boy gösterir.Zenlandiyadan margarin yagini alib öz milletine kere yagi adina siriyan devlet orqanlari baglanib istefa etmezse biz hele cox pis seyler yeyeceyik.Zenlandiyada kere yagini bizde satilan yagdan 2 defe bahadir, hecmi deyen yoxdur ki bes bu yag yolu pulsuzmu gelir?Zenlandiya yaginin dadini görmeyenler ordan gelen tullanti mehsula kere yagi damgasi vurur.Bizim yerli ekincilik ve heyvandarliq her regionun özünemexsus inkisaf etmelidir.Meger ki Ineyin birine 10 manat verenler bir iki dene de almanyadan kend teserrüfati naziri alib getireydiler ayliq 10 min manat maasla bizim tesserrüfatimizi özlerine mexsus inkisaf eletdireydiler.Yeni bu cür bedxesaretli tesserrüfat milleti dilenci köküne salib.
Cavab

Kimdən: azad vetendas Haradan: isvecden
13.05.2010 04:03
Nege deyerler bizim inekler dozumludur!

Kimdən: Musteqil Haradan: Baki
12.05.2010 01:40
Mütəxəssislər ne ucun ineklerin ölmesini mehz fermerlerin ustune atirlar.
Mutexesisler ne zaman inekler alinib Azerbaycana getirilende,hesablamishlar bir inek neceye basha gelib Azerbaycana gelib catnacan.Men dushunurem o inekler Azerbaycana gelene qeder onlarin saglamligi haqqinda mutexesisler dushunmushler.Onlar deiq buna qarant vere bilerler ki, mehz inekler xaricden tam saglam gelmish.
Mutexesisler de hemin ineklerin alinmasini bilirler xarici dövletlerden xeste inekleri ucuz alib Azerbaycanda baha qiymete satmaq olmush, yalniz qazanc elde etmek ucun.Mutexesislerde bu gun fermerlerin ustune atmaqla gunahi,onlarda inegi alib Azerbaycana getiren sexslerle bir yerde pulu yemishler.Hemishe gunahkar ölen olar.Indide hemishe gunahi kasib fermerin ustune atarlar.Azerbaycanda bu gun insanliqdanda önce pul gedir.

Kimdən: Mirza Calil Haradan: Xabarovsk
11.05.2010 20:32
Almaniya tarixi boyu fizika sahesinda taninmish alimleri ile ad chixarib.Bir chox hesablama sistemlarinin sharti vahidleri,bildiyimiz kimi alman fiziklerinin adi ile baglidir.Chox taassuf ki,alman alimleri "sagma vahidi" deyilan bir anlayishi yaddan chixariblar((((.Azerbaycanda bu vahidi tatbiq etmak tam yerina dushardi.Hansi memurun xalqi hansi templa sagmagini bilmak ucun sharti vahidden istifade etmak olardi((.
Bu yaziq INAKlar bilanda ki,Azerbaycan deyilan memleketda "sagilma vahidi" litr qan/sutkadir ve xalq qan ifraz edana qadar sagilir,ad-sanlarini tapdalamamaq uchun,sud vermakdan imtina edib,axirete qovushmagi magbul saydilar((((.

Kimdən: qabaqcil Sagici Haradan: Karantin
11.05.2010 20:30
1 alman professor 2009cu ilde bu Memmed muellimin elmi tedqiqat institutunda saxladigi inekleri gorenden sonra demishdi ki, "men inek olsaydim hech vaxt Azerbaycanda yashamagi ozume arzu elemezdim!". Ineye verilen otu hemin professor eline goturende elece ineye yaziq-yaziq baxmish, bizim ineklerin dozumluluyune vurgun olmushdu...
Indi deyirler Almaniyadan getiren ineklerde bu qart, taxtalashmish otdan yeyib 40-50 kg sud versin. Birde teesufki alman inekler bizim yerli inekler kimi qochaq deyiller ki, dashdan da (yeni tekce otdan) sud chixarsinlar. Eger Memmed muellim dediyi kimi fermerlerin maarifsizliyine baxmayaraq bu inekler 30 litr sud verirlerse olara "qehreman inek" statusu vermek olar..Chunki Memmed muellimin maarifli ishchilerinin saxladiqlari inekler hech 30 litr sud vere bilmir..
Indiki sheraitde itki yalniz 12%dise bu chox gozel gostericidi...deyen idxal elediyimiz ineklerde xalqimiz kimi dozumlu olmaga oyrenir...

Kimdən: mesum Haradan: ineklerin intihari
11.05.2010 19:42
Bu inekleri azerbaycana getirenleri noxtalayib dama baglayasan. Biri 4-10 Manata alinan alman ineklerinin yerine yerli ineklerin inkisafina mestef ayrilsaydi esil firavanliq olardi.O inekler son nefere kimi intihar edecekler,cünki bizde onlari yedirecek mehsul yoxdur.O inekler ne qeder cox ot yeyirse ele de tez ölür.Onlarin medesi günlük yedikleri otu 3 güne hezm ede bilmir.Unlar ücün xüsusi üyüdülmüs asan hezme geden mehsul lazimdir,hetta yemlerine hezmi yüngüllesdirecek derman qatilir.Bu yaziq inekler yolunu azmislarin eline kecib.Öz xalqinin qaygisina qalmagi bacarmayan korupsiyon monopolya bu ineklerle cellad kimi reftar edibler

Kimdən: ramil Haradan: baki
11.05.2010 18:54
dahi deyirsiz almaniyadan isvecreden.hele olkeden qelenler bele olkede nece yasasin.

Kimdən: Amin Haradan: Belasuvar
11.05.2010 18:42
Yeqin ki,onlarda yap diktator rejmine doze bilmirler.
Səhifə (2)
    Növbəti