Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:49

Bloqlar / Qorxmaz Əsgərov

İkili standartlar söhbəti

İlham Əliyevə seçkilərdə dəstək yürüşü, 13 oktyabr 2008
x
İlham Əliyevə seçkilərdə dəstək yürüşü, 13 oktyabr 2008
Şriftin ölçüsünü dəyiş - +
«Qərbi ancaq neft düşündürür». «Həlledici məqamda hakimiyyətlə hansısa bir məsələdə razılaşıb demokratiyanı yenə satacaqlar, 2003-cü ildəki kimi». «Hakimiyyəti demokratiya-demokratiya deyib sıxırlar ki, hökuməti Qarabağı verməyə məcbur etsinlər». «Bu necə demokratiyadır ki, ABŞ erməniləri müdafiə edir?»

Az qala folklora çevrilmiş bu iradlar Azərbaycanda həm siyasətçilərin, həm də sadə xalq nümayəndələrinin dilindən tez-tez səsləndirilir və Azərbaycanda ümidsizlik sindromunun yaranmasında əhəmiyyətli rol oynayır.

Bütün bu fikirləri təhlil etmək üçün ilkin bu suallara cavab vermək lazımdır: Nədir demokratiya? Demokratiya xarici siyasətdə başqa maraqların yoxluğu iləmi ölçülür? Bir sözlə, demokratiyanın bərqərar olduğu ölkə aydan arı, sudan duru olmalıdırmı? Zatən bu sualları vermək artıq onların cavablarını aydın edir və ortada olan demaqogiya dumanını dağıdır.

Demokratiya xalqın öz hökumətini təşkil edib onu idarə etməsinə əsaslanan effektiv idarəçilik üsuludur. Bu gün dünyanın bütün inkişaf etmiş ölkələri demokratiyanın bərqərar olduğu ölkələrdən ibarətdir. Artıq bunun özü inkişaf etmək istəyən hər bir xalqa bir işarə olmalıdır. Lakin həmin demokratik ölkələr yalnız öz xalqlarının qarşısında məsuliyyət daşıyırlar və Əfqanıstan, İraq, lap elə Azərbaycan qarşısında üzərilərinə heç bir öhdəlik götürməyiblər. Zaman-zaman demokratik dövlətlər başqa dövlətlərin axmaqcasına radikal (İraq və Əfqanıstanın keçmiş hökumətləri), yaxud xalqı düşünməyən hökumətləri olan ölkələrin (bütün avtoritar dövlətlər bu sıraya aiddir) «güzəştcil» siyasətlərindən faydalanıb öz maraqlarını təmin ediblər və edəcəklər. Ancaq bütün bunların demokratiyaya nə dəxli? Əgər ABŞ Əfqanıstanı bombalayırsa, İraqa qoşun yeridirsə, yaxud Azərbaycandan ən müxtəlif sahələrdə güzəştlər qoparırsa, bütün bunlar Azərbaycanda seçki saxtakarlığına, məmur özbaşınalığına, aşkar avtoritarizmə necə haqq qazandıra bilər?

QƏRBDƏN KÖMƏK UMMAĞIN FƏLSƏFƏSİ

Hələ bizim eradan əvvəl IV əsrdə Aristotel yazırdı ki, eyni idarəçilik üsulları olan ölkələr bir-biri ilə yaxınlaşır, ziddiyyətli idarəçilik üsulları olan dövlətlər bir-biri ilə yola getmir. Məsələ ondadır ki, ölkələr arasında siyasi münasibətlər vakuumda qurulmur. Dəyərləri, dünyabaxışı eyni olan xalqlar, ölkələr və həm də hökumətlər daha rahat anlaşırlar. Baxın, Azərbaycan hökuməti Rusiya rəsmiləri ilə münasibətlərdə özünü necə rahat hiss edir? Yaxud İranla? Və əksinə, Norveç hökuməti ilə Azərbaycan hökumətinin münasibətlərini nahamar edən nədir? Neft də verirlər bu norveçlilərə, amma onlar yenə də tənqidlərindən çəkinmirlər. Bir norveçli həbsə düşən Azərbaycan jurnalistindən film çəkmək üçün Bakıya gəlir.
Dəyərləri, dünyabaxışı eyni olan xalqlar, ölkələr və həm də hökumətlər daha rahat anlaşırlar.
Digərləri mükafat təsis edib demokratik fikirli Azərbaycan jurnalistlərini ödülləndirirlər. Yaxud, ABŞ-ı götürək. Ən ümidsiz illərdə belə demokratik təsisatların inkişafına milyonlarla pul xərcləyirlər, QHT-lərə, müstəqil mediaya dayaq dururlar, Azərbaycan və onun kimi digər ölkələrdən tələbələr aparıb öz hesablarına oxudurlar və s. Niyə ABŞ Azərbaycan hökumətinə Rusiya hökuməti kimi yaxınlaşa bilmir? Özünü çox sıxanda Azərbaycandakı seçkilərə «bir addım irəli» deyə bilir, ondan o tərəfə heç cür gedə bilmir. Öz vətəndaşları və öz mediası Amerika rəsmilərini topa tutmağa başlayır. Bütün Qərb dövlətlərində Azərbaycan demokratlarına kömək etmək düzgün iş tutmaq kimi dəyərləndirilir. Hamı bunu açıq edir və bu işlə fəxr edir. Avtoritarizmə yardım isə ən zəruri dövlət maraqlarına görə belə ediləndə, bağlı qapılar arxasında edilir. Qərb cəmiyyəti bu işlərə ikrah hissi ilə baxdığından o cəmiyyətlərin hökumətləri də ictimai basqıdan çəkinə-çəkinə yaxınlaşırlar avtoritar liderlərə. Bu reallığı Qərbə təklif edilən heç bir neft, qaz, Qarabağ güzəşti dəyişə bilməz. Ortada fundamental dəyərlər ziddiyyəti var.

Rusiyanın isə belə problemi yoxdur. Hər seçki ilində Azərbaycana nümayəndə heyəti göndərib deyirlər ki, Azərbaycandakı seçkilər par-par parıldayır. Azərbaycan da Rusiyaya imkanı olanda eyni məqsədli nümayəndə heyəti göndərib eyni romantik qiymətləndirməni verir.

Bu gün Rusiya, İran və bu dövlətlərdəkinə oxşar rejimi olan bütün dövlətlər Azərbaycan hökumətinin təbii müttəfiqləridir. Qərb dövlətləri və ABŞ da eyni dərəcədə Azərbaycandakı demokratik qüvvələrin təbii müttəfiqləridir. Azərbaycanda gedən dəyərlər savaşında bu iki tərəf arasındakı ayırıcı xətti görməmək mümkün deyil. Bu gün Azərbaycan hökuməti bir dənə də olsun Qərb dövlətindən, yaxud ciddi Qərb strukturundan dəstək uma bilmir. Azərbaycanın demokratik müxalifəti isə istəsə də Rusiya, yaxud İranla ciddi əlaqələr qura bilməz, Qərbdən isə bu dəstək daim umulub, gözlənilib və ara-sıra alınıb.

RESURS FAKTORU VƏ QISAMÜDDƏTLİ MARAQLAR ALVERİ

Təbii ki, hökumətin resursları daim daha çox olur. Xalqın milli maraqları güdülməyəndə isə bu resurslar bir az da çoxalır. Zaman-zaman quyruğu sıxılanda, Azərbaycan hökuməti ortaya güzəştə gedə biləcəyi məsələləri atıb və atır. Neft, qaz, İraqa müdaxilədə yardım, ABŞ-a Qafqazda platsdarm, «Nabukko» qaz layihəsi və s. Qərbə uzadılan konfetlərdən bəziləridir. Belədə Qərb dövlətləri seçim edəsi olurlar: Uzunmüddətli maraqları düşünərək Azərbaycanda demokratik islahatların keçirilməsində israr etmək, ya da qısamüddətli maraqları üstün tutub konkret iqtisadi və siyasi qazanclar əldə edib demokratiya məsələsini sonraya saxlamaq. Bu «bazarlıqda» Azərbaycan hökumətinin resursları tükənə-tükənə gedir (gəlib Qarabağa dirəniblər), Qərb dövlətlərinin ən Makiavellist hökumətləri isə heç vaxt demokratiya məsələsini Rusiya, yaxud İran kimi birdəfəlik unuda bilmirlər.
Hər şey Qərbin nə zaman və necə dəstək verib-verməməyindən yox, Azərbaycan xalqının ortaya qalibiyyət şanslı demokratiya mübarizəsi qoymasından asılıdır
Ən biganə Qərb ölkəsində belə daim hökumətdən demokratik dəyərlərə sadiqlik tələb edən ciddi bir təbəqə olur və onların təzyiqlərinə tab gətirmək elə də asan iş olmur. Bəlkə də Toni Bler Azərbaycana gəlib bir leksiya üçün bir az qazanıb öz ölkəsinə qayıtmaq istəyər. Lakin Britaniya mediası onu rahat buraxacaqmı? Çətin.

Uzunmüddətli planda Qərb Azərbaycan demokratlarına dəstək vermək xəttindən əl çəkməyəcək, necə ki, Rusiya, hətta Heydər Əliyev «Əsrin müqaviləsi»ni imzalayanda belə, onu yıxıb, deyək ki, Müsavat, yaxud AXCP-nin hakimiyyətə gəlməsinə dəstək vermək fikrinə düşmürdü. Lakin Azərbaycan hökuməti ortaya konfet atıb qısamüddətli planda suları bulandırmağa cəhd edə bilər. Yekunda Azərbaycanda demokratiya ilə anti-demokratiya arasında gedən mübarizənin dinamikası bu ölkədə demokratiya qurmaq istəyənlərin dirəniş gücünə bağlıdır. Əgər azərbaycanlılar demokratiyanı Azərbaycanda özləri üçün yox, Qərbə minnət qoyaraq qururlarsa, onda Qərbi daim hansısa bir xəyanətdə suçlayıb avtoritarizmə boyun əyməyə bir səbəb tapacaqlar. Yox, əgər demokratiya Azərbaycan xalqının sosial sifarişidirsə, onda məntiqlə bu mübarizədə Qərbdən alına biləcək hər cür dəstək alınmalı, onun edə biləcəyi hər bir xəyanətə isə hazır olub yola davam etmək lazımdır.

Bütün hallarda, bir şey aydındır: Azərbaycan xalqı ciddiliklə demokratiya tələb etsə, Rusiyadan fərqli olaraq, Qərbin Azərbaycandakı rejimi nəyin bahasına olursa olsun dəstəkləmək üçün heç bir səbəbi olmayacaq. Deməli, hər şey Qərbin nə zaman və necə dəstək verib-verməməyindən yox, Azərbaycan xalqının ortaya qalibiyyət şanslı demokratiya mübarizəsi qoymasından asılıdır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Meherrem Haradan: Baki
08.05.2010 20:23
Qorxmaz bey yazindan bele cixir ki,'demokratik' dovletlerin beynelxalq huquqa tupurmesi,kicik dovletlere munasibetde istediklerini ede bilmesi basa dusulendir.Teessufler olsun.Demokratiya tekce secki yolu ile hakimiyyete gelmek deyil,qanunlarin aliliyine hormet,umumbeseri deyerlere sadiqlikdir.ABS tenqid edenler ondan oz xalqi qarsisinda elan etdiyi deyerlere sadiqlik teleb edir.Niye anlamaq istemirsiniz ki,demokratiya xalqin inkisaf seviyyesine bagli olan meseledir.Sizin yazilarinizla o seviyyeni yukseltmek cetin gorunur.ABS in en yaxin dostlari muselman krallaridir,qadinlari qara cadraya bukub en adi huquqlardan mehrum eden.Rusiyanin da en yaxin dostlari Italiya ve Almaniyadir.O qeder yalan yazirsiniz ki, dogru yazdiqlariniza da inanan yoxdur.Novbeti yazinizda diqqetli olun.
Cavab

Kimdən: Meherrem Goyusoglu Haradan: Qazax
19.05.2010 15:23
Hormetli, Meherrem bey, sizin soyadiniz Zulfuqarlidirmi?
Cavab

Kimdən: Nabatəli Qulamoğlu
12.05.2010 11:37
Məhərrəm bəy! Sizi çoxsaylı şərhlərinizdən tanıyıram. Bu dəfə ciddi səhv edirsiniz. Eyb etməz: eyni adlı yüklər bir- birini dəf edir.
Qorxmaz bəy nadir istedad sahiblərindəndir ki, cəmiyyət qarşısında mənəvi borcunu dərk edir. Biz hamımız ona borcluyuq.
Cavab

Kimdən: Sari Haradan: Berlin
08.05.2010 21:52
Meherrem bey,
Bele gorunur ki, siz ya meqaleni anlamamisiniz ya da bilerekden muellifin fikirlerini tehrif edirsiniz. Evvela musselman kralliqlari ABS-in en yaxin dostlari deyil. Sentyabrin 11-i hadisesini toredenlerin 15-i Seudiyye Erebistanindan gelmishdi. ABS-in en yaxin dostlari Kanada, Boyuk Britaniya ve bashqa demokratik dovletler toplumudur ki, ekser beynelxalq meselelerde vahid movqeden chixish edirler. Ikincisi, Rusiyanin heqiqi dostlari Qorxmaz beyin dediyi kimi Belarus, Azerbaycan, Ozbekistan kimi avtoritar rejimlerdir. Italiya ve Almaniya yox. Qaldi ki, ABS-in kralliqlarla temaslarina, Qorxmaz beyin dediyi kimi, eger bu kralliqlarin ehalisi normal demokratik dovet qurmaq iqtidarinda deyilse, ABS her defe zorla her yerde rejim deyishikliyi heyata kechire bilmez. Her bir xalq layiq oldughu hokumete sahib olur. Bunun ise Amerikaya ve ya bashqasina hech bir dexli yoxdur.
Cavab

Kimdən: TURAN Haradan: NAXCIVAN
09.05.2010 15:55
Hormetli Sari, Amerika "demokratiya" dusgunu deyildir ve "dikdator hakimiyyeti" onlar ucun xeyirlidir. Sadece onlarin dediyi ile oynasinlar. Boyuk Britaniya , Kanada EREB olkelerinin verdiyi gelirin yarisini ABS ucun vermeyir. Sizin yuxaridaki yazinin sahibini tenqid etmeniz mence yanlisdir. ABS-in Rusiyadan (qanicenliyine gore) coxda ferqi yoxdur.

Kimdən: Analitik
08.05.2010 18:59
Müellife meqale üchün teshekkürler!Amma hem ona,hem de müzakireye qoshulanlara sade bir sualim var: Neden bizim özümüze qardash hiss etdiyimiz Türkiye dövleti Azerbaycanda demokratikleshme ile bagli hökumete qarshi telebler ireli sürmür?Hech görmüsüz ki,Erdogan ve ya diger Türkiye resmileri Bakiya gelende vetendash cemiyyeti nümayendeleri ile görüshsün,onlarin problemleri ile maraqlansin?Hetta Türkiye kimi daim "Azerbaycanin problemleri bizim problemimizdir" deyen ve "bir millet,iki dövlet" prinsipini rehber tutdugunu iddia ede dövlet bunu etmirse,biz Rusiyadan, Irandan niye gileylenmeliyik ki?
Cavab

Kimdən: mer Haradan: baki
08.05.2010 20:15
emoglu, ne vaxt sen ve men müxalifet lideri adlananlardan birleshmeyi teleb edeceyikse ve liderler bu teleblere baxib birlesheceklerse, Türkiyede goshulacag bu teleblere. Bagishla meni, senin liderlere birleshmeyi teleb etmeye duxun catmir, gelib Erdogandan teleb gözleyirsen.

Kimdən: İndividualist Türk
08.05.2010 16:30
Xalqın qerb anlayışı barede söylediklerinizde haqlısınız.Demokratiya Azerbaycan xalqının özüne lazımdır.Ancaq mence insanlar qerb deyende heç de toplumları nezerde tutmur.Hökümetleri,daha vacibi bezi neheng şirketleri nezerde tutur.Siz o hökümetlerin daima cemiyyet tezyiqi altında olduğu üçün bir başa xalqın iradesi ile hereket etdiyini söyleyirsiz.Yazınızda Qerbin sanki elacsızlıqdan avtoritar rejmlerle emekdaşlıq elediyini anladırsız.Buna inanmıram.Nece ki vaxtile Latın Amerika ölkelerinde neheng şirketlerin marağına uyğun olaraq ABŞ yerli "padşah"ları detekledi ve üstelik bunu yıxmaq üçün aparılan sosyalist mübarizeni qerb cemiyyetine "şeytanlar" kimi gösterdi.İndi de benzer anlayışın yox olduğunu gösteren heçne yoxdur.O dönem de cemiyyetleri demokrat idi o dönem de qerbli siyasetçiler guya xalqlarına hesab verirdiler.Bununla demokratiya qerbin oyuncağıdı,gelin onu boşverek demirem.Demokratiya öz insanlarımız üçün lazımdır,Ancaq bunu elemeyin yolu qerbin kefine göre gah destek gah xeyanet gözlemek deyil.Herkesden üzülüşüb öz güzücümüzle qazanmalıyıq.

Bir de yeri gelmişken bu qerbde toplum-hökümet elaqesini South Park'ın 100-cü bölümünde gözel işleyibler.vaxtınız olunca izlersiniz:)

Kimdən: ehli Haradan: baki
08.05.2010 15:18
Amerikanin isteyi Azerbaycanda demokratik bir dövletin gurulmasidir. Cünki demokratik ölkelerde, ganunlarin ishlediyi ölkelerde Amerika güc sahibidir, hökumetleri deyishe bilir, daha yaxshisini ele alir. Baxin, Angela Merkel, Amerikanin desteyile hakimiyyete geldi, Shroderin arxasini yere vurdu. Cünki Shroder Putinle dostlashmishdi, onun maraglarina destek verirdi. Evezinde Merkel veziyyetden istifade edib Shroderi yixdi, özü de siyasetden sildi. O boyda Almaniyada hakimiyyeti legal yolla deyishmeye müveffeg olmush Amerika Azerbaycanda bir feodal tefekkürlü korrupsionerin elinde galib. Cünki bu ölkeni ganunlar idare etmir, orta esrlerdeki kimi feodal idare edir. Bele bir yerde Amerika ancag ingilab edir, devirir, gan tökür, nece ki Efganistanda tökdü, Gürcüstanda devirdi. Sözsüz ki, Azerbaycanin da vaxti catacag, sadece Obama cox zeif cixdi, Amerikanin uzun müddetli prioritetlerini arxa plana kecirdi. Cox güman ki, Amerikanin üzleshdiyi derin böhran bu addimi atmaga vadar edir.

Ancag Azerbaycan kimi ölkelerle Rusiya, daha dogrusu Putin cox asan anlashir, cünki özü gurur bu cür rezhimleri, ish bashindaki nazirleri bele teyin etdirir ve ya ele alir. Eger Ilham Rusiyaya garshi cixsa, Putin onu günü sabah devirer, ancag niye devirsin ki, ondan yaxshisini haradan tapacag...
Cavab

Kimdən: Azer Haradan: Norvech
08.05.2010 17:31
Muellif etrafli yazib.Teshekkurler.Her sheyi chox gozel ve mufessel tesvir edib.Azerbaycan hakimiyyetinin Qerb dovletleri ile sican-pishik oyununa deqiq qiymet verib.Eyni zamanda demokratik dovletlerin de movqeyine aydinliq getirib.Esas odur ki,yazida demokratiyanin berqerar olmasinin birbasha Amerikadan ve Qerbden deyil;xalqin mubarizesinden asili olduqu tutarli shekilde esaslandirilib.Sadece davamli,doqru-duzgun ve ardicil demokratik mubarize Azerbaycanda siyasi rejimin deyishilmesine getirib chixara biler.Bunun ayri yolu yoxdur.Istenilen halda,yaxin zamanlarda Amerikanin Azerbaycana Efqanistan ve iraqdaki kimi herbi mudaxilesi ve xalqin Eliyev rejiminden bu yolla xilas edilmesi gozlenilmir.Her shey Azerbaycan xalqinin ozunden,onun demokratiya isteyinin gucunden asili olacaq!!!!
Cavab

Kimdən: Azerqelb Haradan: Azerbaycan
10.05.2010 11:47
Muellif duz yazir! Mitinglere yuz minlerle insan gelse.butun Dunya Azerbaycanda demokratiya ugrunda herekatin gucunu gorer! Yuz minlerle insanin qarshisini hec bir guvve ala bilmez! Bu geder insani mitinge toplamak ucun bu insanlari birleshdiren liderler lazimdir. Amma liderlerdende vacib bu insanlari birleshdiren ideya lazimdir. Ideya olanda liderlerde tapilacag. Demokratiya ideyasinin Azerbaycanda konsepsiyasi uzerinde ishlemek lazimdir. Demokratiya, insan huguglari, qanunun aliliyi, vetendash cemiyeti bunlar Aaerbaycana su ve hava kimi lazimdir. Onlar olmayan yerde olkenin tebii serevetlerden bu millete hec bir heyri olmayacag.