Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:15

Xüsusi layihələr / Həftənin panaması

AZƏRBAYCAN XANIMI VƏ «AŞKI MEMNU»

Şriftin ölçüsünü dəyiş - +
Stilist Anar Ağakişiyevin Lent.az portalına müsahibəsindən

- Bu ilin dəbini xanımlarda görə bilirsiniz?
- Yox, görmürəm. Çünki bizdə gərək, başqasında görsünlər, sonra etsinlər. Gərək, birinci «Aşkı Memnu»da görsünlər sonra geyinsinlər.

- Bəs üzdə olan məşhur xanımlarda necə?

- Röya və Ruhi xanımda görürəm, dəblə ayaqlaşırlar. Bəzi hallarda mən hansısa paltarı birinci Ruhi xanımda görürdüm, sonra «Aşkı Memnu» serialında. Niyə belə müqayisə edirəm? Çünki hazırda bütün xanımlarımız «Aşkı Memnu»ya baxıb geyinir, o cür makiyaj edir. Bu, pis göstərici deyil. Onlar daha çox Qərbdən götürürlər, biz də onlardan. Onu da deyə bilərəm ki, Türkiyədə də çox böyük adamların xanımları o seriala baxıb geyinir, zinət əşyalarına qədər. Eynilə Röyanı da deyə bilərəm. Kataloqda bir zinət əşyası gözümə sataşmışdı. Bu yaxınlarda təsadüfən Röya xanımda da gördüm. Özüm də məəttəl qaldım. O da gülüb «nədi gözləməzdin?» dedi. Dedim «yox, gözləyərdim».

«İKİ SAHİL» QƏZETİNİN XÜSUSİ BURAXILIŞI

Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə «İki sahil» qəzetinin xüsusi nəşri işıq üzü görüb.

Xüsusi buraxılışın baş məqaləsi hesab olunan «Sönməz mayak» yazısında vurğulanır ki, illər, əsrlər ötəcək, Heydər Əliyevin Azərbaycanın xoşbəxtliyi naminə yaratdığı ölməz irs ölkəmizin yolunu mayak kimi daim işıqlandıracaq.

«RABİTƏ DÜNYASI» DA GERİ QALMADI

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi mətbu orqanı olan «Rabitə Dünyası» qəzetinin də Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə xüsusi buraxılışı nəşr edilib. 28 səhifəlik, rəngli formatda və yüksək keyfiyyətlə çap olunmuş nəşrdə H.Əliyevin həyat və fəaliyyətindən bəhs edən məqalələr və şəkillər yer alıb.

POLİSƏ DÜŞƏNLƏRİN İŞİ ÇƏTİNLƏŞDİ

Mayın 6-da Səbail rayon Polis İdarəsinin yeni inzibati binasının açılışı olub.

Tədbirdə daxili işlər naziri Ramil Usubov iştirak edib.

Yeni bina kifayət qədər narahat və kənar yerdə - Dövlət Televiziyası binasından yuxarıda yerləşir. Səbail RPİ-nin əvvəlki binasından (metronun «Sahil» stansiyasının yaxınlığında) hansı məqsədlərlə istifadə ediləcəyi barədə məlumat verilmir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Orxan Haradan: Bakı
11.05.2010 15:09
Ümumiyyətlə alternativ informasiya vasitələrinin bu cür inkşaf etdiyi dövrdə TV kanallarına diqqət yetirməyi sadəcə geridə qalmışlıq hesab edirəm. Ən azından ona görə ki, orada seçim yoxdur. Amma burda var.

Kimdən: Yegana Haradan: Sumgayit
10.05.2010 13:39
Yegin Anarin etrafi : Ruhi ve ya Roya ( mushterileri ) uchun debde ganunverici mehz bu filmdir.Herden bir Etrafada baxmag lazimdir !!!!!!!

Kimdən: fatime Haradan: baki
09.05.2010 15:43
Teessufler olsun ki, Aski-memnu serialindan daha chox sheyler goturmek olar neinki bizim savadsiz ve zovgsuz dizayner-modelyerlerden!